Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   ...   32

15

Keyfiyyət  üsullarına  əsaslanan  tədqiqatda  ƏİS-dən  əldə  olunan  məlumatlar  istifadə 

edilmişdir və həmin tədqiqat zamanı müxtəlif yaş qruplarına, təhsil səviyyəsinə və müxtəlif 

coğrafi regionlara aid qadın və kişilərlə ətraflı intervyular və qrup müzakirələri aparılmışdır. 

Oğlan uşaqlarına verilən üstünlük nəticəsində dölün cinsinə görə selektiv abort edilməsi, 

həmçinin  reproduktiv  hüquqlara  münasibət  və  təcrübələrin  respondentlərin  cinsinə  və 

yaşına görə fərqli olmasının  tədqiqat prosesində aşkarlanması gözlənilirdi. Buna görə də 

iştirakçılar iki qrupa ayrılmışdı: 40 yaşdan aşağı və 40 yaşdan yuxarı (reproduktiv yaş həddini 

nəzərə alaraq)

Təhsil insanların həyat seçimləri və münasibətlərini formalaşdıran vacib xüsusiyytədir və bu 

da respondentlərin seçimi zamanı nəzərə alınmışdır. Əvvəlki tədqiqatlar göstərir ki, qadınların 

təhsil səviyyəsi artdıqca süni abort səviyyəsi azalır və kontraseptivlərin istifadəsi artır (DSK, 

2008). Respondentlərin bir hissəsi orta ümumtəhsillli, digər hissəsi isə ali təhsilli idi.

Respondentlərin seçimi zamanı nəzərə alınan daha bir kateqoriya coğrafi region olmuşdur 

ki,  burada  da  reproduktiv  sağlamlıq  davranışlarında  ən  böyük  fərqlər  müşahidə  olunan 

regionlara  üstünlük  verilmişdir.  Regionlar  süni  abortun,  kontraseptivlərdən  istifadənin 

və    doğulan  qız  və  oğlan  uşaqlarının  nisbətinin  ən  son  göstəricilərinə  görə  seçilmişdir                  

(Cədvəl  2).  Tədqiqat  üçün  seçilmiş  regionlara  gəldikdə,  1990-cı  illərdə  erməni  silahlı 

qüvvələri  tərəfindən  işğal  edilmiş  rayonlar  nəzərə  alınmamışdır:  Yuxarı  Qarabağ  iqtisadi 

rayonunun  bir  hissəsi  (daha  dəqiq,  Xocavənd,  Xocalı,  Şuşa,  Cəbrayıl  rayonları,  Xankəndi 

şəhəri, həmçinin Ağdam və Füzuli rayonlarının bir hissəsi) və Kəlbəcər-Laçın iqtisadi rayonu. 

Naxçıvan Muxtar Respublikası məsafə və digər aidiyyəti təşkilatçılıq məsələləri ilə əlaqədar 

sorğu ilə əhatə   edilməmişdir. 

Seçmə Paytaxt Bakı şəhəri və beş iqtisadi rayon üzrə (Abşeron, Gəncə-Qazax, Quba-Xaçmaz, 

Aran və Lənkəran) aparılmışdır. İntervyular 2012-ci il oktyabr-dekabr ayları ərzində Gəncə-

Qazaxın  Tovuz,  Quba-Xaçmazın  Siyəzən,  Aranın  Ağcabədi,  Lənkəranın  Lerik,  Abşeronun 

Abşeron  rayonlarında  və  Bakı  şəhərində  keçirilmişdir.  Tədqiqatın  seçməsi  hər  bir  əyalət 

üçün  ayrıca  nəticələrin  təhlili  üçün  tərtib  edilməmişdir.  Əsas  məqsəd    müxtəlif  coğrafi 

regionlardan toplanan məlumat əsasında tədqiqat nəticələrini zənginləşdirməkdən ibarət 

idi. 


Sorğuların  və  qrup  müzakirələrinin  aparılması  üçün  beynəlxalq  ekspertlər  tərəfindən  ətraflı 

qaydalar  hazırlanmışdır.  Müsahibə  alınanların  cinsindən  asılı  olaraq  müsahibələri  və  qrup 

müzakirələrini  aparmaq  üçün  Sosial  Tədqiqatlar  üzrə  Beynəlxalq  Mərkəz  tərəfindən  kişi  və 

qadın  sorğu  aparanlar  və  moderatorlar  seçilmişdir  (kişilər  kişilərdən,  qadınlar  qadınlardan 

müsahibə almışdır). Müsahibə alanlar üçün heç bir spesifik təlim keçirilməmişdir, belə ki, onların 

əksəriyyətinin keyfiyyət üsulları vasitəsilə sahə tədqiqatları aparmaq üzrə təcrübələri vardı. 

Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  və  yerli  İcra  Hakiiyyəti  orqanları 

sahə işlərini təşkil etməyə kömək  etmişdir. Regionlarda müsahibə verən şəxslər və qrup 

müzakirələrinin  iştirakçıları  qeyri-rəsmi  şəbəkələrdən  istifadə  etməklə  seçilmişlər.  Altı 

regionda ümumilikdə 54 intervyu və 24 qrup müzakirələri aparılmışdır. Sahə işlərinin sayı və 

kateqoriyaları Cədvəl 3-də qeyd edilmişdir. 

Metodologiya



16

Prosesin anonimliyi xüsusi vurğulanmış və iştirakçılar müsahibə və müzakirələrdən əvvəl 

bu  barədə  məlumatlandırılaraq  iştirak  üçün  razılıqlarını   təsdiqləmişdir.  Fərdi  intervyular 

müsahibə verənlərin evlərində aparılmışdır, lakin həkimlərlə sorğular tibbmüəssisələrində 

keçirilmişdir. Qrup müzakirələri isə ya orta məktəb binalarında ya da tibb müəssisələrində 

aparılmışdır. Bütün sorğular və qrup müzakirələrinin lazımi qaydada qeydləri aparılmış və 

sonra  Azərbaycan  dilindən  ingilis  dilinə  tərcümə  edilmişdir.  Məxfilik  prinsiplərinə  riayət 

etmək üçün hesabatda respondentlərin  həqiqi adları başqa ad kimi  təqdim olunmuşdur. 



Cədvəl 3. Təfərrüatlı intervyuların (Tİ) və qrup müzakirələrinin (QM) regionlar üzrə sayı, 

Azərbaycan Respublikası



Regionlar

40 



yaşdan 

aşağı 


qadınlar 

40 



yaşdan 

aşağı 


kişilər

40 



yaşdan 

yuxarı 


qadınlar

40 



yaşdan 

yuxarı 


kişilər 

Həkimlər



QM

40 


yaşdan 

aşağı 


qadınlar

QM

40 



yaşdan 

aşağı 


kişilər

QM

40 



yaşdan 

yuxarı 


qadınlar

QM

40 



yaşdan 

yuxarı 


kişilər

Abşeron


Abşeron

2

2



2

2

1



1

1

1



1

Ağcabədi


Aran

2

2



2

2

1



1

1

1



1

Bakı


Bakı

2

2



2

2

1



1

1

1



1

Gəncə-Qazax

Tovuz

2

2



2

2

1



1

1

1



1

Quba-Xaçmaz

Siyəzən

2

2



2

2

1



1

1

1



1

Lənkəran


Lerik

2

2



2

2

1



1

1

1



1

Total

12

12

12

12

6

6

6

6

6

Tİ-larda, orta məktəbi bitirib bitirmədiyi nəzərə alınır.



2.3.1. Ətraflı sorğular

Ətraflı sorğular uşaq dünyaya gətirmək, kontraseptiv üsullardan istifadə, ultrasəs müayinəsi 

və  süni  abort  kimi  reproduktiv  sağlamlıq  xidmətlərindənistifadə  üzrə  kişi  və  qadınların 

münasibət  və  davranışlarlına  dair    məlumat  toplmaq  məqsədi  daşımışdır.  Bu  sorğular 

vasitəsilə  milli-mədəni  amillər  və  oğlan  uşaqlarına  üstünlük  verilməsinə  səbəb  ola  bilən 

gender  əlaqələri,  yaxud  dünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbətinin  pozulmasının 

kökündə dayanan səbəbləri izah edə bilən digər sosial normalar tədqiq edilmişdir.  Həmçinin 

sorğular  abort,  ultrasəs  müayinəsi  və  ailə  planlaşdırılması  xidmətləri  göstərilən  səhiyyə 

müəssisələrində çalışan həkimlərlə də aparılmışdır. 

2-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə