Familia: Polygonaceae Lindl.
QarabaĢaqkimilər fəsiləsi
Genus: Calligonum L.-Cuzğun cinsi
Species: Calligonum aphyllum (Pall.) Gürke. – Yarpaqsız cuzğun
Pl. Eur. 2: 111 1897.
Ümumi yayılması: Rusiya, Çin və Orta Asiyada təbii arealları vardır.
Azərbaycanda yayılması: Azərbaycanda- Abşeron yarımadasında
(Balaxanı) təbii halda rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iv).
Bitdiyi yer: Səhra və yarımsəhralarda qumlu- gilli torpaqlarda rast
gəlinir.
Təbii ehtiyatı:Arealı geniş deyildir .
Bioloji xüsusiyyətləri: Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaq-
larının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməklidir, otvarı bu-
daqları en kəsikdə dairəvi,
nazik, yaşıl və ya açıq ya-
şıl, hamardır, 2-6-ya qədər
topa halında birillik bu-
daqların
buğumlarından
çıxır. Buğumarası hissələ-
rin üst tərəfi ağ pərdəvarı
kənarlı, kütuclu, sonralar
isə iki dilimə bölünən qın-
varı yarpaqaltlığı borusu
ilə nəhayətlənir.
Yarpaqları xırda, 2-3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc
hissədən azca enləşəndir, yarpaqaltlığı borusu ilə bitişik deyildir. Zoğları
otvarı, düz buğumlu, demək olar ki, yarpaqsızdır.
Çiçəklərinin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzun-
luğu 4-5 mm olan çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında
yerləşir. Çiçəkyanlığının hissələri qeyri-bərabərdir, xaricdəkilər enliyu-
murtavari, uzunluğu 3 mm-dir, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ
bürüncəklidir, daxildəkilər nisbətən ensiz və qısadır, ağdır, arxa tərəfdən
çəhrayıdır. Tozluqları çəhrayıdır.
Meyvəsi kürəvi olub, ikiqat qanadlıdır. Uzunluğu 15-20 mm, eni
14-18 mm-dir. Fındıqcıqların tilləri kütdür, azca irəli çıxıqdır, qanadların
kənarları bütöv və ya çətin seçilən dəyirmi dişli olmaqla demək olar ki,
bütövdür, qanadların səthi çılpaqdır. May ayında çiçəkləyir və iyun
ayında meyvə verir.
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni halda becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi zəruridir.
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 2. 1951; Флора
Азербайджана т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964;
Красная Книга. СССР. 1984; Azərbaycanın “Qırmızı Kitabı” 1989;
Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d.
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.
Familia: Polygonaceae Lindl.
QarabaĢaqkimilər fəsiləsi
Genus: Calligonum L.- Cuzğun cinsi
Species: Calligonum polygonoides L. – Çoxbuğumlu cuzğun
Sp. Pl. 530 1753.
Ümumi yayılması: Cənubi Qafqaz, Balkan yarımadası, Kiçik Asiya,
Ermənistan və İranda yayılmışdır.
Azərbaycanda yayılması: Naxçıvan MR-də Vəlidağ düzündə və
Ordubad rayonunun Kotam kəndi ərazisində rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iv) .
Bitdiyi yer: Səhra və yarımsəhralarda qumlugilli torpaqlarda rast gəlinir.
Təbii ehtiyatı:Azərbaycanda arealı geniş deyildir .
Bioloji xüsusiyyətləri: Hündürlüyü 1,5 m-dək, ağımtıl qabıqlı, şaxə-
lənmiş budaqlı koldur. Yarpaqları ensiz, bizvaridir. Meyvəsinin uzunluğu
12-16 mm, yumurtavari olub cod tüklüdür. Qoca budaqları əyilmişdir.
Cavan zoğları uzun olub, əyilmiş vəziyyətdə-
dir. Zoğları yaşıl və ya bozumtul-yaşıl rəngli
olub, buğumludur. Cavan zoğları yarpaqsız-
dır, payızda təxminən bütövlüklə məhv olan
və tökülən, oduncağabənzər budaqların qol-
tuqlarından dəstələrlə çıxır. Nazik, birillik
zoğlardan əlavə bu kolların çətirlərində artım
zoğları formalaşır və 3-6 il ərzində yaşayır. Zoğların illik budaqlanması
(yeni zoğlar keçən ilin zoğlarının aşağı, yan tumurcuqlarından çıxır) və
çoxillik budaqların buğumlarında hər yeni zoğun illik məhv olması nəti-
cəsində bəzi növlərdə özünəməxsus qalınlaşmalar əmələ gəlir. Bütövlük-
də cuzğunların inkişafı çox tez baş verir və kol 5-6 yaşında lazımı ölçü-
lərinə çatır. Təxminən bu yaşda birinci çiçəkləmə müşahidə edilir. Yar-
paqları az bilinən, xətvari, iynəşəkilli və ya bizvari, uzunluğu 3-7 mm, bü-
növrəsində dərili yarpaqaltlığı borulu, tez töküləndir. Çiçəkləri qoltuqda,
ikicinsli, ətirli, tək, düz, sadə, 5 hissəli çiçək yanlıqlı, yarpaqaltlığı boru-
ların qoltuqlarında 1-3 (5-ə qədər) yerləşir. Çiçəkyanlığının yarpaqları ağ,
çəhrayı, çəhrayı-bənövşəyi, yaşılımtıldır. Erkəkcikləri 12-18 ədəd, bü-
növrəsində erkəkcik saplaqları qısa tükcüklü dəstəlidir. Yumurtalığı yu-
Dostları ilə paylaş: |