14
Azərbaycanda 1920-ci ilin 27 aprelində yaranmış vəziyyət Azərbaycan
parlamanının 27 apreldə axşam çağırılmış fövqəladə iclasında müzakirə edildi.
Həmin iclasa Azərbaycan K/b/P, Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı
bürosu və Mərkəzi fəhlə konfransı adından hakimiyyətin bolşeviklərə təhvil
verilməsi haqqında ultimatum verildi. Ultimatumun müzakirəsi gərgin vəziyyətdə
keçdi. Bu müzakirədə bolşevik Əliheydər Qarayev demişdi: “Qarabağda zühur
edən bu hadisə müttəfiqlərin bizi boğmaq üçün sardığı zəncirlərdən bir halqadır.
Bu halqanı Azərbaycan öz qüvvəsi ilə parçalaya bilməz. Buraxın Şərq millətlərini
müdafiə edən Qızıl Ordu gəlsin. Qarabağ üsyanını yatırsın, daha sonra Anadoluya
getsin”.
Anadoluya (Türkiyəyə) XI Ordunun köməyə gedəcəyinin tarixçəsi belədir:
1920-ci ilin 16 martında İstanbul Antanta hərbi qüvvələri tərəfindən işğal
edilmişdi. Türkiyəyə qarşı yunanların və ermənilərin hərbi əməliyyatları da davam
edirdi.
Belə bir vəziyyətdə 1920-ci ilin 23 aprelində Ankarada Türkiyə Böyük
Millət Məclisi çağırılmışdı və Mustafa Kamal paşa Məclisin və hökumətin sədri
seçilmişdi. Aprelin 26-da Mustafa Kamal paşa Rusiya Sovet hökumətinin başçısı
V.İ.Leninə göndərdiyi məktubunda Rusiya ilə diplomatik əlaqələri yaratmağı və
milli-azadlıq mübarizəsində Türkiyəyə hərbi yardım edilməsini təklif etmişdi.
Göründüyü kimi bolşevik Əliheydər Qarayev XI Ordunu Azərbaycana dəvət
etməyin lazımlığını bu ordunun Türkiyə üçün də xilaskarlıq missiyasına inandığı
üçün əsas götürürdü. Lakin sonrakı hadisələr bu vədlərin doğruluğunu təsdiq
etmədi
6
.
Parlamanın göstərilən son iclasındakı çıxışında Milli Şuranın sədri
Məhəmməd Əmin Rəsulzadə demişdi: “Bizə deyirlər ki, sərhədlərimizi keçən
ordunun başında Necati adlı bir türk komandiri durur... Rusiyadan gələn bu
təcavüzkar ordu bildirir ki, Türkiyənin xilası üçün gəlir... Anadolunun imdadına
getmək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu bir daha vətənimizdən
çıxmaq istəməyəcəkdir”. Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu sübut etdi.
Məhəmməd Əmin Rəsulzadə sonralar qələmə aldığı “Azərbaycan davası”
adlı məqaləsində o müdhiş günləri xatırlayaraq yazmışdı: “Azərbaycan
Cumhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı...
Xüsusi bir amansızlıqla Vətənimizə hücum edən bolşevik-daşnak ordu birləşmələri
vətənpərvər oğullarımızı qan işində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı.
Min bir həngamələrlə izahı olmayan həbslərin dalğası gücləndi. On minlərlə
günahsız adamlar güllələndi. Azərbaycan Milli Ordusunun min iki yüzdən çox
6
Bu haqda daha geniş: İsmayılov İ.Z. Azərbaycanın XIX əsrdə dövlətçilik siyasəti məsələləri: B., 1995,
s.49-53.
15
əsgər və zabiti Arazı keçərək o taylı qardaşlarımıza pənah apardı. Təqib olunan
minlərlə ziyalımız Türkiyəyə, Fransa və Almaniyaya mühacirətə getdi”.
Şəmistan Nəzirli “Cumhuriyyət generalları” kitabında (Bakı, 1995) yazır ki,
Azərbaycan Xalq Cumhuriyyəti dövrü (1918-1920) Azərbaycanın 21 döyüş
generalı olmuşdur (səh.49). Bunlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski,
Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan
Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov,
Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur
bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla
Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy
Ağabəyzadə və digərləri idilər.
General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan
vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş
qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.
General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar
Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan
generallarından Xalq Cumhuriyyəti hökumətinin I və II kabinələrində Hərbi Nazir
Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir olmuşdur. Xosrov
bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışmışdır.
Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru
nəticəsində Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və
podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik
və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilmişdir.
Həmin dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti 1920-ci ildə
Nargin adasında güllələnmiş generallarımız aşağıdakılardır:
General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan
Cumhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir Kazım Qacar, general-
mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-
mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy
oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü
olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov.
Məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin ilk Baş Naziri
Fətəli xan Xoyski də 1920-ci ilin 19 iyununda Tiflisdə erməni terrorçusu Aram
Yevqanyan tərəfindən öldürülmüşdür.
***
Azərbaycan Sovet Respublikası 1920-ci ilin aprelin sonundan 1922-ci ilin
12 martına qədərki dövrdə müstəqil dövlət kimi fəaliyyət göstərirdi. Lakin
Dostları ilə paylaş: |