-
gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
-
gənc ailə institutunun möhkəmləndirilməsi;
-
gənclərin məlumatlılığının artırılması;
-
gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi
üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin
inkişaf etdirilməsi;
-
gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması,
onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi;
-
gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə
bacarıqlarının inkişaf etdirilməsi;
-
gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin
gücləndirilməsi;
-
gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı
yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
-
gənclərin inkişafında yerli icra strukturlarının və
bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin
gücləndirilməsi;
-
gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin
edilməsi;
-
gənclərin və gənclər təşkilatlarının ictimai həyatda
təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
-
gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası
dialoqda iştirakının dəstəklənməsi;
-
gənclərin inkişafına yönəlmiş infrastrukturun
yaradılması.
Azərbaycan Respublikasının Prezidentininin 19 dekabr 2011-
ci il tarixli 542 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu təsis edildi.
12
Dövlət gənclər siyasəti
Fond, Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını
təmin edən qurumdur.
Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət sahələrində
və digər sosial sferalarda, o cümlədən beynəlxalq səviyyədə
həyata keçirilən, həmçinin maddi-texniki bazanın
modernləşdirilməsinə yardım daxil olmaqla müvafiq konfrans,
seminar, festival, olimpiada və digər tədbirlərin, ictimai və sosial
əhəmiyyətli proqram və layihələrin qrantlar şəkildə məqsədli
maliyyələşdirilməsi Gənclər Fondunun əsas məqsədidir.
Gənclər fondu idarəetmə sahəsində elmi araşdırma, sosial
əhəmiyyətli və innovativ ideyaları, dövlət gənclər siyasətini
həyata keçirən dövlət və yerli özünüidarə müəssisələrinin
fəaliyyətini dəstəkləyir, o cümlədən dövlət və cəmiyyətin
inkişafında gənc nəslin iştirakını və təşəbbüslərini yerlərdə
stimullaşdırır.
Dövlət Proqramının 6.5.5 bəndinə əsasən yerlərdə gənclərlə
işin daha da fəallaşdırılması məqsədi ilə proqramın əhatə etdiyi
dövrdə hər il ölkənin bir şəhər və ya rayonunun "Gənclər
Paytaxtı" elan edilməsi nəzərdə tutulub. Azərbaycan
Resbuplikasının Gənclər və İdman nazirinin müavini İ. Babayev
16 fevral 2012-ci ildə Bakıda Gənclər gününə həsr olunmuş
təntənəli mərasimdə çıxış edərək internet vasitəsilə keçirilən
respublikanın 1 mln. 700 min gənc nəslinin nümayəndəsinin
iştirak etdiyi “Azərbaycanın Gənclər Paytaxtı” mövzusunda
sorğu-səsvermə nəticələri üzrə birinci yeri tutmuş Gəncə
şəhərini “Gənclər Paytaxtı-2012” elan etdi.
8 sentyabr 2012-ci ildə Gəncə şəhərində Gənclər və İdman
13
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Nazirliyinin, Azərbaycan Respublikasının gənclər fondunun,
Gəncə şəhəri icra hakimiyyətinin, “Gənclərin Dostluq Şəbəkəsi”
və “İRƏLİ” İctimai Birliklərinin təşkilatçılığı ilə Azərbaycan
Gənclərinin I Liderlik Forumunun açılış mərasimi keçirildi.
8 – 11 sentyabrda Forumun “Gənclər üçün yeni imkanlar”
mövzusunda ilk paneli keçirildi.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər
Evləri”nin yaradılması istiqamətdə müvafiq addımlar atılmışdır.
Bu cür evlər artıq 13 rayonda fəaliyyət göstərir. 2011-2013-cü
illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramı çərçivəsində daha 10 gənclər evinin
tikilməsi üzrə layihələr təsdiq olunmuşdur.
Hər il 2 fevral - Gənclər günündə elm, texnika, təhsil,
mədəniyyət və incəsənət sferalarında nailiyyətlərinə görə, o
cümlədən Azərbaycanı xarici ölkələrdə layiqli təmsil edən gənc
nəslin nümayəndələri Gənclər və İdman Nazirliyi tərəfindən
təsis olunan “Gənclər mükafatı” ilə təltif olunur. Bu mükafata
gənc alimlər də daxil olmaqla 2009-cu ildə 20 nəfər, 2010 və 2011-
ci illərdə hər il 22 nəfər, 2012-ci ildə isə 25 nəfər layiq
görülmüşdür.
Əgər “Azərbaycan Gəncliyi (2005-2009-cu illər)” Dövlət
Proqramının realizasiyasına büdcədən 8 milyon 375 min manat
ayrılmışdısa, yeni proqrama 80 milyon manat, daha doğrusu
təxminən 10 dəfə çox vəsait ayrılması nəzərdə tululur. 2012-ci
ildə proqramın realizasiyasına 20,1 milyon manat xərclənməsi
nəzərdə tutulur.
Beləliklə, dövlət tərəfindən ardıcıl həyata keçirilən ictimai-
sosial islahatların nəticələrinə əsasən Azərbaycanda gənclər kimi
14
Dövlət gənclər siyasəti
bütün əhalinin də hərtərəfli istifadəsi üçün şəraitin
yaradılmasını nəzərdə tutan dövlət gənclər siyasətinin yeni
mərhələsi başlanmışdır.
1-ci və 2-ci şəkillərdə 2005-2009 və 2011-2015-ci illər dövlət
proqramlarında nəzərdə tutulan işlərin həcmi təqdim
olunmuşdur. Əgər birinci proqramda (şəkil 1.) ümumilikdə 106
istiqamət üzrə işlərin icrası nəzərdə tutulurdusa, ikinci
proqramda isə (şəkil 2.) 67 istiqamətdə fəaliyyət təsvir
olunmuşdur. Lakin istiqamətlərin sayının azalmasına
baxmayaraq onların realizasiyasına təxminən 10 dəfə çox pul
vəsaiti ayrılmışdır ki, bu da gənclərlə işin dövlət üçün
əhəmiyyətli olmasına daha bir sübutdur.
Əgər 2005-2009 və 2011-2015-ci illər (şəkil 3, 4) dövlət
proqramlarının realizasiyasında müxtəlif təşkilatların iştirakını
təhlil etsək görərik ki, Azərbaycan Respublikasının Gənclər və
İdman, Təhsil və Mədəniyyət və Turizm Nazirlikləri
proqramlarda nəzərdə tutulan işlərin icrasına daha çox cəlb
olunmuşlar. Azərbaycanda uğurla keçirilən dövlət gənclər
siyasəti sayəsində ölkə həyatının bütün sferalarında gənclərin
fəallığı artmışdır. Dövlət səviyyəsində müasir gənclər
hərəkatının inkişafı məqsədilə böyük iş görülmüş - gənclərin
fəaliyyətinin təşkili, uşaq və gənclər qeyri-hökumət
təşkilatlarının yaradılması üçün şərait yaradılmış, müvafiq
normativ-hüquqi baza təkmilləşdirilmişdir.
15
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Dostları ilə paylaş: |