Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

72 
 
iyulunda  Lvov  vilayətinin  Kulikov  şəhərciyinin  azad  edilməsində  şəxsi 
qəhrəmanlıq göstərərək, batalyonun uğurlu hücumunu təmin etmişdir.  
1944-cü  ilin  31  iyulundan  3  avqusta  qədərki  dövrdə  Əvəz  Verdiyevin 
komandir olduğu avtomatçılar bölməsi Polşa ərazisində Visla çayını keçərək çayın 
sol  sahilindəki  düşmən  qüvvələrini  məhv  etmiş  və  öz  ordu  hissələrinin  yeni 
hücumu üçün şərait yaratmışdı. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 23 
sentyabrında  verilmişdir.  Sonrakı  döyüşlərin  birində  Əvəz  Verdiyev  ağır 
yaralanmış  və  1945-ci  ilin  mayın  1-də  xəstəxanada  dünyasını  dəyişmiş  və 
Boleslavest şəhərində (Polşa) dəfn edilmişdir. 
 
VƏZĠROV Aslan Fərhad oğlu 
(1910-1989) 
 
Bərdə  rayonunun  Zümürxan  kəndində  dünyaya  göz  açmış  və  1928-ci  ildə 
hərbi  xidmətə  getmişdir.  1941-ci  ildə  Hərbi-Mühəndislik  Akademiyasını  bitirmiş 
və müharibə cəbhələrinə göndərilmişdir.  
Qvardiya  polkovnik  Aslan  Vəzirov  70-ci  Ordunun  tərkibində  (II  Belorus 
cəbhəsi)  –  sapyor  briqadasının  komandiri  idi.  1945-ci  ilin  20  aprelində  ordu 
hissələrinin  Oder  çayını  keçməsi  əməliyyatına  rəhbərlik  edirdi.  Bu  əməliyyat 
düşmənin güclü atəşi altında üç gün və gecə davam etdi və həmyerlimizin böyük 
hərbi  məharətini  sübut  etdi.  Həmin  əməliyyata  rəhbərliyinə  görə  ona  1945-ci  ilin 
29 iyununda Sovet İttifaqı Qəhrəmanı adı verildi.  
Müharibədən sonra A.Vəzirov uzun illər Ümumittifaq Müharibə Veteranları 
Komitəsinin  Bakı  seksiyasına  rəhbərlik  etmiş,  Azərbaycan  Respublikası  Ali 
Sovetinin deputatı seçilmişdir.  
Veteran  polkovnik  Aslan  Vəzirov  Dneprodjerjinsk  və  Mogilyov 
şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür. Veteran 8 orden və çoxsaylı 
medallarla təltif edilmişdir.  
 
ABRAMOV Vladimir Fyodoroviç 
 
Bakıda  1921-ci  ildə  anadan  olmuş  Vladimir  Abramov  orduda  xidmətə 
Yeysk şəhərində hərbi dəniz idarəçiliyi məktəbində təhsil ilə başlamışdır.  
Böyük  Vətən  müharibəsi  başlandığı  dövrdə  o  Tallində  qırıcı  təyyarə 
dəstəsində  xidmət  edirdi.  Onun  ilk  döyüşləri  Lelinqrad  və  Baltika  səmalarında 
oldu. 
1943-cü  ilin  may-iyun  aylarında  kapitan  V.Abramov  qırıcı  təyyarələr 
eskadrilyasının komandiri idi və hər gün 2-3 döyüşə rəhbərlik edirdi.  


73 
 
Müharibə  illərində  qvardiya  kapitanı  V.Abramov  600  dəfədən  çox  döyüş 
uçuşu keçirmiş və 29 düşmən təyyarəsini məhv etmişdir (bunlardan beşini şəxsən, 
qalanı birlikdə). Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1944-cü ilin 22 iyununda 
verilmişdir.  
60-cı illərdə o general-mayor hərbi rütbəsində idi və SSRİ Silahlı Qüvvələri 
sistemində rəhbər vəzifədə çalışırdı. 
 
VƏLĠYEV Mirzə Dövlət oğlu 
(1923-1945) 
 
Qusar  rayonunun  Yuxarı  Leker  kəndində  dünyaya  göz  açmışdır.  Cəbhəyə 
könüllü  getmişdir.  Mirzə  Vəliyevin  döyüş  yolu  Şimali  Qafqazdan  başlamış  və 
Ukrayna,  Belorusiya,  Rumıniya,  Bolqarıstan  və  Macarıstandan  keçmişdir. 
Topçular  bölməsi  komandiri  baş  serjant  Mirzə  Vəliyevin  son  döyüşü  Macarıstan 
torpağında  olmuşdur.  Faşist  tanklarının  və  zirehli  maşınlarının  fasiləsiz 
hücumlarının  qarşısını  alan  topçular  döyüş  meydanında  misilsiz  qəhrəmanlıqlar 
göstərdilər.  Döyüş  meydanını  tüstü  bürümüşdü.  Mirzə  Vəliyevin  topçu  bölməsi 
heyətinin  hamısı  həlak  olmuşdu.  Mirzə  özü  isə  ağır  yaralanmışdı.  Mirzə  bütün 
qüvvəsini  toplayaraq  sonuncu  mərmini  topa  qoyaraq  atəşi  ilə  düşmənin  zirehli 
avtomobilini nəhv etdisə də, özü də həlak oldu.  
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında 
verilmişdir. 
 
HÜSEYNZADƏ Mehdi Hənifə oğlu 
(1918-1944) 
 
Bakı şəhərində dünyaya göz açmış Mehdi Hüseynzadə 1941-ci ildə orduda 
xidmətə  çağırılmış  və  223-cü  Azərbaycan  atıcı  diviziyasının  1041-ci  alayında 
bölmə  komandiri  olmuşdur
42
.  Leytenant  M.Hüseynzadə  1942-ci  ilin  iyulunda 
Stalinqrad  ətrafındakı  ağır  döyüşlərdə  iştirak  etmiş  və  həmin  ilin  dekabrında 
döyüşdə  ağır  yaralanaraq  əsir  düşmüşdü.  Polşa,  İtaliya  və  Yuqoslaviya  hərbi  əsir 
düşərgələrində  olmuş;  Yuqoslaviyada  əsirlərin  qaçmasını  təşkil  etmək  üçün  gizli 
təşkilat  yaratmış  və  bir  dəstə  əsirlə  1944-cü  ilin  əvvəlində  əsirlikdən  qaçaraq 
Yuqoslaviya  partizanlarına  qoşulmuşdur.  Burada  faşizmə  qarşı  mübarizədə  faşist 
zabiti  formasında  öz  cəsurluğu  və  əfsanəvi  qəhrəmanlığı  ilə  şöhrət  qazanmışdır. 
Onun bu qəhrəmanlığı “Uzaq sahillərdə” filmində (1958, İmran Qasımov və Həsən 
Seyidbəyli) dolğun göstərilmişdir. 
                                                           
42
 Bax: B.М.Mehdiyev. 223-я краснознаменная Белградская; Баку, 1993, стр. 272-273. 


74 
 
Soydaşımız Mehdi Hüseynzadə Sloveniyada “Mixaylo” adı ilə tanınırdı və 
o, 1944-cü ilin payızında öz partizan dəstəsi ilə İtaliyanın Adriatik sahilindəki Udin 
şəhərində faşist həbsxanasından 700 hərbi əsiri ( o cümlədən 147 nəfər Sovet əsgər 
və  zabitini)  azad  etmişdir.  Faşistlər  onun  başına  400  min  lirə  mükafat  təyin 
etmişdilər. Qəhrəman soydaşımız düşmənlə son döyüşdə sonuncu gülləsi ilə özünü 
şəhid  etdi.  1957-ci  ilin  2  aprelində  ona  “Sovet  İttifaqı  Qəhrəmanı”  (ölümündən 
sonra) fəxri adı verilmişdir. 
Mehdi Hüseynzadə Sloveniyanın  Çepovan  kəndində dəfn edilmişdir. Onun 
qəbrinin  başdaşı  üstündə  yazılmışdır:  “Rahat  yat,  Azərbaycan  xalqının  qəhrəman 
oğlu, əzizimiz Mehdi...” 
 
HÜSEYNOV Həbibulla Eynulla oğlu 
(1910-1945) 
 
Ərdəbil  şəhərində  dünyaya  göz  açmış  və  Bakıda  yaşayarkən  1928-ci  ildə 
Bakıda  xidmətə  çağırılmışdır.  1941-ci  ilin  iyunundan  döyüşən  ordu  hissələrində 
xidmət  etmişdir  (bu  ərəfədə  artilleriya  divizionu  ştabının  rəisi  idi).  Qvardiya 
polkovnik H.Hüseynov 1945-ci ilin yanvar-aprelində keçirilən Şərqi Prussiya hərbi 
əməliyyatında  67-ci  zenit  artilleriyası  diviziyasının  komandiri  idi  və  həmin 
diviziya  35-ci  ordunun  həyata  keçirdiyi  bu  əməliyyatı  düşmən  təyyarələrinin 
havadan  hücumundan  müdafiə  edir  və  lazım  olduqda  zenit  toplardan  yerdəki 
düşmən qüvvələrinə atəş açırdı.  
Böyük  uğurla  keçirilən  bu  əməliyyat  zamanı  aprelin  16-da  cəsur  qvardiya 
polkovnik H.Hüseynov həlak oldu. Litvanın Kapsukas şəhərində dəfn edilmişdir. 
Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 29 iyulunda verilmişdir. 
  
DADAġOV Məhərrəm Əkbər oğlu 
(1912-1945) 
 
1912-ci ildə Salyan rayonunun Beştalı  kəndində anadan olmuşdur. 1941-ci 
ildə orduda xidmətə traktorçu  peşəsindən çağırılmışdır.  
233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-
ci ildən döyüş cəbhələrində olmuş və Rumıniyanın Vasluy şəhəri ətrafında 1944-cü 
ilin  avqustunda  aparılan  döyüşdə  fərqlənmişdir.  Onun  sonrakı  döyüşləri 
Çexoslovakiyada olmuşdur.  
Baş  şerjant  M.Dadaşovun  tank  heyəti  avqustun  28-də  düşmən  ordusunun 
yerləşdiyi  məntəqəyə  daxil  olaraq  düşmənin  6  tank  vuran  topunu  və  bir  neçə 
pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir.  Bu döyüşdə yaralanan M.Dadaşov 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə