Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

167 
 
Malyariya  xəstəliyinə  qarşı  irihəcmli  təşkilati,  müalicə-profilaktik  və  əksepidemik  tədbirlərin 
aparılması  tez  bir  zamanda  öz  müsbət  nəticəsini  verdi.  Belə  ki,  son  5  ildə  xəstəlik  halları  10  dəfə 
azalmışdır.  Hazırda  söhbət  malyariyanın  bir  xəstəlik  kimi  tamamilə  ləğvindən  gedir.  Qeyd  edək  ki,  bu 
sahədə əldə olunmuş təcrübəni bölüşdürmək və onu daha yüksək səviyyəyə qaldırmaq məqsədilə 2001-ci 
ilin noyabrında Bakıda malyariya üzrə beynəlxalq konfrans keçiriləcəkdir. 
Vərəmlə mübarizə problemi Səhiyyə Nazirliyi tərəfindən əsas prioritet sahə kimi irəli çəkilmiş və 
2000-ci il vərəmə qarşı mübarizə ili elan olunmuş, həyata keçirilmiş bir sıra mühüm tədbirlər beynəlxalq 
təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 
Bütün xəstələrin (4 min nəfərdən artıq qeydiyyata alınmışdır) müalicəsi, lazım olan dərman, ərzaq 
və nəqliyyat xərcləri səhiyyə islahatları çərçivəsində əldə edilmiş büdcədənkənar vəsait hesabına həyata 
keçirilmişdir. 
1999-2000-ci  illərdə  Bakı  şəhərində  yoluxucu  xəstəliklərə  həsr  edilmiş  bir  neçə  beynəlxalq 
konfrans, seminar  və  digər  toplantılar,  həmçinin  49  ümumrespublika  və  rayonlararası  seminar-müşavirə 
keçirilmişdir. Seminar-müşavirələrin səkkizi Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən 
aparılmışdır. 
Səhiyyənin prioritet sahələrindən biri olan ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində də 
xeyli işlər görülmüşdür. 
1996-cı ildə Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Əhali fondunun təşəbbüsü və birbaşa maliyyə 
dəstəyi ilə "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlanması sahəsində xidmətlərin keyfiyyətinin 
planlaşdırılması və yaxşılaşdırılması üzrə" Milli Proqram işlənib hazırlanmışdır. Ana və uşaq ölümünün, 
abortların sayının azaldılmasına yönəldilmiş proqram çərçivəsində Bakı, Gəncə, Naxçıvan, Masallı, Şəki 
və  Qusarda  yaxşı  maddi-texniki  bazası  olan  6  regional  mərkəz  təşkil  edilmişdir.  İki  mərhələdə  həyata 
keçirilən  proqramın  birinci  mərhələsi  1996-  1999-cu  illəri  əhatə  etmişdir.  BMT-nin  Əhali  Fondu 
tərəfindən  ayrılmış  vəsait  hesabına  həyata  keçirilən  proqramın  2000-2004-cü  illəri  əhatə  edəcək  ikinci 
mərhələsinə 2000-ci ilin noyabr ayında başlanmışdır. 
Proqram Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Reproduktiv Sağlamlıq üzrə Milli Ofis 
tərəfindən  icra  edilir.  Milli  Ofis  artıq  Reproduktiv  Sağlamlıq  Milli  Siyasət  Sənədini  hazırlamış,  bu 
mövzuya dair seminar-müşavirə və Ümumdünya Səhiyyə Təşkilatı nümayəndəsinin iştirakı ilə konfrans 
keçirmişdir. Hazırda yeni yaradılacaq 15 regional mərkəzin müəyyən edilməsi üçün iş aparılır. 
Əsrin  "bəlası"  sayılan  narkomaniya  ilə  mübarizə  probleminə  Azərbaycan  Prezidenti  Heydər 
Əliyevin dövlət səviyyəsində verdiyi əhəmiyyət səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu 
məqsədlə "Azərbaycan  Respublikasında  2000-ci  ilədək  narkomanlığa,  narkotik  vasitələrin  və  psixotrop 
maddələrin  qeyri-qanuni  dövriyyəsinə  qarşı  mübarizə  üzrə"  ümummilli  proqramın  tələblərinə  uyğun 
olaraq narkomaniya və xronik alkoqolizmlə mübarizədə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. 
Səhiyyə  Nazirliyinin  elmi-tədqiqat  institutlarının  fəaliyyətində,  elmi  tədqiqatların  aparılması  və 
tibbi kadrların hazırlanması sahəsində geniş islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə 
Nazirliyi  ilə  Rusiya  Federasiyası  Səhiyyə  Nazirliyi  arasında  əldə  olunmuş  razılaşmaya  uyğun  olaraq 
respublikanın 13-dən çox elmi-tədqiqat institutları və  mərkəzləri elmi-praktik  və xəstə mübadiləsi üzrə 
Rusiyanın müvafiq elmi mərkəzləri ilə müqavilələr bağlamışlar. Analoji müqavilələr MDB dövlətləri və 
bir  sıra  xarici  dövlətlərlə  də  imzalanmışdır.  Bu  müqavilələr  elmi-  tədqiqat  işlərinin  yerinə  yetirilməsi 
müddətlərinin  qısaldılmasına  və  elmi  işlərin  praktik  tələblərə  daha  çox  cavab  verməsinə  şərait 
yaratmışdır. 
Səhiyyə  islahatları  çərçivəsində  Tibb  Universitetində  mühüm  işlər  görülmüşdür.  Universitetin  10 
kafedra,  kitabxana  və  informasiya  mərkəzi  yerləşən  yeni  tədris  binası  və  akt  zalı  istifadəyə  verilmiş, 
aspirantlar  və  klinik  ordinatorlar  üçün  nəzərdə  tutulan  ailəvi  yataqxana  istismara  hazır  vəziyyətdədir; 
bütün  kafedralar  kompüterləşdirilmiş,  onların  maddi-  texniki  bazaları  möhkəmləndirilmişdir.  Müstəqil 
dövlətimizin hərbi həkimlərə olan ehtiyacını nəzərə alaraq Hərbi-tibbi fakültə açılmışdır. 
İslahatların gedişində səhiyyə obyektlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində 
xeyli  işlər  görülmüşdür.  Bir  sıra  səhiyyə  obyektlərinin  açılışında  dövlət  başçısı  Heydər  Əliyev  şəxsən 
iştirak  etmişdir.  Azərbaycan  Prezidentinin  iştirakı  ilə  ilk  özəl  tibb  xidməti  şirkəti-  "Medi  Klub", 
"Respublika  Artroloji  Mərkəzi",  "Ailə  Sağlamlıq  Mərkəzi",  Azərbaycan  Tibb  Universitetinin  tədris 
korpusu və akt zalı açılaraq istifadəyə verilmiş, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası 
müasir  səviyyədə  təmir  edilərək  yenidən  qurulmuş,  ən  müasir  cihaz  və  avadanlıqlarla  təchiz  olunaraq 
əhalinin  xidmətinə  verilmişdir;  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər Əliyev  binanın  açılması 
mərasimindəki  nitqində  səhiyyə  işçilərini  bu  münasibətlə  təbrik  edərək,  onları  səhiyyə  sistemindəki 
islahatları daha da sürətləndirməyə çağırmışdır. 


168 
 
Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilməsində 
Yaponiya, Fransa kimi dövlətlər fəal iştirak etmişlər. 
2000-ci  ilin  dekabr  ayında Səhiyyə  Nazirliyinin  dünya  standartlarına cavab  verən  Mərkəzi  Klinik 
Xəstəxanasının  açılışı,  açılış  mərasimində  möhtərəm  prezidentimizin  iştirakı  əsrin  sonunda  Azərbaycan 
səhiyyəsi tarixində əlamətdar hadisə oldu. 
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə, hələ SSRI dövründə regional 
əhəmiyyət  kəsb  edən  obyektlər  kimi  tikintisinə  başlanmış  Respublika  Milli  Onkologiya  Mərkəzinin  və 
Elmitədqiqat Oftalmologiya İnstitutunun tikintisinin başa çatdırılması ilə əlaqədar xarici ölkə şirkətləri ilə 
aparılan  danışıqlar  nəticəsində  hər  iki  obyektin  tikintisi  respublika  investisiya  proqramına  daxil 
edilmişdir. 
Səhiyyənin  statistik  və  məlumat  xidməti  bazasının  təkmilləşdirilməsi  sahəsində  də  müəyyən  işlər 
görülmüş  və  Azərbaycan  Respublikası  əhalisinin  sağlamlığının  Milli  monitorinq  sistemi  konsepsiyası 
hazırlanmış və hazırda uğurla həyata keçirilir. 
Bu gün Azərbaycan səhiyyəsi dünya səhiyyəsində özünün layiqli yerini tutan və qiymətini alan bir 
strukturdur.  1998-ci  il  mayın  11-dən  16-dək  keçirilən  Ümumdünya  Səhiyyə  Təşkilatının  ali  orqanının 
sessiyasında  ölkəmizdə  aparılan  səhiyyə  islahatları  yüksək  qiymətləndirilərək  Azərbaycana  göstərilən 
yardımın 1999-cu ildən etibarən üç dəfə artırılması qərara alınmış, Azərbaycan Respublikasının səhiyyə 
naziri  Əli  İnsanov  Ümumdünya  Səhiyyə  Təşkilatının  Baş  Assambleyasının  vitseprezidenti  seçilmişdir. 
MDB  dövlətlərinin  səhiyyə  sistemində  əməkdaşlıq  üzrə  şurasında  isə  Azərbaycan  Respublikasında 
səhiyyə  islahatları  çərçivəsində  əldə  edilmiş  müvəffəqiyyətlərə  görə  Səhiyyə  Nazirliyinin  rəhbərliyi 
"Qızıl Medal"a layiq görülmüşdür. 
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının bir sıra layihələrinə cəlb edilmiş və hazırda bir çox 
proqramların  fəal  iştirakçısıdır.  Digər  beynəlxalq  təşkilatlar  və  xarici  ölkələrlə  səhiyyə  sahəsində 
əməkdaşlıq sahəsində xeyli iş görülmüşdür. 
1997-ci ildə Bakıda keçirilən Pediatrların IV Beynəlxalq Konqresi pediatriya elmi sahəsində, eləcə 
də respublikamızın səhiyyə tarixində mühüm hadisəyə çevrildi. Dünya şöhrətli alim İhsan Doğramacının 
sədrlik etdiyi həmin konqresdə Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsən iştirak etməsi, səhiyyəmiz 
üçün  yeni  proqram  sənədə  çevrilən  tarixi  nitqi  səhiyyə  işçilərinin  fədakar  əməyinə  verilən  yüksək 
qiymətin parlaq təzahürü oldu və onları islahatlar yolunda daha cəsarətli addımlar atmağa səslədi. 
Respublika  həyatının  bütün  sahələrində  olduğu  kimi  səhiyyə  sahəsində  də  yeni  iqtisadi  sistemə 
uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi dövlət başçımızın bilavasitə rəhbərliyi altında 
XXI əsrin əvvəlindən yeni vüsət almaqdadır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə