Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   2   3   4   5   6   7   8   9   ...   48

12 
 
Azərbaycan  Xalq  Cumhuriyyəti  hökumətinin  1919-cu  il  dövlət  büdcəsində 
hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu 
yaradılması nəzərdə tutulmuşdu.  
Hərbi  Nazir  general  S.Mehmandarov  1919-cu  ilin  2  aprelində  Nazirlər 
Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik 
olduğunu və bu qəhrəmanlıqlar tariximiz əsasında ordumuzun şəxsi heyətinin milli 
vətənpərvərlik  ruhunda  tərbiyəsinə  başlanmasının  vacibliyini  göstərərək  yazırdı: 
“...yüzillik rus hökmranlığından azad olmuş türk xalqının yadına  salmaq lazımdır 
ki, biz həmişə asılı vəziyyətdə olmamışıq”
4

1919-cu  ilin  aprelində  ingilis  qoşun  hissələri  Zaqafqaziyadan  geriyə 
çəkilməyə başladı. Lakin eyni zamanda Azərbaycan üçün Şimaldan Denikinin 150 
minlik  könüllü  ordusu  tərəfindən  təcavüz  qorxusu  (“Vahid  və  bölünməz  Rusiya” 
şüarı  altında)  reallaşmağa  başlayırdı.    Denikin  Xəzər  donanmasının  bir  hissəsini 
zəbt  etmişdi  və  bunu  1828-ci  ildə  tərtib  edilmiş  Türkmənçay  müqaviləsi  ilə 
əsaslandırırdı. Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin buna cavab notasında 
deyilirdi ki, Türkmənçay müqaviləsinə imza edən çar hökuməti yıxılmışdır və bu  
müqavilə  öz  qüvvəsini  itirmişdir.  Denikinin  Xəzər  dənizinə  şimaldan  nəzarəti 
Bakıdan Həştərxana satılmaq üçün neft ixracına mane olurdu. 
Denikinin  hərbi  hissələri  1919-cu  ilin  yayında  Dağıstana  daxil  olmuşdu. 
1919-cu  ilin  avqustunda  ingilis  hərbi  hissələrinin  Azərbaycanı  tamamilə  tərk 
etməsindən  istifadə  edən  Denikin  öz  hərbi  dəstələrinə  Dərbənd  istiqamətində 
hücuma  keçmək  haqqında  əmr verdi.   Belə  bir vəziyyətdə  Azərbaycan parlamanı 
fövqəladə iclasında Dövlət Müdafiə Komitəsi yaratdı və bütün idarəçiliyi Müdafiə 
Komitəsinə verməyi qərara aldı; ölkədə müharibə vəziyyəti elan edildi; Samur çayı 
hövzəsində  müdafiə  istehkamları  yaradılmasına  başlandı.  Lazım  gələrsə  dövlət 
idarələrinin  Bakıdan  Gəncəyə  köçürülməsi  müəyyənləşdirildi.  Azərbaycan 
ordusunda  xidmət  edən  rus  zabitlərinin  xeyli  hissəsinin  Denikinə  hüsn  rəğbəti  və 
onun xeyrinə cəsusluğu aşkar edildi və onlar Azərbaycandan sürgün edildilər. 
1919-cu  ilin  sonlarında  Azərbaycan  ordusu  iki  piyada  və  bir  süvari 
diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül 
toplara  malik  xüsusi  diviziya  yaradılmışdı.  Ordunun  tərkibində  həmin  dövrdə  üç 
zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. 
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə 
çatdırılması planlaşdırıldı.  Hərbi xidmətə  19-24 yaşlı  müsəlman  əhalisinə  məxsus 
gənclərin  çağırılması  nəzərdə  tutulurdu.    Ordunu  gücləndirmək  üçün  5  tank,  12 
hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə 
bir  hərbi  zavod  işləməyə  başlamışdı.  Lakin  eyni  zamanda  Azərbaycanın  Avropa 
                                                           
4
 Bax: Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, Bakı, 1990, s.67. 


13 
 
ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri 
Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. 
Ermənistana  isə  xristian  nəvazişi  ilə  nə  istəyirdisə  verirdilər.    Bütün  bunlara 
baxmayaraq  Azərbaycan  ordusu  xeyli  möhkəmləndi  və  yüksək  intizamlı  ordu 
yaradılmışdı.  1919-cu  ilin  sentyabrında  Bakıda  olmuş  ingilis  hərbi  müxbiri 
Skotland  Liddel  öz  təəssüratlarında  yazırdı:  “Mənə  deyirdilər  ki,  burada 
qarışıqlıqla  rastlaşacağam,  amma  heç  bir  qarışıqlıq  görmədim...  yol  boyu  biz 
Azərbaycan  ordusunun  yüzlərlə  cavan  əsgəri  ilə  qarşılaşdıq,  onlar  iki  il  əvvəl 
gördüyüm  əsgərlər  deyildilər.  Hətta  bir  ay  əvvəlkilərə  belə  oxşamırdılar. 
Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan 
dərk  etdi  ki,  intizamsız  ordu  sadəcə  olaraq  yaşaya  bilməz.  Azərbaycanda  dəmir 
intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur”
5
 
Lakin  əvvəllər  Denikinlə  ittifaqda  olan  daşnak  Ermənistanı  rəhbərliyi 
Denikinin  məğlubiyyətindən  sonra  Rusiya  bolşevikləri  ilə  də  əlaqədə  idi  və 
Qarabağı  zəbt  etmək  üçün  bütün  hazırlıq  işini  görmüşdü.  Rusiyanın  XI  ordusu 
Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdığı dövrdə (Azərbaycan Ordusunun əsas 
qüvvələri  Qarabağa  göndərilmişdi)  1920-ci  ilin  Novruz  bayramı  günlərində  
Ermənistanın daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum etdi.  Bu hücum 
dəf  edildikdən  sonra  onlar  Qarabağa  yeganə  keçid  olan  Əsgəran  qalasını  ələ 
keçirdilər  və  Xankəndində  olan  Azərbaycan  ordu  hissələrini  mühasirəyə  aldılar.  
Belə  bir  vəziyyətdə  Azərbaycan  rəhbərliyi  ölkənin  Şimalında  olan  milli  ordunun 
böyük bir hissəsini general  Həbib bəy Səlimovun komandanlığı altında  Qarabağa 
göndərməyə  məcbur  oldu.  Azərbaycan  ordusu  daşnak  ordusu  hissələrini  və 
Qarabağın  erməni  qiyamçılarını  darmadağın  edərək  aprelin  2-də  yuxarı  Qarabağı 
düşməndən azad etdi.  
Hərbi  nazir  general  S.Mehmandarov  bu  qələbə  münasibətilə  Azərbaycan 
əsgərlərinə  müraciətində  demişdi:  “Qəhrəman  əsgərlər.  Mən  şəxsən  Almaniya 
cəbhəsində  bir  çox  müharibələrdə  olmuşam,  fəqət  sizin  qədər  qəhrəmanlıq 
göstərən  əsgərlərə  nadir  halda  təsadüf  etmişəm.  Siz  mənim  ümidlərimi 
qüvvətləndirdiniz. Siz qanınızla gənc  Azərbaycan Ordusunun namusunu mühafizə 
etdiniz”. 
Qarabağada  istədiyinə  nail  olmayan  Ermənistan  hökuməti  aprelin  26-da 
(1920) barışıq xahiş etdi.  
Lakin  həmin  vaxtda  aprelin  26-dan  27-nə  keçən  gecə  72  min  nəfərlik  XI 
Qırmızı  Ordunun  zirehli  qatarları  şimaldan  Azərbaycan  sərhədini  keçərək  Bakı 
üzərinə hərəkət etməyə başladı. Bu hücum parlamana məlum ultimatumdan 12 saat 
əvvəl başlamışdı. 
                                                           
5
 Bax: Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, s. 68-69. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə