Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər


partnyor qurumlarla məsləhətləşərək razılaşdırılmışdır



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   ...   32

13

aparılacağı regionlar partnyor qurumlarla məsləhətləşərək razılaşdırılmışdır. 

İntervyular zamanı bütün hökumət nümayəndələri Azərbaycan cəmiyyətində ailə və oğul 

övladlarının  vacibliyini  qeyd  etmişlər.  Dünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbətinin 

pozulması ölkədə uşaqların sayının azalmasına gətirib çıxaran iqtisadi problemlərlə, həmçinin 

oğlan  uşaqlarının  olmasını  həvəsləndirən  adət-ənənə  ilə  əlaqələndirilmişdir.  Reproduktiv 

sağlamlıq  xidmətləri  ölkədəki  problemlərdən  biri  kimi  qeyd  edilmişdir,  həmçinin  bəzi 

intervyularda səhiyyə  işçilərinin davranışı tənqid edilmişdir. “Süni abort mədəniyyətinin” 

mövcudluğu  (yəni  süni  abortun  ailə  planlaşdırılması  vasitəsi  kimi  ümumi  qəbulu)  dölün 

cinsinə görə selektiv süni abortların sayının artmasında təsiredici amil kimi qeyd edilmişdir. 

Ekspertlərdən  biri  gender  bərabərliyinə  nail  olmaq  və  dəyişiklik  həyata  keçirmək  üçün 

qadınları səlahiyyətləndirmək məqsədi daşıyan yeni strategiyaların müəyyən olunmasına 

istiqamətlənmiş    fəaliyyət  planları  və  proqramların  zəruriliyini  vurğulamışdır.  Sosial  və 

iqtisadi  şərtlər,  reproduktiv  sağlamlıq  xidmətləri,  ailə  strukturu,  gender  rolları  və  oğlan 

uşaqların vacibliyinə dair münasibətin davam etməsi məsələsi də xüsusi vurğulanmışdır. 

Cədvəl 1. İnformantların adı və vəzifəsi, sorğunun keçirildiyi tarix

Adı


Vəzifəsi

İntervyunun tarixi

Fərid Babayev

BMT-nin Əhali Fondunun Azərbaycandakı 

Nümayəndəliyinin Baş Müşaviri

3 sentyabr 2012

Sədaqət  Qəhrəmanova

Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsi sədrinin müavini

4 sentyabr 2012

Rza Allahverdiyev

Dövlət Statistika Komitəsinin Əhali və 

gender statistikası şöbəsinin müdiri

4 sentyabr 2012

Gülsura Hüseynova

Müstəqil ekspert

5 sentyabr 2012

Rəna İbrahimbəyova

Müstəqil ekspert

5 sentyabr 2012

Rəcəb Səttarov

Sosial Tədqiqatlar üzrə Beynəlxalq 

Mərkəzin Direktoru

6 sentyabr 2012

Munir Məmmədzade

UNICEF-in Azərbaycan nümayəndəliyinin 

Uşaqların Müdafiəsi Proqramının rəhbəri

6 sentyabr 2012

Yulia Əliyeva

Kamilla Dadaşova

Qafqaz Tədqiqat Resurs Mərkəzləri 

Proqramı


“Simmetriya” təşkilatının rəhbəri

7 sentyabr 2012

7 sentyabr 2012

2.2. Kəmiyyət üsullarına əsaslanan  tədqiqat metodologiyası 

Ölkə  üzrə  dünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbətinin  hesablanması  üçün  üç  əsas 

məlumat mənbələri vardır:

•  Əhalinin siyahıyaalınmaları (1989, 1999 və 2009-cu illər üçün )

•  Keyfiyyətli məlumatlarla təmin edən  əhalinin qeydiyyat sistemi (Meslé et al, 2007)

Metodologiya



14

•  Ev  təsərrüfatları  sorğusu,  daha  dəqiq  desək,  2011-ci  ildə  Azərbaycanda  keçirilmiş 

Demoqrafiya və Sağlamlıq Sorğusu (AzDSS-2011), 2001-ci ildə keçirilmiş Azərbaycanda 

Reproduktiv Sağlamlıq Sorğusu (Serbanescu et al, 2003). 

Tədqiqatın  bu  hissəsində,  əsas  mənbə  kimi  AzDSS-2011-in  məlumatlarından  istifadə 

olunmuşdur,  çünki,  bunlar  əhalinin  subqruplarının  təhlilinə  imkan  yaradır  və  əlaqədar 

məsələlər üzrə keyfiyyətli məlumatlarla təmin edir, məsələn əhali arasında nəsivermə üzrə 

olan meyllər, kontraseptivlərin istifadəsi və süni abortlar

3



AzDSS-2011 sorğusuna əlavə olaraq, tədqiqat zamanı 2001-ci ildə aparılmış Reproduktiv 



Sağlamlıq  Sorğusundaəldə  edilmiş  keyfiyyətli  məlumatlardan  da  istifadə  olunmuşdur 

(Serbanescu et al, 2003).



2.3. Keyfiyyət üsullarına əsaslanan tədqiqat metodologiyası 

Kəmiyyət  üsulları  vasitəsilə  aparılan  tədqiqatlar  coğrafi  və  sosial-iqtisadi  xüsusiyyətlərə 

görə  dünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbəti  haqqında  məlumat  əldə  etmək  üçün 

dəyərli olmuşdur. Son tədqiqatlara əsasən ehtimal etmək olar ki, Azərbaycanda bu nisbət, 

oğlan  uşaqlarına  üstünlük  verilməsi  nəticəsində  pozulmuşdur  (Asiya  İnkişaf  Bankı,  2005; 

Duthé, 2012; Hotacsu at al., 2001; Guilmoto, 2009; Guilmoto, 2013; Meslé et al., 2007; 

UNFPA,  2012).  Eyni  problemlə  üzləşən  digər  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da 

sözügedən nisbətin pozulmasına zəmin yaradan səbəbləri araşdırmaq və problemin həllinə 

dair tövsiyyələr irəli sürmək üçün keyfiyyət üsulları vasitəsilə aparılan tədqiqata ehtiyac var 

idi (Guilmoto, 2013; Mesle et al, 2007).



Cədvəl 2. Keyfiyyət üsullarına əsaslanan sorğunun əhatə etdiyi iqtisadi 

rayonlar və onların demoqrafik göstəriciləri, Azərbaycan Respublikası

İqtisadi 

rayonlar


Süni 

abortların  

ümumi 

əmsalı


Yeni 

doğulmuş 

uşaqların 

cinsə görə 

nisbəti

Son üç ildə 



süni abort-

lar (%)


Kontraseptivlərdən 

istifadə (%)

Süni 

abortların 



səbəbi (dölün 

cinsinə görə 

seçim) %

Süni abortla 

yekunlaşan 

hamiləliklər 

(%)

Bakı


2.1

125


12.0

56

4



51

Abşeron


2.7

142


13.0

41

5



54

Gəncə-Qazax

3.5

112


18.0

50

1



55

Lənkəran


1.3

94

7.5



47

9

37



Quba-Xaçmaz

1.0


140

6.0


57

6

35



Aran

2.4


129

13.0


49

2

46



3

AzDSS-2011  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  tərəfindən  2011-ci  ilin  avqust-oktyabr  aylarında 

keçirilmişdir. Bu sorğuda ölkəni təmsil edən 15-49 yaşda 9381 qadını əhatə edərək 7704  ailə iştirak etmişdir. 

Sorğunun məqsədi nəsilvermə, uşaq ölümü, ailə planlaşdırılması, ana və uşaq sağlamlığının səviyyəsi və onlarla 

bağlı tendensiyalar haqda məlumat toplamaq olmuşdur. Sorğu üçün Naxçıvan Muxtar Respublikasından başqa 

Azərbaycanın hər bir iqtisadi rayonu üzrə göstəricilər əldə edilmişdir.

2-ci fəsil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə