160
Milli Komitəsinin üzvləri küçələrdə sərbəst gəzir və hər bir cəsədi qeydiyyata alırdılar? Axı, məntiqlə
düşünülsə, "qəddar türklər" həmin Komitə üzvlərini qırmalı və ya ən azından, "statistik tədqiqatlar" aparmağa
maneçilik törətməli idilər. Lakin belə suallar heç kimə lazım deyildi. Sovet Rusiyası və Avropa dövlətlərinin
təbliğatı ermənilərin göstərdikləri rəqəmi də bir о qədər böyük saymırdı (doğrudan da, Asiya və Afrika
ölkələrində İngiltərə, Fransa, Almaniya və digər Avropa dövlətlərinin qoşunları on minlərlə insanları məhv edir
və bu rəqəmlərlə müqayisədə Bakıda guya qırılan ermənilərin sayı çox az idi). Nəticədə mətbuatda əvvəlcə
Bakıda 20 min, daha sonra isə 30 min erməninin qırılması barədə məlumatlar yayılmağa başladı. Vətəndaş
müharibəsi adı ilə yüz minlərlə insanı məhv edən, aclıqdan üsyan qaldıran kəndlilərə qarşı kimyəvi silahların
tətbiqindən belə çəkinməyən bolşeviklər birdən birə Bakıda qırılan ermənilərə "yas" tutmağa başladılar.
Çiçerinin notalarının məzmunu və türklərin Bakını tərk etmək tələbi göstərir ki, Sovet Rusiyasının əsas məqsədi
Bakı nefti idi və məqsədə çatmaq üçün böhtanlardan da istifadə edilirdi.
Sentyabrın 24-də Əhməd Nəsimi bəy cavab notası göndərdi. O, yazırdı ki, Brest-Litovsk müqaviləsinin 4-
cü paraqrafının 2-ci bəndinə əsasən Rusiya öz qoşunlarını çıxararkən boşaldılmış əraziləri quldur dəstələrindən
təmizləməli idi. Bu quldur dəstələri əsasən ermənilərdən ibarət olub rus silahları ilə silahlanaraq döyüş adı
altında müsəlman kəndlərini məhv etməklə məşğul idilər. Zaqafqaziya Federasiyası Brest-Litovsk müqaviləsi
ilə Türkiyəyə qaytarılmalı olan 3 vilayətin heç birini qaytarmaq istəmir, üstəlik Azərbaycanda bolşevik-erməni
dəsətələrinin törətdiyi qırğınlara son qoya bilmir. Türkiyə öz qoşunlarını Azərbaycana yeritməyə məcbur oldu.
Brest-Litovsk müqaviləsinin 4-cü paraqrafına əsasən Rusiya təhvil verdiyi ərazilərə iddialı ola bilməzdi, bu
səbəbdən türk qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edə bilməz. Azərbaycan hökuməti isə bəyan
edirdi ki, Azərbaycan torpaqlarının hansı dövlətinin tərkibində olmasını onun xalqı müəyyən edir. Sentyabrın
29-da Osmanlı dövlətinin Berlindəki nümayəndəsi Rifat paşa xəbər verdi ki, Rusiyada əsirlikdə olan türk
əsgərlərinin azad edilməsi ləngidilir.
712
Rusiyanın Berlindəki nümayəndəsi Tələt paşa ilə görüşündə Türkiyənin Brest-Litovsk müqaviləsinin
şərtlərinin pozmasında günahlandırdı və Rusiyanın ərazisi adlandırdığı Azərbaycandan türk qoşunlarının
çıxarılmasını istədi.
713
Bu tələblərə Tələt paşa rədd cavabı vermişdi. O, Rusiya səfiri İoffe ilə görüşəndə, ondan
sövdələşmə təklifi aldı: Azərbaycan osmanlılara qalır, Bakı sovetlərə verilir. Tələt paşa buna da rədd cavabı
verdi.
714
O, bildirdi ki, Türkiyə Batum müqaviləsində göstərilməyən torpaqlara heç bir iddia ilə çıxış etmir və
Azərbaycan ərazisini öz dövlətinə birləşdirmək fikrində deyil. Qoşunların göndərilməsində məqsəd türk-
müsəlman qardaşların qırğınlarına son qoymaq, onlara öz dövlətlərini yaratmaqda kömək göstərməkdir. Tələt
paşa dəfələrlə Balkanların slavyan xalqlarına yardım göstərərək bunu "slavyan-pravoslav qardaşlara" kömək
kimi qiymətləndirən Rusiya kimi, Türkiyənin də dinibir, dilibir qardaşlarına həmin yardımı göstərə bilmək
haqqının olduğunu vurğulamışdı. Danışıqlar nəticəsində müəyyən olundu ki, bolşevik Rusiyası Azərbaycan və
Dağıstan xalqlarının öz müqəddəratlarını həll etmək hüququnu tanımaq istəmir və onların müstəqilliklərinə
əngəl olacaq. Almaniya bildirdi ki, Qafqazda Gürcüstan dövlətinin müstəqilliyini tanıyacaq, lakin Azərbaycanın
müstəqilliyi barəsində söz gedə bilməz. Tələt paşa belə ikili münasibətdən hiddətlənsə də, danışıqları davam
etdirdi və sentyabrın 23-də Almaniya ilə gizli müqavilənin imzalanmasına nail oldu: türk qoşunları
Azərbaycandan çıxarılacaq, Almaniya isə Azərbaycanın müstəqilliyini tanıyacaq.
715
Tələt paşanın
Berlindəki danışıqları göstərdi ki, Üçlər ittifaqının məğlub olduğu bir dövrdə öz ordusunu itirən Almaniya
imperiya ambisiyalarını itirməmişdi. Türkiyə isə çalışırdı ki, Azərbaycan beynəlxalq arenada təklənməsin.
Avropa və Sovet Rusiyasının başladığı kampaniya genişlənməkdə idi və Osmanlı dövlətinin yeni
Sədr-Əzəmi İzzət paşa Bakıda baş verənlər barəsində ətraflı hesabat istədi. 1918-ci il 27 oktyabrda Nuru paşa
İzzət paşaya göndərdiyi məktubunda yazırdı: "Bakının Osmanlı kitaları tərəfindən zəbti ilə düşmən tərəfindən
tərk və təxliyəsi arasındakı zaman əsnasında, 31 mart qırğınının intiqamını almaq üzərə türklər ilə ermənilər
arasında qarşılıqlı saldırmalar olmuş və о sırada 2 minə qədər erməni tələf olmuşdur. Osmanlı kitalarının
şəhərə girməsiylə bu duruma dərhal son verilmiş və buna səbəb olan müslümanlardan 172 kişi edam edilmiş,
ermənilərin malını yağmalayan və öldürənlərdən üçü isə daha dünən asılmışdır. Halbuki mart olaylarında 20
minə yaxın müslüman qətl və malları yağma edilmiş, camilər topa tutulmuş, yüzlərcə böyük bina yakılıb
yıkılmış, yapılmadık faciə qalmamışdır. Erivan civarında bulunan 240 parça türk köyü, bütün oturanlarıyla
tamamən ortadan qaldırılmışdır. Bu faciə Azərbaycan xalqının qulaqlarında hələ də çinlamaktadır".
716
Türkiyə və Azərbaycana qarşı kampaniya başlayanda Gürcüstanda məsələni ədalətlə araşdırmaq təklifləri
səsləndi. Erməni xisləti ilə üzləşən, bolşeviklərin necə boyük təbliğat kampaniyası yaratmaq üzrə usta
olmalarını bilən gürcü siyasətçi və jurnalistləri həqiqətdə bolşevik-erməni tərəfinin günahkar olmasını
bildirirdilər. 1918-ci il noyabrın 28-də Tiflisdə çap edilən "Qruziya" qəzeti ermənilərə mart qırğınlarını yada
712
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198-199.
713
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.193.
714
Yenə orada, s.201.
715
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200-201.
716
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.254.
Dostları ilə paylaş: |