Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

174 
 
daha  böyük  fəallıq  göstərmişdilər.  Məsələn,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  biri 
olmuş və Fətəli xan Xoyskidən sonra hökumətə başçılıq etmiş Nəsibbəy Usubbəyovun xanımı Eynülhəyat 
ilk  milli  qız  gimnaziyasında  dərs  demiş,  Maarif  Nazirliyində  inspektor  işləmişdir;  Sankt-Peterburqda 
təhsil  almış  ilk  azərbaycanlı  qızı  Səlimə  xanım  Yaqubova  Bakıda  I  Ünas  Milli  Gimnaziyasının  müdiri 
təyin edilmiş, Azərbaycanın milli dirçəlişinin fəal qadın qurucularından biri olmuşdur; 1918-ci ildə Qazax 
qəzası xalq məktəblərinin inspektoru təyin olunmuş görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli bir 
il  sonra  Bakıda  öz  mənzilində  pedaqoji  kurs  açmış,  Azərbaycanın  ilk  maarifpərvər  qadınları  -  Şəfiqə 
xanım Əfəndizadəni, Xədicə xanım Ağayevanı bu nəcib işə cəlb etmişdi. 
Azərbaycan  maarifpərvəri,  həm  də  1881-1917-ci  illərdə  Zaqafqaziyanın  müftisi  olmuş  Hüseyn 
Əfəndi Qayıbovun qızı Gövhər xanımın Bakıda öz mənzilində təşkil etdiyi 80 nəfərlik pedaqoji kursda o 
dövrün tanınmış pedaqoqları - Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, 
Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva dərs demişdilər. 
İlk azərbaycanlı pianoçu qadınlardan biri, 1901-1911-ci illərdə Tiflisdə "Müqəddəs Nina" məktəbində 
təhsil almış, sonra isə fortepiano üzrə xüsusi kurs keçmiş Xədicə Osman qızı Qayıbova 1919-cu ildə Bakıya 
köçərək Azərbaycanda musiqi təhsili sisteminin yaradılmasında iştirak etmiş, onun təşəbbüsü və rəhbərliyi 
ilə 1920-ci ildə Bakıda "Qısa müddətli Şərq musiqisi kursları" açılmışdı. 
Gəncədə  ziyalı  qadınlar  xeyriyyə  cəmiyyəti  yaradaraq  şəhərin  mədəni  həyatında  fəal  iştirak 
edirdilər.  Bu  işdə  Xədicə  xanım  Ağayeva,  Cavahir  xanım  Rəfibəyova,  Həcər  xanım  Şeyxzamanova  və 
başqaları böyük səy göstərir, istedadlı qızların təhsil almasına kömək edir, qadınlar üçün teatr tamaşaları 
verir,  daşnak  fitnəkarlarının  törətdikləri  qırğınlar  nəticəsində  kimsəsiz,  yetim  qalmış  uşaqları  himayəyə 
götürürdülər. 
Gövhər  xanım  Qacar,  Həmidə  xanım  Cavanşir,  Nigar  xanım  Şıxlinskaya,  Məsmə  xanım 
Talışinskaya,  Səltənət  xanım  Əhmədova,  Nabat  xanım  Aşurbəyli-Rzayeva  və  bir  çox  başqa  qeyrətli 
qadınlarımızın  yaratdıqları  qadın  xeyriyyə  cəmiyyətləri  də  deyilən  sahədə  çox  böyük  işlər  görmüş  və 
beləliklə öz adlarını Azərbaycanın xeyriyyəçilik hərəkatı tarixinə qızıl hərflərlə əbədi həkk etdirmişdilər. 
1918-1920-ci  illərdə  Azərbaycanın  tərəqqipərvər  qadın  ziyalıları 
-  Məryəm  xanım 
Bayraməlibəyova  Lənkəranda,  Gövhər  Şövqiyyə  Şamaxıda,  Bülbül  Kazımova  Gədəbəydə,  Firuzə 
Ağayeva,  Yaqut  Ağayeva,  Fərəmuş  Paşayeva  Gəncədə,  Səidə  Şeyxzadə,  Rəhilə  Hacıbabayeva,  Sara 
Vəzirova,  Hənifə  xanım  Məlikova,  Zərri  Şahtaxtinskaya  və  başqaları  Bakıda  xalq  maarifinin  inkişafına 
böyük kömək göstərmişdilər. 
RSFSR-in  XI  ordusunun  təcavüzü  nəticəsində  Azərbaycan  Xalq  Cümhuriyyəti süquta  uğradıqdan 
sonra elan edilmiş sovet hakimiyyəti illərində də milli siyasətimizdə baş vermiş ziyanlı dəyişikliklərə, çox 
vaxt  isə  proletar  beynəlmiləlçiliyinin  tələblərindən  irəli  gələn  amansız  məhrumiyyətlərə  və  əyintilərə 
baxmayaraq,  Azərbaycan  qadını  mürəkkəb  və  şərəfli  inkişaf  yolunu  davam  etdirmişdi.  Ədalət  naminə 
qeyd  etmək  lazımdır  ki,  sovet  hökumətinin  bütövlükdə  qadın  əməyinə,  hüququna,  təhsilinə,  bir  sözlə 
qadının cəmiyyətdə layiq olduğu yeri tutmasına verdiyi böyük əhəmiyyət də bu işdə az rol oynamamışdı. 
Beləliklə, Sovet hakimiyyəti illərində Azərbaycanda qadın hərəkatı nəinki yerində donub qalmadı, bəlkə 
də əksinə, əhatə dairəsinə görə xeyli genişləndi. Qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, 
qadınların  ən  müxtəlif  peşələrə  yiyələnərək  cəmiyyətdə  kişilərlə  bərabər  hüquqlara  malik  olması,  öz 
istedad və bacarığını gerçəkləşdirə bilməsi sovet dövrünün başlıca nailiyyətləri sayıla bilər. 
1921-ci il fevralın 8-11-də Bakıda Azərbaycan qadınlarının I qurultayının keçirilməsi yeni şəraitdə 
respublikada  qadın  hərəkatının  mühüm  göstəricisi  sayıla  bilər.  Qurultayda  Azərbaycan  İnqilab 
Komitəsinin  və  hökumətinin  sədri  Nəriman  Nərimanovun  əsas  məruzə  ilə çıxış etməsi,  digər  partiya  və 
hökumət  rəhbərləri  -  R.Axundov,  S.Ağamalıoğlu,  M.B.Qasımov,  D.Bünyadzadə  və  başqalarının 
qurultayın işində fəal iştirakı və çıxışları yeni ictimai quruluşun formalaşdırılmasında qadınların roluna 
verilən böyük əhəmiyyətdən xəbər verirdi və bütün bunlar qurultayda qəbul olunan qərarların əsas ruhunu 
təşkil etmişdi. 
Qurultaydan sonra Azərbaycanda qadın hərəkatının mütəşəkkilliyi xeyli artdı. Elə həmin ildə qızlar 
üçün  təşkil  olunmuş  məktəbəqədər  tərbiyə  institutu  bir  il  sonra  -  1922-ci  ildə  ali  qadın  pedoqoji 
institutuna çevrildi, ilk qadın klubu yaradıldı. 1923-cü ilin noyabrında təkcə Azərbaycanda deyil, eləcə də 
Şərqdə qadın azadlığı uğrunda mübarizə aparan ilk jurnalın - "Şərq qadını"nın (1938-ci ilin fevralından 
"Azərbaycan qadını") nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. 
30-cu illərdə ölkədə aparılan quruculuq işləri, 1941-1945-ci illərdə isə SSRİ-nin cəlb edildiyi İkinci 
dünya müharibəsi Azərbaycan qadınının əməyə daha geniş cəlb edilməsinə təkan verdi. Dinc quruculuq 
işlərində kişilərlə çiyin-çiyinə çalışan qadınlarımız müharibə dövründə də bir çox istehsalat sahələrində 
cəbhəyə  gedən  kişiləri  layiqincə  əvəz  etdilər.  Onlar  həmçinin  müharibə  meydanlarında  misilsiz 
qəhrəmanlıq  nümunələri  və  rəşadət  göstərdilər.  Müharibə  Leyla  Məmmədbəyova,  Züleyxa 


175 
 
Seyidməmmədova,  Sona  Nuriyeva  kimi  cəsur  təyyarəçilər,  Şövkət  Səlimova  kimi  qadın  gəmi  kapitanı 
yetişdirdi. 
Sovet hakimiyyəti illərində Azərbaycan qadınlarının Bakıda daha üç - II, III və IV qurultayları (28-
29  mart  1957-ci  il;  20-22  oktyabr  1967-ci  il;  15-  16  iyun  1972-ci  il)  keçirilmişdi.  Bu  qurultaylar 
Azərbaycan  qadın  hərəkatının  inkişafında  və  daha  mütəşəkkil  forma  almasında  mühüm  rol  oynamışdı. 
Qadınların içərisindən partiya, dövlət, komsomol, təsərrüfat işində fəal çalışan bir çox qadınlarla yanaşı, 
respublikanın  ictimai  və  mədəni  həyatında  fəal  iştirak  edən  minlərlə  qadın  yetişdi.  Qadınlarımızın 
sırasında çox sayda görkəmli həkim, müəllim, mühəndis, ictimai xadim, deputat, əmək qəhrəmanı, alim, 
müğənni, şair, artist və s. var idi ki, onlar doğma respublikanı təkcə keçmiş SSRİ məkanında deyil, həm 
də bütün dünyada ləyaqətlə təmsil edirdilər. 
Bununla  belə,  sovet  dövründə  qadın  hərəkatında  əldə  edilmiş  şəksiz  nailiyyətləri  inkar  etmədən 
qeyd olunmalıdır ki, bu dövrdə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf Azərbaycan 
qadınına  məxsus  cəhətləri  bəzən  nəzərə  almır,  məşğulluğun  forması,  göstəricilər  daha  çox  qabardılır, 
qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu isə çox vaxt unudulurdu. 
Azərbaycan  qadınları  müstəqillik  uğrunda  başlanmış  ümumxalq  hərəkatının  da  ön  sıralarında 
olmuş,  1988-ci  ildən  etibarən  SSRİ  rəhbərliyinin  razılığı  və  himayəsi  ilə  Ermənistanın  respublikamızın 
suveren  hüquqlarını  və  ərazi  bütövlüyünü  pozan  təcavüzkar  niyyətlərinə  qarşı  mübarizədə  fəal  iştirak 
etmişlər. 
1990-cı  il  yanvarın  19-20-də  sovet  qoşunlarının  Bakıda  və  respublikanın  digər  şəhər  və 
rayonlarında törətdikləri qanlı faciələrin qurbanları arasında qadınlarımız da var idi. Azərbaycanın milli 
qəhrəmanları – Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova 
ölkəmizin  ərazi  bütövlüyünün  qorunması  uğrunda  mübarizənin  fədakarlıq  rəmzinə  çevrildilər.  Erməni 
təcavüzkarların  Azərbaycan  ərazisinin  20  faizini  işğal  etməsi  nəticəsində  doğma  yerlərindən  didərgin 
düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının arasında qadınların da sayı olduqca çoxdur. 
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul 
edilməsi ilə respublikamızda qadın hərəkatının yeni mərhələsinin başlanğıcı qoyuldu. Lakin 1991-1993-
cü illərdə ölkədə hakimiyyət uğrunda gedən mübarizə müstəqillik şəraitində digər sahələrdə olduğu kimi, 
qadın  hərəkatının  da  inkişaf  etdirilməsində  real  addımlar  atmağa  imkan  vermədi.  Yalnız  1993-cü  il 
iyunun  15-də,  indi  "Milli  Qurtuluş  Günü"  bayramı  kimi  qeyd  etdiyimiz  gündə  dövrümüzün  görkəmli 
siyasətçisi  Heydər  Əliyevin  Azərbaycan  rəhbərliyinə  qayıdışı  ölkədə  siyasi  sabitlik  yaratdı,  həqiqətən 
müstəqil, hüquqi, demokratik dövlət quruculuğunu genişləndirmək yolunda uğurlu addımlar atılması üçün 
əlverişli şəraiti təmin etdi. Qadın hərəkatına dövlət qayğısı gücləndi. 
Müstəqil  Azərbaycan  Respublikasının  1995-ci  il  noyabrın  12-də  ümumxalq  səsverməsi  yolu  ilə 
qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət 
quruculuğu  prosesində  onların  fəal  iştirakının  hüquqi  bazasını  yaratdı.  Konstitusiyanın  "Əsas  hüquqlar, 
azadlıqlar və vəzifələr" adlanan ikinci bölməsinin üçüncü fəslində ("Əsas insan və vətəndaş hüquqları və 
azadlıqları") 25-ci maddədə oxuyuruq: "Kişi ilə qadının eyni hüquq və azadlıqları vardır". 
Azərbaycan  qadınları Konstitusiyamız  və  digər  qanunvericilik  aktları ilə  müəyyən  olunmuş  geniş 
hüquqlardan,  cəmiyyətimizdə  gedən  demokratikləşmə  proseslərindən  istifadə  edərək  qısa  bir  müddətdə 
sayı  41-ə  çatan  qadın  təşkilatları  yaratdılar.  Bu  təşkilatlar  arasında  "Sevil"  Qadınlar  Məclisi,  Neftçi 
Qadınlar  Cəmiyyəti,  Bakı  Qadınlar  Assosiasiyası,  "Qadın  və  İnkişaf'  Mərkəzi,  D.  Əliyeva  adına  Qadın 
Hüquqlarını  Müdafiə  Cəmiyyəti,  "Əsgər  anaları",  "Şəhid  anaları"  cəmiyyətləri  və  başqaları  öz 
fəaliyyətlərini  genişləndirərək  Azərbaycanda  qadının  vəziyyətinin  yaxşılaşdırılması,  onun  sosial-iqtisadi 
problemlərinin  həlli,  ölkəmizin  ərazi  bütövlüyünün  bərpa  edilməsi  və  digər  məsələləri  nizama  salmaq 
sahəsində  dövlətin  fəaliyyətini  gücləndirmək  üçün  yollar  arayıb  axtardılar.  Ölkəmizdə  qadın  hərəkatı 
müstəqillik şəraitində öz inkişafının yeni mərhələsinə qədəm qoydu, onun beynəlxalq əlaqələri genişləndi. 
1995-ci  ilin  iyulunda  Pekində  keçirilən  IV  Ümumdünya  Qadınlar  Konfransına  istər  hazırlıq 
dövründə,  istərsə  də  onun  işində  Azərbaycan  qadın  təşkilatlarının  fəaliyyəti  bu  baxımdan  xüsusilə 
əlamətdar oldu. Konfransda iştirak edən Azərbaycan qadınlarının nümayəndə heyəti ümummilli məruzə 
hazırlayaraq  respublikamızdakı  demokratik  proseslər,  Ermənistanın  Azərbaycana  təcavüzü  nəticəsində 
yaranmış  ağır  vəziyyət,  ərazimizin  20  faizinin  erməni  qəsbkarları  tərəfindən  işğal  edilməsi,  bir  milyon 
nəfərdən  çox  vətəndaşımızın,  o  cümlədən  qadınların,  uşaqların,  qocaların  çadırlarda  qaçqın  və  köçkün 
vəziyyətində yaşaması və sair barədə həqiqətləri dünya qadınlarının nümayəndələrinə layiqincə çatdıra 
bildilər.  Konfransdan  sonra  qadın  təşkilatlarında  aparılan  geniş  müzakirə  respublikamızda  qadın 
hərəkatının ümummilli fəaliyyət platformasının işlənib hazırlanmasında mühüm rol oynadı. 
1995-ci  ildə  Azərbaycanda  qadın  hərəkatının  mütəşəkkilliyinin  artmasında  Birləşmiş  Millətlər 
Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 30 iyun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə