Azərbaycanın müstəqilliyinin


§ 2. Sağlamlıq və ətraf mühitin mühafizəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

169 
 
§ 2. Sağlamlıq və ətraf mühitin mühafizəsi 
 
İnsan  dünyaya  göz  açandan  təbiətin  qoynunda  yaşamış,  onunla  həm-  söhbət  olmuş,  onun  bəşər 
övladına bəxş etdiyi əvəzsiz nemətlərdən bəhrələnmişdir. Təbiət insan üçün tükənməz həyat mənbəyidir. 
Günəş, bulud, külək, yağış, çay, göl, dəniz, ot, çiçək, meşə, çəmənlik, təmiz hava- bunlar hamısı təbiətdir. 
Təbiət  torpağımızdır,  təbiət  vətənimizdir,  təbiət  bizik,  xalqımızın  bu  günü,  sabahıdır. Təbiət  bizdən  heç 
nəyi  əsirgəməmişdir.  Öz  övladlarına  münasibətdə  ana  qoynu  kimi  qayğıkeş,  mehriban,  səxavətli 
olmuşdur.  Təbiət  zəngindir.  Bu  zənginlik,  həyatın  mövcudluğunun  rəhni  olub  təbiətin  özünün  və  onun 
bənzərsiz "sakinləri" olan bütün yaranmışların, bütün canlıların bir-birinə olan ehtiyacını yaratmışdır. Ona 
görə də həyatın qorunması üçün cəmiyyət və təbiət arasındakı müvafiq vəhdətin mühafizəsi çox vacib, 
ümumbəşəri vəzifə kimi qarşıda durur. 
Elmi-texniki  tərəqqinin  son  dərəcə  inkişaf  etdiyi,  insanın  təbiətə  təsir  göstərmək  imkanlarının 
çoxaldığı indiki şəraitdə təbiət və cəmiyyət arasındakı vəhdətin təmin edilməsi ilk növbədə ümumiyyətlə 
planetimizdə, o cümlədən ayrılıqda götürülmüş hər bir ölkədə əlaqələndirilmiş qaydada fauna və floranın 
qorunmasından,  torpağın,  suyun,  havanın  ekoloji  cəhətdən  təmizliyinin  saxlanılması,  təbii  sərvətlərdən 
səmərəli  istifadə  edilməsi,  yeni  salınmış  yaşayış  massivlərində  bütün  kommunal-məişət  problemlərinin 
həll olunması, kənd və şəhərlərdə yaşıllıqlar salınması və sağlamlıq zonaları yaradılmasından çox asılıdır. 
Məlumdur ki, insanın həyat və fəaliyyətində yaşıllıqların rolu əvəzsizdir. Yaşıllıqlar öz bioloji təsiri 
ilə atmosferdə oksigen balansını tənzimləyir və karbon qazının çoxalmasının qarşısını alır. 
Araşdırmalar  göstərir  ki,  Azərbaycanda  bu  sahədə  fəal  işlərə  XX  əsrin  70-ci  illərindən 
başlanılmışdır.  1969-cu  il  iyulun  14-də  Azərbaycan  rəhbərliyinə  gəlmiş  Heydər  Əliyev  özünəməxsus 
tükənməz enerji ilə sənaye və kənd təsərrüfatının dirçəldilməsi, elm və mədəniyyətin inkişaf etdirilməsi 
sahəsində  böyük  işlər  görməklə  yanaşı,  ətraf  mühitin  mühafizəsi,  ekoloji  problemlərin  həll  olunması, 
yaşayış  məskənlərinin  abadlaşdırılması  və  yaşıllaşdırılması  məsələlərinə  daim  diqqətlə  yanaşmışdı. 
Azərbaycan  rəhbəri  Azərbaycan  partiya  təşkilatının  hələ  1969-cu  ilin  avqust  plenumundakı  proqram 
məruzəsində  qarşıda  duran  digər  mühüm  vəzifələrlə  yanaşı  iri  sənaye  şəhəri  olan  Bakıda  əhalinin 
sağlamlığının  qorunması  üçün  vacib  olan  yaşıllıqlar  salınması,  Dənizkənarı  bulvarda  isə  Milli  Park 
yaradılması  ideyasını  irəli  sürmüşdü.  Heydər  Əliyevin  təşəbbüsü  və  gərgin  əməyi  nəticəsində  artıq  1970-ci 
ildən Bakının və Abşeronun yaşıllaşdırılmasına başlanmış, 1971-ci ildən isə bu iş geniş vüsət almışdı. 
Ölkə rəhbəri 1971-ci ilin fevralında yaşıllaşdırmanı ümumxalq işi elan etmiş, bütün ictimaiyyətin bu işə 
qoşulması təşəbbüsü ilə çıxış edərək birbaşa xalqa müraciətlə demişdi: "Əgər şəhərin hər bir sakini bir 
neçə il ərzində ikicə ağac əksə, Bakının ətrafında neçə-neçə park və meşə salınar". Müraciətdən az sonra 
yenə də ölkə başçısının təşəbbüsü ilə 1971-ci il fevralın 20-də "Bakını yaşıllaşdırmaq ümumxalq işidir!" 
şüarı altında iməcilik keçirilmişdi. Təkcə bir gündə 40 min adamın iştirak etdiyi iməcilikdə mindən çox 
ağac və kol əkilmiş, küçə və meydanlar məişət tullantılarından təmizlənmişdi. Fevralın 27-də isə iməcilik 
təkcə  Bakıda  deyil,  həm  də  Sumqayıtda  və  respublikanın  digər  şəhərlərində  keçirilmişdi.  Mart  və  aprel 
aylarında da davam etdirilmiş, və bütün respublika əhalisinin iştirak etdiyi yaşıllaşdırma iməciliklərində 
on  minlərlə  ağac,  bəzək  və  kol  ağacları  basdırılmış,  böyük  təmizlik  və  abadlıq  işləri  görülmüşdü.  Bu 
təşəbbüslər  1971-ci  il  sentyabrın  7-də  "Bakı  şəhərini  və  Abşeron  yarımadasını  daha  da  yaşıllaşdırmaq 
tədbirləri haqqında" yüksək səviyyəli partiya və hökumət qərarının qəbul edilməsi ilə nəticələnmişdi. 
İndi  isə  gəlin  10  il  keçdikdən  sonra,  yəni  1981-ci  il  yanvarın  7-də  bu  sahədə  görülmüş  işlərin 
miqyası  haqqında  Heydər  Əliyevin  özünün  söylədiklərinə  müraciət  edək:  "Son  on  il  ərzində  Bakıda 
yaşıllıqların  sahəsi  3,4  dəfə  genişləndirilərək  9,6  min  hektara  çatdırılmışdır...  Biz  Bakıda  ictimai 
istifadədə  olan  yaşıllıqların  sahəsini  2000-ci  ildə  adambaşına  23  kv.m-ə  çatdırmağı  nəzərdə  tutan 
mütəxəssislərin  proqnozlarını  öz  işimizlə  alt-üst  etmişik.  Elə  bu  gün  şəhərimizdə  adambaşına  20  kv.m. 
yaşıllıq düşür. Halbuki 1970-ci ildə həmin göstərici 6,5 kv.m təşkil edirdi. Beləliklə, 2000-ci ilədək yeni 
hesablamalar aparmaq lazımdır". 
Maraqlıdır  ki,  həmin  dövrdə  respublikamızda  yaşıllaşdırma  sahəsində  əldə  edilən  böyük 
nailiyyətlər  bütün  ittifaqda  böyük  əks-səda  doğurmuşdu.  Elə  bunun  nəticəsi  idi  ki,  keçmiş  SSRİ-də 
yaşıllaşdırmaya  həsr  olunan  ilk  Ümumittifaq  elmi-praktik  konfransı  məhz  Bakıda  keçirilmişdi.  İttifaqın 
60-dan  artıq  şəhərindən  konfransa  gəlmiş  nümayəndələr  və  qonaqlar  Azərbaycanda  həmin  sahədə 
görülmüş işlərə yüksək qiymət vermiş və əldə olunmuş zəngin təcrübənin yayılmasını qərara almışdılar. 
Lakin çox təəssüf ki, Heydər Əliyev respublikada hakimiyyətdə olmadığı və SSRİ rəhbərliyindəki 
yüksək vəzifələrdən uzaqlaşdırıldığı dövrdə gərgin əmək sayəsində salınmış yaşıllıqlar, xüsusən meşələr 
amansızlıqla qırılmışdı ki, bu da respublikanın ekologiyasına ciddi ziyan vurmuşdu. 


170 
 
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev bu barədə belə demişdir: 
"...Mən  1993-cü  ildə  Bakıya  gələrkən  bizim  əkdiyimiz,  becərdiyimiz  ağacların  kəsildiyini  görərkən  elə 
bildim ki, məni yaralayıblar". 
Məhz  1993-cü  ilin  ikinci  yarısından  Bakı  və  Abşeronun  yaşıllaşdırılmasına,  pozulmuş  ekoloji 
tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına yenidən, bu dəfə müstəqillik şəraitində, daha 
böyük əzmkarlıqla başlamaq mümkün oldu və bu iş indi də davam etməkdədir. 1993-cü ildən başlayaraq 
elə  bir  il  olmamışdır  ki,  xalq  möhtərəm  Prezidentimizin  anadan  olmasının  ildönümü  münasibətilə 
iməciliklər keçirib yeni bağlar və parklar salmasın. Bakının Sabunçu, Nizami, Xətai və digər rayonlarında 
salınmış Heydər Əliyev bağ  və parkları bu gün zəhmətkeşlərin əsl istirahət ocaqlarına çevrilmişdir. Bu 
parkların  bəzisinin  açılışında  dövlətimizin  başçısı  şəxsən  iştirak  edərək  öz  çıxışlarında  zəhmət 
adamlarının  bu  böyük  təşəbbüsünü  alqışlamış,  doğma  Bakımızın  daha  da  gözəlləşdirilməsi  üçün  onları 
yeni-yeni fədakarlıqlara çağırmışdır. 
Son  illərdə  Azərbaycanın  digər  şəhərlərində,  o  cümlədən  Gəncədə,  Sumqayıtda,  Naxçıvanda, 
habelə  rayon  mərkəzləri,  iri  kənd  və  qəsəbələrdə  yaşıllaşdırma  və  abadlaşdırma  sahəsində  nəhəng 
miqyaslı işlər görülmüşdür ki, bunlarla yalnız fəxr etmək olar. 
Dövlət  başçımızın  qayğısı  sayəsində  bu  sahədə  hüquqi  tədbirlər  də  həyata  keçirildi.  Bu  tədbirlər 
arasında  Bakı  şəhər  İcra  Hakimiyyəti  nəzdində  öz  strukturuna  görə  6  idarəni  -  "Yaşıllaşdırma 
müəssisələrinin Baş İstehsalat İdarəsi", "Bakı Şəhər İşıq İdarəsi", "Bağlar Təsərrüfatı İdarəsi", "Təbii Su 
Hövzələrinin  və  Çimərliklərin  Qorunub  Saxlanılması  İdarəsi",'  "Torpaqların  Rekultivasiya  İdarəsi"  və 
"Park-Bağ  Təsərrüfatı  İdarəsi"ni  özündə  birləşdirən  "Abadlaşdırma  və  Park-Bağ  Təsərrüfatının  İnkişafı 
Departamenti"nin yaradılması mühüm yer tutur. 
Departamentin  qarşısında  duran  əsas  vəzifələr  şəhərin  abadlaşdırılması,  park-bağ  təsərrüfatının 
idarə olunması, yaşıllıqların və meşə zolaqlarının qorunması, yeni bağlar salınması, şəhər ətrafında əmələ 
gəlmiş  süni  göllərin  qurudulması,  çirkabların  təmizlənməsi,  şəhər  ərazisində  olan  torpaqlardan  səmərəli 
istifadə  etmək  üçün  torpaqların  rekultivasiyasını  həyata  keçirmək,  əhalinin  sağlamlığı  və  ətraf  mühitin 
mühafizəsi  qayğısına  qalmaqdır.  Artıq  departamentin  fəaliyyətində  ilk  irəliləyişlər  görünməkdədir  və 
inamla demək olar ki, dövlət başçısının dəyərli tövsiyələri rəhbər tutulmaqla bu ilk addımlar yaxın illərdə 
Bakı şəhərinin və bütövlükdə Abşeronun abadlaşdırılması və yaşıllaşdırılması işində mühüm nailiyyətlərə 
gətirib çıxaracaqdır. 
XX əsrin son rübündə ətraf mühitin mühafizəsi ümumbəşəri səviyyədə narahatlıq doğurduğu üçün 
bu  sahədə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatların  əlaqələrinin  genişləndirilməsi  və  əlaqələndirilməsi 
xüsusilə  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Müstəqillik  yoluna  10  il  bundan  əvvəl  qədəm  qoymuş 
Azərbaycan  Respublikası  üçün  isə  həmin  təşkilatlarla  əlaqələri  qurmaq  və  gücləndirmək  ən  vacib 
fəaliyyət  sahəsinə  çevrilmişdir.  Azərbaycan  Respublikası  1997-2000-ci  illərdə  Türkiyə,  Norveç, 
Gürcüstan,  Qazaxıstan,  Moldova,  Rusiya  Federasiyasının  Dağıstan  Respublikası  ilə  ətraf  mühitin 
mühafizəsi  sahəsində  hökumətlərarası  birgə  əməkdaşlıq  sazişləri  imzalamış,  bir  sıra  beynəlxalq 
konvensiyalara  qoşulmuşdur.  Həmin  illərdə  Tükənməkdə  olan  vəhşi  heyvan  və  bitki  növlərinin 
beynəlxalq  ticarəti  üzrə,  Səhralaşmaya  qarşı  mübarizə  üzrə,  Dəniz  gəmiləri  vasitəsilə  çirklənmənin 
qarşısının  alınması  üzrə,  Atmosferin  ozon  qatının  mühafizəsi  üzrə,  Ətraf  mühitə  təsirin  transqranik 
kontekstdə  qiymətləndirilməsi  üzrə  və  Ətraf  mühitlə  bağlı  informasiya  əldə  etmək  üzrə  konvensiyalar 
Azərbaycanın Milli Məclisi tərəfindən təsdiq edilmişdir. 
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin hazırladığı ətraf mühitin mühafizəsi 
üzrə  Milli  Fəaliyyət  Proqramı  1998-ci  ildə  Azərbaycan  Respublikası  hökuməti  tərəfindən  qəbul 
edilmişdir.  Bu  sənəd  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini  Ə.Ş.Həsənovun  rəhbərliyi  ilə 
Dünya Bankının və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin ekspertlərinin, Milli 
Elmlər  Akademiyası  alimlərinin,  ictimai  ekoloji  təşkilatların  nümayəndələrinin  birgə  fəaliyyətinin 
nəticəsi kimi  yaranmışdır. Milli Fəaliyyət Proqramında Dünya Bankının ekspertləri ilə birgə 9 fəaliyyət 
istiqaməti müəyyənləşdirilmişdir: 
-ətraf mühit üzrə siyasət, qanunvericilik və sosial problemlər; 
-Xəzər dənizinin ekoloji problemləri
-sənaye, energetika, nəqliyyat və tullantılar; 
-su ehtiyatları və atmosfer havası; 
-Abşeron yarımadasının ekoloji problemləri; 
-biomüxtəliflik; 
-meşə və kənd təsərrüfatı; 
-ekoloji sağlamlıq; 
-irsi mədəniyyət. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə