139
süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar
düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək
islam qanları qırmızı şərablar kimi vəhşi işkəncələr uğrunda axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri
zalımlar kəsəcəkdir... Fəqət sən, ey türk əsgəri, in-gilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən
böyük hərb gəmilərinin böyük güllələrinə aylarla sinə gərdin. Kütülamarədə 14 minini əsir aldın. Qarşıdakı
düşmənin əsas hissəsi olan erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri önünə qataraq ta bu şəhərə qədər
qovdun. Türk adını böyüdən Çanaqqala, Kütülamare, Qaliçiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı
şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını!".
548
Müraciət qoşunlar arasında 5 avqust döyüşündən sonra yarana biləcək ruh düşkünlüyünün, söz-söhbətin
qarşısını almaq və Bakı alınmayana qədər döyüşlərin davam edəcəyi fikrini bir daha vurğulamaq məqsədilə
qəbul edilmişdi.
Bakıda ümumi mobilizasiyaya etiraz edən və türklərə köməklik edən azərbaycanlılardan böyük bir qrupu
həbs edildi və onlardan 600 nəfər güllələndi.
549
Avqustun 7-də İstanbulda olan M.Ə.Rəsulzadə M.Hacınskiyə göndərdiyi teleqramda yazırdı: "Hansı
yolla, nəyin bahasına olursa olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə baş vermiş fakt qarşısında çətin
vəziyyətdə qalarıq".
Digər məktubunda o, yazırdı: "Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!".
550
7.10.Bakı ətrafında 6 avqust-12 sentyabr döyüĢləri
Avqustun əvvəllərində Bakı bolşevikləri nəinki onların əllərində olan silahları Sentrokaspi hökumətinə
təhvil verməmiş, heç tabeçiliklərində olan hərbi hissələri də buraxmamışdılar. Sovet Rusiyası Bakını itirməmək
üçün bir tərəfdən yeni hərbi qüvvələr göndərilməsi imkanlarını araşdırır,
digər tərəfdən Almaniya ilə danışıqları sürətləndirirdi. Öz növbəsində
Almaniya Osmanlı dövlət rəhbərlərinə təzyiq göstərir, Bakıya hücumu
dayandırmağı tələb edirdi. Ənvər paşa üzdə bu tələblə razılaşsa da,
əslində Bakını azad etməklə müharibəni bitirmək istəyirdi. 5 avqust
döyüşündən sonra cəbhədə yaranmış süstlük almanlarda doğrudan da
əməliyyatların sona çatması təəssüratını yaratmışdı. İngilislərin Bakıya
daxil olması və cəbhədə iri döyüşlərin olmaması xəbərini alan Sovet
rəhbərliyi də Qafqaz İslam Ordusunun əməliyyatları dayandırmasına
inanmışdı. Almaniya ilə Rusiya arasında gedən gizli danışıqlara əsasən
Almaniya türklərin Bakıya daxil olmasının qarşısını alır və Bakı neftindən pay götürür, sovetlər əməliyyat
keçirərək ingilisləri qovur və Bakının tam sahibi olurlar.
551
Yalnız avqustun 18-də Bakıdan
gəlmiş bir bolşevikin
məlumatı əsasında Sovetlər yanıldıqlarını və QİO-nun genişmiqyaslı əməliyyata hazırlıq görməsini anladılar.
Sovet dövlətinin rəhbərlərindən olan Çiçerin (Xarici İşlər Komissarı) Sovet Rusiyasının Almaniyadakı səfiri
İoffeyə teleqram göndərərək türklərin almanları aldadaraq döyüşlərə
hazırlaşmasını xəbər vermiş, sonra isə Osmanlı dövlətinin Moskvadakı
səfiri Qalib Kamal bəylə görüşmüş və türk qoşunlarının Rusiyanın
ərazisi olan Bakıya soxulmaları barəsində iradlarını bildirmişdi.
Əvəzində türk səfiri demişdir ki, türk qoşunlarının məqsədi
Azərbaycanda dinc əhalini qıran erməni quldur dəstələri və onların
havadarlarının məhv etmək, Azərbaycan əhalisi və türk əsirlərini xilas
etməkdir.
552
5 avqust döyüşündən sonra Sentrokaspi qoşunları və ingilislər
bir neçə dəfə hücuma keçmək istəsələr də sonda geri çəkilməyə məcbur oldular. Lakin QİO-nun da Bakını azad
etmək üçün kifayət qədər qoşunu yox idi. Nuru paşanın ehtimallarına görə, son hücum üçün 5000 piyada, 2
səhra batareyası, 4 ağır batareya, bir təyyarə dəstəsi, bir telefon bölüyü, 28 min top mərmisi, mauzer tüfəngi
üçün 1000 sandıq və rus tüfəngləri üçün 500 sandıq güllə, 20 yük avtomobilinin olması zəruri idi. Bu siyahını o,
avqustun 6-da 3-cü Ordu komandanlığına çatdırdı.
553
Komandanlığın bütün tələb olunanları göndərmək üçün
imkanları yox idi, lakin müəyyən qədər kömək göstərildi. 9-cu Ordu tərkibindən 107-ci alay (Qarakilsədə
dayanmışdı) avqustun 9-da Bakı istiqamətində yola düşdü. Alayda 1200 döyüşçü, 12 pulemyot var idi. 36-cı
548
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.150.
549
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s. 340.
550
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.283.
551
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.284-286.
552
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.287.
553
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.292.
140
firqənin bir piyada alayı və topçu bölmələrinin Bakıya göndərilməsi əmr edildi. Bu hissələr çatana qədər əsas
kömək milli azərbaycan qüvvələrindən gəldi. Ağdaş alayı, daha sonra Gəncədən bir hücum bölüyü, dörd piyada
və bir pulemyot bölüyü Bakıya göndərildi. Bir neçə gündən sonra 7 zabit və 234 əsgərdən
ibarət yeni milli hərbi
hissə Gəncədən qatarla Bakıya göndərildi.
554
Abşeron kəndlərinin könüllülərini toplamaq üçün Maştağa
kəndində Ləzgi süvari alayının bir bölüyü və bir neçə türk zabiti toplama məntəqəsi yaratdılar. Sentrokaspi
mənbələrinin verdiyi məlumatlara görə, əhali həm türk-Azərbaycan qoşunlarına qoşulur, həm də avqustun 10-
dan başlayaraq partizan xarakterli əməliyyatlar keçirirdi.
555
Öz növbəsində Sentrokaspi qoşunları da döyüşlərə hazırlaşırdılar.
Əsas ümid ingilislərin gətirəcəyi qoşunlara idi. Ənzəlidə olan general
Denstervil mümkün olan qüvvələri Bakıya göndərir, ingilis zabitlərinin
köməyi ilə Sentrokaspi qoşunlarının müdafiə mövqelərini təşkil edir və
Muğanda yerləşən rus qüvvələri ilə əlaqə saxlayıb onları QİO-nun
arxasına zərbə vurmağa çağırırdı.
556
Kür çayı mənsəbində mövqe tutmuş
N.Ramazanov xəbər verirdi ki, Muğandakı rus qoşunları fəallaşmış,
böyük dəstə Biləsuvardan 24 km şərqdə yerləşən Təkliya məntəqəsinə
göndərilmişdir. Rus qüvvələrinin şimala doğru hərəkətinin qarşısını
almaq üçün N.Ramazanov ona əlavə qüvvə: Putadan 27-ci tabordan iki piyada bölük və bir pulemyot taqımının,
həmçinin Gəncədən bir piyada bölüyünün göndərilməsini xahiş edirdi.
557
QİO-nun komandanlığı Muğandakı rus
qüvvələrinin Bakı-Gəncə dəmir yolu üçün təhlükə törədə biləcəyini nəzərə
alaraq N.Ramazanova qüvvələr verilməsini qərarlaşdırdı, lakin Bakı
ətrafındakı qoşunları zəiflətməmək üçün 107-ci alayın hissələrindən istifadə
etdi. Alayın bölgəyə 1-ci gələn taboru Salyanda, 2-ci gələn taboru
Ələt-Puta istiqamətində, 3-cü gələn taboru və pulemyot bölüyü ehtiyac
olarsa, Salyana göndərilir, olmazsa, Güzdəkdə ehtiyat qüvvə kimi
saxlanılırdı.
558
İngilislərin bütün mövcud olan qüvvələri Bakıya avqustun 17-də
daşındı, həmin gün general Denstervil özü də gəldi.
559
Bakının müdafiəsinə
rəhbərlik bütünlüklə ingilislərin əlinə keçdi, halbuki onlar bildirirdilər ki,
Sentrokaspi rəhbərliyi ingilislərə tabe edilmir və müstəqildir. Əslində hər bir
hərbi
hissəyə
ingilis
zabitlərinin
göndərilməsi, planların ingilis
komandanlığı tərəfindən təsdiqlənəndən sonra icra olunmağa başlaması Sentrokaspi rəhbərliyinin tabeçilikdə
olmasını göstərirdi. İngilis qoşunları azsaylı olsalar da güclü texnikaya malik idilər: 3 tabora 16 top, 3 zirehli
avtomobil, 3 təyyarə ayrılmışdı, hər taborda 16 pulemyot var idi.
Denstervil-Bakının müdafiəsini gücləndirmək üçün aşağıdakı isti-qamətlərdə iş görməyi planlaşdırırdı: 1.
Bakının müdafiə xəttinin gücləndirilməsi (bura həm Bakının ətrafında müasir hərb işinin
tələblərinə cavab verən
müdafiə qurğularının tikilməsi, həm də türk-Azərbaycan qoşunlarının geriyə atılması daxil idi); 2. İngilis
zabitlərinin rəhbərliyi ilə Sentrokaspi qoşunlarının (əslində erməni qüvvələrinin) quruluşu və təşkilatlanmasının
təkmilləşdirilməsi.
560
Denstervil və onun qərargah zabitlərinin müşahidələri göstərirdi ki, Sentrokaspi
qoşunlarında intizam aşağı səviyyədədir, bu isə onların mənəvi durumlarının zəif olması ilə izah edilirdi. Bu
qoşunlar həm güclü hərbi texnikaya, həm də çox sayda canlı qüvvəyə sahib olsa da, zəif intizam və ruh
düşkünlüyü səbəbindən heç bir nəticə əldə edə bilmirdi.
General Denstervil Bakı ətrafında qurulmuş müdafiə xəttini ətraflı təsvir edir. Belə ki, cəbhənin sol
xəttində dayanan Şimali Stafford alayının hissələri Bibi Heybət
ətrafındakı mövqeləri gücləndirdilər. Mövqelərin yüksəkliklərdə
yerləşməsi, səngərlərin hərbi-mühəndis işinin bütün tələblərinə cavab
verməsi müdafiəni asanlaşdırırdı. İngilis alayından sağda erməni taboru
mövqe tutmuş, ingilis zabitlərinin köməyi ilə о da istehkamlarda
yerləşdirilmişdi. Qurd qapısı keçidindən başlayıb şimala doğru uzanan
sərt qayalıqlardan keçən müdafiə xətti az qüvvə ilə etibarlı müdafiə
qurmağa imkan verirdi. Burada ermənilərin və Şimali Stafford alayının
qarışıq hissələri dayanmışdı. Sonra cəbhə xətti Biləcərinin qərbindən Palçıq vulkanına doğru, oradan da
554
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.293.
555
Yenə orada, s.294.
556
Денстервиль, с.184, 189, 190, 194-195.
557
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.297.
558
Yenə orada, s.298.
559
Süleymanov M.S. Azərbaycan Ordusu, s.123.
560
Денстервиль, с. 195, 263.