Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

171 
 
Milli  Fəaliyyət  Proqramına  daxil  edilmiş  44  layihədən  dördünün  Dünya  Bankı  tərəfindən 
maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır: 
1.
 
Abşeronun neftlə çirklənmiş torpaqlarının təmizlənməsi; 
2.
 
Təhlükəli civəli tullantıların daşınıb basdırılması (Sumqayıt Səthi Aktiv Maddələr Zavodu); 
3.
 
Nərə cinsli balıqların artırılması məqsədilə zavodun tikilməsi (Neftçala balıqartırma zavodu); 
4.
 
Ətraf mühiti idarəetmə sisteminin təkmilləşməsi. 
Bunlardan  əlavə  beynəlxalq  maliyyə  təşkilatlarının  vəsaiti  hesabına  bir  sıra  layihələr  də  işlənib 
hazırlanmışdır.  Məsələn,  "Bakı  buxtasının  təmizlənməsi"  layihəsi  Hollandiyanın  "İvanko"  firması 
tərəfindən həyata keçiriləcəkdir. 
Son  illərdə  Xəzər  dənizinin  doğurduğu  problemlər  bütün  Xəzəryanı  dövlətləri  narahat  etməyə 
başlamışdır. Bununla əlaqədar 1999-cu ilin əvvəllərindən Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı 
həyata keçirmək üçün Bakı şəhərində "Xəzər Ekoloji Mərkəzi" yaradılmış və fəaliyyətə başlamışdır. 
Beynəlxalq  təşkilatların  yardımı  ilə  həyata  keçirilən  digər  layihələr  də  vardır.  Məsələn, 
Ümumdünya  Vəhşi  Təbiət  Fondunun  Gürcüstan  Ofisi  tərəfindən  "Qafqazın  biomüxtəlifliyinin  müasir 
vəziyyətinin  təhlili  və  təxirəsalınmaz  tədbirlərin  hazırlanması"  proqramı  çərçivəsində  müəyyən  işlər 
görülür. Respublikanın biomüxtəlifliyinin qorunması ilə əlaqədar "Şahdağ" və "Talış" milli  parklarının, 
Naxçıvanda "Ordubad" və "Şahbuz" Dövlət qoruqlarının yaradılması, Zaqatala Dövlət Qoruğunun qonşu 
respublikaların  (Gürcüstan,  Dağıstan)  xüsusi  mühafizə  olunan  əraziləri  ilə  əlaqələndirilməsi  təklifləri 
Şimali Avrasiya Ümumdünya Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Komissiyasının fəaliyyət planına 
daxil edilmişdir. 
Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  respublikamızda  "Təmiz  istehsalat" 
proqramının tətbiqinə xüsusi əhəmiyyət verilməsini daim diqqət mərkəzində saxlayır. Bakı və Sumqayıtın 
ətraf  mühiti  çirkləndirən  müəssisələrində  -  Dövlət  Neft  Şirkətində,  "Azərkimya"  İstehsalat  Birliyində, 
"Azərenerji" Səhmdar Cəmiyyətində Rusiya-Norveç Mərkəzi bu proqramdan irəli gələn tədbirləri həyata 
keçirir. 
Son  illərdə  respublikada  ekoloji  tarazlığın  bərpa  edilməsi  sahəsində  görülən  işlər  arasında 
çirklənmiş  və  yararsız  hala  düşərək  dövriyyədən  çıxmış  və  texnogen  landşafta  çevrilmiş  torpaqların 
rekultivasiyası  da  mühüm  yer  tutur.  Belə  çirklənmələr  Bakı-Sumqayıt  sənaye  qovşağında,  Gəncə, 
Mingəçevir və Əli-Bayramlı şəhərlərində, Daşkəsəndə dəmir filizi və alunit filizinin hasilatı ilə əlaqədar, 
Naxçıvanda  duz  mədənlərində,  Paraqaçayda  isə  mis-molibden  filizlərinin  hasilatı  ilə  bağlı  pozulmuş 
texnogen landşaftlar yaratmışdır. 
Yuxarıda qeyd edildiyi kimi, Dünya Bankının maliyyə  yardımı ilə Abşeron yarımadasında neftlə 
çirklənmiş torpaqların rekultivasiyasına başlanmışdır. Lakin iqtisadi problemlərin mövcudluğu, maliyyə 
çatışmazlığı bu işləri hələlik lazımi səviyyədə aparmağa imkan vermir. Daşkəsən dəmir filizi yataqlarında 
pozulmuş landşaft sahəsində də bu istiqamətdə ilk mərhələ sayılan tədqiqat işlərinə başlanmışdır. Lakin 
bütövlükdə  bu  işin  vəziyyəti  qənaətləndirici  sayıla  bilməz  və  onu  sürətləndirmək  üçün  əlavə  maliyyə 
mənbələri tapmaq axtarışları xeyli güclənməlidir. 
Azərbaycan  iqtisadiyyatı  və  mədəniyyətinin  sürətlə  inkişaf  etdiyi  1969-1982-ci  illərdə  Bakının 
görməli,  bakılıların  isə  əsas  istirahət  və  gəzinti  yerlərindən  biri  olan  Dənizkənarı  bulvarda  da  güclü 
yaşıllaşdırma  və  abadlıq  işləri  aparılmış,  onun  uzunluğu  3,7  kilometrə  çatdırılmışdı.  Şəhərin  ümumi 
ansamblına  xüsusi  gözəllik  verən  bu  füsunkar  mənzərəli  mədəniyyət  və  istirahət  yeri  son  illərdə 
baxımsızlıq üzündən öz əvvəlki görkəmini xeyli dəyişmiş və az qala bərbad vəziyyətə salınaraq müxtəlif 
ticarət  təşkilatlarının  sərəncamına  verilmişdi.  Bu  isə  ilk  növbədə  şəhərin  ekologiyasına,  on  minlərlə 
adamın sağlamlığına ağır zərbə idi. Əlbəttə, Bakını yaşıllıqlar diyarına, dənizkənarı bulvarı isə şəhərin ən 
görməli  yerinə  çevirmiş,  hələ  1969-cu  ilin  avqustunda  burada  Milli  Park  yaradılması  ideyasını  irəli 
sürmüş  dövlət  başçımız  bu  acınacaqlı  vəziyyətin  uzun  müddət  davam  etməsinə  yol  verə  bilməzdi. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  29  il  əvvəl  irəli  sürdüyü  ideyanı  1998-ci  il 
dekabrın  29-da  həyata  keçirdi  və  imzaladığı  fərmanla  Dənizkənarı  bulvara  Milli  Park  statusu  verdi. 
Təəssüf  ki,  o  zamankı  şəhər  rəhbərliyi  bu fərmanın  da  icrasını  bir ildən artıq  müddətdə  yubatdı.  Yalnız 
2001-ci  ilin  əvvəlində  Prezidentin  qərarı  ilə  şəhər  rəhbərliyində  edilmiş  dəyişiklikdən  sonra  hər  şey  öz 
axarına düşdü. Parkda yerləşən bütün qanunsuz obyektlərin hamısı oradan götürüldü. Parkda qayda-qanun 
bərpa olundu. Hazırda 80 hektara yaxın sahəsi olan Milli Parkda əsl mənada səliqə-sahman işləri həyata 
keçirilir, deyilərsə, yəqin ki, burada heç bir mübaliğəyə yol verilməz. Xalqın dəyişilməz və toxunulmaz 
əmlakı  kimi  yenidən  özünə  qaytarılan  Milli  Park  dünya  standartlarına  cavab  verən,  sivil  ölkələr 
səviyyəsində  istirahət  zonasına  çevrilməkdədir  və  Prezidentin  qayğısı  sayəsində  bu  işin  də  tez  bir 
zamanda başa çatdırılacağına şübhə yoxdur. Bu, həm də Prezidentimizin şəhər sakinlərinin sağlamlığına, 
Bakının ekologiyasının mühafizəsinə növbəti töhfəsidir. 


172 
 
2000-ci ildə, yəni XX  əsrin son ilində sağlamlıq və ətraf mühitin mühafizəsi baxımından hüquqi-
normativ  aktların  hazırlanması  və  qəbul  edilməsi  sahəsində  daha  çox  iş  görüldü  və  dalbadal  iki 
Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu qanunlar belə adlanır: "Ətraf mühitin mühafizəsi 
haqqında"  Azərbaycan  Respublikası  Qanunu  və  "Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri 
haqqında  Azərbaycan  Respublikası  Qanunu.  Hər  iki  qanun  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər Əliyev tərəfindən imzalanmışdır və onların hər ikisinin bütün fəsilləri, maddələri, hətta ayrılıqda 
götürülən  cümlə  və  sözləri  Azərbaycan  təbiətinə  vurğunluqla  yoğrulmuşdur.  Qanunlarda  əhalinin 
sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində elə bır sual yoxdur ki, ona müfəssəl, hüquqi-normativ 
dildə cavab tapmaq mümkün olmasın. Bu isə hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradır ki, 
onların, sağlamlığı və füsunkar Azərbaycan təbiətinin mühafizəsi etibarlı əllərdədır. Bunun ilk nümayişini 
biz artıq Milli Parkın timsalında görməyə başlamışıq. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə