Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə115/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   111   112   113   114   115   116   117   118   ...   123
IV fəsil 
 
MÜHARĠBƏ VETERANLARI 
HƏRƏKATININ TƏġKĠLATLANMASI VƏ 
GƏNCLƏRĠN HƏRBĠ-VƏTƏNPƏRVƏRLĠK 
TƏRBĠYƏSĠNDƏ VETERANLARIN 
FƏALĠYYƏTĠ 
 
§ 1. Müharibə veteranlarının təĢkilatlanması 
 
İkinci dünya müharibəsi qurtardıqdan sonra bu müharibənin iştirakçılarının 
müəyyən təşkilatlarda birləşməsi qanuni və  vacib məsələ idi. Belə addımlar digər 
ölkələrdə də atılırdı. 
1950-ci  ildə  Ümumdünya  Müharibə  Veteranları  Federasiyası  yaradıldı. 
Federasiyanın  mərkəzi  Parisdə  yerləşir.  Keçmiş  SSRİ-də,  o  cümlədən 
Azərbaycanda  müharibə  veteranları  təşkilatlarının  yaranmasına  1960-cı  ildə 
başlanıldı. Belə ki, faşizm üzərində qələbənin 15-ci ildönümü günlərində SSRİ-nin 
bütün iri şəhərlərində Böyük Vətən müharibəsi veteranları seksiyası yaradıldı və bu 
seksiyalardan  biri  də  Bakıda  yaradılmışdı  və  ona  uzun  illər  Sovet  İttifaqı 
                                                           
45
 
Bax, İrfan Ülkü, Qızıl ulduzdan hilala doğru (türkcədən tərcümə). Bakı, 1994. s.18. 
 


102 
 
Qəhrəmanı  qvardiya  polkovnik  Aslan  Vəzirov  rəhbərlik  etmişdir.  A.A.Vəzirov 
dünyasını dəyişdikdən  sonra  bu seksiyaya  general-mayor  Akim  Abbasov başçılıq 
edirdi. 
1965-ci ildə “Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” medalı təsis 
edildi  və  onun  müharibə  iştirakçılarına  təqdim  edilməsi  veteran  hərəkatına  bir 
canlanma gətirdi. Sonra Qələbənin 25 illiyi də qeyd edildi. 
1992-93-cü illərin  kəsiyini əhatə edən bir il  ərzində Azərbaycana rəhbərlik 
edən  “cəbhəçi  bəylərin”  hakimiyyəti  dövrü  (Prezident  Əbülfəz  Əliyev  idi)  1941-
45-ci illər müharibəsi veteranları təhqirlərə məruz qaldılar. Yalnız dünya miqyaslı 
siyasi xadim Heydər Əliyevin Azərbaycana (xalqın xahiş və tələbi ilə) 1993-cü ildə 
yenidən  rəhbərliyə  qayıtmasından  sonra  Respublikada  1941-1945-ci  illər 
müharibəsi veteranlarının qanuni hüquqları bərpa edildi. Prezident H.Əliyev 1994-
cü  ilin  28  iyununda  qəbul  etdiyi  “Veteranlar  haqqında  qanun”da  faşizm  üzərində 
qələbənin böyük əhəmiyyəti nəzərə alınaraq, 1945-ci ilin 9 mayının “Qələbə günü” 
kimi Azərbaycanda bayram edilməsi bərpa edildi. Bu qələbə bəşər tarixinə faşizm 
üzərində  Qələbə  günü  kimi  əbədi  olaraq  həqq  olunmuşdur  və  buna  görə  də 
“Qələbə”  naminə  özlərini qurban vermiş şəhidlərin xatirəsi, bu qələbəni alnı açıq 
qarşılayaraq  şanlı  veteran  adı  ilə  indi  ömür  sürənlər  heç  bir  zaman 
unudulmayacaqdır. 
Faşizm üzərində qələbənin 40-cı ildönümü (1985) günlərində Azərbaycanın 
müharibə  veteranlarından  60  min  nəfərinə  I  və  II  dərəcəli  “Vətən  müharibəsi” 
ordeni verildi. Bunların hamısı həmin müharibənin atəş cəbhələrində fəal vuruşmuş 
və xüsusi xidmətləri olmuş veteranlardır. 
1987-ci  ilin  ikinci  yarısında  Azərbaycanın  bütün  şəhər  və  rayonlarında 
Veteran  Şuraları  yaradıldı  və  Respublika  Veteranlar  Şurası  təşkil  edildi. 
Rayonlarda  keçirilən  təsis  konfranslarından  sonra  bütün  iri  müəssisə  və 
təşkilatlarda da veteranlar şuraları yaradıldı. 
1991-ci ilin sonunda SSRİ-nin dağılması zəminində keçid dövrü başlandı və 
bu  dövrün  əvvəlində  Azərbaycanda  yaşayan  müharibə  veteranları  üçün  də  yeni 
vəziyyət  yarandı.  Belə  ki,  bu  veteranlar  hər  addımda  təhqir  edilir,  Rusiyanı 
müdafiə etmiş qüvvə kimi hallandırılırdı. Dağlıq Qarabağ münaqişəsindən çıxmaq 
üçün  bu  müdrik  insanlardan  məsləhət  almaq,  gənclərin  hərbi  vətənpərvərlik 
ruhunda tərbiyəsində istifadə etmək əvəzinə veteranlar baykot edildilər. 
AXC-Müsavat  iqtidarının  bir  illik  hakimiyyəti  dövrü  (1991/92-1992/93) 
daxili  və  xüsusilə  xarici  siyasət  tam  naşı  səviyyədə,  populist  şüarlar  ətrafında 
aparılırdı.  Yekəxanalıq  səviyyəsində  aparılan  xarici  siyasət  sahəsində  “Şimali  və 
Cənubi  Azərbaycanı  birləşdirmək”,  “Çinə  türk  bayrağı  sancmaq”,  Ermənistana 
atom  bombası  atmaq  kimi  cəfəng  və  gülünc  şüarlar  və  təkliflər  irəli  atılırdı. 


103 
 
Aydındır  ki,  yalnız  Türkiyəyə  arxalanmaq  yolu  ilə  Dağlıq  Qarabağ  münaqişəsini 
həll etmək mümkün deyildi. 
Heydər  Əliyev  Azərbaycana  rəhbərliyə  qayıtdığı  ilk  günlərdən  başlayaraq 
xarici  siyasətdə  Azərbaycanın  pozulmuş  ərazi  bütövlüyü  tələbinin  beynəlxalq 
hüquq  normaları  əsasında  qarşıya  qoyulması  məsələsini  ön  plana  çəkdi.  Bunun 
vacibliyi  ondan  ibarət  idi  ki,  erməni  siyasətçiləri  Dağlıq  Qarabağ  məsələsində 
beynəlxalq  aləmdə  Azərbaycanın  təcavüzkar  obrazını  yaratmışdılar  və  bu  böhtanı 
alt-üst etmədən münaqişənin hər hansı bir yol ilə həll edilməsi haqda tələb və təklif 
vermək sadəlövhlük olardı. 
Yeni  təfəkkürə  malik  dünya  miqyaslı  siyasətçi  Heydər  Əliyev  özünün 
xaricə  səfərlərindəki  tutarlı  və  əyani  çıxışları,  eləcə  də  diplomatik  kanallarla 
istiqamətləndirdiyi  siyasəti  nəticəsində  bu  vəzifəni  nəinki  həll  etdi,  eyni  zamanda 
ona  nail  oldu  ki,  indi  Azərbaycan  Amerika  Birləşmiş  Ştatları  üçün,  Xəzəryanı  və 
Qara  dəniz  hövzəsi  dövlətləri  üçün  strateji  əhəmiyyət  kəsb  edən  bir  ölkəyə 
çevrilmişdir. 
İndi Azərbaycan dünya miqyasında tanınan və mövqeyi ilə hesablaşılan bir 
dövlətdir.  Hazırda  Azərbaycanda  25  ölkənin  səfirliyi  mövcuddur,  29  ölkənin  isə 
başqa  ölkələrdəki  səfirləri  eyni  zamanda  Azərbaycanda  da  akkredite  edilmişlər. 
Azərbaycanın isə hələlik 16 ölkədə səfirliyi fəaliyyət göstərir. 
Beləliklə, Azərbaycan müstəqil bir dövlət kimi öz beynəlxalq hörmətini və 
imicini xeyli yüksəldə bilmişdir. 
Heydər  Əliyevin  Respublika  Prezidenti  kimi  1994-cü  ildə  imzaladığı 
“Veteranlar  haqqında  qanun”da  müəyyən  edildi  ki,  veteranlar  sırasına  1)  Böyük 
Vətən müharibəsi cəbhələrində və faşizmə qarşı aparılan müqavimət hərəkatlarında 
bilavasitə iştirak etmiş döyüşçü və komandirlər, 2) Həmin müharibə illərində hərbi 
xidmətdə  olmuş,  lakin  özündən  asılı  olmayaraq  döyüş  cəbhələrinə  göndərilməmiş 
hərbi  qulluqçular,  3)  Göstərilən  müharibə  illərində  arxa  cəbhədə  qələbə  naminə 
fədakar əməklə məşğul olmuş və 4) II dünya müharibəsi illərində hüquq-mühafizə 
orqanlarında və sərhəd qoşunlarında xidmət etmiş şəxslər daxildirlər. 
1991-ci  ildə  Azərbaycanın  öz  dövlət  müstəqilliyini  bərpa  (1920-ci  ilin  28 
aprelində itirilmişdi) etməsi ilə əlaqədar olaraq indi müstəqil Azərbaycanda silahlı 
qüvvələrin yaradılması günü 26 iyun (1918-ci ildən), sərhəd qoşunları yaradılması 
isə 16 dekabr (1918) hesab edilir və tarixi günlər kimi qeyd edilir. 
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi dövrü (1991) ona qarşı 
Ermənistan işğalçılarının Dağlıq Qarabağı öz ərazilərinə birləşdirmək üçün davam 
etdirdikləri müharibə dövrünə təsadüf etdiyinə görə çox ağrılı və gərgin olmuşdur. 
Bu dövrün ən ağrılı cəhəti nizami milli ordu hissələrinin təşkil edilməməsi 
üzündən erməni işğalına qarşı hərbi müqavimətin zəifliyi oldu. Belə ki, xırda hərbi 
dəstələr  və  Daxili  İşlər  Nazirliyinin  cəbhələrə  qısa  müddətə  göndərdiyi  döyüş 


104 
 
dəstələri ümumi komandanlığa tabe olmurdu və faktiki olaraq belə komandanlıq da 
yox  idi.  Cəbhələrdə  partizan  müharibəsinə  oxşar  bir  üsulla  döyüşlər  gedir  və 
erməni ordu hissələri ərazilərimizi zəbt etməkdə davam edirdilər. 
Ermənistanın 
faşistləşmiş  ordu  hissələri  ilə  apardığımız  vətən 
müharibəsində  ən  uğursuz  dövr  özlərini  “cəbhəçi”  adlandıran  bəylərin  ölkəyə 
rəhbərlik  etdiyi  bir  illik  (1992-93)  dövr  oldu.  Dağlıq  Qarabağın  Ermənistanın 
idarəçiliyinə  keçirilməsi  üçün  Laçın  dəhlizinin  açılmasına  şərait  də  cəbhəçi 
“bəylər”  və  şəxsən  prezident  Əbülfəz  Elçibəy  tərəfindən  yaradıldı.  Belə  xəyanəti 
edən  “cəbhəçi  bəylər”  hakimiyyətdə  olduqları  bir  il  müddətində  II  dünya 
müharibəsi  veteranlarının  məsləhətlərindən  və  bacarıqlarından  istifadə  etsəydilər, 
cəbhələrdə uğursuzluqlar qat-qat az olardı. 
Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycandan 700 min nəfərə qədər 
döyüşçü  olmuş  və  bunların  yarısına  qədəri  cəbhələrdə  və  Avropada  müqavimət 
hərəkatlarında  həlak  olaraq  əbədiyyata  qovuşmuşlar.  Öz  vətənləri  Azərbaycana 
qayıtmış  döyüşçülərin  sayı  isə  ilbəil  azaldı  və  “Qələbə”nin  50  illiyi  (1995-ci  il) 
dövrü bunların sayı 32 min nəfərə endi. 
80-cı  illərin  sonlarında  Azərbaycana  Əfqanıstanda  döyüşmüş  hərbçilərin 
qayıtması başlandı. 
Sovetlər  İttifaqının  dağılmasının  başlanğıcını  onun  heç  bir  əsas  olmadan 
qonşu  Əfqanıstana  qarşı  1979-cu  ildə  müharibə  başlamasını  hesab  etmək  olar. 
Buna  cavab  olaraq  bir  sıra  ölkələr  (Pakistan,  Səudiyyə  Ərəbistanı,  Çin,  Misir, 
İngiltərə)  gizli  yolla  Əfqanıstana  hərbi  kömək  etməyə  başladılar.  Və  nəticədə  9 
illik ağır müharibədən sonra Sovet qoşunları Əfqanıstanı biabırcasına tərk etməyə 
məcbur  oldular.  Bundan  sonra  yerlərdə  Əfqanıstan  döyüşçüləri  təşkilatı  da 
yaradılmağa başlandı. 
Əfqanıstanda  40-cı  Sovet  ordusunun  itkiləri  haqqında  dəqiq  məlumat 
verilmir. Həlak olanların sayının 14613 nəfər olduğu bildirilir. Azərbaycandan isə 
Əfqanıstanda aparılan döyüşlərdə 7 min nəfərə qədər iştirak etmişdi və bunlardan 
208 nəfəri həlak olmuşdur. 
1994-cü  ildə  Azərbaycan-Ermənistan  döyüş  cəbhələrində  atəşkəsə  nail 
olunduqdan sonra “Azərbaycan Vətən Müharibəsi döyüşçüləri birliyi” və “Qarabağ 
Müharibəsi  əlilləri”  təşkilatları  yaradıldı.  Bundan  başqa  Azərbaycanda  Çernobil 
qəzasında  zərərçəkmişlərin  (şüalanmaq  əsasında)  və  Bakıda  1990-cu  il  yanvar 
faciəsi qurbanlarının təşkilatları da vardır. 
Əlbəttə, bütün bu veteran təşkilatlarının vahid bir mərkəzdən idarə olunması 
(tərkibdə müvafiq seksiya və ya bölmələrin olması şərti ilə) idarəçiliyi asanlaşdırar 
və işi gücləndirərdi. 
Prezident Heydər Əliyevin II dünya müharibəsinin başa çatmasının 50 illiyi 
ilə  əlaqədar  1995-ci  ilin  yanvar-may  aylarında  etdiyi  çıxışları  və  imzaladığı 


105 
 
fərmanları  1995-ci  ildə  “Azərbaycan  xalqının  hünəri  əbədi  yaşayacaqdır”  adlı 
kitabçada toplanmışdır. 
Hazırda  respublika  Veteranlar  şurasına  general-mayor  Bahadur  Məmməd 
oğlu  Hüseynov  rəhbərlik  edir  (şuranın  ilk  sədri  isə  general-mayor  Mustafa  Cəfər 
oğlu Nəsirov olmuşdur). Respublika Veteranlar Şurası sədrinin birinci müavini fəal 
müharibə  iştirakçısı  Balaoğlan  Rüstəmovdur.  Respublika  Veteranlar  Şurasının 
tərkibində  olanlar:  Çingiz  Həsənov,  Əlövsət  Baxışev,  Nağı  Qasımov,  əmək 
veteranı  Şəfiqə  Abdullayevadır.  Bakı  şəhər  Veteranlar  şurasına  polkovnik  Səlim 
Səlimov, Bakı şəhər veteranlar komitəsinə polkovnik Ağasəf Haqverdiyev başçılıq 
edirlər. 
Respublika  Veteranlar  şurası  keçmiş  SSRİ  məkanında  yerləşən  müstəqil 
dövlətlərin,  eləcə də  bir sıra digər ölkələrin veteran təşkilatları ilə öz əlaqələrini 
genişləndirir və müvafiq beynəlxalq tədbirlərdə iştirak edir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə