Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   ...   101


 
yüksək səviyyə barədə ən yeni məlumatlarla onu tanış etməkdir. Ən doğru qiyməti hörmətli oxucu özü 
versin.  Son  10  ildə  bizim  qazandıqlarımızla  yanaşı,  itirdiklərimiz  də  az  olmamışdır  və  çox  təəssüf  ki, 
həmin itkilərə 1991-1993-cü illərdə - ölkədə hakimiyyət boşluğu hökm sürdüyü dövrdə yol verilmişdir və 
indi  də  bəzi  problemlərin  həllinə  nail  olunmaması  məhz  həmin  dövrdə  buraxılmış  kobud  səhv  və 
nöqsanların nəticəsidir. Respublikanın indiki rəhbərliyi, şəxsən Prezident Heydər Əliyev bu problemləri 
həll etmək üçün öz səylərini bir an olsun azaltmasa da, hətta beynəlxalq səviyyədə ədalətli mövqeyimizə 
dəstək qazansa belə, işi axıra çatdırmaq yolunda hər dəfə yaradılan süni maneələr son anda əldə olunmuş 
razılıqların  təxirə  salınmasına  səbəb  olmuşdur.  Kitabda  oxucu  bütün  bunlar  barədə  ona  lazım  olan 
obyektiv məlumatı ala biləcəkdir. Bir sözlə, kitabda müstəqil dövlətimizin son onillik tarixinin obyektiv 
işıqlandırılması müəlliflərin daim diqqət mərkəzində olmuşdur. 
Yubiley nəşrinin hazırlanmasında XX əsr Azərbaycan tarixinin mərhələləri barədə Heydər Əliyev 
tövsiyələri əsas kimi götürülmüşdür. 
Kitab 3 hissə və 12 fəsildən ibarətdir. 
"Azərbaycanın dövlətçilik tarixindən" adlı birinci hissədə ən qədim zamanlardan Azərbaycan Xalq 
Cümhuriyyətinin yarandığı 1918-ci ilin mayınadək olan dövr, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və 
sovet hakimiyyəti illəri ayrıca fəsillər kimi verilmişdir. 
"Azərbaycanın  müstəqilliyinin  bərpası  və  qorunub  saxlanması  uğrunda  mübarizə"  adlı  ikinci 
hissədə SSRİ-nin dağılması ərəfəsindən başlayaraq 1995-ci il mart dövlət çevrilişi cəhdinədək ölkəmizdə 
baş  verən  ictimai-siyasi  hadisələr  üzərində  geniş  dayanılmışdır.  Bu  hissədə  1991-ci  ilin  oktyabrından 
sonra  ölkədə  hökm  sürən  siyasi  hərc-mərclik  və  hakimiyyət  mübarizəsi  şəraitində  Milli  Qurtuluş 
hərəkatının  başlanması,  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı  və  həmin  hadisənin  dövlətçiliyimizin 
qorunub saxlanmasında xilaskarlıq missiyası haqqında ətraflı bəhs olunmuşdur. 
Üçüncü  hissə  "Müstəqil  dövlət  quruculuğunun  əsas  istiqamətləri"  adlanır  və  6  fəsildən  ibarətdir. 
Bu  hissədə  hüquqi  dövlət  quruculuğu,  iqtisadi  və  sosial  inkişaf,  Azərbaycanda  vətəndaş  cəmiyyətinin 
qurulması, milli təhlükəsizlik və Azərbaycanın xarici siyasət fəaliyyəti, milli-mənəvi inkişaf, sağlamlıq və 
ətraf  mühitin  mühafizəsi  məsələləri  ilə  bağlı  materiallar  dərc  edilmiş,  həmin  sahələrdə  oxucuları 
düşündürən suallara ətraflı cavablar verilmişdir. 
Əminik  ki,  Azərbaycanın  10  illik  dövlət  müstəqilliyinin  yubiley  nəşri  geniş  oxucu  kütləsi 
tərəfindən  razılıqla  qarşılanacaq,  ölkəmizin  son  10  illik  müstəqil  inkişaf  yolunun  dinamikasına  bələd 
olmağa səy göstərən hər bir ziyalı və bütövlükdə Azərbaycan tarixini öyrənmək istəyənlər üçün dəyərli 
vəsait rolunu uğurla yerinə yetirəcəkdir. 
 
 
 



 
I HĠSSƏ 
 
AZƏRBAYCANIN DÖVLƏTÇĠLĠK TARĠXĠNDƏN  
 
I FƏSĠL 
 
AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠ ƏN QƏDĠM ZAMANLARDAN ĠLK 
DEMOKRATĠK CÜMHURĠYYƏTĠN YARANMASINADƏK 
 
 
XX  yüzilliyin  sonunda  yenidən  müstəqilliyə  qovuşmuş  Azərbaycan  xalqı  qədim  və  zəngin 
dövlətçilik tarixinə malikdir. 
Tarixi  Azərbaycan  torpaqları  müasir  sivilizasiyanın  inkişafa  başladığı  ən  qədim  mədəniyyət 
mərkəzlərindən  biridir.  Azərbaycan  xalqı  öz  torpaqlarında  zəngin  və  çoxşaxəli  mədəniyyətlə  yanaşı 
dövlətçilik ənənələri də yaratmışdır. 
Xalqımızın  ulu  babalarının  yaşadığı  tarixi  Azərbaycan  torpaqları  ən  qədim  sivilizasiyaların  ayaq 
açıb  yeriməyə  başladığı  Xəzər-Aralıq  dənizi  regionuna  daxil  idi.  Azərbaycan  xalqının  təşəkkülündə 
iştirak  etmiş  qədim  etnoslar  bu  regionda  yaranmış  qədim  mədəni  mühitin,  o  cümlədən  Şumer-Babil 
mədəniyyətinin  formalaşmasında,  həmçinin  bütövlükdə  Yaxın  və  Orta  Şərqin  hərbi-siyasi  həyatında, 
qədim  dövlətçilik  tarixində  çox  mühüm  rol  oynamışlar.  Bunu  ölkəmizdə  və  xaricdə  aparılan  elmi 
axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir. 
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən 
arxeoloji  abidələrlə  son  dərəcə  zəngindir.  Azıx,  Tağlar,  Damcılı,  Daşsalahlı,  Qazma  (Naxçıvan) 
mağaralarında,  habelə  başqa  abidələrdə  aşkar  olunan  arxeoloji  tapıntılar,  o  cümlədən  300-400  min  il 
bundan  əvvəl  yaşamış  Aşöl  dövrünə  aid  qədim  insanın  -  Azıx  adamının  (Azıxantrop)  çənə  sümüyü 
Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə 
Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir. 
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən 
(paleolit)  başlayaraq  yüksək  mədəniyyət  yaratmışdır.  Orta  daş  dövrü  (mezolit)  və  yeni  daş  dövrlərində 
(neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul 
olmağa  başlamışdır.  Azərbaycan  ərazisindəki  mədəni-iqtisadi  tərəqqinin  təsir  dairəsi  getdikcə 
genişlənməkdə idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi 
Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı. 
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, 
əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları azərbaycanlıların 
dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir. 
Azərbaycanlılar  həm  də  dünyanın  ən  qədim  dövlətçilik  ənənələrinə  malik  olan  xalqlarındandır. 
Azərbaycan  xalqı  təqribən  5  min  illik  dövlətçilik  tarixinə  malikdir.  Azərbaycan  ərazisində  ilk  dövlət 
qurumları  və  ya  etnik-siyasi  birliklər  hələ  eramızdan  əvvəl  IV  minilliyin  sonu  -  III  minilliyin 
əvvəllərindən  başlayaraq  yaranmışdı.  Burada  meydana  gəlmiş  ən  qədim  Azərbaycan  dövlətləri  bütün 
regionun  hərbi-siyasi  tarixində  mühüm  rol  oynayırdılar.  Həmin  dövrdə  Azərbaycanla  Dəclə  və  Fərat 
vadilərində  yerləşən  və  dünya  tarixində  dərin  iz  qoymuş  qədim  Şumer,  Akkad  və  Aşşur  (Assuriya) 
dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. 
Fəal  xarici  siyasət  yeridən  ən  qədim  Azərbaycan  dövlətləri  öz  torpaqlarını  xarici  təcavüzlərdən 
uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər hətta özlərinin qüdrətli qonşuları olan 
Akkad  dövlətini  məğlub  etmiş,  öz  dövlətlərinin  sərhədlərini  Iran  körfəzinə  qədər  genişləndirmiş,  bu 
ərazidə  yüz  ilə  qədər  bir  müddət  ərzində  hökmranlıq  etmişdilər.  Onlar  özlərindən  asılı  hala  saldıqları 
Akkad və Şumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi 
idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar. 
Zaman  keçdikcə  Azərbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da  yüksəlmiş,  ölkə  ərazisində  yeni 
daha kamil dövlətlər yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində 
Azərbaycan  torpaqlarında  Manna,  İskit  (Skit,  Skif)  şahlığı,  Atropatena  və  Albaniya  kimi  qüvvətli 
dövlətlər  mövcud  olmuşdur.  Onlar  Azərbaycanda  dövlət  idarəçiliyi  mədəniyyətinin  daha  da 
yüksəlməsində,  ölkənin  iqtisadi-  mədəni,  etnik  -  siyasi  tarixində,  eləcə  də  vahid  xalqın  təşəkkülü 
prosesində mühüm rol oynamışlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə