Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə29/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

 
Familia: Leguminosae Juss. 
Paxlalılar fəsiləsi                             
Genus: Astragalus LPaxladələn-Gəvən cinsi  
Species: Astragalus caspicus M.Bieb. – Xəzər gəvəni 
syn: Astracantha caspica (M.Bieb.) Podlech  
Fl. Taur.-Caucas. 2: 204. 1808  
 
Ümumi  yayılması:  Qafqaz,  Rusiya  (Dağıstan),Türkiyə  və  İran  ərazi-
lərində təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Talış    dağlarının  ən  yüksək    alp 
çəmənliklərində  quru daşlı yamaclarda  yayılmışdır. 
Statusu:  Nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  növüdür.  CR 
B1ab(ı,ıı,ııı,ıv,v). 
Bitdiyi yer: Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir. 
Təbii ehtiyyatı: Azdır. 
Bioloji xüsusiyyətləri: Yarpağını tökən 30 sm hündürlükdə  xırda koldur.  
Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının 
ucu şişdir.  
 Yarpaqları  yumurtavarı  lansetşə-
killi  qısa  tüklü  kənarları  kirpikvarıdır. 
Yarpaqcıqları  4-7  cüt  uzunsov  xətvarı, 
hər iki ucu sivri, üstdən zəif altdan qa-
lın tüklü bəzən çılpaq 6-8 mm uzunluq-
dadır.  
Yarpaqların  tikanları  qoltuğunda 
2 çiçəkli  uzun sünbülvari çiçsək qrupu 
əmələ  gətirir.  Çiçəkaltlıqları  qayıqvarı,  
üstdən  adətən  tüklü,  kənarı  kirpikvarı  
təxminən  kasacığa  bərabərdir.  Kasacıq 
5  mm  uzunluqda,  ağ  tüklü  qaidəsi  çılpaq  bizvari  dişlidir.  Tacı  təxminən 
10 mm uzunluqda ağ zanbaq  rənglidir. 
Dişicik  uzunsov  tüklü    çılpaq  sütunludur.  Paxlası  tüklüdür.  Iyun  – 
iyul aylarında çiçəkləyir. Iyul – avqustaylarında meyvəsi yetişir.  
Çoxalması: Təbiətdə vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
 


 
Becərilməsi: Azərbaycanda 1952-ci ildən becərilir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na da-
xil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. 
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-
sının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Res-
publikası  florasının  taksonomik  spektri.  2008;  Naxçıvan  MR-nın  flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Leguminosae Juss. 
Paxlalılar fəsiləsi                             
Genus: Astracantha 
Podlech 
– A
strakanta
 cinsi  
Species:  Astracantha  barba-caprina  (Al.Fed.,  Fed.  &  Rzazade) 
Podlech  - Keçisaqqal astrakanta 
synonym of Astracantha barba-caprina ("Al.Fed., Fed. & Rzazade") Podle  
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 16: 228. 1954  
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda yayılması: Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) 
yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir. VU C2a(i). 
Bitdiyi  yer:  Azərbaycan  Naxçıvan  dağlarının  quru,  daşlı  yamaclarında, 
dəniz səthindən 1400-1500 m hündürlükdə yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda təbii ehtiyatı azdır. 
Bioloji xüsusiyyətləri: Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları 
qalın  və  yoğun  tikanlarla  örtülü,  50-70  sm  hündürlüyündə  koldur. 
Kollarının üzərindəki budaq-
lardan çoxlu qısa yan budaq-
ları çıxmışdır.  
Bitkinin  köhnə  tikan-
ları  boz  horizontal,  yaxud 
aşağı  əyilmiş,  5-9  sm  uzun-
luqda, 2 sm enində olur. Yar-
paqaltlıqları 18 mm uzunluq-
da,  4/5  hissəsi  saplaqla  bir-
ləşmiş, arxası və əsası sıx, ağ 
tüklü,  ucu  bizvarı,  ətrafı  az, 
yaxud çox kirpikciklidir.  
Yarpaqları  10  sm  uzunluqda,  yarpaqcıqları  4  (5)  cüt ellipsvarı,  hər 
iki  tərəfi  nazik,  yuxarısı    qısa,  1-2  mm  uzunluqdadır.  Tikanları  2,5-3  sm 
uzunluqda, 7 mm-ə qədər enində olub, çılpaq, qalın və yaşıl rənglidir.  
Çiçəkaltlıqları  2  mm  enində,  pərdəşəkilli,  uca  doğru  isə  uzun 
kiprikciklidir.  
Kasacığı 17 mm uzunluqda olub, əsasına oyulmuş, ağ tüklü, 2 mm-
ə qədər uzunluğa çatan bizvarı çıxıntısı vardır.  


 
Meyvəsi  böyrəkvarı  formalı,  qəhvəyi-sarı  rəngdədir.  Paxlası  tərs 
yumurtavari,  ağ  tüklü,  6  mm-ə  qədər  uzunluqda  olub,  içərisində  1  ədəd 
toxumu vardır. 
Çoxalması: Təbii şəraitdə toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətinin təsiridir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. 
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-
sının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Res-
publikası  florasının  taksonomik  spektri.  2008;  Naxçıvan  MR-nın  flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə