Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

180 
 
uşaqların  mənəvi  tərbiyəsi  bəhanəsi  altında  mərkəzlər  yaradırlar.  Onların  məqsədi  xalqımızın  arasında 
ifrat xristianlıq və islam təbliğatı aparmaq, xüsusilə uşaqları dini təriqətlərə cəlb etməkdir. 
Belə  hallara  yol  verilməsi,  yaxud  hər  hansı  şəkildə nəzarətsizlik  uşaq  hüquqlarının  kobud şəkildə 
pozulmasına səbəb olan ağır nəticələrə gətirib çıxarır ki, artıq ləngimədən bunların qarşısını qanun yolu 
ilə  almaq  vaxtı  çoxdan  çatmışdır.  Məsələn,  humanitar  yardım  adı  altında  bir  sıra  yetim  qızların  çadra 
örtməyə məcbur edilərək dini məktəblərə və xeyriyyə cəmiyyətlərinə cəlb olunması, evlilik yaşı çatdıqdan 
sonra  isə  xaricə  ötürülərək  orada  yerli  vətəndaşlara  ərə  verilməsi,  əslində  isə  satılmasına  dair  misallar 
vardır və bunların da qarşısı vaxtında alınmalıdır. 
Lakin bütün bu deyilənlər heç də xarici təşkilatların hamısının Azərbaycana qara niyyətlə gəldiyinə 
dəlalət etmir. Belə ki, uşaq hüquqlarının qorunması, yetim və kimsəsiz uşaqlara yardım əli uzatmaq üçün 
Azərbaycana gələn və dövlətin dəstəyi ilə qarşılanan təşkilatlar da sayca az deyildir. Belə təşkilatlardan 
biri də Avstriyanın "SOS Kinderdorf İnterneşnl" təşkilatıdır. 
1949-cu  ildə  Avstriyanın  İmst  şəhərində  ilk  dəfə  "SOS  uşaq  kəndi"nin  salınması  ilə  görkəmli 
humanist  pedaqoq  Herman  Qmayner  tərəfindən  əsası  qoyulmuş  "SOS  Kinderdorf  İnterneşnl"  təşkilatı 
sonralar  dünyanın  130-dan  çox  ölkəsində  uşaq  kəndləri  yaratmış,  on  minlərlə  uşaq  və  yüzlərlə  qadın 
bunlarda  rahatlıq  tapmışdır.  Bu  təşkilatın  Azərbaycana  gəlişi  ölkə  başçısı  Heydər  Əliyevin  beynəlxalq 
aləmdə  artan  nüfuzu  və  respublikamızda  yaranmış  ictimai-siyasi  sabitlik  sayəsində  mümkün  olmuşdur. 
1997-ci  ildə  "SOS  Kinderdorf  İnterneşnl"  təşkilatı  ilə  Azərbaycan  Respublikası  hökuməti  arasında  əldə 
olunmuş  razılaşmaya  əsasən  ilk  layihə  olan  "Bakı  SOS  Uşaq  Kəndi"nin  tikintisi  üçün  Bakının  Xətai 
rayonu  ərazisində  4,5  hektar  sahə  ayrılmış  və  əlaqələndirmə  işləri  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 
Nazirliyinə  tapşırılmışdı.  1999-cu  il  iyulun  16-da  "SOS  uşaq  kəndləri  -  Azərbaycan  assosiasiyası" 
yaradıldı. "Sevil" Azərbaycan Qadınları Məclisinin sədri Sevil xanım Əliyeva onun prezidenti seçildi. 
Türkiyənin "Enka" şirkəti "Bakı SOS uşaq kəndi"nin tikintisinə başlamış və qısa müddətdə - bir il 
ərzində işi başa çatdırmışdır. Kəndin ərazisində Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və 
6  digər  yardımçı  bina  tikilmiş,  onlar  müasir  mebel  və  avadanlıqla  təchiz  edilmişdir.  Ailə  evlərinin  hər 
birində  8-10,  ümumilikdə  isə  uşaq  kəndində  100-dən  artıq  yetim,  kimsəsiz  uşağın  yaşaması  və  tərbiyə 
olunması nəzərdə tutulmuşdur. 2000-ci il noyabrın 2-də "Bakı SOS uşaq kəndi"nin istifadəyə verilməsinə 
həsr  olunmuş  mərasimdə  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  iştirak  və  çıxış  etmişdir.  Ölkə  başçısı 
uşaq kəndinin yaranması tarixindən və əhəmiyyətindən ətraflı bəhs edərək öz çıxışını təntənəli mərasimə 
toplaşanlara  müraciətlə  aşağıdakı  sözlərlə  bitirmişdi:  "Arzu  edirəm  ki,  hər  birinizin  övladı  müstəqil 
Azərbaycanda  yaxşı  təhsil  almaq,  böyümək  imkanı  əldə  etsin.  Arzu  edirəm  ki,  hamı  birlikdə  uşaqlara, 
xüsusən kimsəsiz uşaqlara qayğını artırsın". 
Ölkə başçısının bu ülvi arzusu heç şübhə yoxdur ki, yaxın gələcəkdə uşaqlara dövlət qayğısını əks 
etdirən  yeni  qanunvericilik  aktlarında  və  onların  sürətlə  həyata  keçirilməsini  təmin  edən  tədbirlərdə  öz 
təzahürünü  tapacaq  və  respublikanın  bütün  imkanlı  vətəndaşlarının  xeyriyyəçilik  fəaliyyətini  artırmağa 
çağıran  proqram  kimi  səslənəcəkdir.  Hələlik  isə  onu  demək  olar  ki,  2001-ci  ilin  iyununda  "SOS 
Kinderdorf  İnterneşnl"  təşkilatı  ilə  əldə  olunmuş  yeni  razılığa  əsasən,  Azərbaycanda  yaxın  vaxtlarda 
ikinci "SOS-Uşaq kəndi" salınması barədə layihənin hazırlanmasına başlanmışdır. 
 
 


181 
 
Son söz 
 
1991-ci ilin 18 oktyabr günü Azərbaycan milli tarixinin dönüş nöqtəsi olub xalqımızın yenidən öz 
dövlətinə, öz taleyinə, öz ölkəsinə sahib çıxdığı gündür. Buna görə də həmin gün ən yeni tariximizə qızıl 
hərflərlə yazılmış gün kimi daxil olmuşdur. 
Dünyanın  siyasi-ictimai  mənzərəsində  baş  verən  dəyişikliklər,  eləcə  də  xalqların  istiqlal 
duyğularının  boğulması  üzərində  qurulmuş  SSRİ  adlı  nəhəng  imperiyanın  dayaqlarının  sarsılması 
nəticəsində Azərbaycan bu əsrdə ikinci dəfə idi ki, özünün milli müstəqillik duyğularından, milli istiqlal 
məfkurəsindən  doğan  müstəqil  dövlət  yaradırdı.  Ürəklərə  enmiş  üçrəngli,  "ulduzu  Aya  sığınan"  bayraq 
illər ötdükdən sonra bir 18 oktyabr günü yenidən yüksələrək ən yeni tariximizi bəzədi. 
On il bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi 
ilə  başlanan  bu  yol  20  yanvar  faciəsindən  keçib  gələn  bir  yol  idi.  Heç  bir  günü  rahat,  hamar  və  asan 
keçilməyən bu yolda Xocalı dəhşəti kimi bir dəhşət də yaşanacaqdı. 
Öz  müstəqilliyini  əldə  edən  zaman  Azərbaycan  olduqca  ağır  bir  vəziyyətdə  idi.  Davakar 
separatizmin  və  terrorçuluğun  bütün  dəhşətləri  ilə  üzləşdiyimiz  Qarabağ  faciəsi  özünü  büruzə  verdi. 
Ermənistanın bizə qarşı ərazi iddiaları nəticəsində torpaqlarımız düşmən tapdağı altına düşdü. Qaçqınlıq 
tariximizin  bir-birindən  dəhşətli  səhifələri  yazıldı.  Ana  torpaq  parça-parça  olmaq  təhlükəsiylə  qarşı-
qarşıya qalmışdı. Bir millət, xalq olaraq varlığımızın "olum, ya ölüm" günü idi... 
Bu  gün  -  yeni  minilliyin  və  yeni  yüzilliyin  qovuşuğunda,  əsrin  və  minilliyin  ilk  ilində 
müstəqilliyimizin on yaşı tamam olmaqdadır. Lakin Azərbaycan Respublikası indiki halı ilə əsrin onda 
birini yaşamış olan hələ gənc və təcrübəsiz bir dövlətdən daha çox zəngin dövlətçilik ənənəsinə malik bir 
dövlət  təsiri  bağışlayır  və  bu,  həqiqətən  də  belədir.  Milli  istiqlalına  qovuşmaqla  məhz  müstəqilliyi 
sayəsində bütün gələcək irəliləyişlərinin əsasını qoyan Azərbaycan xalqı onu yüksəlişdən qoyan imperiya 
əsarətindən, uçurumdan birdəfəlik qurtulmuşdur. 
Əsl  həqiqətdə  də  Azərbaycan  dövləti  və  dövlətçiliyi  son  on  ildə  sanki  əsrə  bərabər  bir  ömür 
yaşamışdır. Üstəlik, 1991-ci ildən 2001-ci ilədək ötən zaman ərzində, yəni keçən on ildə yaşadıqları da 
bir  dövlət  kimi  onu  və  vətəndaşını  daha  yetkin  etmişdir.  Belə  bir  yetkinlik  isə  eyni  zamanda  "ulu 
əcdadların ən qiymətli mirası olan istiqlaliyyət eşqinin" minillərlə ölçülən tarixindən, bir sözlə, bu günkü 
dövlətçiliyimizin qan yaddaşına hopan zəngin tarixi təcrübədən gəlir. 
Azərbaycanın  XX  əsr  tarixinə  nəzər  yetirək:  tarix  boyu  öz  milli  azadlığı  və  müstəqil  dövlətini 
yaratmaq  uğrunda  mübarizə  aparan  xalq  1918-ci  ilin  28  may  günündə  öz  ideallarına  uyğun  bir 
cümhuriyyət qurmuşdu. Cəmi 23 ay yaşamasına baxmayaraq, hələ Azərbaycan Xalq Cümhuriyyəti sübuta 
yetirmişdi ki, heç bir qüvvə bu xalqın azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə 
qadir  deyildir.  Əsrin  sonlarında  tarix  bir  daha  şahid  oldu  ki,  azərbaycanlılar  bir  xalq  olaraq  minillərin 
dövlətçilik təcrübəsini varlığında yaşada-yaşada gəlir. Həmin minillərin təcrübəsidir ki, tarix üçün bir göz 
qırpımı  qədər  qısa  sayılacaq  zamanda  -  onca  ildə  Azərbaycan  dövlətçiliyi  bu  qədər  dərdlərin,  ağrıların 
içində  belə  möhkəmlənə-möhkəmlənə  bu  günlərə  gəldi  və  qəddini  birdəfəlik  düzəldərək  inamlı 
addımlarla indi də yeni minilliyin yeni sabahlarına doğru irəliləməkdədir. 
Tam müstəqil milli dövlət olmasa belə, Azərbaycan Sovet Sosialist Respublikası dövründə də milli 
dövlətçilik  idealları  yaşandı.  Bu  dövrdə,  çəkilən  bütün  məhrumiyyətlərə,  ayrı-ayrı  illərdə  xalqın  milli-
mənəvi  dəyərlərinə  sağalmaz  yaralar  vurulmasına  baxmayaraq,  xüsusilə  1969-1982-ci  illərdə  müdrik 
siyasi  rəhbərlik  sayəsində  həyatın  bütün  sahələrində  nəhəng  potensial  əldə  olundu  ki,  məhz  həmin 
potensial da illər sonra - XX əsrin sonunda yenidən qovuşduğumuz müstəqillik şəraitində respublikamız 
üçün çox gərəkli oldu. Çox təəssüf ki, sonralar "idrakı sönük başçıların qəfləti"ndən bu potensiala ağır 
zərbələr vuruldu və guya sovet mirası olduğundan "neobolşevik" əhvalı ilə onun dağıdılması üçün güclü 
səylər  də  göstərildi.  Lakin  xoşbəxtlikdən  bütün  bunlara  anarxiyadan  sabitliyə  keçid  dövründə  son 
qoyuldu. 
Kommunist  ideologiyası  və  siyasi  sistemindən  qətiyyətlə  imtina  etmiş  xalqımız  totalitar  sovet 
rejiminin  buxovlarından  azad  olaraq  müstəqil  dövlət  quruculuğu  yollarında,  milli  əməl  və  milli  iradə 
sahəsində  tam  birlik  nümayiş  etdirərək  artıq  öz  tarixinin  ən  yeni  səhifəsini  açmış,  milli  və  ümumbəşəri 
dəyərlərə  söykənən  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  yaratmaq  arzularını  reallaşdırmaq 
istiqamətində addımlar atmağa başlamışdı. 
Bu gün müstəqil Azərbaycan dövlətinin on illik tarixinin qısa təhlili göstərir ki, məhz suverenliyin 
həyata keçirildiyi ictimai-siyasi mühitdə millətin taleyüklü problemləri ilə bağlı Azərbaycan dövləti bütün 
hallarda milli mənafelərdən çıxış etmişdir. 
Doğrudur, bu on ilin ilk illəri bizə nə qədər ağrı-acılar yaşatdı, lakin bütün ağrı-acıları ilə bu, bizim 
müstəqillik  tariximizin  ayrılmaz  parçasıdır.  Müdriklər  deyirlər  ki,  tarix  bütün  ibrət  dərslərindən  ən 


182 
 
böyüyüdür. İbrət alınmadıqda isə tarix təkrar yaşanır. Bir daha yaşanmasın deyə keçmişdə yaşanılanların 
heç biri unudulmamalıdır. 
Azərbaycanda  demokratik  və  hüquqi  dövlət  quruculuğu  prosesi  müstəqilliyin  ilk  günlərindən 
müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunurdu. Respublikamız bu yolda 
totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini, erməni separatizminin 
və  Ermənistanın  Azərbaycana  hərbi  təcavüzünün  vurduğu  yaraları,  kəskin  daxili-siyasi  qarşıdurma  və 
vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri 
və onların doğurduğu nəticələri aradan qaldırmaq məcburiyyətində qalmışdı. 
Müstəqillik  əldə  etdikdən  sonra,  Azərbaycanın  zəngin  iqtisadi  və  mənəvi-intellektual 
potensialından  istifadə  etməklə,  onun  siyasi-iqtisadi  və  strateji  mənafelərinə  uyğun  olan  müstəqil 
dövlətçiliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər açılsa da, ölkənin hakimiyyət strukturlarının 
və  müxalif  siyasi  qüvvələrinin  yaranmış  vəziyyəti  düzgün  qiymətləndirməməsi,  əlverişli  imkanlardan 
səmərəli istifadə etməməsi, ümummilli mənafelərin ayrı-ayrı qrupların cılız iddialarına qurban verilməsi 
daxili ictimai-siyasi vəziyyəti gərginləşdirir, ölkənin beynəlxalq mövqelərini zəiflədir və bununla da gənc 
suveren dövlətin inkişafına ciddi zərbə vurulurdu. 
1991-1993-cü  illər  Azərbaycanın  müstəqil  inkişafı  tarixində  ictimai-  siyasi  durumun  daha  da 
kəskinləşməsi, müstəqil dövlətçiliyi süquta sürükləyən neqativ təzahürlərin meydana çıxması və təhlükəli 
xarakter alması dövrü kimi səciyyələndirilə bilər. 
Xalqın  geniş  təbəqələrinin  arzularını ifadə  edən  və  onların  qətiyyətli  dəstəyinə söykənən  Heydər 
Əliyevin  ardıcıl  səyləri  ölkə  daxilində  və  ölkə  xaricindəki  pozucu  qüvvələrin  Azərbaycanın  ərazi 
bütövlüyünə  və  dövlət  müstəqilliyinə  qarşı  yönəlmiş  fəaliyyətinin  qarşısını  almağa  imkan  verdi. 
Respublikamız  onun  başı  üzərini  almış  qanlı  vətəndaş  qarşıdurmasından  və  parçalanıb  məhv  olmaq 
təhlükəsindən xilas oldu. 
Danılmaz  həqiqətdir  ki,  ölkənin  həyati  mənafelərinə  xidmət  edən,  dövlətin  strateji  maraqları 
üzərində  qurulmuş,  hərtərəfli  işlənib  hazırlanmış,  özünün  aydın,  konkret  vəzifə  və  istiqamətləri, 
prinsipləri  ilə  seçilən,  ardıcıl  və  prinsipial  siyasi  xətt  yalnız  1993-cü  ilin  ikinci  yarısından  etibarən 
yürüdülməyə başlanmışdır. 
Ötən  dövrdə  Azərbaycan  dövlətinin  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  ölkənin  ərazi 
bütövlüyünə  və  müstəqilliyinə  ağır  zərbə  vuran,  daxili  ictimai-siyasi  vəziyyəti  gərginləşdirən  bir faktor 
kimi  Ermənistanın  təcavüzünün  dəf  edilməsi  və  onun  vurduğu  ağır  sosial-iqtisadi  və  mənəvi  yaraları 
aradan  qaldırmaqdan  ibarət  idi.  Azərbaycan  ordusunun  qurulması  sahəsində  həyata  keçirilən  geniş  və 
qətiyyətli  tədbirlər  onun  döyüş  qabiliyyətinin  yüksəlməsinə  və  düşmənə  layiqli  cavab  verməsinə  imkan 
yaratdı.  1993-cü  ilin  sonu  -  1994-cü  ilin  əvvəlində  milli  ordumuzun  uğurlu  əməliyyatları  düşmənin 
niyyətlərini puça çıxardı və atəşkəsin əldə olunması üçün zəmin yaratdı. 
1994-cü  ilin  sentyabrında  dünyanın  nüfuzlu  neft  şirkətlərinin  daxil  olduğu  konsorsiumla 
imzalanmış  "Əsrin  müqaviləsi"  Azərbaycana  irihəcmli  kapital  qoyuluşuna  və  respublikamızın  digər 
qlobal beynəlxalq iqtisadi layihələrdə iştirakına yol açdı. Lakin ictimai-siyasi sabitliyin təmin olunması və 
dövlət quruculuğu yolunda atılan uğurlu addımlar eyni zamanda öz cılız siyasi iddialarından əl çəkməyən 
müəyyən daxili destruktiv qüvvələri və onların xarici havadarlarını da hərəkətə gətirdi. 
Azərbaycanın milli mənafelərinə düşmən kəsilmiş həmin qüvvələr müstəqil dövlətçiliyimizə qarşı 
açıq  çıxış  etməkdən  çəkinməyərək,  1994-cü  ilin  oktyabrında  və  1995-ci  ilin  martında  qanunsuz  silahlı 
dəstələrin  iştirakı  ilə  dövlət  çevrilişinə  cəhdlər  etdilər.  Heydər  Əliyevin  qətiyyəti  və  dövlətçiliyin 
qorunması  naminə  həyata  keçirilən  tədbirlər  sayəsində  bu  cəhdlərin  qarşısı  alındı.  Çevriliş  cəhdlərinin 
iflasa  uğraması  göstərdi  ki,  Azərbaycan  dövləti  artıq  davamlı  olaraq  xalqın  böyük  əksəriyyətinin 
dəstəyinə arxalanır. Bununla da 90-cı illərin əvvəllərindən formalaşmış və ölkəmizin imicinə güclü ziyan 
vurmuş praktikaya - silahlı qüvvələrdən istifadə edərək, zor tətbiqi yolu ilə hakimiyyətə gəlmək ənənəsinə 
birdəfəlik  son  qoyuldu.  Azərbaycanda  real  vətəndaş  müharibəsinin  və  gənc  müstəqil  dövlətin  süqutu 
təhlükəsinin  qarşısı  alındıqdan  sonra  həyata  keçirilən  siyasi  xətt  1995-ci  ildə  ölkənin  ictimai-siyasi 
həyatında  sabitliyin  təmin  olunmasına,  siyasi,  iqtisadi,  hüquqi  islahatların  həyata  keçirilməsinə 
başlamaqla,  demokratik  dəyərlərə  söykənərək  bilavasitə  vətəndaş  cəmiyyəti  quruculuğu  vəzifələrinin 
yerinə yetirilməsi ilə məşğul olmağa şərait yaratdı. 
Azərbaycan  dövləti  öz  inkişafının  keyfiyyətcə  yeni  mərhələsinə  qədəm  qoydu.  Dövlətin 
dayaqlarının  möhkəmlənməsi  və  ictimai-siyasi  sabitliyin  bərqərar  edilməsi  dövlət  quruculuğu  işlərinin, 
əsaslı  sosial-iqtisadi  dəyişikliklərin  həyata  keçirilməsinə  imkan  yaratdı.  Məhz  bu  dövrdən  etibarən, 
Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsi istiqamətində köklü 
siyasi, sosial-iqtisadi və hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi işinə başlanıldı. 


183 
 
Respublikamızın  daxilində  gedən  demokratik  proseslər  və  iqtisadi  dəyişikliklər  də  əlavə 
olunmaqla,  uğurlu  xarici  siyasət  dünyanın  ən  qüdrətli  dövlətlərinin,  nüfuzlu  təşkilatların  və  qurumların 
diqqətini  Azərbaycana  yönəltdi,  beynəlxalq  hüquq  normalarına  uyğun  qarşılıqlı  faydalı  əməkdaşlığın 
yaranmasına və inkişafına əlverişli zəmin yaratdı. 
Azərbaycan  xalqının  əsas  məqsədlərindən  biri  kimi  qanunun  aliliyinə  və  cəmiyyətin  bütün 
üzvlərinin  firavan  həyatına,  azad  və  sərbəst  fəaliyyətinə  təminat  verən  vətəndaş  cəmiyyətinin  bərqərar 
edilməsinin başlıca prinsipləri yeni mərhələnin başlanğıcını qoyan Konstitusiyada qanunvericilik yolu ilə 
təsbit  edildi;  xalqın  yüksək  siyasi  mütəşəkkilliyi  şəraitində  1995-ci  il  noyabrın  12-də  müstəqil 
Azərbaycan  Respublikasında  ilk  parlament  seçkiləri  keçirildi.  Elə  həmin  gün  referendum  yolu  ilə 
müstəqil  dövlətimizin  ilk  Konstitusiyası  qəbul  edildi.  Konstitusiya  Azərbaycanda  demokratik  dövlət  və 
vətəndaş cəmiyyəti qurulmasının əsas istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etdi. 
Qanunçuluğun möhkəmlənməsi, sosial-psixoloji gərginliyin tədricən aradan qalxması, cəmiyyətdə 
baş  verən  proseslərin  gerçək  demokratik  müstəviyə  keçirilməsi  müstəqil  dövlətin  siyasi  və  hüquqi 
əsaslarının möhkəmləndirilməsi sahəsində ciddi və cəsarətli tədbirlər görülməsi ilə müşayiət olunurdu. 
1995-ci  ildə  seçilmiş  demokratik  parlament  ölkəmizdə  həyata  keçirilən  demokratik  islahatların 
qanunvericilik  bazasının  yaradılması  sayəsində  ictimai-siyasi  sabitliyin  möhkəmlənməsinə,  yeni  siyasi-
iqtisadi sistemin qurulmasına öz töhfəsini verdi. 
Azərbaycanın tarixi keçmişi ilə, "millətimizin adət-ənənələri ilə, xalqımızın bu günü və gələcəyi ilə 
bağlı milli ideologiya"nın təşəkkülü üçün real zəmin də məhz həmin vaxtlarda yarandı. 
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentliyinə, 1999-cu ildə Bələdiyyələrə, 2000-ci ildə 
Milli  Məclisə  keçirilmiş  seçkilərdə  namizədlərin  hamısına  bərabər  şəraitin  yaradılması,  seçicilərin  öz 
iradəsini  azad,  demokratik  və  obyektiv  ifadə  etməsi  üçün  zəruri  tədbirlərin  görülməsi  respublikamızın 
demokratiya və vətəndaş cəmiyyəti yolunda ardıcıl surətdə irəliləməsinin real təzahürü oldu. 
2001-ci  ilin  əvvəlində  isə  Azərbaycanın  Avropa  Şurasına  üzv  qəbul  edilməsi,  Avropa  ailəsinə 
qovuşması dövlətçiliyimiz tarixində böyük əhəmiyyət daşıyan hadisəyə çevrildi. 
Azərbaycanın  dövlət  müstəqilliyini  qorumaq,  möhkəmlətmək  və  ölkəmizin  dünya  birliyinə 
inteqrasiya  olunması  üçün  əlverişli  beynəlxalq  şəraitin  təmin  edilməsinə  yönəlmiş  çoxşaxəli,  ardıcıl 
siyasətin  nəticəsidir  ki,  respublikamız  planetin  siyasi  xəritəsində  özünəlayiq  yer  tutmuş,  regionun  və 
beynəlxalq  aləmin  qlobal  problemlərinin  həllində  təsirli  və  əhəmiyyətli  mövqe  qazanmışdır.  Məhz  bu 
siyasətin nəticəsidir ki, indi "imzalar içində öz xətti olan" Azərbaycan dövləti hazırda bölgədə və dünyada 
baş  verən  əsas  iqtisadi,  siyasi,  mədəni  hadisə  və  proseslərdə  layiqincə  təmsil  olunur,  baş  verənlərə  öz 
münasibətini bildirir və milli mənafeləri əzmlə qoruyur. 
İnsanların  ictimai-siyasi  şüur  və  özünüdərkinin  yetkinliyi,  əlbəttə,  vətəndaş  cəmiyyətini 
səciyyələndirən əsas amillərdəndir. Bu mənada yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının 
hüquqlarının  gerçəkləşməsinə,  insanların  rifah  halının  yüksəlməsinə,  hüquq  və  azadlıqlarının 
qorunmasına  təminat  verə  bilər.  Azərbaycanın  siyasi  müstəqillik  əldə  etməsi  və  demokratik  dövlət 
quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş imkanlar açmışdır. 
Beləliklə  də,  az  bir  zamanda  çox  böyük  işlər  görülmüşdür.  Bu  işlərdən  ən  böyüyü,  əlbəttə, 
demokratik  sistemli  Azərbaycan  Respublikasının  yaradılmasıdır.  Azərbaycan  xalqının  öz  sərvəti  olan 
Azərbaycan  dövlətçiliyi  onillik  müstəqil  inkişaf  tarixində  ən  müxtəlif  çətinliklərlə  üzləşərək  mürəkkəb 
yol  keçmişdir.  Yeni  ictimai-siyasi  sistemin  təşəkkülü  prosesini  yaşayan  Azərbaycan  ona  qarşı  hələ  də 
davam  etməkdə  olan  hərbi  təcavüzə  və  onun  ağır  nəticələrinə  baxmayaraq,  bütün  potensialını  səfərbər 
edərək  demokratik  inkişaf  yolunda  böyük  uğurlar  əldə  etməkdədir.  Müstəqilliyin  ilk  on  ili  ərzində 
gerçəkləşən  milli  ideyaların  gücü  ilə  Azərbaycan  mürəkkəb  və  sərt  maneələri  dəf  edərək  demokratik, 
hüquqi,  dünyəvi  dövlət  quruculuğu  və  vətəndaş  cəmiyyəti  formalaşması  istiqamətində  mühüm  və 
qətiyyətli addımlarını atmaqda davam edir. 
İnanırıq ki, "Azərbaycan Respublikası 1991-2001" kitabı gələcəyə daha inamla baxa bilmək üçün 
keçmişə  nəzər  salmağın  gərəkli  olduğunu  dərk  edən  oxucuya  onu  aydın  sabahlara  aparan  bir  yolda 
müstəqillik  tariximizin  bu  mühüm  dövründən  "külü  deyil,  odu  götürməsində"  yaxından  köməklik 
göstərəcəkdir. 
 
 


184 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası 1991-2001 
 
 
 
 
 
 
 
Texniki redaktor Ə.Güləliyev 
Kompüter tərtibatı A.Tağızadə, E.Məcidov 
 
 
 
 
Çapa imzalanıb 10.10.2001. Formatı 60x90 
Ofset kağızı. Ofset çapı. Fiziki çap vərəqi 17,5. Tirajı 1000. 
 
 
Sifariş № 284. 
 
"QIZIL ġƏRQ" MƏTBƏƏSİ 
 
XXI-Yeni Nəşrlər Evi 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə