Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə47/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

 
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 5. 1960; Флора 
Азербайджана  т.7.  1957;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная Книга. СССР. 1984;  Azərbaycanın “Qırmızı” və “Yaşıl kitab-
ları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan flo-
rasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008.  Naxçıvan  Muxtar 
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Polygonaceae Lindl
QarabaĢaqkimilər fəsiləsi                             
Genus: Atraphaxis L.- Dəvəqıran cinsi 
Species: Atraphaxis spinosa L.- Tikanlı dəvəqıran 
Sp. Pl. 745 1753. 
 
Ümumi  yayılması:  Aralıq  dənizi  sahili  ölkələrinin  şərqi,  Avropa,  Qərbi 
Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və  Orta Asiya və Iranda 
təbii yayılma sahəsi vardır.  
Azərbaycanda yayılması: Böyük Qafqazda - Quba, Qobustan, Abseron, 
Kür  və  Naxçıvan  düzənliyindən  başlayaraq  orta  dağ  qurşağına  qədər 
yayılmışdır. 
Statusu: Azərbaycanın nadir növüdür. LC.  
Bitdiyi  yer:  Quru  və  xüsusilə  daşlı  torpaqlarda,  günəşli  yerlərdə  yaxşı 
bitir.  
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji xüsusiyyətləri: Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız 
ağ  budaqları  olan,  25-100  sm  hündürlüyündə  kol  və  ya  kolcuqdur, 
budaqlarının qabığı qonur və ya bozdur. 
Yarpaqaltlığı 
qısa 
silindrvari,  aşağısı  qonu-
rumtul, yuxarısı pərdəvari-
dir,  damarları  yaxşı  seçil-
mir.  Yarpaqları  xırdadır, 
yuxarı  hissədəki  yarpaqla-
rın uzunluğu 5-16 mm, eni 
2-5,5  mm,  ortadakıların 
uzunluğu 4-15 mm, eni 2-
10  mm,  aşağı  hissələrdəkilərin  uzunluğu  4-  18  mm,  eni  1,5-10  mm-dir, 
dərivari, çılpaq, adətən göyümsovdur. Bəzi hallarda  yarpaqları elipsvari, 
yumurtavari və ya yumurtavari-rombşəkillidən ürəkvari-dəyirmiyədək də-
yişiləndir. Yarpaqlarının uc hissəsi dəyirmiləşmiş və ya kütdür, tamkənar-
lı,  alt tərəfdən  yaxşı  seçilməyən  damar-şəbəkəlidir,  (0,5)  1-2  (3)  mm-lik 
gödək, buğumlu, saplağa tərəf getdikcə ensizləşəndir.  
      Çiçəkləri  ikicinslidir.  Çiçəkləri  al  və  ya  al-çəhrayıdır.  Çiçəklər  bu-
daqların  yuxarı  yarısında,  yarpaq  qoltuğundan  çıxan  ortası  və  ya  aşağı 
yarısı  buğumlu,  uzun  çiçək  saplağının  uc  hissəsində  2-dən  6-dək  topa 


 
halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5-8 mm, eni 5-9 mm olmaq-
la adətən tünd çəhrayı, bəzən də ağdır, onun xaricdəki hissələri uzunsov-
yumurtavarıdır, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziy-
yətdə durur, daxildəkilər dəyirmi-ürəkvarı, dikdurandır, fındıqcığı demək 
olar  ki,  yastı,  uzunsov-yumurtavari,  sarımtıl-şabalıdı  və  ya  açıq-qonur, 
parlaqdır,  uzunluğu  4-5  mm,  eni  (2,5)  3  (4)  mm-dir.  May-iyun  aylarda 
çiçəkləyir, meyvəsi İyun-avqust aylarında yetişir.
 
 
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni halda becərilmir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qorunma  tədbiri 
yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi  və  müasir  dövrdə  bitkinin  populyasiya  vəziyyətinin  nəzarət  altına 
alınması tövsiyə olunur. 
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 2. 1951; Флора 
Азербайджана  т.2.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005;  2006;  2008.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Polygonaceae Lindl
QarabaĢaqkimilər fəsiləsi                             
Genus: Atraphaxis L.- Dəvəqıran cinsi 
Species:  Atraphaxis  angustifolia  Jaub.  &  Spach.-  Daryarpaq 
dəvəqıran 
Ill. Pl. Orient. 2: 15 1844
 
Ümumi yayılması: Türkiyə, Ermənistan, Hindistan və İranda təbii halda 
yayılmışdır. 
Azərbaycanda  yayılması:  Şərqi  və  Cənubi  Qafqazda,  Naxçıvan  MR-in 
Ordubad (Yuxarı Aza, Kotam) rayonu ərazisində yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bir növüdür. NT.  
Bitdiyi  yer:  Aşağı  dağ  qurşağında,  qayalarda,  gilli-daşlı  yamaclarında 
bitir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Alçaq  boylu,  dağınıq  budaqlanmış,  çox  qısa 
qeyri-bərabər  tüklənmiş,  çiçəklərlə  və  ya  yarpaqlarla  nəhayətlənən,  tilli 
dalğalı budaqlara malik, 5-2,5 sm hündürlüyündə kolcuqdur.  
Kələ-kötür,  tez  çatlayan, 
bəzən  də  dərin  şırımlı  ağımtıl 
qabığa  malikdir.  Yarpaqaltlığı 
boruları  2-5  mm  uzunluqda, 
ağımtıl pərdəli, 2 sapvarı ucla-
ra  çevrilən  lansetdişlidir.  Yar-
paqları  xırda,  dairəvi,  qalın, 
oturaqdır, pərdəvari  yarpaqalt-
lığı  tünd-yaşıl,  ətli,  dərivari, 
lansetvari-xətvari  və  ya  xətva-
ridır,  uzunluğu  1,5-4  sm,  eni 
1,5-3  mm-dir.  Üst  yarpaqları 
demək  olar  ki,  bizvari,  qaidəsinə tərəf ensizləşən,  kənarları  aşağı  qatlan-
mış,  xırda  kirpikvarıdır,  alt  səthi  yaxşı  seçilən  orta  damarlıdır.  Çiçəkləri 
buğumları olan qısa çiçək saplağında  yerləşməklə iki-iki və  ya üç-üç, ağ 
pərdəvarı  yarpaqaltlığı  qoltuqdan  çıxır  və  dalğavarı  oxa  malik  olan 
sünbülvarı  salxım  əmələ  gətirir.  Çiçəkyanlığı  sadə,  tökülməyən,  4-5  bö-
lümlüdür, 2 xarici hissəsi xırdadır, meyvələrdə aşağı qatlanır, daxili hissə-
ləri  isə  daha  iridir;  meyvə  verən  zaman  uzanır  və  yuxarı  dik  durur;  ağ, 
çəhrayı-qırmızı  və  ya  çəhrayı  rəngli  olur,  sonralar  kənarları  qonurlaşır. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə