Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

 
Familia: Leguminosae Juss
Paxlalılar fəsiləsi                                                    
Genus: Gleditsia L. – Lələk cinsi  
Species: Gleditsia caspia Desf. – Xəzər lələyi 
Revis. Gen. Pl. 1: 167 167 1891
 
Ümumi yayılması: Iranda təbii yayılma arealı vardır.  
Azərbaycanda  yayılması:  Astara,  Lənkəran  rayonları  ərazilərində  rast 
gəlinir.  
Statusu: Azərbaycanın nadir bitki növüdür. VU B2b (i,iii).
 
Bitdiyi yer: Aşağı dağ qurşağında qarışıq meşəliklərdə rast gəlinir. 
Təbii ehtiyatı: Çox deyil. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  10-20  m  hündürlüyü  olan,  dağınıq 
budaqlı ağacdır. Zoğvermə xüsusiyyəti yüksəkdir.  
 Budaqları üzərində şaxə-
lənmiş  sərt  tikanları  vardır.  
Zoğlar və cavan budaqlar yaşı-
lımtıl, açıq-sarıdır, çoxlu uzun, 
düz,  sərt,  əksərən  şaxələnmiş, 
yanlardan  basıq,  tünd-boz  ti-
kanlarla  örtülüdür.  Yarpaqlar 
tək  lələkvari  və  ya  2  qat  lə-
ləkvarı  olub,  tüksüzdür,  lələklidir.  Yarpaqcıqlar  bir  qədər  iri,  uzunsov, 
ellipsvarı  və  ya  yumurtavarıdır,  kütdür,  uzunluğu  (3)  4-5  sm-dir,  tam-
kənarlı  və  ya  azca  yarımdairəvi  dilimlidir.  Çiçəkləri  yaşılımtıl  rəngdə 
olub kiçikdir, demək olar ki, çiçək saplağı yoxdur, 4-5 sm böyüklüyündə 
olan  salxım  çiçək  qrupunda  yerləşir.  Kasacıq  və  tac  ləçəkləri  sıxılmış 
tükcüklüdür.  Paxlameyvəsi  25-35  sm  uzunluğunda  olub,  düz  və  ya 
oraqvaridir.  
Toxumlar uzunsov, tünd-qəhvəyidir. Uzunluğu 11-12 mm və eni 6-
7 mm olmaqla hər paxlada orta hesabla 15 toxum olur.  
Mayda çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir. 
Çoxalması: Təbiətdə, əsasən, toxumla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Nəbatat bağlarında becərilir. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri:Yasaqlıqların yaradılması zəruridir. 
Məlumat  mənbələri:  Дерево  и  кустарники  СССР  т.4.1958;  Azər-
baycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı Kitabı”. 
1989;  Красная  Книга  СССР.1984;  Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər. 
2005;  2006;  2008;  Azərbaycanın  nadir  və 
nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin 
in situ və ex situ şəraitində bioekoloji xüsu-
siyyətlərinin  reproduksiyasının,  reproduksi-
yasının  və  repatriasiyasının  elmi  əsasları, 
b.e.d.  alimlik  dərəcəsi  almaq  üçün  disser-
tasiya. Bakı. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Leguminosae Juss. 
Paxlalılar fəsiləsi                                                         
Genus: Genista L.– Naz cinsi  
Species: Genista transcaucasica Schischkin – Zaqafqaziya nazı 
Grossheim & Schischk. Sched. Herb. Pl. Or. Exsicc. 35 (1924).  
 
Ümumi  yayılması:  Qafqaz  və  Rusiya  ərazilərində  təbii  arealına  rast 
gəlinir. 
Azrəbaycanda yayılması: Mərkəzi və Cənubi Kiçik Qafqazda təbii halda 
yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir.VU D2.  
Bitdiyi yer: Quru dağ yamaclarında rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda  arealı geniş deyildir.  
Bioloji  xüsusiyyətləri:  25-30  sm 
hündürlüyündə alçaqboylu koldur. 
Yarpaqları  ensiz  olub  lansetşəkil-
lidir. Yarpaqları 15-20 sm uzunlu-
ğunda olub, eni 1,5-3 sm-dir. Zoğ-
larının  üzəri  sıx  tüklüdür.  Çiçək-
ləri  salxımvarı  çiçək  qrupunda 
toplanmışdır.  Ləçəkləri  sarı  olub 
tüklüdür.  Bitkinin  paxla  meyvəsi 
uzunsov  olub  ensiz  və  tüksüzdür.May  ayında  çiçəkləyir  iyul  ayının  son-
larında meyvə verir 
Çoxalması: Təbiətdə toxum yolu ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Azərbaycanda Nəbatat bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qorunma  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР  т.4.1958;  Azər-
baycanın  ağac  və  kolları.  III  cild.  1970;  Azərbaycanın  “Qırmızı”  və 
“Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasiyaları.  1996; 
Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 2008.  
 


 
Familia: Leguminosae Juss.
 
Paxlalılar fəsiləsi                                                        
Genus: Genista L.– Naz cinsi  
Species: Genista patula M.Bieb. - Səpili naz 
syn: Genista tinctoria L.  
Fl. Taur.-Caucas. 2: 148. 1808  
 
Ümumi yayılması: Rusiya və Türkiyə ərazilərində rast gəlinir. 
Azrəbaycanda yayılması: Mərkəzi və Cənubi Kiçik Qafqazda təbii halda 
yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir.VU D2.  
Bitdiyi  yer:  Enliyarpaq  meşəliklərdə  açıq  sahələrdə  aşağı  dağ  qurşağın-
dan orta dağ qurşağına qədər olan  ərazilərdə bitir. 
Təbii ehtiyatı: Azərbaycanda  arealı geniş deyildir.  
Bioloji xüsusiyyətləri: Təbiətdə 1 metrə qədər  hündürlüyü olan və şaxə-
lənən  bir  kol  bitkisidir.  Yarpaqları  lansetşəkilli  və  ya  yumurtaşəkillidir. 
Yarpaqları 3-5 sm uzunluğunda olub, eni isə 0,5-1,5 sm-dir. Çiçəkləri sarı 
rəngdə  olub  3-5  sm  uzunluğunda  salxımlarda  toplanmışdır.  Kasacıqları 
0,4-0,6 sm uzunluğundadır. Bitkinin paxla meyvəsi uzunsov olub ensiz və 
tüksüzdür. May-iyun ayında çiçəkləyir, avqust ayının sonlarında meyvəsi 
yetişir. 
Çoxalması: Təbiətdə toxum yolu ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Azərbaycanda Nəbatat bağlarında becərilir. 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə