Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

45 
 
1942-ci  ilin  oktyabrında  416-cı  diviziya  58-ci  ordunun  tərkibinə  daxil 
edilərək,  Sulak  çayının  şərq  sahilində  düşmənin  Mahaçkala  istiqamətindəki 
hücumlarına  qarşı mövqedə  yerləşdirildi.  Həmin ilin noyabrında  diviziya  yenidən 
44-cü  ordunun  tərkibinə  daxil  edildi  və  təcili  olaraq  marş  ilə  Terek  stansiyası 
zonasında yeni döyüş xəttinə göndərildi. 
1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. Hücum  ərəfəsi noyabrın 
29-da  keçirilən  mitinqdə  diviziyanın  1373-cü  alayının  əsgərləri  B.Mustafayev  və 
Ç.Quliyev öz çıxışlarında demişdilər ki, biz hamımız Qafqazı son damla qanımıza 
qədər müdafiə edəcəyik və bu torpaqda faşistlər özləri üçün məzarlarını tapacaqlar. 
Faşistlərin Şimali Qafqazdan qovulması məqsədilə başlanan ümumi hücum 
1942-ci ilin   noyabrının 30-da başlandı  və bu hücumda diviziyanın 4 alayı iştirak 
edirdi.  İlk  döyüşlərdə  baş  leytenant  K.Rzayev,  leytenant  Ə.Abdullayev,  kiçik 
leytenant  K.Hacıyev,  sıravi  əsgərlərdən  B.Cabbarov,  İ.Heydərov,  A.Zülfüqarov 
qələbə  əzmi  ilə  böyük  mətanət  göstərdilər.  Dekabrın  son  günlərində  Mazdok 
istiqamətindəki  döyüşlər  daha  gərgin  keçdi.  Döyüşlərin  birində  1368-ci  alayın 
əsgəri Məmmədov, “Doğma Azərbaycan uğrunda!” sözləri ilə düşmənin səngərinə 
daxil  oldu.  Beləliklə  1943-cü  ilin  yanvarının  əvvəlinə  qədərki  dövrdə  diviziyanın 
döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti 
döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az 
sonra general-mayor) Tərlan Əliyarbəyov olmuşdur. 
1942-ci  ilin  19  noyabrında  Stalinqrad  rayonunda  Sovet  Ordusunun 
hücumlarının  başlanması  ilə  əlaqədar  olaraq  Şimali  Qafqazdan  da  başlanan  əks 
hücumlar  nəticəsində  üç  ay  ərzində  Şimali  Qafqaz  düşməndən  azad  edildi  və 
Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yaradıldı. 
1943-cü  ilin  21  fevralında  416-cı  diviziya  əməliyyatlarının  II  dövrünə 
hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü 
və siyasi işçi göndərilmişdi. 
1942-ci  ilin  3  oktyabrında  SSRİ  Ali  Sovetinin  Rəyasət  heyətinin  qərarı  ilə 
orduda hərbi komissarlar institutu ləğv edilərək vahid rəhbərlik prinsipinə keçildi. 
Komissarların  apardıqları  siyasi  tərbiyə  işlərini  icra  etmək  üçün  komandirlərin 
siyasi işlər üzrə müavinləri vəzifəsi təsis edildi. Milli diviziyalarda siyasi işlər üzrə 
komandirlərin  müavinlərinin  əksəriyyəti  Respublikadan  göndərilmiş  təcrübəli 
partiya işçilərindən ibarət idi. 
416-cı  diviziya  1943-cü  ilin  17  avqustunda  Taqanroq  istiqamətində 
başlanmış  hücumlarda  iştirak  edirdi  və  avqustun  30-da  diviziya  28-ci  ordunun 
tərkibində  Taqanroq  şəhərinin  düşməndən  azad  edilməsində  böyük  qəhrəmanlıq 
göstərdi və bu qələbəyə görə ona Taqanroq diviziyası fəxri adı verildi. 
Milli  diviziya  1943-cü  ilin  sentyabrında  Azərbaycandan  öz  tərkibinə  2500 
nəfər  yeni  döyüşçü  heyəti  adlı  və  müvafiq  hazırlıqdan  sonra  oktyabrın  10-dan 


46 
 
başlayaraq  növbəti  döyüşlərə  başladı  və  Nikolayev  şəhərinin  düşməndən  azad 
edilməsində fəal iştirak etdi. 
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə 
ordusu  tərkibində  hücuma  keçərək,  Dnestr  çayını  keçdi  və  döyüşlərlə  Dnepr  çayı 
sahillərinə  çıxdı.  Dneprin  keçilməsində  qəhrəmanlıq  göstərdiklərinə  görə  Mikayıl 
Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov 
Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. 
Həmin  ilin  9  aprelində  diviziya  Odessa  şəhəri  yaxınlığına  çatdı  və  onun 
düşməndən  azad  edilməsində  fəal  iştirakına  görə  II  dərəcəli  Suvorov  ordeni  ilə 
təltif edildi. 
1944-cü  ilin  yayından  başlayaraq  416-cı  diviziya  3-cü  Ukrayna  cəbhəsi 
tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı 
Kişinyov  şəhərinin  və  bütün  Moldaviyanın  faşizm  tapdağından  azad  edilməsində 
fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraq” 
ordeni,  1368-ci  alayı  -  “Boqdan  Xmelnitski  ordeni”,  44-cü  divizionu  isə 
“Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. 
Taqanroq  şəhərində  1981-ci  ildə  “Slava”  memorialının  təntənəli  açılışında 
416-cı  diviziyanın  müharibə  dövründəki  alay  və  batalyon  komandirlərindən 
polkovnik  Mehdi  Mahmudov,  polkovnik  İsmayıl  Aslanov,  kapitan  Bahəddin 
Mirzəyev iştirak etmişlər. 
416-cı  milli  diviziya  döyüşçüləri  ilə  cəbhələrdə  görüşmək  üçün  görkəmli 
şair  Səməd  Vurğun  və  dahi  bəstəkar  Üzeyir  Hacıbəyov,  xalq  artisti  Bülbül 
Məmmədov,  professorlardan  M.Mirqasımov  və  Məmməd  Qazıyev,  məşhur  neft 
ustası Ağa Nemətulla və digər ziyalılar dəfələrlə ezam edilmişdilər və bu görüşlər 
diviziya  döyüşçülərinin  hərbi-vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsinə  böyük 
təsir etmişdir. 
416-cı  diviziyanın  tərkibində  baş  leytenant  Tahirə  Dadaşova,  tibb  işçiləri 
Zəhra  Səlimova,  M.Hacıyeva,  B.Mirzəcanov,  R.Qasımzadə,  D.Kazımova, 
R.Babayeva və digərləri böyük fədakarlıqlar göstərmişlər. 
1945-ci ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi və 
əsas istiqamət Varşava-Berlin istiqaməti idi. 416-cı diviziya I Belorusiya cəbhəsinə 
daxil  olan  5-ci  zərbə  ordusu  tərkibində  Visla  çayı  istiqamətində  hücumu  davam 
etdirərək,  Varşavanın  azad  edilməsində  iştirak  etdi  və  Oder  çayının  qərb  sahilinə 
çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. 
Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da var idi 
(komandir  general-mayor  D.M.Sızranov,  siyasi  şöbənin  rəisi  polkovnik  Rəşid 
Məcidov).  Diviziyanın  1373-cü  alayı  (Komandir  general  Heybət  Heybətov,  eyni 
zamanda diviziya komandirinin müavini idi) mayın 1-də Berlinə daxil oldu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə