Azərbaycanın müstəqilliyinin


§ 4. UĢaqlara dövlət qayğısı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

178 
 
§ 4. UĢaqlara dövlət qayğısı 
 
Uşaqların  hüquqlarının  qorunması  daim  bəşəriyyəti  düşündürən  mühüm  məsələlərdən  biri 
olmuşdur  və  bu  günün  özündə  -  XXI  əsrin  əvvəlində  də  öz  aktuallığını  saxlamaqdadır.  Demokratik 
inkişaf  yolunu  tutmuş  bütün  dövlətlərdə  uşaqlara  dövlət  qayğısına  xüsusi  əhəmiyyət  verilməsi  məhz 
bununla əlaqədardır və görünür, bu mühüm məsələyə diqqət gələcəkdə daha da artacaqdır. Çünki hələ də 
bəşəriyyətin  həyatından  tamamilə  silinməmiş  müharibələrdən  də,  bir  çox  təbii  fəlakətlərdən  də  ən  çox 
zərər görən gücsüz, zəif, valideyn himayəsinə möhtac olan körpələr, azyaşlı uşaqlar və yeniyetmələrdir. 
Uşaqlar  gələcək  bəşər  sivilizasiyasını  əks  etdirir,  hər  bir  xalqın,  dövlətin,  bütövlükdə  beynəlxalq 
birliyin  xoşbəxt  gələcəyi  məhz  uşaqların  tərbiyəsi,  onların  sağlam  böyüməsi,  öz  ölkələrinin  layiqli 
vətəndaşları kimi yetişmələridir. Azərbaycan Respublikası Konstitusiyasında uşaqların sağlam və xoşbəxt 
böyüməsində  ailə  və  dövlət  münasibətlərinin  qarşılıqlı  əlaqələndirilməsinə  ciddi  əhəmiyyət  verilir. 
Konstitusiyanın 17-ci maddəsində oxuyuruq: 
"1. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 
2.  Uşaqların  qayğısına qalmaq  və  onları  tərbiyə  etmək  valideynlərin  borcudur.  Bu  borcun  yerinə 
yetirilməsinə dövlət nəzarət edir." 
Uşaqlara  qayğı  göstərilməsinin  vacibliyi  Konstitusiyanın  34-cü  maddəsində  bir  daha  qeyd 
edilmişdir. 
Beləliklə, uşaqları hər cür xoşagəlməz hallardan, fiziki və mənəvi zərbələrdən qorumaq, yeni nəslin 
zorakılıq nəticəsində bədən toxumalarının zədələnməsi və əsəb sarsıntılarına məruz qalmasının qarşısını 
almaq bilavasitə valideynlik borcu, konstitusion öhdəlik kimi irəli sürülür. 
Qeyd edək ki, beynəlxalq səviyyədə uşaq hüquqlarının qorunmasına diqqətin artması İkinci dünya 
müharibəsi  (1939-1945-ci  illər)  başa  çatdıqdan  sonra  xüsusilə  güclənmişdir.  Uşaqları  müharibə 
təhlükəsindən  qorumaq,  onların  sağlamlığı,  demokratik  əsaslarla  tərbiyəsi  və  təhsili  qayğısına  qalmaq 
məqsədilə  Beynəlxalq  Demokratik  Qadınlar  Federasiyası  Şurasının  1949-cu  il  Moskva  sessiyasının 
qərarına əsasən hər il iyunun 1-nin uşaqları beynəlxalq müdafiə günü kimi qeyd edilməsi həmin diqqət və 
qayğının vacibliyini bir daha nəzərə çarpdırdı. Beynəlxalq birliyin iradəsini əks etdirən bir sıra mühüm 
hüquqi  sənədlər,  o  cümlədən  İnsan  Hüquqları  Bəyannaməsi,  Mülki  və  Siyasi  hüquqlar  haqqında 
beynəlxalq  paktın  24-cü  maddəsi,  "Pekin  qaydaları",  Uşaq  Hüquqları  Konvensiyası  bu  məsələyə 
şəxsiyyətin azadlığı və hüquqları baxımından qiymət verdilər. Uşaq Hüquqları Konvensiyasının 32, 34 və 
35-ci maddələrində uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığın çoxtərəfli tədbirləri 
nəzərdən keçirildi. Təəssüf ki, beynəlxalq səviyyəli belə humanist qərarlar və onların icrasına yönəldilmiş 
tədbirlər  də  uşaqları  lokal  müharibələrin,  tez-tez  baş  verən  millətlərarası  münaqişələrin  qurbanları, 
aclığın,  cinsi  istismarın,  zorakılığın  və  pomo  sənayesinin  qulu  olmaqdan  xilas  edə  bilməmişdir.  Belə 
qeyri-normal şərait isə öz növbəsində uşaqlara qarşı cinayətlərin sayını azaltmaq əvəzinə artırdı. Getdikcə 
daha  aydın  dərk  olunurdu  ki,  uşaq  hüquqlarının  qorunması  və  uşaqlara  qarşı  törədilən  cinayətlərlə 
mübarizə aparmaq üçün həqiqətən də beynəlxalq əməkdaşlığa ciddi ehtiyac vardır. 
Şübhəsiz  ki,  dünya  miqyasında  uşaqlara  münasibətdə  baş  verən  bu  proseslər  yenicə  müstəqillik 
qazanmış  və  beynəlxalq  birlik  üçün  qapıları  açılmış  Azərbaycan  Respublikasından  da  yan  ötmədi. 
Xüsusən müstəqilliyimizin ilk illəri - 1991-1993-cü illər bütün Azərbaycan xalqı kimi, onun uşaqları üçün 
də çox fəlakətli oldu. Hələ 1988-ci ildən ərazi iddiaları ilə Azərbaycana təcavüz edən Ermənistan məhz 
həmin  illərdə  respublikamızda  hakimiyyətsizlik,  satqınlıq  və  özbaşınalıq  şəraitindən  istifadə  edərək 
Azərbaycan  torpaqlarının  20%-ni  işğal  edə  bildi.  Sayı  bir  milyon  nəfərə  çatan  qaçqınlarımızın  bir  çoxu 
erməni silahlı qüvvələrinin soyqırımı siyasətinin qurbanı oldu ki, onların da arasında yaşlılar və qadınlarla 
yanaşı,  uşaqların  sayı  da  az  deyildi.  İşğal  olunmuş  ərazidə  300  min  nəfərədək  uşaq  öz  doğma  evlərini, 
məktəblərini,  uşaq  bağçalarını  tərk  etməli  oldular  ki,  onlardan  da  79  min  nəfəri  5  yaşdan  aşağı  olan 
uşaqlar idi. Təsəvvür edin ki, həmin azyaşlı uşaqlar çadırlarda, günün, yağışın altında özlərinə müvəqqəti 
sığınacaq tapdılar, onlardan bir çoxu öz valideynlərini itirərək yetim və kimsəsizlərə çevrildilər. 
1993-cü il iyunun 15-də xalqımızın böyük oğlu və müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə 
qayıdışı  ilə  ölkənin  digər  taleyüklü  məsələlərində  olduğu  kimi,  uşaqların  hüquqlarının  qorunması 
sahəsində  də  ciddi  addımlar  atmaq  mümkün  oldu.  Hələ  1994-cü  ildə  Prezidentin  qaçqınlarla  görüşü 
zamanı  verdiyi  tövsiyələrə  uyğun  olaraq,  qaçqın  düşərgələrindən  200-dən  artıq  xəstə  və  kimsəsiz  uşaq 
respublika  Səhiyyə  Nazirliyi  tərəfindən  Bakıya  gətirilərək  nazirliyin  Buzovna  və  Mərdəkandakı  uşaq 
sanatoriyalarında  yerləşdirildi,  onların  yaxşı  yaşamaları  və  təhsil  almaları üçün hər  cür şərait  yaradıldı. 
Ölkədə  siyasi  sabitliyin  yaranması,  Ermənistan-Azərbaycan  münaqişəsində  atəşkəsə  nail  olunması, 
dünyanın  aparıcı  neft  şirkətləri  ilə  "Əsrin  müqaviləsi"  adlanan  neft  sazişlərinin  imzalanması, 
respublikamızın beynəlxalq birliyin bərabər hüquqlu üzvü kimi tanınması, dünyəvi, demokratik və hüquqi 


179 
 
dövlət  quruculuğunda  əldə  olunmuş  nailiyyətlər  bir  çox  aparıcı  dövlətlərin  və  beynəlxalq  təşkilatların 
Azərbaycana münasibətini köklü surətdə dəyişdi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan 
Prezidenti  Heydər  Əliyev  hələ  1994-cü  il  sentyabrın  sonunda  BMT  Baş  Məclisinin  49-cu  sessiyasında 
iştirak  etmək  üçün  Nyu-Yorkda  olarkən  sentyabrın  27-də  beynəlxalq  uşaq  təşkilatı  YUNİSEF-də 
uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT bəyannaməsini də imzalamış və bununla YUNİSEF 
təşkilatının  Azərbaycanda  fəaliyyətinin  başlanğıcı  qoyulmuşdu.  Bu  münasibətlə  keçirilmiş  mərasimdə 
Heydər Əliyev demişdi: "Uşaqların həyatına diqqət dünyanın gələcəyi ilə məşğul olmaq deməkdir. Belə 
fəaliyyət  Azərbaycan  üçün  xüsusilə  əhəmiyyətlidir.  Çünki  Azərbaycan  müharibə  vəziyyətindədir,  onun 
ərazisinin  20  faizindən  çoxu  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olunmuşdur.  Bir  milyondan 
artıq  adam  qaçqındır  ki,  onların  da  xeyli  hissəsi  uşaqlardır.  Onlar  indi  çadırlarda  çətin  vəziyyətdə 
yaşayırlar.  Azərbaycanda  ailələr  çoxuşaqlıdır.  Orta  hesabla  hər  ailənin  4-5  uşağı  var.  Bu  isə  milyon 
qaçqından  nə  qədərinin  uşaq  olduğunu  göstərir".  Çıxışdan  görünür  ki,  bundan  bir  qədər  əvvəl  də 
YUNİSEF  xətti  ilə  Azərbaycanda  müəyyən  işlər  görülmüşdür.  Bu  barədə  təşəkkür  edən  ölkə  başçısı 
ümidvar olduğunu bildirir ki, imzalanma mərasimindən sonra təşkilatın Azərbaycanda fəaliyyəti daha da 
genişlənəcəkdir. Sonradan görəcəyimiz kimi, bu ümidlər özünü tamamilə doğrultdu. 
1998-ci  il  mayın  19-da  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Milli  Məclis 
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi haqqında qanun qəbul etdi. 
Uşaqlara  dövlət  qayğısı  baxımından  bu  məsələdə  dövlətin  planlı  qaydada  iş  aparması  da  diqqəti 
cəlb  edir.  Məsələn,  respublikamızda  Gənclər  və  İdman  Nazirliyində  Uşaqlarla  iş  üzrə  Respublika 
Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə daxil olan dövlət qurumlarından biri də Qadın 
Problemləri  üzrə  Dövlət  Komitəsidir.  Komitə,  digər  struktur  orqanları  ilə  yanaşı  uşaq  hüquqlarının 
qorunmasında  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  edir.  Belə  hesab  etmək  düzgündür  ki,  beynəlxalq 
əməkdaşlığın  birgə  tədbirləri  vasitəsilə  uşaqları  hərbi  cinayətlərin  dəhşətindən  xilas  etmək  mümkün 
olacaqdır. 
Müəyyən  olunmuşdur  ki,  Ermənistan-Azərbaycan  müharibəsi  dövründə  erməni  tərəfi  Uşaq 
hüquqları Konvensiyasının 38-ci maddəsini pozaraq uşaqları da əsir götürmüşdür. Beynəlxalq Qızıl Xaç 
Təşkilatının  məlumatına  görə, erməni  tərəfi  azərbaycanlı  uşaqları  əsir  saxlayır, lakin  Ermənistanda  olan 
əsirlərin əsl sayı təşkilatdan gizlədilir. Belə bir rəqəm də dəqiqdir ki, hərbi əməliyyatlar getdiyi dövrdə 73 
azərbaycanlı  uşaq  xəbərsiz  yoxa  çıxmışdır.  Ermənilərin  qadın  və  uşaqlara  işgəncə  verdikləri  barədə  də 
məlumatlar  var.  Məsələn,  özünə  və  iki  yaşlı  qızı  Nurlanəyə  edilən  işgəncələrə  dözməyən  Kərimova 
Səmayə üçüncü cəhddə intihar etdikdən sonra onun işgəncələrdən kor olmuş qızını Qızıl Xaç təşkilatına 
təhvil  vermişlər.  Kiçik  yaşlı  Ağayev  Yaşar  Murad  oğlu  əsirlikdə  atasının  gözləri  qarşısında  qətlə 
yetirilmişdir.  Azərbaycanlı  uşaqların  kütləvi  şəkildə  qətlinə  dair  də  faktlar  vardır.  Məsələn,  Xocalının 
işğalı zamanı yüzlərlə azyaşlı uşaq qəddarlıqla öldürülmüşdür. 
Azərbaycanda  uşaq  hüquqlarının  qorunması  ilə  birbaşa  əlaqəsi  olan  ən  böyük  beynəlxalq  təşkilat 
artıq  haqqında  söhbət  açdığımız  YUNİSEF-dir.  Bu  nüfuzlu  beynəlxalq  uşaq  təşkilatı  Azərbaycanda 
uşaqların vəziyyəti haqqında dəfələrlə monitorinqlər və  müxtəlif layihələr həyata keçirmişdir. Məsələn, 
2000-ci ildə həyata keçirilən "Erkən uşaqlıq dövründə qayğı və inkişaf adlanan layihəyə görə, həmçinin 
seminar  və  qiymətləndirmələr  də  keçirilmişdir.  Bu  layihədə  işçi  qrupunun  tərkibinə  Gənclər  və  İdman 
Nazirliyi, Respublika Qadın Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də daxil olmuşlar. İşçi 
qrupunun  əlbir  səyi  ilə  Erkən  Uşaqlıq  Dövründə  Qayğı  və  İnkişaf  Konsepsiyası  işlənib  hazırlanmışdır. 
YUNİSEF-in  Azərbaycanda  uşaqların  sağlamlığı,  qidalanması  və  sair  sahələrdə  də  layihələri  həyata 
keçirilmişdir. 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  artıq  cinayət,  cinayət-  prosessual,  mülki,  inzibati,  ailə, 
əmək və digər sahələrə aid qanunvericilik aktları qəbul etmişdir ki, bu qanunlar fəaliyyət göstərməkdədir. 
Həmin  sənədlərdə  uşaqlara  qarşı  hər  hansı  cinayət  üçün  məsuliyyət  nəzərdə  tutulmuşdur.  Məsələn, 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsində "Cinsi toxunulmazlığa qarşı cinayətlər 
və  şəxsiyyətin  cinsi  azadlığı",  "Yeniyetmə  yaşına  çatmamış  şəxslərə  və  ailə  münasibətlərinə  qarşı 
cinayətlər" bölmələri verilmişdir ki, burada 16 yaşına çatmamış şəxslər üzərində ticarət, onların cinayətə 
cəlb olunması, narkotikdən istifadə edilməsi, alkoqollu içkilərdən istifadəyə cəlb olunması, onların AİDS 
və  digər  venerik  xəstəliklərlə  yoluxmasına  görə  cinayətkarların  müxtəlif  müddətə  azadlıqdan  məhrum 
edilməsi nəzərdə tutulur. 
Son illərdə uşaqların oğurlanması və transmilli cinayət qrupları tərəfindən xaricə aparılmasına dair 
də artıq nümunələr vardır ki, bunların qarşısının vaxtında alınmaması daha faciəli nəticələrə gətirib çıxara 
bilər. 
Gənc müstəqil və demokratik dövlətimizin, qaçqınlar və digər zəif təmin olunan təbəqələrin maddi 
və  maliyyə  çətinliklərindən  istifadə  edərək  bir  sıra  xarici  təşkilatların  emissarları  xeyriyyəçilik  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə