5
Ġkincisi: Azərbaycan xalqı öz nefti və yanacağı ilə faşizm üzərində qələbə
üçün tarixi xidmətlər göstərmişdir və bu haqda böyük qürurla bütün dünyaya car
çəkmək lazımdır.
II Dünya müharibəsi tarixinin və xüsusilə 1941-45-ci illərin Böyük Vətən
müharibəsi tarixinin araşdırılması sübut edir ki, “Əgər Bakının nefti olmasaydı
Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi...”(Heydər Əliyev). Bu nefti
hasil edən isə qəhrəman Azərbaycan xalqı olmuşdur. Buna görə də Bakı şəhəri
“Qəhrəman şəhər” adına layiq görülməli idi. Lakin bu da edilmədi.
Üçüncü: “Böyük Vətən Müharibəsi” adlı kitablarda və məqalələrdə
Azərbaycanda yaradılmış və düşmənlə qəhrəmancasına döyüşmüş milli
diviziyalarımız haqqında demək olar ki, çox az məlumat verilmişdir.
Dördüncüsü: İkinci dünya müharibəsi mövzusu, “Böyük Vətən
Müharibəsi” mövzusundan çox geniş mövzudur. Bununla əlaqədar olaraq indi
azərbaycanlıların ikinci dünya müharibəsi illərində xarici ölkələrdə müqavimət
hərəkatında iştirakı da müstəqil mövzu kimi geniş öyrənilməli və təbliğ
edilməlidir.
BeĢincisi: Azərbaycan xalqının hərb tarixi Sovet hakimiyyəti dövründə
öyrənilməmişdir və bunun səbəbləri məlumdur. İndi xalqımızın çoxəsrlik ümumi
və mübarizə tarixi gerçəkliklə, olduğu kimi öyrənilərək, yüksək elmi tarixilik və
dünya standartları səviyyəsində yazılmalıdır.
Bununla əlaqədar olaraq doğma Qarabağ torpağımıza sahib çıxmaq istəyən
və onu son on ildə faktiki olaraq zəbt etmiş ermənilərə tutarlı cavab vermək üçün
Qarabağımızın həqiqi tarixinin də hələlik yazılmaması böyük təəssüf doğurur.
Nə qədər acı olsa da, etiraf etməliyik ki, əgər 80-ci illərin sonlarında
Qarabağda ermənilərin törətdiyi qanlı hadisələr və onun dalınca Ermənistan-
Azərbaycan müharibəsi başlanmasaydı, bizim əksəriyyət tarixçilərimizin qədim və
orta əsrlər tariximizə, hətta “Gülüstan Müqaviləsinə” (1828) açıq gözlə
münasibətimizdə “qəflət yuxumuz” bir qədər də uzanardı.
Böyük Vətən müharibəsi qurtardıqdan sonra erməni müəllifləri əsərlərində
öz xalqının bu qələbədə böyük rolunu erməni marşal və generalların sayca nisbi
çoxluğu ilə əsaslandırmağa başladılar. Bu şovinistlər müharibədən sonrakı illərdə
də ermənilərin digər Sovet xalqlarından üstünlüyünü hər addımda qeyd etməkdə
davam edirdilər. Ölkəyə 1959-69-cu illərdə on il başçılıq etmiş Nikita Xruşşov isə
daşnak Anastas Mikoyanın fitvası ilə erməniləri “talantlı xalq” adlandırmışdı.
Böyük Sovet Ensiklopediyası redaksiya heyətində baş redaktorun birinci
müavini işləmiş Şaumyan (Azərbaycan xalqının qanını içən Stepan Şaumyanın
oğludur) daşnakların çoxunu bolşevik etdiyi kimi, öz xalqının adına bu
ensiklopediyada mədhiyyələr də yazmışdır. II cilddəki “Ermənistan SSR” haqqında
yazıda göstərilir ki, Böyük Vətən müharibəsində ermənilərin “bir neçə milli
6
diviziyası” döyüşmüşdür və onlardan biri də “Taman atıcı diviziyası Qafqazdan
Berlinədək döyüş yolu keçmişdir”. Həmin Ensiklopediyanın birinci cildindəki
“Azərbaycan SSR” haqqında məlumatda isə yalnız 416-cı Taqanroq diviziyasının
adı çəkilir və səthi məlumat verilir.
Bəs
özümüzün
Ensiklopediyasında
necə?
Azərbaycan
Sovet
Ensiklopediyasının I cildində də yalnız 416-cı diviziyanın adı çəkilir. Azərbaycan
dilində 1941-45-ci illər müharibəsi iştirakçıları haqqında nəşr edilmiş ilk
kitablardan biri Museyib Qurbanovun “Qələbə yolu” (Azərnəşr, 1954) kitabıdır.
Həmin kitabda Şimali Qafqzdan döyüşə başlamış 416-cı milli diviziyanın milli
tərkibi haqqında məlumat çox zəif verilmişdir.
Milli diviziyalarımız haqqında ilk dəfə yığcam məlumat 1998-ci ildə rus
dilində nəşr olunmuş “Qəhrəmanlar haqqında xatirə yaşayır” adlı kitabın 116-132-
ci səhifələrində verilmişdir. (tərtib edənlər M.Abbasov, A.Qritçenko, R.Zeynalov,
M.Feyzullayev).
Azərbaycanda doğulmuş və işləyərək orduda xidmətə çağırılmış döyüşçü və
komandirlər (Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşlər) haqqında ilk
kitab 1965-ci ildə nəşr edilmişdir. Oçerklər şəklində buraxılmış bu kitabın
redaktorları V.A.Muradyan və E.İ.Meyeroviçdir.
Oxucuya təqdim edilən bu kitabda ilk dəfədir ki, Azərbaycan xalqının II
dünya müharibəsi illərində ön cəbhələrdə və arxa cəbhədə faşizmə qarşı
mübarizədə döyüş və əmək rəşadəti geniş planda şərh edilir. Bütün bunları nəzərə
alaraq bu mövzuda yazılmış kitabların ingilis və digər dillərdə nəşr edilərək dünya
ölkələrində yayılması son dərəcə vacibdir.
Böyük Vətən Müharibəsi mövzusunda SSRİ-də nəşr edilmiş siyasi və hərbi
ədəbiyyatda Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu çox zəif verilmiş
və həmişə kölgədə saxlanılmışdır. Hətta 1990-cı ildə “Siyasi nəşriyyat” tərəfindən
Moskvada nəşr edilmiş “Böyük Vətən Müharibəsi; 1941-45, hadisələr, insanlar,
sənədlər” adlı böyük həcmli tarixi məlumat kitabında (461 s.) bir nəfər də olsun
azərbaycanlının adı çəkilmir. Halbuki burada digər millətlərdən külli miqdarda adi
fəhlənin, şaxtaçının haqqında şəkilləri ilə birlikdə geniş məlumatlar verilir. İki
dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanov haqqında bu kitabda
bir kəlmə də olsa yazılmayıb. Digər millətlərdən olan Sovet İttifaqı qəhrəmanları
haqqında isə geniş məlumatlar verilmişdir. Belə ədalətsiz faktları çox göstərmək
olar.
Yuxarıda adı çəkilən kitabda bu mövzuya aid nəşr edilmiş digər əsərlərdə
müharibə illərində orduya silah hazırlayan müəssisələr sırasında “Maqnitaqorsk
Rura qələbə çaldı” deyə müddəalar yazılır, lakin Azərbaycan Respublikasının
qələbəni təmin edən qəhrəman neftçilərin əməyi haqqında susulur. Xoşbəxtlikdən
müharibənin gedişi dövründə Sovet ordusuna rəhbərlik etmiş görkəmli
Dostları ilə paylaş: |