Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ


Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə42/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   38   39   40   41   42   43   44   45   ...   91

 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qoruma  tədbirləri 
yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasi-
yaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Limoniaceae Ser. (Plumbaginaceae Lindl.) 
QurĢunçiçəyikimilər fəsiləsi 
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi 
 
Species: Acantholimon lepturoides Boiss. – Nazikquyruq tıs-tıs 
Diagn. Pl. Orient. 7: 77 1846
 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda  yayılması:  Gədəbəy  rayonunda  dağətəklərində  rast 
gəlinir. 
Statusu: Azərbaycanın nadir növüdür. NT. 
Bitdiyi yer: Dağ ətəyində, quru, gillicə və daşlıq yamaclarda bitir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə alçaq boylu kolcuqdur. Yastıqcığı çox 
möhkəm, yarımşarşəkilli, diametri 10-15(20) sm-dir. Yay yarpaqları açıq 
göyümtül, hamar, üç hissəli, lansetvarı-xətvarı və ya xətvarı-bizvarı, cod, 
bünövrəsində  uzunluğu  12-25(30)  mm  və  eni  1-2  mm,  ucu  biz,  iynəli, 
çılpaq olub kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enli-
dir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, 
bəzən  1-2  yan  budaqlı,  çılpaq  və  ya  bəzən  qısa  tükcüklüdür.  Çiçəkləri 
çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzu-
nundan  çoxdur  və  ya  uzunluğuna  görə  sünbüllərə  bərabərdir.  Sünbüllər 
10-11mm  olub  bir  çiçəklidir.  Çiçəkaltlıqları  çılpaq  olub,  üst  çiçək  alt-
lığının uzunluğu 7-8 mm və lansetvarı, iti,  içəridə olanlardan uzun və ya 
onlara bərabər, ensiz haşiyəlidir.İçəri çiçəkaltlıqları kasacığın borucuğuna 
bərabər və ya bir az ondan uzun, enli, haşiyələnmiş, ucu bizdir. Kasacığın 


 
uzunluğu  8-10  mm,  borucuğu  tükcüklü, 
uzunluğu  təxminən  7  mm-dir.  Ləçəkləri 
çəhrayıdır. May-iyun aylarında çiçəkləyir. 
Çoxalması:  Təbiətdə  əsasən  toxum  vasi-
təsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri: 
Başlıca olaraq insan fəaliyyətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qoruma  tədbirləri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Limoniaceae  Ser.  (Plumbaginaceae  Lindl.) 
QurĢunçiçəyikimilər fəsiləsi 
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi 
Species: Acantholimon fominii Kusn. – Fomin tıs-tısı 
Delect. Pl. Jurjev. 50 1900
 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda  yayılması:  Kiçik  Qafqazın  şimal  hissəsində  təbii  arealı 
vardır. 
Statusu: Azərbaycanın nadir və relikt növüdür.VU D2. 
Bitdiyi yer: Dağ ətəyində quru, gilli və daşlıq yamaclarda bitir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə alçaq kolcuqdur. Yastıqcıqları möhkəm, 
yarımşarşəkilli, diametri 10-20 sm-dir. Yay yarpaqları intensiv göyümtül, 
hamar, üç hissəli, xətvari- lansetvari, çox cod, uzunluğu 1-2(3) sm və eni 
1-1,5  mm,  çılpaq,  ucu  biz,  kənarları  xırda  tükcüklüdür.  Yaz  yarpaqları 
çox  qısa  və  bir  qədər  enlidir.  Çiçək  saplaqları  4-10  dəfə  yarpaqlardan 
uzun, hündürlüyü 10-18 sm, nazik, yuxarı hissəsi çox dalğalı, sadə və ya 
az budaqlı, qısa tükcüklü və ya təxminən çılpaq ola bilir. Çiçəkləri çiçək 
qrupunda  seyrək  yerləşmişdir.  Sünbüllər  arasındakı  məsafə  onların 
uzunluğundan  bir  az  çoxdur  və  ya 
sünbüllərin  uzunluğuna  bərabərdir. 
Sünbüllərin  uzunluğu  11-12  mm-ə 
çatır  və  birçiçəklidir.  Çiçəkaltlıqları 
çılpaqdır.  Üst  çiçəkaltlığının  uzun-
luğu  6-8  mm,  içəridəkilərdən  bir  az 
qısa,  onlara  bərabər  və  ya  onlardan 
uzun, lansetvari, ucu biz, ensiz haşi-
yəlidir. İçəri çiçəkaltlıqları kasacığın 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə