qaçış gününün keçirilməsini, həmçinin ən mühüm hadisə kimi
1996-cı ildə Azərbaycan Respublikasının ilk dəfə müstəqil dövlət
kimi Olimpiya oyunlarına qoşulmasını qeyd etmək olar.
Azərbaycan Prezidenti H. Əliyev bu tarixi hadisədə böyük rol
oynadı. Milli olimpiya komitəsinin 31 iyul 1997-ci ildə keçirilmiş
növbəti Baş Məclisində komitənin yeni idarə heyəti
müəyyənləşdirildi, İ. Əliyev MOK prezidenti seçildi, həmçinin
komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
İ. Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən
sonra Azərbaycanda olimpiya hərəkatı fəallaşdı. Beynəlxalq
olimpiya komitəsinin Prezidenti J. Roq MOK fəaliyyətinə yüksək
qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Milli olimpiya
komitəsi digər Olimpiya komitələrinə örnək olmalıdır.
İdmandakı nailiyyətlər göz qabağındadır. Onlar rəsmi
statistikada öz əksini tapır, azərbaycan idmançılarının iştirakı ilə
keçirilən yarışlar kütləvi informasiya vasitələrində geniş yer alır.
Azərbaycanda idmanla məşğulluq böyük amilə çevrilibdir.
Gənclər, uşaqlar idmanla məşğul olmaq istəyirlər. Hər şeydən
öncə ona görə ki, idmançı peşəsi kifayət qədər şərəfli peşəyə
çevrilmişdir. Bu bir tərəfdən gənclərin vətənpərvərlik
tərbiyəsinin, digər tərəfdən isə Milli Olimpiya Komitəsi
tərəfindən Beynəlxalq yarışlarda qələbə qazanmış gənc
idmançıların layiqli mükafatlandırılması, onlara qayğı
göstərilməsinin nəticəsidir.
1998-ci ildə Azərbaycan Respublikası ilk dəfə Qış Olimpiya
oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən
XVIII Qış Olimpiya oyunlarında 5 Azərbaycan idmançısı iştirak
etmişdir.
30
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan Respublikası
idmançıları 2 qızıl və 1 bürünc medal qazandılar. Azərbaycan,
komanda hesabında 199 ölkə arasında 34, Avropa ölkələri
arasında 23-cü oldu. Bu ölkənin olimpiya hərəkatı tarixində
böyük uğuru idi.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının
iştirakçısı oldu. Solt Leyk Siti (ABŞ) oyunlarında Azərbaycan
idmançıları 3 yarışda iştirak etdilər.
2004-cü ildə Afinada keçirilən yay Olimpiya oyunlarında
Azərbaycan idmançıları beş medal qazandılar.
2008-ci ildə keçirilmiş Pekin Yay Olimpiya oyunlarında
Azərbaycanın 44 idmançısı 10 idman növü üzrə yarışlarda iştirak
etmiş, bir qızıl, iki gümüş və dörd bürünc medal qazanmışlar.
2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya oyunlarında
ölkə tarixində ən yüksək göstərici - 10 medal (iki qızıl, iki gümüş,
altı bürünc) əldə edildi. Şəkil 5-də müxtəlif illərdə Olimpiya
oyunlarında qazanılmış medalların sayı göstərilmişdir.
2012-ci ilin avqustunda Londonda təşkil olunmuş XIV
Paralimpiya oyunlarında azərbaycan idmançıları 12 medal –
dörd qızıl, beş gümüş, üç bürünc qazanmışlar. Bu göstəricilərlə
azərbaycan yığması iştirakçı komandalar arasında 27-ci yeri
tutdu. Şək. 6-da azərbaycan idmançılarının son 12 ildə
qazandıqları medalların dinamikası göstərilmişdir.
31
Gənclər və idman
-ci il
-cü il
-ci il
-ci il
Diaqramdan görünür ki, Azərbaycanın Paralimpiya uğurları
daim artır. Belə ki, 2000-ci il Paralimpiya oyunlarında azərbaycan
idmançıları 2 (bir qızıl, bir bürünc), 2012-ci ildə isə 12 medal
(dörd qızıl, beş gümüş, üç bürünc) qazanmışlar.
Qeyd olunan bütün idman nailiyyətləri bu sahədə uğurlu
dövlət fəaliyyətinin nəticəsidir. Uşaq və gənclərin
problemlərinin ardıcıl həlli, o cümlədən Milli olimpiya komitəsi
xətti ilə onların imkan və bacarıqlarının hərtərəfli realizasiyası
üçün şəraitin yaradılması dövlətin əsas fəaliyyət
istiqamətlərindən birinə çevrildi.
İdman sahəsində dövlət siyasəti, olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir
Olimpiya komplekslərinin tikilməsi və digər tədbirlər sayəsində
Şək. 5. Olimpiya oyunlarında Azərbaycan idmançılarının
qazandıqları medalların sayı
32
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi
məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika üzrə
Avropa, güləş və boks üzrə, qadınlar arasında futbol üzrə dünya
çempionatlarının keçirilməsi, həmçinin Azərbaycan paytaxtının
2020-ci ilin Yay Olimpiya Oyunları üçün ev sahibliyi qismində
namizədliyini irəli sürməsi bunun təsdiqidir.
Ö l k ə d ə i d m a n ı n i n k i ş a f ı , o l i m p i ya h ə r ə k a t ı n ı n
genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb
olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat
tərzinin formalaşdırılması, həmçinin yeni idman və olimpiya
komplekslərinin tikilməsi, London olimpiadasında, dünya və
Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda
azərbaycan idmançılarının yüksək göstəricilər əldə etmələri
Şək. 6. Paralimpiya oyunlarında Azərbaycan idmançılarının
qazandıqları medalların sayı
33
-ci il
-cü il
-ci il
-ci il
Gənclər və idman
Dostları ilə paylaş: |