Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə11/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   7   8   9   10   11   12   13   14   ...   123
Cəsur sərkərdə CAVAD XAN 
(1748-1804) 
 
Cavad Şahverdi xan oğlu Gəncədə dünyaya göz açmışdır. Sonralar o, 19 il 
(1785-1804)  Azərbaycanın qədim şəhəri Gəncənin xanı olmuş, vətənpərvər, mərd 
və  cəsur  sərkərdə  kimi  tanınmışdır.  Onun  şəxsi  möhürünün  üstündə  bu  sözlər 
yazılmışdır: “Düşmənə amansız, dostunun əhdini qırmayan Cavad xan”.  
Cavad  xanın  xanlığı  dövrü  Rusiya  çarı  I  Aleksandr  Qafqazı  tamamilə  ələ 
keçirmək  siyasətini  mərhələ-mərhələ  həyata  keçirirdi  və  bu  müstəmləkəçilik 
siyasətinin  növbəti  mərhələsi  1801-1804-cü  illərdə  Gəncə  xanlığını  böyük  ordu 
qüvvəsi  ilə  zəbt  etmək  əməliyyatı  oldu.  Bu  qanlı  əməliyyata  Rusiya  çarizminin 
cəlladlarından biri olan Qafqazın valisi knyaz Pavel Sisianov başçılıq etmişdir. 
General-mayor  Lazarov  (Lazaryan)  1803-cü  ilin  yanvarında  knyaz 
P.Sisianova yazılı bildirmişdi ki, o, Gəncəyə hücum etdikdə ermənilər ona kömək 
edəcəklər.  Sisianov  əməliyyatı  dinc  yolla  həll  etmək  üçün  Cavad  xandan  oğlu 
Uğurlu ağanı Tiflisə əmanət kimi göndərməyi tələb etdi. Cavad xan bu təklifi rədd 
etdi  və  Gəncənin  mühasirəsi  başlandı.    Sisianovun  şəhəri  təhvil  verməsi  tələbinə 
Cavad  xan  1803-cü  ilin  28  dekabrında  belə  cavab  yazdı:  “...  Xam  xəyalından  əl 
çək.  Gəncəyə  yalnız  meyidimin  üstündən  keçə  bilərsən...”.  Bir  aylıq  vuruşun 
nəticəsində  şəhərin  müdafiəçilərinin  silahı  və  ərzağı  tükənmişdi,  şəhərə  gələn  su 
xətti də kəsilmişdi... 
1804-cü ilin 3 yanvarı orucluq günü idi və həmin günü səhər erkən Sisianov 
Gəncə  qalasının  zəbtinə  top  atəşləri  ilə  başladı.  Dəfələrlə  üstün  hərbi  qüvvəyə 
malik  olan  düşmən  qüvvələri  nəhayət  qala  divarlarından  içəri  girə  bildilər. 
Əlbəyaxa  qılınc  vuruşunda  Cavad  xan  və  oğlu  Hüseynqulu  ağa  da  qətl  edildilər 
(Cavad xanı ruslar doğram-doğram doğradılar). 
Cavad xanın arvadı Bəyimxanım ərinin və oğlunun parçalanmış meyitlərini 
xəlvəti  olaraq  qala  divarlarından  aşağıya,  məscid  həyətinə  endirtdi.    Səhəri  gün 


21 
 
Sisianov  Bəyimxanımı  çərkəzi  paltarda,  ərinin  qılıncı  əlində  öz  ərinin  cəsədi 
qarşısında gördü və qadının ağır zəhmi altında otağı tərk etdi.  
Gəncə  qalasının  müdafiəçilərinin  böyük  itki  verməsi  səbəblərindən  biri 
ermənilərin xəyanəti olmuşdur.  
Cavad  xanın  cəsurluğu  və  xalqımızın  həmin  dövrdə  öz  Vətənini  müdafiə 
əzmi  haqda  daha  geniş  məlumat  almaq  üçün  bu  kitabları  oxumaq  məsləhətdir: 
Əhməd  İsayev,  Gəncə  və  gəncəlilər  (Bakı,  1991),  Nüşabə  Məmmədova,  Cavad 
xan, (Gəncə, 1996). 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə