135
istiqaməti kimi Qurd qapısı və Qurd qapısı ilə dəniz arasında olan ərazi nəzərdə tutulmuşdu. Halbuki məhz
burada güclü müdafiə xəttləri yaradılmışdı. Məhz burada relyef müdafiə olunan tərəfin işini asanlaşdırırdı.
Əməliyyata xüsusi artilleriya dəstəyi nəzərdə tutulmamışdı, yəni əvvəlki kimi toplar hərbi hissələr arasında
bölüşdürülmüşdü. Yalnız Heybət-Biləcəri dəmir yolunun şərqində təpələrdə düşmənin 3 səhra topunun
mövqeləri müəyyənləşdirilmiş və əməliyyat başladıqda bu batareyanı məhv etmək üçün qüdrətli top batareyası
ayrılmışdı. Bununla belə top mərmiləri ehtiyatı olduqca az idi. Misal üçün, 38-ci alay avqustun 4-də cəmi 4 top
mərmisinə malik idi və təbii ki, belə mərmi ehtiyatı ilə döyüşmək olmazdı.
515
Sentrokaspi komandanlığının məqsədi ingilislərin şəhərə gəlişinə qədər mövqeləri qoruyub saxlamaq və
vaxt qazanmaq idi.
İyulun 31-də Şərq Ordular qrupunun komandanı Xəlil paşa Batumdan Tiflisə
gəldi ki, qoşunların təminatında mövcud olan problemləri şəxsən öyrənsin və onların
həll olunmasına çalışsın.
516
Avqustun 1-də səhər tezdən döyüş başladı və qoşunlar əmrdə göstərilmiş
hüdudlardan irəliləməyə başladılar. Тор atəşi ilə Heybət-Biləcəri dəmir yolunun
şərqində təpələrdə düşmənin 3 səhra topu susduruldu. 13-cü alay şiddətli döyüşdən
sonra saat 14:30-da dənizə yaxın olan 763 №-li hündürlüyü tutdu. Onu geri almaq
üçün düşmən iri qüvvələrlə əkshücuma atılır, lakin hər dəfə geri oturdulurdu. 13-cü
alayın sol cinahı ilə irəliləyən 10-cu alay Qurd qapısı istiqamətində vuruşurdu. Onun
29-cu taboru Sallaxana və Qışla ətrafındakı yüksəkliklərə qalxdı və şəhərin 2 km-də
mövqe tutdu.
517
Hacıhəsən kəndini tutan 60-cı tabor dəmir yolunu kəsdi.
518
Düşmənin
zirehli qatarı döyüşən hissələri atəşlə dəstəkləmək imkanını itirdi. Hərbi gəmilərin
atəşi, üç təyyarənin uçuşları ilə dəstəklənməsinə baxmayaraq Sentrokaspi ordusu
itirdiyi mövqeləri geri qaytara bilmədi.
519
Günün 2-ci yarısına türk-Azərbaycan
qüvvələrinin top mərmiləri ehtiyatı tükəndi, bu isə irəliləməni çətinləşdirdi. Bolşeviklərin hissələri şəhərin
itirilməsinin qarşısını almaq üçün Sentrokaspi qüvvələrinə kömək etdilər. Petrovun dəstəsinin iki batareyası
Bibiheybət istiqamətində 13-cü alayın mövqelərini, sonra isə Qurd qapısı ətrafında 10-cu alayın
mövqelərini atəşə tutdu. Mərmi ehtiyatının böyük olması düşmənə aramsız atəş açmağa və bununla da türk-
Azərbaycan hissələrinin irəliləməsinin qarşısını almağa imkan verdi. Hücumu gücləndirmək üçün Cənub
qrupunun qoşunları zərbə endirməliydi, lakin onlar Ələt stansiyasını ələ keçirsələr də ləng irəliləyirdilər.
H.Səlimov içməli suyun gətirilməməsini bildirir, bəzi döyüşçülərin susuzluqdan huşunu itirməsindən xəbər
verirdi. Səlimov belə şəraitdə Heybət stansiyası istiqamətində irəliləməyin mümkünsüz olduğunu
vurğulayırdı. Qrupun nisbətən yaxşı vəziyyətdə olan hissəsinin Ələt-Bakı dəmir yolu və ona paralel şose
yolu
boyunca irəliləməsi Sentrokaspi hərbi gəmilərinin həmin istiqaməti atəş altında saxladığından mümkün
deyildi. Texniki suyun olmaması səbəbindən Cənub qrupunun əsas zərbə qüvvəsi olan və döyüş gəmiləri ilə
atəş dueli aparmağa qadir olan Azərbaycan zirehli qatarının lokomotivi işləmədi.
520
Səlimovun göstərdiyi
səbəblər Nuru paşaya çatdırıldıqda o, hərəkatın belə şəraitdə mümkünsüz olması ilə razılaşmış, Hacıqabul
Nəvai-Muğanlı-Ötəmki qışlağı-Çarbulaq-Güzdək məntəqələrindən keçən yolun öyrənilməsini tapşırmışdı.
Axşama yaxın döyüş dayandırılanda qoşunlar aşağıdakı mövqelərdə idi: Cənub qrupu Ələtdə möhkəmləndi, 10-
cu və 13-cü alaylar Qurd qapısı ilə Hacıhəsən kəndi arasındakı sahədə yerləşdilər. 60-cı piyada taboru Xırdalan
yaxınlığında, 38-ci alayın 1-ci taboru, mürəttəb süvari alayı, 1 səhra topları taqımı Sumqayıt stansiyasında,
ehtiyat qüvvələr olan 38-ci alayın 2-ci taboru və Ləzgi süvari alayı Güzdəkdə idi. Avqustun 1-də axşam Mürsəl
bəy Nuru paşaya hadisələr barəsində raport göndərdi. Nuru paşa növbəti hücumu güclü top atəşindən sonra
başlamağı (halbuki mərmi ehtiyatı çox azdı), şəhərə daxil olduqda soyğunçuluğa yol verməməyi, dənizdən ola
biləcək hücumların qarşısını almağı məsləhət gördü.
521
Avqustun 2-də gecə başlayan döyüş hücumun davamı oldu. 60-cı tabor irəliləyərək düşmənin diqqətini
özünə cəlb etmək əmrini aldı. Cənub qrupu mütləq Heybət stansiyasını tutmalı idi. Mühasirə halqası daraldıqca
düşmənin müqaviməti artırdı. Qərb və cənub-qərb istiqamətlərinə əlavə qüvvələr gətirən Sentrokaspi qüvvələri
əkshücum cəhdləri də edirdilər. 13-cü alay, həmçinin 29-cu və 60-cı taborlar düşmənin əkshücumlarını dəf
etdilər. Bu zaman Xırdalan-Biləcəri isti-qamətində Sentrokaspi zirehli
qatarı ilə türk-Azərbaycan topçuları arasında "duel" baş verdi, zirehli qatar
geri çəkilməyə məcbur oldu. 788 №-li Qurd qapısı təpəsi istiqamətində
515
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.194.
516
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 147.
517
Süleymanov M.S. Аzərbaycan Ordusu, s. 117.
518
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 336.
519
Yuceer N. Birinci Dünya savaşında, s. 101-102
.
520
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267.
521
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.143.
Dostları ilə paylaş: |