Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   24   25   26   27   28   29   30   31   32

64

qorumaq  və  tibbi  yardım  almaq  hüququ  vardır,  həmçinin  hər  qadının  doğuşla  əlaqədar 

sağlamlığını qorumaq hüququ vardır. Əhalinin sağlamlığının qorunması haqqında qanunun 17-

ci Maddəsində deyilir ki, hamiləlik zamanı, doğuşdan əvvəl və doğuşdan sonra hər bir hamilə 

qadına dövlət səhiyyə obyektlərində pulsuz tibbi xidmətlər göstərilməlidir. Bu qanun əsasında 

hər vətəndaşa pulsuz tibbi xidmət təmin etmək məqsədilə uşaqlar və qadınlar üçün nəzərdə 

tutulmuş səhiyyə obyektləri də daxil olmaqla xəstəxanalar və tibbi kliniki mərkəzlər yaradılmışdır. 

Bu tədqiqat vasitəsilə aşkar edilmişdir ki, Azərbaycanda səhiyyə xidmətlərini əldə etməkdə 

ciddi problemlər yaşanır. İctimai iaşə və ya özəl sektorda çalışan yaxud təqaüddə olan bir 

çox iştirakçılar heç bir sağlamlıq sığorta sisteminə daxil edilməmişlər. Bundan əlavə, səhiyyə 

işçilərinin səhiyyə xidmətlərinin pulsuz olduğunu söylədiklərinə baxmayaraq bu xidmətlərdən 

istifadə etməli olmuş şəxslər pul ödəməli olmuşlar. Səhiyyə xidmətlərinin əldə edilməsində 

çətiniklərlə üzləşən əhali qrupları üçün reproduktiv sağlamlıq xidmətlərinin əldə edilməsi də 

çətin olacaq. Səhiyyə sektorunda bu cür neqativ təcrübələr insanların kontraseptiv üsulların 

istifadəsini, doğuşdan əvvəl və sonra sağlamlıq xidmətlərini, habelə ailə planlaşdırılması və 

hamiləlik-doğuşla bağlı məsləhət xidmətlərini istəməyəcəyinə gətirib çıxara bilər. Bunun ana 

və  uşaq  ölümünün  artması,  uşaqların  immunizasiya  proqramlarında  iştirak  etməməsi  və 

ictimai sağlamlığın tənəzzülə uğraması kimi ciddi nəticələri ola bilər. Sağlamlıq sığortasının 

əhatəsini  genişləndirməyə  və  bu  sahədə  çətinliklə  üzləşən  əhali  təbəqələrinin  səhiyyə 

xidmətlərini əldə etdiklərini yəqin etməyə ehtiyac var. Daha qənaətbəxş ictimai sağlamlıq 

xidmətləri oğlan uşaqlarına üstünlük verilməsi məqamının  zəifləməsinə də gətirib çıxara 

bilər,  bu  əsasla  ki,  müsahibə  verənlərin  də  təsvir  etdiyi  kimi  daha  ahıl  yaşda  xəstəlik  və 

ya  qocalıq  baxımından  valideynlərin  narahatlığına  son  qoyula  bilər  “biz  qocalanda  və  ya 

xəstələnəndə oğlanlarımız bizim qayğımıza qalacaq”. 



6.3. Gender rolları və oğlan uşaqlarına üstünlük verilməsi 

Tələbat yönümlü siayasət vasitəsilə ailə planlaşdırılması və müasir kontraseptiv üsulların 

istifadəsi  abort  əmsalının  azaldılması  üçün  zəruri  alətdir.  Lakin  nəsilvermə  əmsalının 

əvəzedilmə səviyyəsində olduğu və oğlan uşaqlarına güclü üstünlük verildiyi Azərbaycan 

kimi  ölkədə  ailə  planlaşdırılması  üsullarının  daha  geniş  istifadəsi  gender  ayrıseçkiliyi 

əsasında aparılan abortlar da daxil olmaqla abortların azalmasına zəmanət vermir. Mövcud 

olan patriarxal mentaliteti nəzərdən keçirmək və başa düşmək, həmçinin onun ləğv edilməsi 

üçün siyasət prioritetləri hazırlamaq zəruridir.  

Keyfiyyət üsulları ilə aparılmış intervyular göstərir ki, kişilərin dominantlıq təşkil etdiyi sosial 

struktur  uşağın  təhsili  və  tərbiyəsində  fundamental  ünsür  kimi  ailədaxili  təcrübələrdən 

başlayır.  Gender  rollarına  əsasən  ailələrdə  kəskin  əmək  bölgüsü  var,  “kişilər  ‘çörək  pulu’ 

üçün  evdən  kənarda  işləyirlər,  qadınlar  isə  ev  işləri  ilə  məşğul  olurlar.”  İştirakçılar  ailədə 

qız  uşaqlarının  analarına  kömək  etdikləri,  oğlanların  evin  kənarındakı  işlərdə  atalarına 

yardım etdiyi və ailənin yaşlı kişi üzvlərinin ailə ilə bağlı qərarların qəbulunda dominantlıq 

təşkil  etdiyi  xarakterik  ailə  strukturunu  təsvir  etmişlər.  Azərbaycanda  oğlanlara  nisbətən 

böyüdülməsi daha çətin hesab edilən qız uşaqlarına aid edilən rol “ananın köməkçisi” və ya 

“ailə qurana qədər valideynlərin və işlərinin qayğısına qalan” roludur. 

6-cı fəsil



65

Keyfiyyət  üsulları  ilə  aparılan  intervyular  zamanı  bir  çox  respondentlər  qız  uşağını 

böyütməyin çətinlilyi haqda danışarkən “qız yükü, duz yükü” atalar sözünü qeyd etmişlər. 

Oğlan uşaqlarına daha çox “ailəni saxlayan”, “ailəsinə şərəf verən”, “ailəsinin mülkiyyətini və 

şərəfini qoruyan”, “əsgər kimi ölkəsini və onun sərhədlərini qoruyan”, “işləyib pul qazanan”, 

“valideynləri qocaldıqda onalrın qayğısına qalmaq”, “atasının cənazəsini çiyinində daşımaq” 

və s. kimi rollar aid edilir. Kişilərə aid edilən bu dəyərlər uşaqlıqdan başlayır və ömür boyu 

davam  edir.  Partnyorun  seçilməsi,  ailə  qurmaq,  işləmək,  uşaqları  olmaq,  hərbi  qulluqda 

olmaq kimi həyat hadisələrində adət halını almış kişi və qadın rolları Azərbaycanda patriarxal 

mentaliteti əbədiləşdirməyə xidmət edir. 

Bu mentalitet oğlan və qız uşaqlarının gələcək reproduktiv davranışlarını formalaşdırır. Bu 

tədqiqat vasitəsilə təkcə kişilərin deyil, qadınların da oğlan uşaqlarına üstünlük verməkləri 

aşkar edilmişdir. Bəzi qadınlar bu təzyiqə etiraz etmiş və bildirmişdir ki, dünyaya gələcək 

uşağın cinsi vacib deyil. Lakin onlar həm də qeyd etmişlər ki, ərləri və ya qaynanalarının təzyiqi 

ilə onlar dölün qadın cinsində olduğu təyin olunan zaman ikinci və üçüncü uşaqlarını süni 

abort etdirmişlər. Oğlan uşaqlarına güclü üstünlük verilməsi nəticəsində bəzi kişilər həyat 

yoldaşlarına boşanma ilə hədə-qorxu gəlmiş və oğlan uşağı olana qədər hamiləliklərini süni 

abortla dayandırmağa məcbur etmişlər.  Qadınların əksəriyyəti iqtisadi cəhətdən ərlərindən 

asılı olduqlarına görə boşanma hədə-qorxusu təhlükəlidir və bir çoxlarını öz hüquqlarından 

əl çəkməyə və abort etdirmələrinə səbəb olmuşdur. 

Oğlan uşaqlarına üstünlük verilməsini nəzərdə tutan bu mentaliteti dəstəkləyən əsas amillər 

aşağı nəsilvermə səviyyəsindən irəli gəlmiş “ixtisaredici təsir”, habelə dölün cinsinə görə 

selektiv  abortları  mümkün  edən  reproduktiv  texnologiyalardır.  Qərbi  Avropa  ölkələrində 

nəsilvermənin  Azərbaycana  oxşar  səviyyədə  olmasına  və  dölün  cinsinin  təyin  edilməsi 

üçün  eyni  texnologiyaların  əldə  edilmə  şəraitinə  baxmayaraq  orada  dölün  cinsinə  görə 

selektiv abortlar problemi yaranmamışdır, yalnız ona görə ki, bu ölkələrdə oğlan uşaqlarına 

üstünlük  verilməsinə  təkan  verən  heç  bir  menatlitet  yoxdur.  Aydındır  ki,  Azərbaycanda 

oğlan  uşaqlarına  üstünlük  verilməsinə  təkan  verən  patriarxal  sosial  strukturdan  gender 

bərabərliyinə  əsaslanan  başqa  bir  struktura  tədricən  baş  verən  transformasiyasını  yəqin 

etmək siyasətinin priotiteti olmalıdır.

Azərbaycan  cəmiyyətini  daha  eqalitar  (bərabərhüquqlu)  birinə  çevirmək  üçün  mövcud 

patriarxal  sistemi  əbədiləşdirən  prosesə  müdaxilə  etməyə  ehtiyac  var.  Məktəbə  hazırlıq 

səviyyəsindən  başlayaraq  rəsmi  təhsil  sisteminin  bütün  səviyyələrində  gender  tədrisi  və 

təlimini təqdim etmək faydalı ola bilərdi. Həmçinin çap edilmiş, səsyazma və ya görüntü 

olaraq  lentə  alınmış  materiallardan  istifadə  edərək  böyüklər,  kişilər  və  qadınlar  arasında 

gender bərabərliyi haqda məlumatlandırma üzrə geniş proqramlar təqdim etmək olar.  

Qadınları daha yüksək təhsil və ödənişli məşğulluq əldə etməyə cəlb edən pozitiv ayrıseçkilik 

kimi müvəqqəti xüsusi tədbirlərə ehtiyac var. Azərbaycanda reproduktiv yaş həddində olan 

qadınların 97 faizinin 5 il və daha çox təhsili vardır və 80 faizi isə 10 il və daha çox təhsil 

almışdır. Buna baxmayaraq, bu qadınların əksəriyyəti (79 faiz) son 12 ay ərzində heç bir 



Müvafiq siyasətin tənzimlənməsi


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə