Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


partiya işçilərindən ibarət idi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə27/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   23   24   25   26   27   28   29   30   ...   123

partiya işçilərindən ibarət idi. 
416-cı  diviziya  1943-cü  ilin  17  avqustunda  Taqanroq  istiqamətində 
başlanmış  hücumlarda  iştirak  edirdi  və  avqustun  30-da  diviziya  28-ci  ordunun 
tərkibində  Taqanroq  şəhərinin  düşməndən  azad  edilməsində  böyük  qəhrəmanlıq 
göstərdi və bu qələbəyə görə ona Taqanroq diviziyası fəxri adı verildi. 
Milli  diviziya  1943-cü  ilin  sentyabrında  Azərbaycandan  öz  tərkibinə  2500 
nəfər  yeni  döyüşçü  heyəti  adlı  və  müvafiq  hazırlıqdan  sonra  oktyabrın  10-dan 


46 
 
başlayaraq  növbəti  döyüşlərə  başladı  və  Nikolayev  şəhərinin  düşməndən  azad 
edilməsində fəal iştirak etdi. 
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə 
ordusu  tərkibində  hücuma  keçərək,  Dnestr  çayını  keçdi  və  döyüşlərlə  Dnepr  çayı 
sahillərinə  çıxdı.  Dneprin  keçilməsində  qəhrəmanlıq  göstərdiklərinə  görə  Mikayıl 
Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov 
Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. 
Həmin  ilin  9  aprelində  diviziya  Odessa  şəhəri  yaxınlığına  çatdı  və  onun 
düşməndən  azad  edilməsində  fəal  iştirakına  görə  II  dərəcəli  Suvorov  ordeni  ilə 
təltif edildi. 
1944-cü  ilin  yayından  başlayaraq  416-cı  diviziya  3-cü  Ukrayna  cəbhəsi 
tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı 
Kişinyov  şəhərinin  və  bütün  Moldaviyanın  faşizm  tapdağından  azad  edilməsində 
fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraq” 
ordeni,  1368-ci  alayı  -  “Boqdan  Xmelnitski  ordeni”,  44-cü  divizionu  isə 
“Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. 
Taqanroq  şəhərində  1981-ci  ildə  “Slava”  memorialının  təntənəli  açılışında 
416-cı  diviziyanın  müharibə  dövründəki  alay  və  batalyon  komandirlərindən 
polkovnik  Mehdi  Mahmudov,  polkovnik  İsmayıl  Aslanov,  kapitan  Bahəddin 
Mirzəyev iştirak etmişlər. 
416-cı  milli  diviziya  döyüşçüləri  ilə  cəbhələrdə  görüşmək  üçün  görkəmli 
şair  Səməd  Vurğun  və  dahi  bəstəkar  Üzeyir  Hacıbəyov,  xalq  artisti  Bülbül 
Məmmədov,  professorlardan  M.Mirqasımov  və  Məmməd  Qazıyev,  məşhur  neft 
ustası Ağa Nemətulla və digər ziyalılar dəfələrlə ezam edilmişdilər və bu görüşlər 
diviziya  döyüşçülərinin  hərbi-vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsinə  böyük 
təsir etmişdir. 
416-cı  diviziyanın  tərkibində  baş  leytenant  Tahirə  Dadaşova,  tibb  işçiləri 
Zəhra  Səlimova,  M.Hacıyeva,  B.Mirzəcanov,  R.Qasımzadə,  D.Kazımova, 
R.Babayeva və digərləri böyük fədakarlıqlar göstərmişlər. 
1945-ci ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi və 
əsas istiqamət Varşava-Berlin istiqaməti idi. 416-cı diviziya I Belorusiya cəbhəsinə 
daxil  olan  5-ci  zərbə  ordusu  tərkibində  Visla  çayı  istiqamətində  hücumu  davam 
etdirərək,  Varşavanın  azad  edilməsində  iştirak  etdi  və  Oder  çayının  qərb  sahilinə 
çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. 
Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da var idi 
(komandir  general-mayor  D.M.Sızranov,  siyasi  şöbənin  rəisi  polkovnik  Rəşid 
Məcidov).  Diviziyanın  1373-cü  alayı  (Komandir  general  Heybət  Heybətov,  eyni 
zamanda diviziya komandirinin müavini idi) mayın 1-də Berlinə daxil oldu. 


47 
 
Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə 
fərqləndi.  Kayzerin  sarayı  üstündə  Qələbə  bayrağını  ilk  dəfə  mayın  1-də 
sancanlardan olan baş leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. 
Brandenburq  qapıları  üstünə  mayın  2-də  qələbə  bayrağını  taxanlardan  biri  isə 
leytenant A.Məcidov və onun döyüşçüləri oldular. 
Beləliklə  416-cı  Azərbaycan  milli  diviziyası  27  ay  ərzində  döyüşlərlə  40 
çayı keçərək (o cümlədən Dnepr, Visla, Oder) 2500 kilometr məsafəni qət etdi və 
7900 kv. kilometr ərazini düşməndən azad etdi. 
Qafqazdan  Berlinədək  döyüş  yolu  keçmiş  416-cı  Azərbaycan  Milli 
diviziyası  və  onun  alaylarına  müharibə  illərində  general-mayorlar  Tərlan 
Əliyarbəyov,  Heybət  Heybətov,  Hacıbaba  Zeynalov  (diviziyanın  qərargah  rəisi) 
komandirlik etmiş, diviziyanın siyasi şöbə rəisləri isə polkovniklər Rəşid Məcidov 
və Xavər Vəliyev, eləcə də Əmrulla Dadaşov, İsmayıl Aslanov olmuşdur. 
Hazırda  416-cı  milli  diviziyanın  veteranlarının  şurası  Bakıda  fəaliyyət 
göstərir  (sədri  polkovnik  Abu  Müslüm  Baxışevdir)  və  bu  diviziyanın 
veteranlarından  125  nəfəri  əmrlərini  davam  etdirirlər.  Diviziyanın  Qafqazdan 
Berlinədək döyüş yolu haqqında plakatlar və kitabçalar nəşr edilmişdir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə