Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   89   90   91   92   93   94   95   96   ...   101

165 
 
bölgələrə nisbətən uşaq ölümünün yüksək, sağlamlıq və səhiyyə göstəricilərinin aşağı səviyyədə olduğu 
Quba rayonunda başlamaq qərara alındı və bu məqsədlə "Quba layihəsi" hazırlandı. Səhiyyə Nazirliyinin 
27  dekabr  1995-ci  il  tarixli  əmri  ilə  Quba  rayonunda  başlanan  və  bu  gün  də  davam  edən  islahatlar 
nəticəsində  hələ  1996-cı  ildə  rayonun  27  tibb  müəssisəsi  yenidən  təşkil  edilərək  20  tibb  müəssisəsində 
cəmləşdirildi və bu zaman 465 çarpayı, 519 ştat vahidi məqsədyönlü şəkildə ixtisar edildi ki, nəticədə 333 
milyon  manat  dövlət  vəsaitinə  qənaət  etmək  mümkün  oldu.  Əməkdaşlıq  proqramına  uyğun  olaraq 
YUNİSEF  təşkilatı  Quba  rayonunda  səhiyyə  islahatlarının  aparılması  üçün  baza  yaratmaq  məqsədilə 
əvəzsiz  olaraq  ümumi  dəyəri  200  min  ABŞ  dollarından  artıq  olan  dərman  preparatları,  ləvazimat  və 
avadanlıq  verdi.  Tibb  müəssisələrində  ödənişli  tibbi  xidmətin  və  dərman  satışının  həyata  keçirilməsi 
1996-1997-ci illərdə dövlət büdcəsi ilə yanaşı, daha 310 milyon manat vəsait toplamağa imkan verdi ki, 
bu  da  həm  tibb  müəssisələrinin  maddi-texniki  bazasını  möhkəmləndirməyə,  həm  də  tibb  işçilərinin 
məvacibini artırmağa şərait yaratdı; imtiyazlı şəxslərə və güzəştlilərə dövlət büdcəsindən əlavə 84 milyon 
manat məbləğində dərman buraxıldı. 
Aparılmış islahatlar rayonun əhalisinin tibbi xidmətə olan ehtiyacının 60 faizinin, dərmanlara olan 
ehtiyacının isə 40 faizinin pulsuz ödənilməsinə imkan verdi. 
Bir  qədər  sonra  Masallı,  Lənkəran,  Cəlilabad  və  Salyan  rayonlarında  da  bu  proqramın  icrasında 
uğurlar əldə edildi. 
İslahatlara  başlarkən  səhiyyədə  ən  çox  narahatlıq  doğuran  problemlərdən  biri  onun 
maliyyələşdirilməsi idi. 
Məlum olduğu kimi, 1988-ci ildən başlayaraq, respublika səhiyyə sisteminin yeganə maliyyələşmə 
mənbəyi olan dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə azalaraq artıq 1994-cü ilədək böhranlı vəziyyət 
yaratmışdı  və  yalnız  möhtərəm  Heydər  Əliyevin  Azərbaycan  rəhbərliyinə  yenidən  qayıdışı  bu  fəlakətli 
hala son qoymaq üçün addımlar atılmasına yol açdı. Qətiyyətlə demək olar ki, manatın nominal dəyərinə 
toxunmadan  1994-ci  ildən  başlayaraq,  hər  il  dövlət  büdcəsindən  səhiyyə  sisteminə  ayrılan  vəsaitin 
dinamikası yalnız yüksələn xətli olmuşdur. 
Səhiyyəyə  ayrılan  dövlət  büdcəsi  ilə  yanaşı,  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  hələ  24 
oktyabr  1994-cü  il  tarixli  fərmanı  ilə  səhiyyə  sistemində  özünümaliyyələşdirməyə  keçidin 
genişləndirilməsi  nəzərdə tutulurdu  və  bu  tədbiri  həyata  keçirmək  üçün  həmin  ilin  noyabrında  Səhiyyə 
Nazirliyi strukturunda Büdcədənkənar Tibbi Xidmət İdarəsi yaradılmışdı. 
Səhiyyə sistemində özünümaliyyələşdirmənin genişləndirilməsi sonralar Azərbaycan Prezidentinin 
7 aprel 1996-cı il tarixli sərəncamına və Milli Məclisin 6 mart 1996-cı il tarixli qərarına əsasən daha da 
inkişaf  etdirildi.  Bu  məqsədlə  həyata  keçirilmiş  tədbirlər  proqramı  nəticəsində  Səhiyyə  Nazirliyi 
sistemində  əgər  1994-cü  ildə  cəmisi  536,2  milyon  manat  büdcədənkənar  vəsait  əldə  edilmişdisə,  həmin 
rəqəm sonrakı illərdə sabit şəkildə artaraq 2000-ci ildə 64 milyard manata çatdı. 
Hazırda Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərən 4310 səhiyyə idarə və müəssisəsinin 414-ü 
əhaliyə pullu tibbi xidmət göstərir. 
Səhiyyə  sistemində  özünümaliyyələşdirməyə  keçidlə  bağlı  aparılan  idarəetmə  və  struktur 
dəyişiklikləri nəzərəçarpacaq keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. Mühüm nəticələrdən biri budur ki, 
pullu  tibbi  xidmət  göstərən  səhiyyə  idarə  və  müəssisələrində  tibbi  işçilərin  əmək  haqqı  bir  neçə  dəfə 
artırılmış, yeni mükafat sistemi yaradılmışdır. Hazırda pullu xidmət göstərən tibb işçisinin əmək haqqının 
miqdarında  məhdudiyyət  yoxdur  və  bu,  tamamilə  görülən  işin  kəmiyyət  və  keyfiyyətindən  asılıdır. 
Beləliklə,  özünümaliyyələşdirməyə  keçməklə,  bir  tərəfdən,  10000-ə  qədər  ştatın  büdcədən  çıxarılması 
hesabına büdcəyə 10 milyard manata qədər vəsait qənaət edilmişdir, digər tərəfdən, əhalinin imtiyazlı və 
güzəştli qrupuna pulsuz ixtisaslaşdırılmış tibbi xidmət göstərilməsi mümkün olmuşdur: təhlil göstərir ki, 
büdcədənkənar  vəsaitlərin  hesabına  hər  il  yüz  minlərlə  vətəndaşa  tam  pulsuz  ixtisaslaşdırılmış  xidmət 
göstərilmişdir. 
Əlbəttə, bura tibb və təhsil işçilərinin dövri tibbi müayinəsinin tam pulsuz, özəl sektorun hesabına 
aparılması, diabet xəstələrinin və şəhid ailə üzvlərinin pulsuz müayinə və müalicəsi, 9 milyard manatadək 
vəsaitin  sosial  müdafiə  fonduna  keçirilməsi,  son  illər  200-dən  çox  tibb  idarəsində  cari  və  əsaslı  təmir 
işlərinin  aparılması,  yeni  müasir  tibb  texnikası  və  avadanlıqlar  alınması  da  əlavə  edilərsə,  o  zaman 
özünümaliyyələşdirmə sisteminin üstünlükləri tamamilə aydın olar. 
Səhiyyədə  aparılan  islahatlar  çərçivəsində  əsas  nailiyyətlərdən  biri  də-  özəl  səhiyyə  sisteminin 
tətbiq  edilməsidir.  Bu  istiqamətdə  hüquqi-  normativ  baza  yaradılmış,  "Özəl  tibb  fəaliyyəti  haqqında" 
Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə  minmişdir.  Hazırda  respublikamızda  stasionar  tipli 
"Əfsanə" müalicə-diaqnostika mərkəzi, "Nord Star" doğum evi, "Ekzimer-lazer mərkəzi", "Medikalsentr" 
Türk-Amerika  müəssisəsi,  "Med-servis"  özəl  tibb  mərkəzi,  "Medi-klub"  kimi  özəl  tibb  müəssisələri 
fəaliyyət göstərir. Özəl tibbi xidmətin tətbiqi nəticəsində 10000 nəfərədək işçi, o cümlədən, 2500 həkim 


166 
 
və  4000  orta  tibb  işçisi  işlə  təmin  edilmiş,  əhaliyə  göstərilən  tibbi  xidmətin  qiyməti  2  dəfəyədək  aşağı 
salınmışdır.  Özəl  səhiyyə  sisteminin  tətbiqi  nəticəsində  təkcə  2000-ci  ildə  dövlət  büdcəsinə  5  milyard 
manata qədər vəsait daxil olmuşdur. Özəl səhiyyə sahəsində islahatlar davam etməkdədir. 
Səhiyyə  islahatları  çərçivəsində  əsas  istiqamətlərdən  biri  də  sığorta  təbabət  sisteminin  tətbiqidir. 
1999-cu ildə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda 10-dək 
könüllü tibbi sığorta kompaniyaları yaradılmış və fəaliyyət göstərir. 
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən öz doğma yurdunu tərk 
etməyə  məcbur  olmuş  bir  milyondan  artıq  qaçqın  və  məcburi  köçkünün  tibbi  təminatı  ilə  bağlı 
problemlərin həlli daim Səhiyyə Nazirliyinin diqqət mərkəzində olmuşdur. 
1994-cü ilin dekabr ayında Səhiyyə Nazirliyi Kollegiyasının İmişli rayonunda keçirilmiş ilk səyyar 
geniş  iclasında  qaçqınlara  göstərilən  tibbi  xidmətin  strategiyası  müəyyənləşdirilmiş,  respublikamızda 
erməni təcavüzü nəticəsində dağıdılmış 300-dən artıq səhiyyə obyektinin bərpası proqramının 1 milyard 
dollar  vəsait  tələb  edən  layihəsi  Nazirlər  Kabinetinə  təqdim  olunmuşdur.  Nazirliyin  baş  mütəxəssisləri, 
klinik  xəstəxana  və  elmi-tədqiqat  institutlarının  əməkdaşlarından  ibarət  ixtisaslaşdırılmış  briqadalar 
qaçqınların  kütləvi  məskunlaşdığı  yerlərə  göndərilmiş,  onların  arasında  xəstəliklərin  aşkar  edilməsi 
məqsədilə müayinələr aparılmış, xəstələrə mütəmadi olaraq tibbi yardım göstərilmişdir. Bu iş bu gün də 
davam  edir  və  görünür,  torpaqlarımız  erməni  işğalından  azad  edildikdən  və  qaçqınlar  öz  doğma 
yurdlarına qayıtdıqdan sonra hələ xeyli müddət davam edəcəkdir. 
Qaçqınlara  göstərilən  tibbi  xidmətin  vəziyyəti  daim  araşdırılır  və  Qaçqınların  və  Məcburi 
Köçkünlərin İşləri üzrə Dövlət Komissiyası ilə birgə rayon icra hakimiyyəti rəhbərlərinin, respublikada 
fəaliyyət  göstərən  beynəlxalq  humanitar  təşkilatların  nümayəndələrinin  iştirakı  ilə  Nazirliyin 
Kollegiyasının səyyar iclaslarında müzakirə edilir. 
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuşların ailələri də daim tibb ictimaiyyətinin diqqət 
mərkəzindədir. Möhtərəm Prezidentimiz Heydər Əliyevin 1994-cü ildə qaçqınlarla görüşü zamanı verdiyi 
tövsiyələrə  uyğun  olaraq  Səhiyyə  Nazirliyinin  təşəbbüsü  ilə  həmin  ildən  başlayaraq  şəhid  ailələri 
respublikanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürülmüş, hər ailədən bir nəfərə 18 
yaşına çatana qədər hər ay orta aylıq əmək haqqı məbləğində müavinət verilir. 
İslahatlar  nəticəsində  son  illər  respublikada  bir  sıra  yoluxucu  xəstəliklərə  qarşı  mübarizə  işi 
müvəffəqiyyətlə  təşkil  edilmişdir.  Məsələn,  1994-cü  ilin  ikinci  yarısından  difteriya  xəstəliyinin  kəskin 
şəkildə  artması  (841  hadisə  qeydə  alınmışdı)  1995-ci  ildə  ən  yüksək  səviyyəyə  (883  hadisə)  çatmışdı. 
Xəstələrin 50 faizini 14 yaşa qədər uşaqların təşkil etməsi vəziyyəti daha da təhlükəli edirdi. Ümumdünya 
Səhiyyə  Təşkilatının  və  YUNİSEF-in  xətti  ilə  respublikamıza  humanitar  yardım  kimi  vaksin 
preparatlarının  vaxtında  çatdırılması  ilk  növbədə  uşaqların  kütləvi  peyvəndə  cəlb  olunmasına  imkan 
verdi. Artıq 1994-cü ilin dekabr və 1995-ci ilin may aylarında bütün məktəblilərin 97-98 faizi, 1995-ci 
ilin  noyabr-dekabr  aylarında  Milli  İmmunlaşdırma  Aylığında  respublika  əhalisinin  55  yaşa  qədər  5 
milyon  905  min  nəfəri  (94,2  faizi),  1996-cı  ildə  isə  40  yaşa  qədər  əhalinin  95,9  faizi  difteriyaya  qarşı 
peyvəndə cəlb edildi. Nəticədə 1996-cı ildə 1995-ci illə müqayisədə xəstəlik 6 dəfə azaldı, sonrakı illərdə 
isə ən minimum səviyyəyə endirildi (1999-2000-ci illərdə cəmisi 24 hadisə). 
1996-cı  ildə  həmçinin  1990-1995-ci  illərdə  respublikada  geniş  yayılmış  poliomielit  xəstəliyinin 
(Avropa üzrə xəstələnmənin 50 faizi) aradan qaldırılması sahəsində uğurlu nəticələr əldə edildi. 
Azərbaycan  Prezidenti  cənab  Heydər  Əliyevin  peyvənd  tədbirində  və  Ümumdünya  Sağlamlıq 
Günündə  şəxsən  iştirakı  poliomielitə  qarşı  mübarizə  probleminin  dövlət  səviyyəsində  keçirildiyini  bir 
daha təsdiq etdi. 
Əsas  nailiyyətlərdən  biri  də  qızılca  ilə  xəstələnmənin  kəskin  surətdə  azalmasıdır.  1994-cü  illə 
müqayisədə xəstəlik 30 dəfə azalmışdır. 
Son  illər  respublikada  malyariya  xəstəliyinə  görə  də  epidemioloji  vəziyyətin  xeyli  gərginləşməsi 
müşahidə  edilmişdi.  Bu  səbəbdən  1997-ci  il  iyulun  19-da  Prezident  sarayında  keçirilən  respublika 
müşavirəsində  Prezident  Heydər  Əliyev  yoluxucu  xəstəliklərlə,  o  cümlədən,  malyariya  ilə  mübarizəni 
ümumdövlət  siyasəti  səviyyəsinə  qaldıraraq  bu  genişmiqyaslı  işin  əlaqələndirilməsini  və  yüksək 
səviyyədə təşkilini mühüm vəzifə kimi irəli sürdü. 
1997-ci  il  iyulun  26-da  Səhiyyə  Nazirliyində  keçirilən  Əlaqələndirmə  Müşavirəsində  həmin 
problem  səhiyyənin  ən  vacib  vəzifəsi  adlandırıldı  və  bütün  tibb  ictimaiyyəti  xəstəliyin  vaxtında  aşkar 
edilib müalicə olunması üçün səfərbər edildi. 
Eyni zamanda  malyariya xəstəliyinə qarşı tədbirlərin həyata keçirilməsi üçün dövlət səviyyəsində 
beynəlxalq  və  qeyri-dövlət  təşkilatlara  müraciət  edildi.  "Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 
Federasiyası", Hollandiyanın və Belçikanın "Sərhədsiz həkimlər" təşkilatı, YUNİSEF təşkilatı, ACİP neft 
şirkəti, Küveytin "Xəstələrə Yardım Cəmiyyəti" və b. bu işə böyük yardım göstərdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə