Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

35

sonra təxirə salmadan ilk uşağa sahib olmaq istəyinin göstəricisidir. Digər nəzərə çarpan 

məqam isə ilk üç uşağı qız uşağı olan qadınlar əsas etibarilə müasir kontraseptiv üsullardan  

daha az istifadə edir, lakin ən azı bir oğlu olan qadınların müasir kontraseptiv üsullardan 

istifadəsi iki dəfə daha artıqdır. Bu tapıntı oğlan uşaqlarına üstünlük verilməsinin göstəricisi 

kimi şərh edilə bilər. Üçüncü əsas tapıntı isə dörd və daha çox uşağı olan qadınlar arasında 

kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olmasıdır ki, bu da ona dəlalət edir ki, 

Azərbaycanda ailə planlaşdırılmasının üsulları o qədər də müyəssər deyil. 



4.4. Hamiləliyin süni şəkildə pozulması (abort)

Digər keçmiş Sovet ölkələrində olduğu kimi, Azərbaycanda da uzun illər süni abort doğuşların 

tənzimlənməsi  üzrə  başlıca  üsul  olmuşdur.  1955-ci  ildən  etibarən  bütün  Sovet  İttifaqı 

ölkələrində qeyri-tibbi səbəblə aparılan süni abort əməliyyatları qanuniləşdirilmişdi. Müasir 

kontraseptiv vasitələrin idxal qiyməti, habelə yerli istehsal edilmiş kontraseptiv vasitələrin 

keyfiyyəti  onların  geniş  şəkildə  yayılmasının  və  istifadəsinin  qarşısını  almışdır.  Lakin 

hökumətin təmin etdiyi səhiyyə obyektləri vasitəsilə süni abort əməliyyatınının müyəssərliyi 

abortlardan  istifadəni  asanlaşdırmışdır  (Westoff,  2005).  Sovet  İttifaqı  dağıldıqdan  sonra 

hamiləliyin  dayandırılması  (süni  abort)  təcrübəsi  Qafqaz  ölkələrində  davam  etmişdir. 

Gürcüstan, Azərbaycan və Ermənistan üçün ümumi süni abort əmsalları (hər qadına düşən 

süni abortların orta hesabla sayı) müvafiq olaraq 3.7, 3.2 və 1.8-dir (Serbanescu et al, 2007; 

SSC, 2008; NSS Ermənistan, 2006). Azərbaycanda süni abortüçün hüquqi təminatlar bütün 

dünya  üzrə  ən  liberal  şərtlər  sırasındadır  (BMT,  2013).  Bu    hüquqi  təminatlar  qadınlara 

ümumilikdə hamiləliyin on ikinci həftəsinə qədər və sosial səbəblərə görə isə hamiləliyin 

22-ci həftəsinə qədər müraciət əsasında süni abort xidməti əldə etmək imkanı verir. Tibbi 

göstərişlər  olduğu  təqdirdə,  süni  abort  hamiləlik  müddətindən  asılı  olmayaraq  həyata 

keçirilə bilər. 

Məlumdur ki, süni abortla müasir kontraseptiv üsulların istifadəsi arasında tərs mütənasib 

əlaqə  vardır,  belə  ki,  müasir  kontraseptiv  üsulların  geniş  istifadəsi  süni  abortların  sayını 

əhəmiyyətli  dərəcədə  azalda  bilər.  Lakin,  ənənəvi  kontraseptiv  üsulların  əksər  hallarda 

qoruyucu  vasitə  kimi  uğursuz  olduğu  üçün  süni  abortların  sayı  ilə  ənənəvi  kontraseptiv 

üsulların yüksək səviyyədə istifadəsi arasında müsbət qarşılıqlı əlaqə var (Westoff, 2005). 

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda ənənəvi kontraseptiv üsulların istifadəsi (41%)

müasir kontraseptiv üsulların istifadəsi (14%) ilə müqayisədə daha yüksəkdir.

Azərbaycanda hamiləliklərin təxminən yarısı (52.7%) diri doğuşla, qalan böyük əksəriyyəti 

isə süni abortla dayandırılır (hamiləliklərin 40.9%-i). Süni abortla dayandırılan hamiləliklərin 

sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir.  34-35 yaş arası 

qadınlar  arasında  hamiləliklərin  dörddə  üç  hissəsi  süni  abortla  nəticələnir.  Süni  abort 

əmsalları aşağı olan ABŞ kimi ölkələrdə baş verən süni abortların əksəriyyəti subay qadınların 

ilk hamiləliyi ilə bağlıdlr (Westoff, 2005). Lakin Azərbaycanda süni abortlar əsas etibarilə 

ailəli  qadınlar  tərəfindən  ikinci  doğuşdan  sonra  nəsilverməni    tənzimləmək  məqsədilə 

istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha 

sonrakı hamiləliklərdə bu faiz 80.4%-ə qalxır (Qrafik 9).

Kəmiyyət əsaslı məlumatların təhlili



36

 

80,4



70

51,2


17,9

1,9


85,7

73,4


44,3

21,4


8,7

Beşinci və daha çox

Dördüncü

Üçüncü


İkinci

Birinci


HAMİLƏLİYİN SIRA NÖMRƏSİ

45-49


35-44

25-34


20-24

< 20

ABORT VAXTI QADININ YAŞI



Qrafik 9. Sorğudan üç il əvvəlki dövr ərzində süni abortla dayandırılan hamiləliklərin 

yayılma səviyyəsi (faizlə), AzDSS-2011

Mənbə: AzDSS-2011

Qrafik 10-da hazırda ailəli qadınların həyatı boyu süni abort təcrübələri göstərilir. Ümumiyyətlə, 

hazırda ailəli qadınların yarıdan çoxu (54.8%) ən azı bir süni abort əməliyyatı keçirmişdir. Süni 

abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır və 45-49 yaşdan başlayaraq qadınların 

dörddə  üçü  (73.1  faiz)  həyatlarında  ən  azı  bir  süni  abort  əməliyyatı  keçirmişdir.  Buna  oxşar 

olararq ümumilikdə hər qadına 1.4 süni abort olmaqla süni abortların orta hesabla sayı yaş həddi 

artdıqca yüksəlir və 35-39 yaş arası qadınlar üçün bu rəqəm hər qadına 1.8 süni aborta qədərdir 

(Qrafik 10).

Qadınların  süni  abort  təcrübəsi  şəhər  və  kənd  ərazisi  baxımından  əhəmiyyətli  dərəcədə 

fərqlənmir.  Regional  fərqlər  isə  diqqətəlayiqdir:  Cəmi  abort  əmsalları  Quba-Xaçmaz  və 

Lənkəranda 50.4 faizlə Gəncə-Qazax və Yuxarı Qarabağdakı 60 və 61 faiz kimi yuxarı göstəricilərə 

qədər  dəyişir.  Təhsil  səviyyəsinə  gəldikdə,ali  təhsilli  qadınlarda  cəmi  abort  əmsalı  ən  aşağı 

səviyyədədir. Qadınların maddi vəziyyətinə görə nəzərə çarpacaq fərq müşahidə olunmur.

Ailədə  olan  uşaqların  sayı  artdıqca  hamiləliyin  dayandırılması  (süni  abort)  həyata  keçirən 

qadınların faizi də artır. Həyatda olan uşaqların cinsinə görə süni abortların təşkil etdiyi faizlərin 

tədqiqi maraqlı nisbəti üzə çıxarır. İki və ya üç oğlan uşağı olan qadınlar arasında hamiləliyin 

dayandırılması (süni abortlar) iki və ya üç qız uşağı olan qadınlara nisbətən üstünlük təşkil edir. 

Məsələn, üç oğlan uşağı olan qadınlar orta hesabla 2.3 süni abort əməliyyatı keçirmiş, lakin 



4-cü fəsil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə