Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə72/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   68   69   70   71   72   73   74   75   ...   113

370

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



DUSTAQ

Günəş göydə dustaqdır, ulduzlar kəhkəşanda,

Ağac ormanda dustaq, güldan gülü güldanda.

Öz oxu ətrafında hərlənən Yer kürəsi

Özü boyda dustaqdır, ey gözümün giləsi!

İnci sədəf içində, toxum meyvədə dustaq.

Qayalar çəmbərində dustaq dənizlərə bax!

Arvadının dustağı, ərinin dustağı var.

Pis oğula dustaqdır yaxşı­yaxşı atalar.

çoxdur sərvətinin, şöhrətinin dustağı.

Mində birdi bəlkə də qeyrətinin dustağı.

Sil gözünün yaşını, ömrüm­günüm, şad ol, şad.

Min­min dustaq içində mənəm bir təkcə azad.

Sənin ərindir azad!



Moskva, Lefortovo zindanı,

birinci gün, 5 şubat 1990

CAN VERMƏRƏM ÖLÜMƏ!

Firəngizim, əzizim, ­ gözü yaşlı nərgizim.

Ömrüm, yeganəm, bircəm, bağrı yaralı qönçəm!

Mənim olub­qalanım, dərd əlində solanım!

Cüt oğlumun anası, ­ namus, qeyrət qalası!

Qucaqlama dizini... Qalx, ələ al özünü.

Duman, çiskin örtməsin qara­qumral gözünü.



371

Bəlkə güman edirsən: ərin ağır xəstədir,

Zindanlar bucağında solan bir güldəstədir.

Əhvalını bilən yox, imdadına gələn yox.

Qızdırmada çırpınır, nəm gözünü silən yox.

Canım­gözüm, inan ki, buz baltası kibiyəm.

Səmalar təki sonsuz, dağlar təki qəlbiyəm.

Öylə bir qartalam ki, düz günəşə şığıyır,

Günəş məndən aşağı, dağlar məndən aşağı.

Mən ekvator xəttiyəm, Şimal ilə Cənubu

Birləşdirən qüdrətim məgər söndü, soldumu?

Bəlkə zarafatyana mədh edirəm özümü,

Yox... Sənə ki, bəllidir Xəlilin fil dözümü.

Qollarımda əzələm poladdan olmasa da

Tufanlardan güclüdür ruhumdakı səs­səda.

Dörd ümmanım hayqırır: “Sənin dalğanam!” deyə,

Təlatümüm can atır qayaları sökməyə.

Addımlayır irəli nur zirvəli dağlarım,

Nəfəsimdən güc alır yaz ətirli bağlarım.

Bəlkə buna görə də peykə dönüb dövrəmdə

Neçə şəfqət bacısı, ağ xalatlı həkim də.

Dabanımın çatları tez sağaldı burada,

İlk dəfə dincəlirəm inan ki kamerada.

Xeyli düşüb aşağı qan təzyiqim, şəkərim.

Keşiyimdə dayanmış ağ xalatlı ülkərim.



372

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mən siyasi dustağam, hər nazımı çəkən var,

İki dəqiqədən bir qapıma göz dikən var.

Oyansam gecə yarı, desəm ağrıyır başım,

İnan, dərman gətirər dərhal ağ donlu bacım.

Əsla nigaran olma, sapsağlamam, dipdiri –

İkinci minilliyin ən qüdrətli şairi!

Üçüncü minilliyi görəsiyiz hələ biz.

Dəmir­beton divarlar diz çökəcək burda, diz!

Öz əlimlə dağıdıb ağır darvazaları,

Görüşünə gələcəm, qarşılayıb baharı.

Keçəcəyiz səninlə bir də Türkan yolundan,

Qızıl nar dərəsiyiz saralan nar kolundan.

Qollarımın altında büllur Xəzər dənizi,

Orda yüz milyard dalğa bizi bəkləyir, bizi.

Bir də tüstülənəcək ocağımız, odumuz.

Bir də cərgələnəcək pərakəndə ordumuz!

Ətirli gülzarında mavi, yaşıl, al çiçək,

Üç rəngli bayrağımız bir də ləngərlənəcək!

Mənim ruhum güc alır o yaşıldan, o aldan,

Sərhədlərin külünü, cızdağını çıxardan neçə yüz min tonqaldan.

Dağdan­daşdan yox, Araz mənim bağrımdan keçir.

Hər dalğası gözümdən min ömürlük nur içir.

Sümük, su, hüceyrə yox. Mən bambaşqa bir canam,

Qan çilənmiş dağ­daşam, yanğın düşən ormanam.




373

Dərbəndimin, Bakımın, Təbrizimin səngəri

Dizin­dizin sürünən amansız qəhrəmanam.

Rizə­rizə doğransam yenə ölüm yox mənə.

Daş sədləri dağıdan qasırğayam, ümmanam!

Yüz cəhənnəm söndürüb nəfəsimin küləyi,

Min yol öldürülsə də ölməz AZƏRBAYCANAM!

Məni görmək istəsən, nə hay­küy sal, nə səda.

Köhnə­təzə şeirimi tap, köçür daktiloda.

Qovuşmamış elimə, baldan şirin dilimə,

Min bir Əzrayıl gələ, can vermərəm ölümə.

Can vermərəm ölümə!

MƏN daim səninləyəm, ey könlümün məbədi.

XƏLİL RZA cahanda Günəş kibi əbədi!

Bahar kibi əbədi!

Moskva, Lefortovo zindanı,

bazar, 11 şubat 1990

CƏZA KÖYNƏYİ

Bir neçə dəfə bərkdən danışdığım,

davranış qaydalarını pozduğum üçün əynimə

24 saat müddətli cəza köynəyi geyindirdilər.

Əynimə geydirdilər cəza köynəyi – rezin.

Elə bil ki, od vurub benzin tökdülər, benzin!

Sıxır məni dörd yandan, sıxır cəza köynəyi,

Səməndər köynəyiymiş Xəlil Rza köynəyi.



374

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Soyuq rezin yapışıb sanki atəşə, oda.

Varlığımdan od alır, alışıb yanır o da.

Dəmir qəfəsim azmış.

Beton məhbəsim azmış.

Dördmərtəbə zindanın soyuq dəmir torundan

Buz salxımı asılmış gəzinti küncü azmış.

Sorğu­sual, istintaq,

Hərbə­zorba, ittiham

Cinayət aktındakı ilan zəhəri azmış.

Qara caynaqlarıyla boğazımdan yapışmış

Qasırğanın, çovğunun kirli əlləri azmış.

Üstəlik bəxş etdilər mənə cəza köynəyi.

Ey Xəlil, mübarəkdir

XƏLİL RZA köynəyi!

Görəsən planetin cəza köynəyi varmı?

Vulkanlardır, odlardır onun cəza köynəyi.

Görəsən Günəşin də cəza köynəyi varmı?

Qapqara buludlardır onun cəza köynəyi.

Günəş dözmür cəzaya... Günəşdə partlayış var,

Cahan dözmür cəzaya, od püskürür vulkanlar.

Dözmür Günəş, dözmür dağ... amma dözür Ulutürk,

Ulutürküm cahandan, Günəşdən bir az böyük.

Azca arıqlasa da poladlaşıb bədəni,

Sıxır cəza köynəyi, sıxır dörd yandan məni.

Sıxır qulaqlarımı, deyir: ­ heç nə eşitmə!

Sıxır barmaqlarımı: ­ yazmaq fikrinə düşmə!

“Sus!” deyə möhürləmiş sözlü dodaqlarımı,

“Getmə!” deyə saxlamış şimşək ayaqlarımı.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə