101
Hitlerin əmrilə məhv edildiyi dövr 1500 nəfərə qədər azərbaycanlı əsir də yəhudi
hesab edilərək həmin dövrdə məhv edilmişdir. Təbiidir ki, belə məlumatların
dəqiqliyi şübhə də doğurur.
Türkiyə jurnalisti İrfan Ülkünün “Qızıl ulduzdan hilala doğru (Heydər
Əliyevin fırtınalı həyatı)” adlı kitabında verilən məlumata görə (müəllif, kitabı
yazması ərəfəsində Naxçıvanda Heydər Əliyevdən müsahibə almışdı) Türkiyədə
sığınacaq tapmış 143 nəfər müsəlman hərbi əsir (onlardan 100 nəfərdən çoxu
azərbaycanlı idi) Sovet hökumətinin qəti tələbi ilə 1945-ci ilin sentyabrında
İqdırdakı Baraltac körpüsündə rus hərbçilərinə təhvil verilmiş və oradaca
güllələnərək cəsədləri Araz çayına atılmışdır
45
.
İkinci dünya müharibəsi illərində həlak olmuş vətəndaşlar haqqında
Respublika Xatirə Kitabının nəşrinin başlanması ilə əlaqədar olaraq (I cildi 1999-
cu ilin əvvəlində çapdan çıxmışdır) hərbi əsirlərimizin müqəddəratı məsələsi
şübhəsiz ki, yenidən diqqəti cəlb edəcəkdir və bu haqda rəsmi məlumatların əldə
edilməsinə ehtiyac vardır.
Dostları ilə paylaş: