Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

41

təminatı, ailə üzvlərinin, xüsusən də qadınların qorunması, habelə ölkənin qorunması kimi 

meyarlar  oğlan  uşaqlarına  üstünlük  verilməsinin  başlıca  səbəbləri  kimi  qeyd  edilmişdir. 

Həmçinin, oğlan  uşaqlarına üstünlük verilməsi,   başqa türk  cəmiyyətlərində olduğu kimi 

Azərbaycan cəmiyyətində də ənənə kimi qeyd edilmişdir. Oğuz Türklərinə də səciyyəvi olan 

Türk  cəmiyyətlərində  ənənəvi  qohumluq  əlaqələri  “ata  xəttinə  əsaslanan  və  patrilokal” 

əlaqələr  kimi  təsvir  olunmuşdur  (Hortacsu  vəBastug,  2000).  Bu  mədəniyyətə  xas  olan 

cəhətlərdən  biri  ondan  ibarətdir  ki,  qohumluq  əlaqələri  və  cəmiyyət  kişiləri  qadınlardan 

daha  üstün hesab edən dəyərlərə söykənərək qurulur.

Bu tədqiqat vasitəsilə oğlan uşaqlarına üstünlük verilməsinin əhali arasında adi hal təşkil 

etməsi  müəyyən  olunsa  da,  keyfiyyət  üsulları  ilə  aparılan  sorğu  zamanı  iştirakçıların 

əksəriyyəti uşaqların cinsinin Allah tərəfindən müəyyən edildiyini və bir cinsi digərindən 

üstün tutmağın yaxşı olmadığı ilə bağlı dini inancı ifadə etmişlər. Demək olar ki, iştirakçıların 

hamısı  Azərbaycan  mədəniyyətində  hər  iki  cinsdən  olan  uşaqlara  dəyər  verildiyini  qeyd 

etmişdir. Eyni zamanda, uşaqlara yüksək qiymət verilməsi və ailələrin imkan daxilində daha 

çox uşaq dünyaya gətirmək istəyinə dair fikirlər ifadə edilmişdir:  “…bizim millətimiz uşaqları 

sevir. Zənnimcə, ailədə oğlan və qız uşaqlarnın sayı bərabər olsa daha yaxşı olar” (Gülmirzə, 

təqaüdçü, 61 yaş, orta məktəb təhsilli, Qazax-Gəncə regionundandır, üç oğlu var).

Ənənəvi gender rollarına əsasən qadın və kişilərdən müxtəlif gözləntilər olduğu üçün əsas 

etibarilə hər iki cinsdən olan uşaqlara üstünlük verilir. İntervyuların və qrup müzakirələrinin 

əvvəlində oğlan və qız uşaqlarının olmasının bərabər dərəcədə arzulanması və hər iki cinsdən 

olan uşaqlara qarşı bərabər rəftarın olmasına dair tendensiyası var idi. Yalnız müzakirələr 

davam etdikcə iştirakçılar oğlan uşaqlarının qız uşaqlarından üstün tutulması səbəblərini 

izah etməyə və bu halın geniş vüsət aldığını qəbul etməyə başladılar. Ümumililkdə əksər 

iştirakçılar  oğlan  uşaqlarına  üstünlük  verilməsi  hallarını  “başqalarının”  problemi  kimi 

səciyyələndirərək,  bunun  xüsusən  də  kənd  ərazilərində  kəskin  problem  olduğunu  qeyd 

etməyə üstünlük verdilər. Məsələn, Lənkəran regionundan (Lerik) olan 40 yaşlı Nərmin (orta 

texniki təhsilli, iki oğlu var) oğlan uşaqlarına üstünlük verilməsi ilə bağlı onun hesab etdiyi 

tipik  yanaşmaları  vurğulamışdır: “Bu,  xüsusilə  kənd  əraziləri  üçün  xarakterikdir,  çünki  bu 

ərazilərdə kişilər daha çox sayda oğula sahib olmaq istəyirlər. Qadınların isə etiraz etməyə 

haqları yoxdur. O ərazilərdə bütün qərarlar kişilər tərəfindən verilir.” Yalnız bir neçə iştirakçı 

oğlan uşaqlarına üstünlük verilməsini şəxsən dəstəklədiyini ifadə etmişdir, respondentlərin 

əksəriyyəti  isə,  xüsusən  də  ali  təhsilli  qadınlar  və  kişilər,  bu  hadisəyə  qarşı    olduğunu 

bildirmişdi.  Lakin  bütün  iştirakçılar,  oğlan  uşaqlarına  üstünlük  verilməsini  dəstəkləyib-

dəstəkləmədiyindən  asılı  olmayaraq  Azərbaycanda  qızların  say  baxımından  çatışmazlığı 

problemindən agah idilər. 

Oğlan və ya qız uşaqlarına üstünlük verilməsi əsasən fokus qruplarda müzakirə edilmişdir. 

Bəzi iştirakçılar oğlan uşaqlarının qoruyucu rolunun valideyn və ailə üçün necə əhəmiyyətli 

olduğunu göstərmək məqsədilə nümunələr söyləmiş, digərləri isə qız uşaqlarının rolunu və 

onların vacibliyini qeyd etmişdir. Qız uşaqları, xüsusən də yaşlı şəxslər tərəfindən “valideyn 

üçün hədiyyə” və ya “ailənin gözəlliyi” kimi təsvir edilmişdir. Bakıdan olan respondentlərdən 

Keyfiyyət əsaslı məlumatların təhlili



42

biri Bikə (32 yaşlı, orta peşə ixtisası təhsilli, 1 oğlu və 1 qızı var) söyləmişdir ki, “qızı olmayan 

ana qaşı olmayan üzüyə bənzər. Qız uşağı ana üçün bəzəkdir”. Qız uşaqları əksər analar 

tərəfindən  həm  də  yaxşı  ünsiyyət,  ev  işlərinə  kömək  və  səbrli  olmaq  baxımından  da 

arzulanırlar. O da qeyd edilmişdir ki, qızların qayğıkeş davranışı həm də oğlan uşaqlarının 

işsizlik, spirtli içkilərdən və narkotiklərdən istifadə problemləri ilə müqayisədə də qızlara 

daha çox önəm verən amillərdəndir. Nəticələrdən məlum olur ki, Azərbaycan cəmiyyətində 

gender  ayrı-seçkiliyinə zəmin yaradan ailə münasibətlərinin tədqiqi ölkədə kişi və qadınların 

durumunu daha yaxşı dərk edilməsi üçün əsas mənbələrdəndir. 

 

5.1.1. Gender bərabərsizliyi 

Azərbaycan  cəmiyyətinin  sosial  və  milli-mədəni  mənşəyi  ata  xəttli  və  patrilokal  ailə 

qaydalarına  əsasən  oğlan  uşaqlarına  üstünlük  verilməsi  və  qadınların  israrla  asılı  tərəf 

kimi qəbul edilməsinə gətirib çıxarır. Gender bərabərliyini tənzimləmək məqsədi daşıyan 

qanunlara  baxmayaraq  bərabərsizlik  halları  hələ  də  qalmaqdadır.  Təhsil  və  məşğulluq 

sahəsində bərabər hüquqlara dair təminatların olmasına baxmayaraq, özəl həyat sahəsində  

qadın  və  kişilər  arasında  münasibətlər  ənənəvi  dəyərlərə  söykənir.  İntervyular  və  qrup 

müzakirələri vasitəsilə ölkədə kişi və qadınların çörəkpulu qazanan və evdar qadın rollarının 

ənənəvi  bölgüsünün  dərk  edilməsi  üçün  dəyərli  məlumatlar  əldə  edilmişdir.  Ev  işlərinin 

əksəriyyəti analar və qızlar tərəfindən yerinə yetirilir, lakin evdən kənar fəaiyyətlər və gəlir 

əldə edilməsi daha çox ataların və qardaşların məsulliyyətidir. Keyfiyyət üsulları vasitəsilə 

aparılan sorğuya əsasən, müxtəlif yaş və təhsil qruplarına aid kişi və qadnıların ailədə əmək 

bölgüsü baxımından təcrübələri arasında kifayət qədər oxşarlıqlar var. 



“Ev işlərini anam yerinə yetirərdi. O, biş-düş, qabların yuyulamsı, təmizlik işləri 

ilə məşğul olardı. Biz isə anama kömək edərdik, həm də dərslərimizi oxuyardıq. 

Lakin atam səhər işə gedərdi, evə isə axşam qayıdardı.” (Günay, 29 yaş, ali təhsili, 

2 oğlu var, Tovuz/Gəncə-Qazax)

“Atam işə gedib gəlir. Ümumiyyətlə, atam ev işləri ilə məşğul olmur. O, yalnız anam 

xəstə  olanda  bizə  yemək  hazırlayırdı.  Ancaq  başqa  vaxtlarda  o,  heç  zaman  ev 

işləri ilə məşğul olmurdu. Evimiz standart həyət evi olduğundan atam bütün kişi 

işlərini yerinə yetirərdi, məsələn, evin təmiri və ya digər zəruri ağır işlər, yaxud ağır 

əşyaların qaldırılması”.  (Bikə, 32 yaş, orta ümumi təhsilli, 1 oğlu və 1 qızı var, Bakı)

Ənənəvi gender rollarına əsasən qızlar ev işlərini yerinə yetirmək və uşaqların, yaşlıların və 

ailədəki digər üzvlərin qayğısına qalmağı bacaracaq şəkildə tərbiyə olunurlar. Tədqiqatda 

iştirak  etmiş  qadınların  əksəriyyəti  qadınların  gənc  yaşlarında  öz  uşaqlarının  qayğısına 

qalmağa önəm verdiyini ifadə etmiş və müvafiq olaraq, hətta yaxşı təhsilləri olduğu halda 

belə  evdən  kənarda  işləməməyi  üstün  tuturlar.  Təfərrüarlı  intervyularda  iştirak  etmiş  ali 

təhsilli qadınların təqribən üçdə birini evdar qadınlar təşkil edirdi. 

İştirakçıların söylədiklərinə görə kişilər ev və ailə ilə bağlı qərarların qəbul edilməsinə daha 

meyllidilər. Bəzi respondentlərin ailəsində qərarların onların atası ilə anası arasında razılıq 

5-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə