178
§ 4. UĢaqlara dövlət qayğısı
Uşaqların hüquqlarının qorunması daim bəşəriyyəti düşündürən mühüm məsələlərdən biri
olmuşdur və bu günün özündə - XXI əsrin əvvəlində də öz aktuallığını saxlamaqdadır. Demokratik
inkişaf yolunu tutmuş bütün dövlətlərdə uşaqlara dövlət qayğısına xüsusi əhəmiyyət verilməsi məhz
bununla əlaqədardır və görünür, bu mühüm məsələyə diqqət gələcəkdə daha da artacaqdır. Çünki hələ də
bəşəriyyətin həyatından tamamilə silinməmiş müharibələrdən də, bir çox təbii fəlakətlərdən də ən çox
zərər görən gücsüz, zəif, valideyn himayəsinə möhtac olan
körpələr, azyaşlı uşaqlar və yeniyetmələrdir.
Uşaqlar gələcək bəşər sivilizasiyasını əks etdirir, hər bir xalqın, dövlətin, bütövlükdə beynəlxalq
birliyin xoşbəxt gələcəyi məhz uşaqların tərbiyəsi, onların sağlam böyüməsi, öz ölkələrinin layiqli
vətəndaşları kimi yetişmələridir. Azərbaycan Respublikası Konstitusiyasında uşaqların sağlam və xoşbəxt
böyüməsində ailə və dövlət münasibətlərinin qarşılıqlı əlaqələndirilməsinə ciddi əhəmiyyət verilir.
Konstitusiyanın 17-ci maddəsində oxuyuruq:
"1. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə
yetirilməsinə dövlət nəzarət edir."
Uşaqlara qayğı göstərilməsinin vacibliyi Konstitusiyanın 34-cü maddəsində bir daha qeyd
edilmişdir.
Beləliklə, uşaqları hər cür xoşagəlməz hallardan, fiziki və mənəvi zərbələrdən qorumaq, yeni nəslin
zorakılıq nəticəsində bədən toxumalarının zədələnməsi və əsəb sarsıntılarına məruz qalmasının qarşısını
almaq
bilavasitə valideynlik borcu, konstitusion öhdəlik kimi irəli sürülür.
Qeyd edək ki, beynəlxalq səviyyədə uşaq hüquqlarının qorunmasına diqqətin artması İkinci dünya
müharibəsi (1939-1945-ci illər) başa çatdıqdan sonra xüsusilə güclənmişdir. Uşaqları müharibə
təhlükəsindən qorumaq, onların sağlamlığı, demokratik əsaslarla tərbiyəsi və təhsili qayğısına qalmaq
məqsədilə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Şurasının 1949-cu il Moskva sessiyasının
qərarına əsasən hər il iyunun 1-nin uşaqları beynəlxalq müdafiə günü kimi qeyd edilməsi həmin diqqət və
qayğının vacibliyini bir daha nəzərə çarpdırdı. Beynəlxalq birliyin iradəsini əks etdirən bir sıra mühüm
hüquqi sənədlər, o cümlədən İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi hüquqlar haqqında
beynəlxalq paktın 24-cü maddəsi, "Pekin qaydaları", Uşaq Hüquqları Konvensiyası bu məsələyə
şəxsiyyətin azadlığı və hüquqları baxımından qiymət verdilər. Uşaq Hüquqları Konvensiyasının 32, 34 və
35-ci maddələrində uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığın çoxtərəfli tədbirləri
nəzərdən keçirildi.
Təəssüf ki, beynəlxalq səviyyəli belə humanist qərarlar və onların icrasına yönəldilmiş
tədbirlər də uşaqları lokal müharibələrin, tez-tez baş verən millətlərarası münaqişələrin qurbanları,
aclığın, cinsi istismarın, zorakılığın və pomo sənayesinin qulu olmaqdan xilas edə bilməmişdir. Belə
qeyri-normal şərait isə öz növbəsində uşaqlara qarşı cinayətlərin sayını azaltmaq əvəzinə artırdı. Getdikcə
daha aydın dərk olunurdu ki, uşaq hüquqlarının qorunması və uşaqlara qarşı törədilən cinayətlərlə
mübarizə aparmaq üçün həqiqətən də beynəlxalq əməkdaşlığa ciddi ehtiyac vardır.
Şübhəsiz ki, dünya miqyasında uşaqlara münasibətdə baş verən bu proseslər yenicə müstəqillik
qazanmış və beynəlxalq birlik üçün qapıları açılmış Azərbaycan Respublikasından da yan ötmədi.
Xüsusən müstəqilliyimizin ilk illəri - 1991-1993-cü illər bütün Azərbaycan xalqı kimi, onun uşaqları üçün
də çox fəlakətli oldu. Hələ 1988-ci ildən ərazi iddiaları ilə Azərbaycana təcavüz edən Ermənistan məhz
həmin illərdə respublikamızda hakimiyyətsizlik, satqınlıq və özbaşınalıq şəraitindən istifadə edərək
Azərbaycan torpaqlarının 20%-ni işğal edə bildi. Sayı bir milyon nəfərə çatan qaçqınlarımızın bir çoxu
erməni silahlı qüvvələrinin soyqırımı siyasətinin qurbanı oldu ki, onların da arasında yaşlılar və qadınlarla
yanaşı, uşaqların sayı da az deyildi. İşğal olunmuş ərazidə 300 min nəfərədək uşaq öz doğma evlərini,
məktəblərini, uşaq bağçalarını tərk etməli oldular ki, onlardan da 79 min nəfəri 5 yaşdan aşağı olan
uşaqlar idi. Təsəvvür edin ki, həmin azyaşlı uşaqlar çadırlarda, günün, yağışın altında özlərinə müvəqqəti
sığınacaq tapdılar, onlardan bir çoxu öz valideynlərini itirərək yetim və kimsəsizlərə çevrildilər.
1993-cü il iyunun 15-də xalqımızın böyük oğlu və müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkənin digər taleyüklü məsələlərində olduğu kimi, uşaqların hüquqlarının qorunması
sahəsində də ciddi addımlar atmaq mümkün oldu. Hələ 1994-cü ildə Prezidentin qaçqınlarla görüşü
zamanı verdiyi tövsiyələrə uyğun olaraq, qaçqın düşərgələrindən 200-dən artıq xəstə və kimsəsiz uşaq
respublika Səhiyyə Nazirliyi tərəfindən Bakıya gətirilərək nazirliyin Buzovna və Mərdəkandakı uşaq
sanatoriyalarında yerləşdirildi, onların yaxşı yaşamaları və təhsil almaları üçün hər cür şərait yaradıldı.
Ölkədə siyasi sabitliyin yaranması, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olunması,
dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft sazişlərinin imzalanması,
respublikamızın beynəlxalq birliyin bərabər hüquqlu üzvü kimi tanınması, dünyəvi,
demokratik və hüquqi
179
dövlət quruculuğunda əldə olunmuş nailiyyətlər bir çox aparıcı dövlətlərin və beynəlxalq təşkilatların
Azərbaycana münasibətini köklü surətdə dəyişdi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan
Prezidenti Heydər Əliyev hələ 1994-cü il sentyabrın sonunda BMT Baş Məclisinin 49-cu sessiyasında
iştirak etmək üçün Nyu-Yorkda olarkən sentyabrın 27-də beynəlxalq uşaq təşkilatı YUNİSEF-də
uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT bəyannaməsini də imzalamış və bununla YUNİSEF
təşkilatının Azərbaycanda fəaliyyətinin başlanğıcı qoyulmuşdu. Bu münasibətlə keçirilmiş mərasimdə
Heydər Əliyev demişdi: "Uşaqların həyatına diqqət dünyanın gələcəyi ilə məşğul olmaq deməkdir. Belə
fəaliyyət Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan müharibə vəziyyətindədir, onun
ərazisinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan
artıq adam qaçqındır ki, onların da xeyli hissəsi uşaqlardır. Onlar indi çadırlarda çətin vəziyyətdə
yaşayırlar. Azərbaycanda ailələr çoxuşaqlıdır. Orta hesabla hər ailənin 4-5 uşağı var. Bu isə milyon
qaçqından nə qədərinin uşaq olduğunu göstərir". Çıxışdan görünür ki, bundan bir qədər əvvəl də
YUNİSEF xətti ilə Azərbaycanda müəyyən işlər görülmüşdür. Bu barədə təşəkkür edən ölkə başçısı
ümidvar olduğunu bildirir ki, imzalanma mərasimindən sonra təşkilatın Azərbaycanda fəaliyyəti daha da
genişlənəcəkdir.
Sonradan görəcəyimiz kimi, bu ümidlər özünü tamamilə doğrultdu.
1998-ci il mayın 19-da Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi haqqında qanun qəbul etdi.
Uşaqlara dövlət qayğısı baxımından bu məsələdə dövlətin planlı qaydada iş aparması da diqqəti
cəlb edir. Məsələn, respublikamızda Gənclər və İdman Nazirliyində Uşaqlarla iş üzrə Respublika
Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə daxil olan dövlət qurumlarından biri də Qadın
Problemləri üzrə Dövlət Komitəsidir. Komitə, digər struktur orqanları ilə yanaşı uşaq hüquqlarının
qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə hesab etmək düzgündür ki, beynəlxalq
əməkdaşlığın birgə tədbirləri vasitəsilə uşaqları hərbi cinayətlərin dəhşətindən xilas etmək mümkün
olacaqdır.
Müəyyən olunmuşdur ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə erməni tərəfi Uşaq
hüquqları Konvensiyasının 38-ci maddəsini pozaraq uşaqları da əsir götürmüşdür. Beynəlxalq Qızıl Xaç
Təşkilatının məlumatına görə, erməni tərəfi azərbaycanlı uşaqları əsir saxlayır, lakin Ermənistanda olan
əsirlərin əsl sayı təşkilatdan gizlədilir. Belə bir rəqəm də dəqiqdir ki, hərbi əməliyyatlar getdiyi dövrdə 73
azərbaycanlı uşaq xəbərsiz yoxa çıxmışdır. Ermənilərin qadın və uşaqlara işgəncə verdikləri barədə də
məlumatlar var. Məsələn, özünə və iki yaşlı qızı Nurlanəyə edilən işgəncələrə dözməyən Kərimova
Səmayə üçüncü cəhddə intihar etdikdən sonra onun işgəncələrdən kor olmuş qızını Qızıl Xaç təşkilatına
təhvil vermişlər. Kiçik yaşlı Ağayev Yaşar Murad oğlu əsirlikdə atasının gözləri qarşısında qətlə
yetirilmişdir. Azərbaycanlı uşaqların kütləvi şəkildə qətlinə dair də faktlar vardır. Məsələn, Xocalının
işğalı zamanı yüzlərlə azyaşlı uşaq qəddarlıqla öldürülmüşdür.
Azərbaycanda uşaq hüquqlarının qorunması ilə birbaşa əlaqəsi olan ən böyük beynəlxalq təşkilat
artıq haqqında söhbət açdığımız YUNİSEF-dir. Bu nüfuzlu beynəlxalq uşaq təşkilatı Azərbaycanda
uşaqların vəziyyəti haqqında dəfələrlə monitorinqlər və müxtəlif layihələr həyata keçirmişdir. Məsələn,
2000-ci ildə həyata keçirilən "Erkən uşaqlıq dövründə qayğı və inkişaf adlanan layihəyə görə, həmçinin
seminar və qiymətləndirmələr də keçirilmişdir. Bu layihədə işçi qrupunun tərkibinə Gənclər və İdman
Nazirliyi, Respublika Qadın Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də daxil olmuşlar. İşçi
qrupunun əlbir səyi ilə Erkən Uşaqlıq Dövründə Qayğı və İnkişaf Konsepsiyası işlənib hazırlanmışdır.
YUNİSEF-in Azərbaycanda uşaqların sağlamlığı, qidalanması və sair sahələrdə də layihələri həyata
keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi artıq cinayət, cinayət- prosessual, mülki, inzibati, ailə,
əmək və digər sahələrə aid qanunvericilik aktları qəbul etmişdir ki, bu qanunlar fəaliyyət göstərməkdədir.
Həmin sənədlərdə uşaqlara qarşı hər hansı cinayət üçün məsuliyyət nəzərdə tutulmuşdur. Məsələn,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsində "Cinsi toxunulmazlığa qarşı cinayətlər
və şəxsiyyətin cinsi azadlığı", "Yeniyetmə yaşına çatmamış şəxslərə və ailə münasibətlərinə qarşı
cinayətlər" bölmələri verilmişdir ki, burada 16 yaşına çatmamış şəxslər üzərində ticarət, onların cinayətə
cəlb olunması, narkotikdən istifadə edilməsi, alkoqollu içkilərdən istifadəyə cəlb olunması, onların AİDS
və digər venerik xəstəliklərlə yoluxmasına görə cinayətkarların müxtəlif müddətə azadlıqdan məhrum
edilməsi nəzərdə tutulur.
Son illərdə uşaqların oğurlanması və transmilli cinayət qrupları tərəfindən xaricə aparılmasına dair
də artıq nümunələr vardır ki, bunların qarşısının vaxtında alınmaması daha faciəli nəticələrə gətirib çıxara
bilər.
Gənc müstəqil və demokratik dövlətimizin, qaçqınlar və digər zəif təmin olunan təbəqələrin maddi
və maliyyə çətinliklərindən istifadə edərək bir sıra xarici təşkilatların emissarları xeyriyyəçilik və