Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə109/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   105   106   107   108   109   110   111   112   113

570

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elm ­ barlı bağdır... ona yetiş sən,

Çatarsan nə qədər mətləbinə sən.

Qalxır, zəka əhli ucalır qat­qat,

Elmilə sayılır ən əziz ustad.

Bəylər nə cür aldı dövranı ələ –

Yalnız zəka ilə, yalnız elm ilə.



DİLİN FƏZİLƏTİ, FAYDASI VƏ ZƏRƏRİ ÜSTÜNƏ

Elmin, təfəkkürün dilmancıdır dil,

Kişini bəxtinə dil çaldırır, bil.

Kişini əzizlər, ucaldar da dil,

Yarar ər başını, qocaldar da dil.

Ağız qəfəsində dil bir ac arslan,

Özünü parçalar uçsan, buraxsan.

Dilindən dad çəkən görün nə deyir:

Dilini qısmayan taparmı xeyir?

Çox bəlaya saldı öz dilim məni,

Başım kəsilməmiş kəsin dilimi.

Sözünə sərhəd qoy, batmasın başın,

Dilini dişlə ki, sınmasın dişin.

Sakın el dilindən... budur çətini,

Fitnəkar paxıllar çeynər ətini.

Tanrı cila verdi dilə, ağıla,

Mərd ol, dil yiyəsi, başını saxla.

Özünə rahatlıq, dinclik diləsən,

Dilindən silahsız söz çıxarma sən.

Elmli kişilər elmin güzgüsü,

Öz başını yeyər nadanın sözü.

Sözün çoxluğunda məna görmədim,

Gəvəzə natiqə xeyirsiz dedim.

Sözü çox çeynəmə... az çığır­bağır,

Yüz söz tilsimini bircə sözlə qır.

Söz deyənin başı göylərə dəyər,

İfrat söz insanı alçaldar, əyər.

Eldə hörmətsizdi boş danışanlar,




571

Fəqət “lal” deyilən bir damğa da var.

İndi ki, böylədir... sözdə dürüst ol,

Nitqin yığcam olsun, zəka gücün bol.

Dilini saxlayan başını saxlar,

Qısa söz deyənin uzun ömrü var.

Dil nəfi başqadır, artıq üyütmə,

Məddah dili də var, arif dili də.

Çalış, bircə sözün min qəlbə girsin,

Qaranlıq gözlərə işıq gətirsin.

Biliksiz insanlar kordu şübhəsiz,

Elmdən qüvvət al, ey nadan, aciz.

Gələn bir gün gedir... parlaq yaşa sən,

Sözü öldürməsən, özün ölməzsən.

Kişini iki şey şux saxlar düzü:

Biri – ər xilqəti, biri – ər sözü.

İnsan gəldi­gedər... sözdü məbədi,

Ölməz söz insanı saxlar əbədi.

Özünə əbədi həyat istəsən,

Felindən, sözündən imdad istə sən.

Dili mədh elədim, yamanladım da,

Bunlar səninçindir, qalsın yadında.

Yüz­yüz, min­min kəlam idraka sığmaz,

Gərəkli sözlərin sayı azdır, az.

Böyükdür danışan, oğlum, səninlə,

Məndən aşağıda əqlini dinlə.

Ən əziz sözümü sənə söylərəm,

Ata nəsihəti bütöv bir aləm.

Sənə qızıl qalsa miras, qulaq as:

Ata sözü qədər dəyəri olmaz.

Xərcləsən, tükənər xəznənin yüzü,

Xəzinə gətirər atalar sözü.

Atanın övlada ilk mirası – söz,

Dinləsə qazanar oğul birə yüz.

Söz deyə bildinmi? Oğlum, çəkmə qəm,

Əgər peşman olub üzr istəsən.




572

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ANQOLA POEZİYASI

AQOSTİNO NETO

DİDİLƏNLƏR, DİRİLƏNLƏR

Biz – Afrikadanıq, –

Damarlarda qəzəblə uğuldayan qanların,

Coşğunluqla göyərmiş yamyaşıl ormanların,

Timsah yataqlarının,

Od tökən gündüzlərin, ulduzlu gecələrin,

Alov gözlü gənclərin,

Keçilməz cəngəllərin, nərildəyən sellərin,

Hayqıran təbillərin,

Qəm­kədərlə qanrılmış,

Ümid parıltısına, göyə doğru uzanmış

Milyon­milyon əllərin

Afrikasındanıq biz!

Bəli, Afrikalıyıq – didir gücsüzlük bizi,

Tarlaları suvarır qaynar alın tərimiz.

Kətmənləri qızardır bu qançır əllərimiz.

Ümidsizlik, cəbr, qəm,

Ölüm, aclıq iyi var aldığımız nəfəsdə.

Al günəşin altında kürəyinə şəlləyib

Anamız aparıbdır bizi gör hansı səmtə –

Əbədi köləliyə.

Savadsız, iradəsiz, yoxsul, yalavacıq biz,

Didilmişik sonadək

Ancaq bu gün dirilir, oyanırıq biryolluq.

Bəli, Afrikadanıq, –

Zərifliyilə güclü, qara, pak Afrikadan!




573

Ürək – eşq istəyir, çiyinlər – çiyin,

Addımlar – azadlıq, əllər – dost əli.

Bizim nitqlərimiz,

Bizim tamtamlarımız –

Məğrur diləklərin ilk qaranquşu,

Milyon­milyon qəlbin birgə vurğusu

Cavan millətlərin qəzəb səsidir.

Günəşin dan üzü çöllərimizə

Səpdiyi dənlərin cücərməsidir.

Bizim fəryadlarımız nədən bəhs açır, nədən?

Alayanıq qolları zəncirlərlə didilmiş,

Axır nəfəsinədək döyülmüş, incidilmiş

Dalğada ləngər vuran qaralar cəsədindən!

Bizim ovuclarımız geniş­geniş açılmış

Hüquq üçün, haqq üçün.

Sülh, səadət istəyir uzanan əllərimiz.

Ovcumuzun içində qızıl güllər açılır,

Barmağımız ucundan rayihələr saçılır.

Mayombe dağlarını bürüyən ormanların

Təzə bahar ətridir gələn əllərimizdən.

Bizim ürəklərimiz

Afrikada neçə yüz tayfanı birləşdirən

Dostluq ziyafətinə qanadlanır, tələsir.

Gül yarpağı tək əsir

dost gülüşü görməyə.

Həyat gücüylə dolu neçə­neçə əlləri

Sıxıb ilham verməyə.

Bizim bəbəklərimiz

Min­min dustaq ömrünü xilas üçün yaranmış,

İnsan üçün, eşq üçün doğulmuş Afrikanı

Əks edən bir aynadır!




574

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bəli, Afrikalıyıq!

Ümid tarlalarının sağlam toxumlarıyıq.

Ehtiras alovları yandırıb qəlbimizi,

Kədər cücərdib bizi.

Əldən, dildən düşüncə incidilib, döyülüb

Dirilmişik, qalxmışıq böyük döyüşlər üçün!

Gələcəyə dikilib sayıq baxışlarımız.

Gələcəyə səsləyir

Boğazı göynədən çıxışlarımız.

Ovuclar açılıb gələcək üçün.

Afrikanın əlləri – yelkən qovan küləkdir,

Bu əllərlə dağı çap, gülşən yarat, gül əkdir.



SÜRGÜN

Sürgünə gedirəm, ana, sürgünə,

Yoldan göndərirəm bircə söz sənə:

­ Mərdlik! Biz yenə də görüşəcəyik.

İrena, Eliza, Dadi – vüqarım,

Mənim əzizlərim, mehribanlarım!

­ Mərdlik!

Biz yenə də görüşəcəyik.

Ey qara dərili qan qardaşlarım,

Bilin, hər nəbzimdə həsrətiniz var.

Əziz Ti Duiya, silah yerinə

Bir döyüş kəlməsi götür yadigar:

­ Mərdlik!

Biz yenə də görüşəcəyik.

Yazıq Kajokolo, uğursuz şair,

Şəhərdən şəhərə adlayan qoçaq.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə