Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə84/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

154 
 
zərbə  endirməyə  imkan  verdi,  onun  qarşısını  almaq  üçün  15-ci  firqə  komandirinin  qüvvəsi  yox  idi.  Vəziyyəti 
düzəltməyə göndərilən 107-ci alayı elə döyüşün əvvəlində 15-ci firqəyə tabe etmək lazım idi. Sentyabrın 14-ü 
saat  15:00-da  şəhər  istiqamətində  sürətli  hücum  imkanı  yaranmışdı,  lakin  QİO  komandanlığı  bu  imkandan 
istifadə etmədi. Belə ki, 5-ci firqənin ehtiyatı olan 10-cu və 13-cü alaylar, QİO-nun ehtiyatı olan 106-cı və 107-
ci  alaylar  kiçik  toqquşmalar  nəzərə  alınmasa,  döyüşə  yeridilmədilər.  Onlar  yalnız  kiçik  epizodlara  cəlb 
olundular.  Əməliyyat  tapşırığını  yerinə  yetirmək  üçün  5-ci  firqəyə  tələb  olunan  toplardan  daha  çox  top 
verilmişdi, halbuki 15-ci firqədə top çatışmazlığı döyüşün ilk anlarından özünü göstərmişdi. Komandanlıq bütün 
şəhərə nəzarət etməyə imkan verən Qurd qapısı təpəsi, sonra Bayıl burnunu ələ keçirsə də, düşmən gəmilərinin 
şəhərdən çıxmasının qarşısını ala bilmədi. 
Axşam  saat  20:00-da  müqavimətin  mənasız  olmasını  görən  general  Denstervil  ingilis  qoşunlarına  geri 
çəkilmək  əmri  verdi.  Artıq  saat  22:00-da  bütün  ingilis  qüvvələri  və  Biçeraxovun  döyüşçüləri  gəmilərə 
yüklənmişdilər. 
Sentrokaspi 
nümayəndələri 
Denstervili 
şəhərdən 
buraxmayacaqları  ilə  hədələsələr  də,  general  "16  saat  atəş  altında  qalan 
əsgərlərin döyüşü davam etdirməsi fiziki cəhətdən mümkün deyil. Belə bir əmri 
mən verməyəcəyəm və təcili olaraq yola düşürəm” demişdi.
668
 Sentyabrın 14-də 
ingilislər  aşağıdakı  itkiləri  verdilər:  Şimali  Staffordşir  alayı  50  nəfər,  Uoçester 
alayı 40 nəfər, Varvik alayı 26 nəfər itirdilər.
669
 
Sentyabrın 14-də axşam 5-ci firqənin hissələri aşağıdakı qayda ilə cəbhə 
xəttində idilər: sağdan sola 13-cü, 9-cu, 56-cı, 10-cu alaylar Maşatlıq-Sallxana-
Qırmızı Qışla-Bəyaz Qışla xəttində dayanmışdılar.
670
 
Sentyabrın 14-dən 15-nə keçən gecə ingilis qoşunları Bakını tərk etdilər. 
Gecə  əsasən  tüfəng-pulemyot  atəşləri  səslənir,  ara-sıra  toplar  atəş  açırdılar.
671
 
Həmin  gecə  Nuru  paşa  sentyabrın  14-nün  nəticələrinə  həsr  olunmuş  döyüş 
əmrini imzaladı. 56-cı alayda gün ərzində 1 zabit, 16 əsgər həlak olmuş, 2 zabit, 
74  əsgər  yaralanmışdı;  38-ci  alayda  1  zabit  həlak  olmuş,  1  zabit  və  116  əsgər 
yaralanmışdı;  107-ci  alayda  8  zabit,  80  əsgər  yaralanmış;  digər  hissələrdə  də 
itkilər var idi.
672
 Əmrdə göstərilirdi: 13-cü alay Maşatlıq və ondan şimalda şəhərə daxil olaraq çaşqın vəziyyətdə 
olan  düşmənlə  tüfəng-pulemyot  alışması  aparır,  56-cı  alay  qarşısında  olan  düşmən  Qırmızı  və  Bəyaz 
qışlalarında möhkəmlənməyə çalışır, Qırmızı qışladan tüfəng-pulemyot, Bəyaz qışladan isə tüfəng-pulemyot və 
zirehli  avtomobillərdən  atəş  açılır.  10-cu  alayın  sol  cinahına  düşmən  iki  zirehli  avtomobil  çıxarmış,  lakin  top 
atəşi ilə qovulmuşdular. 9-cu, 13-cü, 56-cı, 10-cu alaylar tədricən irəliləməli, 106-cı alay ehtiyatda saxlanmalı 
idi. İstehkam və dəmir yolu bölükləri Puta-Biləcəri dəmir yolu xəttini təmir etməli, zirehli qatar Heybət stan-
siyasında  qalmalı,  5-ci  firqə  qərargahı  Zavodlarda  (Qara  şəhər)  qərar  tutmalı,  top  və  qaubitsalar  qışlaları  və 
limanı  atəş  altında  saxlamalı  idi.
673
  Hələ  də  çoxsaylı  düşmənin  güclü  hərbi  texnikaya  malik  olmasını,  türk 
döyüşçülərinin  şəhər  küçələrinə  yaxşı  bələd  olmadığını  nəzərə  alaraq  qoşunları  şəhərə  səhər  yeritmək  qərarı 
qəbul edilmişdi. 
Sentyabrın  14-ü  saat  20:30-da  Nuru  paşa  sentyabrın  15-nə  döyüş  əmrini  imzaladı.  Əmrə  əsasən  Bakı 
şəhəri tam azad edilməli idi; 5-ci Qafqaz firqəsi 56-cı alayın mövqelərindən hücuma keçərək Qara şəhərə qədər 
olan şəhərin qərb ərazisini tutmalı, daha sonra burada bir piyada alayı, iki dağ batareyası qoyaraq əsas qüvvələri 
şəhərdən çıxarmalı və  Bakının şimal-şərqindəki ərazidə və Xırdalan-Bakı yolunun hər iki tərəfində yerləşməli 
idi; 15-ci firqə irəliləyərək Qara şəhərə qədər olan  şəhərin şərq hissəsini 
azad  etməli,  burada  bir  piyada  alayı,  bir  top  batareyası  saxlayaraq 
şəhərdən kənara çıxmalı idi. Hücum sahə artilleriya hazırlığından sonra 
başlamalı  idi.  Nuru  paşanın  əmrinə  əsasən  5-ci  və  15-ci  firqə 
komandirləri  müvafiq  əmrlər  verdilər.  38-ci  alay  Qara  şəhərin  dəniz 
sahilinə qədər olan ərazisini təmizləməli idi. Tevfiq bəyin rəhbərliyi ilə 
Azərbaycan  piyada  taborları  Sabunçudan  keçərək  dəmir  yolu  boyunca 
irəliləməli və Keşləni azad  etməli  idi.  Əhmədli  istiqamətindən şəhərə 
irəliləyən  Zehni  bəyin  dəstəsi  azərbaycanlı  süvarilərdən  ibarət  idi: 
Qarayazı  süvari  dəstəsi  (Nuh  bəyin  rəhbərliyi  ilə),  Ləzgi  süvari  alayı  (Xosrov  Mirzə  Qacarın  rəhbərliyi  ilə), 
süvari  bölüyü  (Haşımbəyin  rəhbərliyi  ilə)  və  digər  milli  süvari  hissələr.
674
  Qoşunlar  arasında  məsafə  itdiyinə 
                                                           
668
Денстервиль, с.272. 
669
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.520. 
670
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173. 
671
Yuceer N. Birinci Dünya savaşında, s.117. 
672
Yenə orada, s.118.
 
673
Yuceer N. Birinci Dünya savaşında, s.119.
 
674
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.351-352. 


155 
 
görə ayrı-ayrı firqələrin döyüşçülərinin bir-birlərinə təsadüfən atəş açmaq ehtimalı böyük idi. Bunun qarşısını 
almaq üçün Nuru paşanın əmri ilə 15-ci firqə 5-ci firqə komandirinin tabeçiliyinə verildi. 
Bütün əmrlərdə şəhərdə talançılığa qətiyyən yol verilməməsi barəsində göstərişlər var idi. 
Sentyabrın  15-də  saat  4:30-da  döyüş  15-ci  firqənin  top  hazırlığı  ilə  başladı,  saat  5:30-da  5-ci  firqə 
toplardan  atəş  açdı  (5-ci  firqənin  gecikməsi  bütün  ağır  topları  hələ  də 
Qurd qapısı təpəsinə qaldırılmaması ilə bağlı idi). Qoşunlar 1 saatlıq top 
hazırlığı  bitəndən  sonra  hücuma  keçməli  idilər,  lakin  56-cı  alayın 
komandiri  Fəhmi  bəy  düşmənin  çaşqınlığını  nəzərə  alaraq  top  hazırlığı 
bitməmiş  döyüşçüləri  hücuma  qaldırdı.  Ona  9-cu  və  13-cü  alaylar 
qoşuldu.  Topçular  atəşi  şəhərin  dərinliklərinə  keçirdilər.  9-cu,  13-cü  və 
56-cı alaylar ayrı-ayrı düşmən dəstələrini məhv edərək şəhərin mərkəzinə 
doğru  gedirdilər.  Bu  zaman  Qara  şəhərdə  bir  neçə  neft  çəni  yanmağa 
başladı.
675
 
15-ci  firqənin  hissələri  saat  5:20-də  hücuma  keçdilər.  38-ci  alay  Ermənikənddə  2  ədəd  uzunməsafəli,  8 
səhra,  2  dağ  topu  və  2  sıradan  çıxmış  təyyarə  ələ  keçirdi.  Saat  8:30-da  38-ci  alay  Qara  şəhərin  kənarında  idi. 
Əhmədli  istiqamətində  irəliləyən  milli  Azərbaycan  hissələrinə  düşmən  binalarda  quraşdırdığı  pulemyot  və 
tüfəng atəşləri ilə müqavimət göstərdi. Evlərin pəncərələri və damlarından açılan atəşlə 2 zabit, 23 əsgər həlak 
oldu, 2 zabit, 27 əsgər isə yaralandı.
676
 107-ci alayın 3-cü taboru vəziyyəti dəyişə bilmədi və Süleyman İzzət bəy 
38-ci alaydan ən təcrübəli əsgərlərdən təşkil edilmiş bölüyü döyüşə göndərdi. O, düşmən pulemyotları qurulan 
evlərə toplardan atəş açmağı əmr etdi. Düşmənin müqaviməti qırıldı.
677
 Saat 7:30-da Malakankənd adlanan ərazi 
tutuldu. Azərbaycan könüllülərindən ibarət taborlar Keşləni azad etdilər, Zehni bəyin azərbaycanlı süvariləri Zığ 
dağını ələ keçirdilər, saat 08:30-da Əhmədli və Qara Şəhər ətrafındakı təpələr tutuldu.
678
 
Saat  10:30-da  üzərində  İran  bayrağı  ilə  böyük  ağ  bayraq  olan  avtomobil  şəhərdən  çıxıb  13-cı  alayın 
mövqelərinə  yaxınlaşdı.  İran  konsulu  və  Sentrokaspi  qüvvələrinin  qərb  cəbhəsinin  mənşəcə  erməni  olan 
komandanı  şəhəri  təslim  etməyə  hazır  olduqlarını  bildirdilər.  Təslim  şərtlərinin  müzakirəsi  üçün  bir  ingilis 
nümayəndəsi, İran, Amerika, İsveç, Danimarka  konsullarının iştirakı ilə nümayəndə  heyətinin qəbulunu xahiş 
etdilər.  Bu  təklif  barəsində  komandanlığa  xəbər  veriləndə  5-ci  firqənin  Ərkani-Hərb  rəisi  Rüşdü  bəy 
avtomobillə  şəhərə  göndərildi  ki,  nümayəndə  heyətini  gətirsin.  Rüşdü  bəyin  yazdığına  görə  məğlu-biyyətin 
qaçılmaz  olmasını  hiss  edən  ermənilər  müsəlmanlara  divan  tuturdular.  Köməyin  yaxın  olmasından  ruhlanan 
azərbaycanlılar  müqavimət  göstərmiş  və  nəticədə  küçə  döyüşləri  baş  vermişdi.  Danimarka  konsulluğunda 
toplanan bütün nümayəndə heyəti 5-ci firqənin qərargahına yollandı. 
Müzakirə  nəticəsində  aşağıdakılar  qərara alındı: şəhər  qeyd-şərtsiz  təslim  olur; bütün qüvvələr  silahları 
təhvil  verir;  Nargin  adasındakı  türk,  alman  və  avstriyalı  əsirlər  geri  qaytarılır;  silah  anbarları,  ərzaq, 
avtomobillər, zirehli avtomobillər, təyyarələr və digər hərbi mülkiyyət təslim edilir. 
Əhalini sakitliyə çağıran vərəqələr nümayəndə heyətinə verildi ki, şəhərdə paylanılsın.
679
  15-ci  firqənin 
döyüş  xəttinə  də  üç  nəfər  ağ  bayraqla  gələrək  təslim  olmaqlarını  bildirdilər.  Saat  15:00-da  38-ci  alay  Qara 
şəhərdə  əsirləri  və  silahları  toplamağa  başladı.  Sentyabrın  14-ü  Sentrokaspi  Diktaturasının  1647  əsgər  və  30 
zabiti əsir götürüldü.
680 
Ümumilikdə sentyabrın 16-na qədər 9 rus, 10 gürcü, 17 erməni zabit, 4 ingilis, 3838 rus, 
1151 erməni və 113 digər millətlərdən olan əsgər əsir gotürülmüşdü. Əsirlərin gözləniləndən az olması düşmən 
qüvvələri  tərkibindəki  Denstervil  və  Biçeraxovun  hissələrinin,  həmçinin  5  minədək  erməninin  gəmilərlə 
Krasnovodsk, Dərbənd və Maxaçqalaya qaçması, bir qism erməninin cild dəyişib əhali arasında gizlənməsi ilə 
bağlı  idi.  Xəlil  paşanın  xatirələrinə  görə,  şəhərdən  50-yə  yaxın  gəmi  çıxa  bilmiş,
681
  100  pulemyot,  20  top 
çıxarılmışdı.
682
 
Ümumilikdə, avqustun 1-dən sentyabrın 15-dək baş vermiş döyüşlərdə 5-ci Qafqaz piyada firqəsi 1130 
nəfər  şəhid  (onlardan  30  nəfəri  zabit  idi)  verdi,  sentyabrın  14-15-də  döyüşlərdə  iştirak  edən  15-ci  piyada 
firqəsindən  5  zabit,  84  əsgər  həlak  oldu,  11  zabit,  347  əsgər  yaralandı,  73  nəfər  itkin  düşdü.
683
  Azərbaycan 
könüllü  hissələrində  kargüzarlıq  işi  lazımi  səviyyədə  olmadığına  görə  onların  itkiləri  barədə  dəqiq  məlumat 
yoxdur. Amma hər halda onlar arasında da itki az deyildi. Belə ki, təkcə Keşlə uğrunda Maştağa dəstəsindən 11 
nəfər həlak oldu, 44 nəfər yaralandı.
684
 
                                                           
675
Yuceer N. Birinci Dünya savaşında, s.119.
 
676676
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.176. 
677
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.353-354. 
678
Yuceer N. Birinci Dünya savaşında, s.120.
 
679
Yuceer N. Birinci Dünya savaşında, s.121.
 
680
Yenə orada, s.122.
 
681
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.175. 
682
Yenə orada, s.179.
 
683
Yuceer N. Birinci Dünya savaşında, s.121.
 
684
Yuceer N. Birinci Dünya savaşında, s.122.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə