Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

176 
 
1995-ci  il  tarixli  Konvensiyasına  Azərbaycan  Respublikasının  qoşulmasının  və  bununla  əlaqədar  öz 
üzərinə müvafiq öhdəliklər götürməsinin də mühüm rolu oldu. 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  respublikada  qadın  hərəkatına  daim  diqqət  və  qayğı 
göstərməsi  bu  hərəkata  dair  dövlət  siyasətinin  işlənib  hazırlanması  üçün  əsaslı  zəmin  yaratdı.  Bunun 
uğurlu  nəticəsi  isə  1998-ci  ilin  lap  əvvəlində  özünü  göstərdi,  yəni  qadın  hərəkatına  dair  məsələ  dövlət 
səviyyəsində həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il 
tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və ona böyük  səlahiyyətlər verildi. 
Bu fərmanla həmçinin respublika Nazirlər Kabinetinə tapşırıldı ki, ölkənin siyasi, sosial, iqtisadi-mədəni 
həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlər planı işləyib hazırlasın. 
Fərmanın yerinə yetirilməsi ilə əlaqədar əldə edilmiş statistik material göstərdi ki, qadınların dövlət 
idarəçiliyi sistemində təmsil olunması ilə bağlı vəziyyəti heç də qənaətbəxş deyildir. Məsələn, aydın oldu 
ki,  respublikanın  80-dən  çox  şəhər  və  rayon  icra  başçısından  yalnız  5-i  qadındır;  hətta  əksər  işçiləri 
qadınlardan ibarət olan dövlət qurumlarında və müxtəlif peşə sahələrində qadınlar rəhbər mövqelərdə zəif 
təmsil  olunurlar.  Şəhər  və  rayonlarda  işçilərin  böyük  əksəriyyətini  qadınların  təşkil  etdiyi  təhsil 
şöbələrinin yalnız 5-nə, səhiyyə şöbələrinin isə 8-nə qadınlar rəhbərlik edir. Belə vəziyyət bir qədər sonra 
bələdiyyə  seçkilərində  də  özünü  göstərmişdi.  1999-cu  il  bələdiyyə  seçkilərindən  sonra  aydın  oldu  ki, 
seçilmiş 20454 nəfər bələdiyyə üzvündən yalnız 416 nəfəri qadındır. 
Göründüyü kimi, qadın hərəkatına dövlət tərəfindən himayədarlığın xeyli artdığını əks etdirən bu 
fərmanın özü də hələ respublikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktlarının, qərar və 
qətnamələrin heç də həmişə Cender siyasətinin (qadın və kişilərin cəmiyyətin bütün sahələrində geniş və 
əhatəli  iştirakını,  onların  arasındakı  bərabərsizlik  stereotiplərinin  ləğv  edilməsini  nəzərdə  tutan  siyasət) 
tələblərinə cavab vermədiyini göstərirdi. Halbuki Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən 
sonrakı  dövr  qadınlarımızın  qarşısında tamamilə  yeni  vəzifələr  qoyurdu.  Belə  ki,  bazar iqtisadiyyatının 
təşəkkül  tapması,  ölkəmizin  müxtəlif  sahələrində  aparılan  islahatlar,  vətəndaş  cəmiyyətinin 
formalaşmasında  vətəndaşların  fəaliyyətinin  artırılması  yolunda  görülən  işlər  qadınların  cəmiyətdəki 
rolunu  artırmağı  tələb  edirdi  və  bu  problemlər  demokratik  cəmiyyətdə  tez  bir  zamanda  öz  həllini 
gözləyirdi. 
Azərbaycan  qadınları  bu  kimi  problemlərin  həll  edilməsi  üçün  yollar  arayıb  axtarmaq  məqsədilə 
1998-ci il sentyabrın 25-də müstəqillik şəraitində özlərinin ilk qurultaylarını keçirdilər. Qurultay göstərdi 
ki,  cəmiyyətdə  gedən  demokratikləşmə  prosesində  yaranmış  qadın  təşkilatlarının  bir  qismi  respublika 
miqyasında fəaliyyət göstərir, digər qismi xeyriyyə cəmiyyəti olduğundan yardımlar edir, daha bir qismi 
isə  müəyyən  peşənin  nümayəndəsi  olan  qadınların sosial  müdafiəsini  özünün  əsas  məqsədləri  kimi  irəli 
sürür.  Buna  baxmayaraq  ümummilli  bütün  məsələlərdə  Azərbaycan  qadınları  daim  milli  dövlətçilik 
mövqeyindən  çıxış  edirlər  ki,  bunu  qurultayın  gedişi  bir  daha  nümayiş  etdirdi.  Qurultayın  qərarlarında 
qeyd olundu ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir. 
Qurultayın  qərarları  respublikada  qadın  hərəkatına  dövlət  qayğısını  daha  da  artırmaq  zərurətinin 
yarandığını, dövlət qadın siyasətinin həyata keçirilməsi vaxtının yetişdiyini göstərdi. 
Azərbaycan həyatının bütün sahələrində gedən prosesləri daim diqqətlə izləyən ölkə başçısı Heydər 
Əliyev bu dəfə də məsələyə həssaslıq, diqqət və qayğı ilə yanaşdı. 2000-ci il martın  6-da "Azərbaycan 
Respublikasında  dövlət  qadın  siyasətinin  həyata  keçirilməsi  haqqında"  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanı  elan  edildi.  Əsrin  son  ili  və  qadınlar  bayramı  günü  ərəfəsində  elan  olunmuş  bu 
fərman  respublika  qadınlarına  göstərilən  böyük  qayğının  təzahürü  oldu.  Fərmanda  son  100  ildə 
Azərbaycanda qadın hərəkatının keçmiş olduğu böyük və mənalı yola bir daha nəzər salınır, onun uğurları 
da,  nöqsanları  da  ətraflı  şərh  edilir,  yaşadığımız  günlərdə  bu  hərəkatın  qarşısında  duran  vəzifələrin 
konkret şərhi və icrası məsələləri daha qətiyyətlə irəli sürülürdü. Burada oxuyuruq: "Qadınların kişilərlə 
hüquq  bərabərliyini,  xüsusilə  onların  dövlət  idarəçiliyi  sistemində  lazımi  səviyyədə  təmsil  olunmasını 
əməli surətdə təmin etmək məqsədi ilə qərara alıram: 
1.  Azərbaycan  Respublikasının  bütün  dövlət  qurumlarında  fəaliyyət  növü  nəzərə  alınmaqla 
qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin. 
2.  Dövlət  Statistika  Komitəsi  Qadın  Problemləri  üzrə  Qadın  Komitəsi  ilə  birlikdə  respublikada 
qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumat hazırlasın. 
3. Nazirlər Kabinetinə tapşırılsın ki, 
-  Ölkədə  gedən  iqtisadi  islahatlar  çərçivəsində  həyata  keçirilən  işlərdə  Cender  siyasəti  tələblərini 
rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkan yaradılmasını təmin etsin; 
- Qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib 
işlə təmin edilməsi proqramı hazırlayıb həyata keçirsin


177 
 
-  Qadınların  hüquqlarının müdafiəsinin  gücləndirilməsi  məqsədi  ilə  mövcud  qanunvericiliyi  təhlil 
edib təkliflər versin; 
-  Hər  il  martın  1-nə  qədər  bu  fərmanın  yerinə  yetirilməsinin  gedişi  haqqında  Azərbaycan 
Respublikasının prezidentinə məruzə təqdim etsin; 
- Bu fərmandan irəli gələn digər məsələləri həll etsin" 
Göründüyü kimi, fərmanda Azərbaycanda qadın hərəkatının bütün sahələrinə konkret toxunulmuş, 
hər  bir  ayrıca  sahədən  çıxış  yolları  göstərilmişdir.  Şübhə  yoxdur  ki,  fərmanın  həyata  keçirilməsi  yaxın 
illərdə respublikada dövlət qadın siyasətinin həyata keçirilməsində köklü dəyişikliklərə gətirib çıxaracaq 
və  Azərbaycan  əhalisinin  51  faizinin  ümdə  mənafelərinin  təmin  olunmasında  əsaslı  nəticələrə  səbəb 
olacaqdır. 
İndi  isə  2001-ci  il  martın  7-də  Beynəlxalq  Qadınlar  Günü  münasibətilə  "Respublika"  sarayında 
keçirilmiş təntənəli mərasimdə fərmandan keçən 10 ay ərzində, yəni 2000-ci ilin sonuna aid bəzi statistik 
məlumatlara  nəzər  salaq.  Qadın  Problemləri  üzrə  Qadın  Komitəsi  sədrinin  birinci  müavini  Dilrubə 
Camalovanın məruzəsində oxuyuruq: "...Bu gün ölkəmizdə iqtisadiyyat sahəsində çalışan qadınların sayı 
1 milyon 767 min nəfərdir. Bu, iqtisadiyyatda çalışan bütün insanların təqribən yarısı deməkdir... Dövlət 
gündüz ümumtəhsil məktəblərində bütün müəllimlərin 69 faizini, orta ixtisas məktəblərində 64 faizini, ali 
məktəblərdə isə 40 faizini qadınlar təşkil edir. Ölkənin ali məktəblərində təhsil alanların 42 faizi qızlardır. 
Səhiyyə  sahəsində  çalışanların  yarıdan  çoxu  qadınlardır.  Mədəniyyət,  incəsənət  sahəsində  qadınların 
mövqeyi, onların oynadığı rol hər kəsə məlumdur. Ötən il mədəniyyət sahəsində çalışan 60-dan çox qadın 
yüksək fəxri adlara, ordenlərə, prezident tərəfindən verilən fəxri təqaüdə layiq görülmüşdür". 
Ümid  edirik  ki,  bu  göstəricilər  yeni  əsrin  ilk  illərindən  daha  da  yaxşılaşacaq  və  qadınlarımızın 
istehsalatın,  elm  və  mədəniyyətin  bütün  sahələrində  layiq  olaraq  tutduğu  daha  tutarlı  rəqəmlərə 
çevriləcəkdir,  həm  də  bu  rəqəmlər  ölkə  başçısının  fərmanında  tələb  olunduğu  kimi,  real  faktlara 
əsaslanacaqdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə