Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə40/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

 
Familia: Lamiaceae Lindl.-Dodaqçiçəklilər fəsiləsi 
Genus:Thymus L. – Kəklikotu cinsi 
Species: Thymus transcaucasicus Ronniger – Zaqafqaziya (Ziazat) kəklikotu 
Syn.:  Thymus  aserbaidshanicus  Klokov,  Thymus  bakurianicus  Klokov,  Thymus  fominii 
Klokov & Des.-Shost., Thymus superbus Ronniger 
Repert. Spec. Nov. Regni Veg. 31: 140 1932
 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda yayılması: Azərbaycanda- Kiçik Qafqazda yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir .CR B1ab (i,ii,iii). 
Bitdiyi yer: Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda bitir. 
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Sürünən  meyvəsiz  zoğları  olan  yarımkolcuqdur. 
Çiçək  saplaqlı  budaqlarının  hündürlüyü  10-30  sm,  bəzən  budaqlı,  sıx 
tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az 
bilinən nöqtəli vəzicikli, yumurtavari-uzun-
sovdan enli-yumurtavariyədək, uzunluğu 7-
15  mm,  eni  3-10  mm,  alt  tərəfi  damarcıq-
larda tükcüklü, yan damarcıqları 2-3 cütdür. 
Çiçək  qrupu  başcıqlı  və  ya  uzunsovdur. 
Çiçək  saplaqları  uzun,  tükcüklüdür.  Kasa-
cığın  uzunluğu  təxminən  5  mm  olub  alt 
tərəfi  tükcüklüdür.  Kasacığın  yuxarı  hissə-
sində  olan  dişciklər  ensiz-lansetvari  olub,  kənarları  tükcüklüdür.  Çiçək 
tacı  qırmızı,  tükcüklüdür.  VI-VII  aylar  arasında  çiçəkləyir,  VIII  ayda 
meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasi-
yaları.1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008. 
 


 
Familia: Lamiaceae Lindl
Dodaqçiçəklilər fəsiləsi 
Genus: Thymus L. – Kəklikotu cinsi 
Species:  Thymus  trautvetteri  Klokov  &  Des.-Shost.  –  Trautveri 
kəklikotu 
Trudy Bot. Inst. (Baku) 2: 303 1936
 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda yayılması: Lənkəran dağlarında yayılmışdır. 
Statusu:  Azərbaycanın  nadir  və  relikt  növüdür.  En  A2abc+3bcd; 
B1ab(i,ii,iii)+2ab(i,ii,iii). 
Bitdiyi yer:  Orta dağ zolağında çınqıllı yamaclarda bitir. 
Təbii ehtiyatı: Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri: Sürünən zoğları olmayan ağ keçətüklü  yarımkol-
cuqdur.  Çiçək  saplaqlı  budaqların  hündürlüyü  3-5  sm,  çiçək  qrupunun 
altında  uzun,  əyilmiş  tükcüklərlə  örtülmüşdür.  Yarpaqları  saplaqlı  olub, 
enli-yumurtavari  formadadır  və  uzunluğu  4-7  mm,  eni  2-4  mm  olub  hər 
iki tərəfdən qısa tükcüklərlə və nöqtəli vəziciklərlə örtülmüşdür. Yarpaq-
ların yan damarcıqları üstə çıxandır. Çiçək qrupu başcıqlıdır. Çiçək sap-
laqları  kasacıqdan  qısa,  uzun,  əyilmiş  tükcüklərlə  örtülmüşdür.  Kasacığı 
zəngvari, uzunluğu 3-3,5 mm, uzun tükcüklü, yuxarı dişcikləri kənarında 
sıx tükcükcüdür. Çiçək tacı ağ borucuqlu və bənövşəyi büküklüdür. V-VII 
aylarında çiçəkləyir, VII-VIII aylarında meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliyyə-
tidir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları.1989; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Lamiaceae Lindl
Dodaqçiçəklilər fəsiləsi 
Genus: Thymus L. – Kəklikotu cinsi 
Species: Thymus karjaginii Grossh. – Karyagin kəklikotu 
Izv. Azerbaidzhansk. Fil. 10: 42 1944
 
Ümumi yayılması: Qafqaz 
Azərbaycanda yayılması: Qobustanda yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir. CR A2c; B1ac(i,ii)+2ab(i,ii). 
Bitdiyi yer: Daşlıq yamaclarda bitir. 
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Çoxsaylı,  meyvə-
siz, sürünən  zoğları olan  yarımkolcuqdur. 
Çiçəkli  zoğları  düz  dayanan,  hündürlüyü 
2-5  sm,  sıx,  qısa  tkcüklüdür.  Yarpaqları 
uzunsov-lansetvari və ya əks-yumurtavari, 
uzunluğu 4-10 mm, eni 2-4 mm olub çox 
cod,  çılpaq,  az  bilinən  nöqtəli  vəzicikli, 
kənarları  tükcüklərlə  örtülüdür.  Yarpaq-
ların  yan  damarcıqları  alt  tərəfində  üstə 
çıxandır.  Çiçək  qrupu  başcıqlı,  möhkəm-
dir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür. Kasacığın 
yuxarı  dişcikləri  üçkünc,  kənarları  tükcüklüdür.  Çiçək  tacının  uzunluğu     
6-7  mm,  parlaq  çəhrayıdır.  V-VI  aylarında  çiçəkləyir,  VII  ayında  meyvə 
verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 
2008. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə