131
heç kimin yaşamamasını və su ehtiyatlarının olmamasını vurğulayan Mürsəl paşa ərzaq və su təminatında,
döyüş sursatının çatdırılmasında problemlər olmasını bildirmişdi. Erməni- rus kəndləri ətrafında taxıl ehtiyatları
vardı (bolşevik-erməni qoşunları onlara toxunmur, yalnız müsəlman kəndlərini məhv edirdilər), lakin bu taxılı
üyütmək xeyli vaxt və əlavə səylər tələb edirdi. Əsas anbarların Kürdəmirdə yerləşməsini, bu anbarların
döyüşən hissələrə yaxın olan, Şamaxıya köçürülməsi üçün vaxt və nəqliyyat tələb olunmasını bildirən Mürsəl
bəyin göstərdiyi səbəblərlə razılaşan Nuru paşa iyulun 26-dək təminat-təchizat məsələləri ilə məşğul olmağa
icazə verdi.
479
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)
Əvvəlki döyüşlərdə güclü zərbələr almış bolşevik-erməni qoşunları törətdikləri əməllərə görə cavab
verməli olacaqlarını dərk edərək geri çəkilirdilər.
480
Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi
artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi.
481
Q.Petrov
Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və
matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi.
482
İyulun 22-də
Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi.
483
Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu
döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət
edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar.
484
Həmin gün
Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə
içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov
və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
485
Bakı bolşevikləri ilə birgə olan qüvvələr də
törədilmiş cinayətlərə görə cavab verəcəklərini dərk edərək onlardan aralanmağa başladılar. General
Denstervilin yazıları göstərir ki, eserlər və daşnaklar Ənzəlidə ingilis komandanlığı ilə görüşə öz
nümayəndələrini göndərir, bolşevikləri devirib hakimiyyətə gələcək yeni hökumətlə türk-Azərbaycan qoşun-
larına qarşı vuruşmağı təklif edirlər.
486
İyulun 25-də Fəhlə, Qırmızı əsgər, Matros və Kəndli deputatları Bakı
Sovetinin fövqəladə iclasında sağ eserlər, daşnaklar və menşeviklərin Bakıya ingilis qoşunlarının dəvət edilməsi
barədə təklifini qəbul etdilər.
487
Sovet Rusiyası iyulun 25-də Almaniyaya nota verərək Qafqaz İslam Ordusunun
hücumunun qarşısını almağı tələb etdi. Ağır vəziyyətdə olan Sovet Rusiyası Bakıya qüvvə göndərmək
iqtidarında deyildi. Hakimiyyəti vermək istəməyən S.Şaumyan iyulun 26-da V.Leninə teleqram vuraraq
ingilislərin gəlişinə qədər Bakıya nizami qqşunların göndərilməsini xahiş etdi. Həmin gün keçirilən Bakı Soveti
İcraiyyə Komitəsinin iclasında polkovnik L.Biçeraxovun dəstəsinin cəbhəyə göndərilməsi, şəhərdə hərbi
vəziyyətin tətbiq edilməsi, bolşeviklərin öz vəzifələrini icra etməsi, cəbhəyə əlavə qüvvələr göndərilməsi qərarı
qəbul edildi.
488
Bolşeviklər ehtiyat edirdilər ki, ingilislərin tərəfdaşları Bakıda çevrilişə cəhd edəcək və real
qüvvə kimi zərbəni Biçeraxov endirəcək. Nəticədə məğlubiyyətin Biçeraxovun ucbatından baş verməsi barədə
şaiyələr yayılmağa başladı. Şaiyələrin birinə əsasən Biçeraxov guya Bakıya gələrək burada saxlanılan 1000-ə
yaxın alman əsirini azad edib silahlandıracaq, sonra isə onların köməyi ilə bolşevik və erməniləri şəhərdən
qovacaq.
489
Bütün bu şayiələr Biçeraxovu vaxtilə dəstəkləyənlərin gözündən salınmağa, və siyasi bir fiqur kimi
aradan götürməyə yönəldilmişdi.
Bakıdan QİO tərəfə qaçmağa nail olan azərbaycanlıların və kəşfiyyatın məlumatlarına əsaslanan Nuru
paşa iyulun 24-də Mürsəl bəyə teleqram göndərərək əməliyyatm iyulun 26-na planlaşdırılmasını tələb etdi.
490
Körpü və yolların dağıdılması Cənub qrupunun, ərzaq və su çatışmazlığı,
döyüş
sursatının
Kürdəmirdəki
anbarlardan
Şimal
qrupuna
çatdırılmaması isə bu qrupun irəliləməsinə imkan vermirdi. Mürsəl bəy
bunları Nuru paşaya bildirdi.
Bununla belə, irimiqyaslı hücum əməliyyatı
keçirmək imkanı olmasa da, tədricən qoşunlar irəliləməyə başladı. İyulun
479
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.327.
480
Большевики в борьбе за победу, с.582.
481
Yenə orada, s.569,573,582.
482
Yenə orada, s.566.
483
Yenə orada, s.579.
484
Большевики в борьбе за победу, с.569.
485
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
486
Денстервиль, s.159. Bakıdan göndərilən emissarlara işarə edən Denstervil bu günlər barəsində yazırdı: «mənim hər gün Bakı ilə əlaqəm var idi.»
487
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
488
Большевики в борьбе за победу, с.300.
489
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94.
490
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249.
132
26-da Cənub qrupu irəliləyərək 3 kəndi və Qarasu stansiyasını azad etdi. İyulun 27-də qrupun qərargahı bura
köçürüldü. Qrup həmçinin Kür çayı boyunca mövqe tutmuş Əhməd Həmdi bəyin qüvvələri ilə əlaqə yaratdı.
Cənub qrupu və Əhməd Həmdi bəyin dəstələri üzbəüz irəliləməyə başladıqda gözlənilmədən Hacıqabulda
cəmləşmiş sovet qoşunları mühasirə təhlükəsi ilə üzləşdi. Hücumun qarşısını almaq üçün kifayət qədər
qüvvələri olmayan sovet komandanlığı bundan ehtiyat edərək Hacıqabulu tərk etməyi əmr etdi.
491
V.İ.Leninə
göndərdiyi teleqramda S.Şaumyan göstərirdi ki, Q.Korqanov məcburiyyət qarşısında Hacıqabulu tərk etmək
əmrini verdi, çünki Kür çayı istiqamətindən irəliləyən süvarilər az qala sovetləri mühasirəyə salacaqdırlar.
Məktubda qeyd edilirdi ki, infrastruktur dağıdılıb, yollar və körpülər partladılıb.
492
İrəliləyən Cənub qrupu
Müsüslüdən Bakıya qədər 22 körpünün partladılmasını qeyd etmişdi.
493
Hacıqabulun özündə stansiya tikililəri,
neft, benzin, ağ neft çənləri partladılmış və ətraf ərazi viran qoyulmuşdu.
Cənub qrupu qarşısında olan düşmən Pirsaat stansiyası ətrafında, Şimal qrupu qarşısında olan düşmən isə
Cəngi ətrafında mövqe tutmuşdu. Cənub qrupunun irəliləməsi üçün ona istehkam bölüyü verildi və bölük
körpüləri yararlı vəziyyətə gətirməyə başladı. Əks tərəfdə düşmən qüvvələrinin çox olması nəzərə alınaraq
Cənub qrupundan bir tabor (38-ci alayın 2-ci taboru) və Gəncədə
yerləşən bir tabor (38-ci alayın 3-cü taboru) Şimal qrupuna tabe edildi.
İyulun 28-də verilmiş əmrə əsasən Cənub qrupu yayındırıcı döyüşlər
apararkən Şimal qrupu hücuma keçməli və düşmənin Cəngi ətrafındakı
mövqelərini tutmalı idi.
494
Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb
sərhədlərindən həyəcanlı xəbərlər gəldi. Azərbaycana müdaxilə etmək
üçün imkan axtaran Almaniya hökuməti hərbi yola əl atmaq fikrinə
düşmüşdü. Onun təhriki ilə Gürcüstan qoşunlarının bir neçə dəstəsi
Azərbaycanın Qazax bölgəsində Sınıq körpü adlanan sərhəd məntəqəsinə hücum etdi. Orada gürcü və alman
bayraqları qaldırdılar. Türk zabitlərinin rəhbərliyi ilə Azərbaycan könüllülərindən ibarət dəs-tələr əks-zərbə
endirərək gürcü dəstələrini qovdular. Döyüş nəticəsində gürcü tərəfdən 26 nəfər həlak oldu, 20 nəfər əsir
götürüldü, 2 pulemyot ələ keçirildi. Zaqatala və Şəki istiqamətində də sərhəddi pozmaq cəhdlərinin qarşısı
qətiyyətlə alındı.
495
İyulun 28-də gecə saat 3-də başlayan hücum bolşevik - erməni qoşunları üçün gözlənilməz oldu. Saat
11:30-da güclə özünə gələn sovet komandanlığı Şimal qrupunun hücumunun önündə gedən 2-ci mürəttəb
süvari
alayına qarşı 150 süvari, 2 top, 1 zirehli avtomobil, sonra isə 200
piyada və 50 süvari atdı; lakin süvari alayı 10-cu Qafqaz piyada alayı
ilə birgə düşməni əzdi və Cəngi ətrafındakı mövqeləri tutdu. Cənub
qrupu yayındırıcı hücum təşkil etməsinə baxmayaraq irəliləməyə və
Pirsaat stansiyasının qərb tərəfinə çıxmağa nail oldu. Axşam düşəndə
qrupların hərəkəti dayandırıldı. Cəngi uğrunda döyüşdə düşmənin 2
topu və 1 zirehli avtomobili ələ keçirildi.
496
İyulun 28-də Bakı Soveti İcraiyyə Komitəsi bəyannamə yayaraq
hakimiyyəti ələ keçirmək istəyənlərin qarşısının alınması üçün, əsas
diqqəti QİO-ya qarşı yönəltməyin vacibliyini bildirirdi.
497
Bolşevik
aviasiyası daim kəşfiyyat uçuşları keçirir, QİO hərbi hissələrinin yerdəyişmələrini müəyyən etməyə çalışırdı.
İyulun 29-da türk-Azərbaycan hissələrinin hücumu davam etdirildi. Qruplar qarşılarında dayanan
qüvvələri məğlub edərək geri çəkilməyə məcbur etdi. Cəngi və Pirsaat stansiyası azad edildi. Həmin gün
Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınması məqsədi ilə Osmanlı dövlətinə təzyiqi
artıracaqları haqqında Sovet Rusiyasına vəd verdilər.
İyulun 30-da hücumu davam etdirən qruplar Bakıya doğru hərəkət edirdilər. Şimal qrupu Atbatandan
cənuba doğru hücuma keçdi. Onun qarşısında bir piyada taboru, 200 süvari, 2 top və 3 zirehli avtomobili olan
düşmən dayanmışdı. Buna baxmayaraq saat 12:30-da düşmənin cəbhəsi yarılmış və o, Xırdalan istiqamətində
geriyə çəkilməyə başlamışdı. Bakının sovetlər tərəfindən yaradılan birinci müdafiə xətti məhz Xırdalandan
keçirdi. Düşmən Qobu ətrafında əvvəlcədən qazdığı səngərlərdə də möhkəmlənə bilmədi və geri çəkildi.
498
Başıpozuq bir bölüyün Sumqayıt tərəfə qaçdığı nəzərə alınaraq onu məhv etmək üçün dəstə ayrıldı. Dəstənin
491
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249.
492
Большевики в борьбе за победу, с.610.
493
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114.
494
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250.
495
Budak M. Nuru paşanın raportu, s.460.
496
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.334.
497
Большевики в борьбе за победу, с.608.
498
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114.