159
cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Silahlı yolla hakimiyyətə
gəlmək cəhdlərinə həmişəlik son qoyuldu.
Ölkədə möhkəm, davamlı sabitlik təmin edildi.
Xalqın iradəsi, istəyi və məhəbbəti ilə siyasi hakimiyyətə qayıtmış Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin hüquqi prinsiplərini özündə əks etdirən yeni ideologiyanı - Əliyevçilik ideologiyasını
işləyib hazırladı. Bu ideologiyanın əsas qayəsini - müstəqillik, azərbaycançılıq, dövlətçilik,
respublikaçılıq, ədalətlilik, demokratiya, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış, bəşərilik və s.
prinsiplər təşkil edir.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi və
tövsiyələri əsasında işlənib hazırlanmış müstəqil respublikamızın demokratik Konstitusiyası qəbul
olunduqdan və Milli Məclisə seçkilər keçirildikdən sonra dövlət quruculuğunun ən məhsuldar dövrü
başlandı. Bu andan başlayaraq Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması prosesi böyük
vüsət aldı.
Konstitusiyamızın "Xalq hakimiyyəti" adlanan ilk fəslində azərbaycançılıq və soykökə qayıdış
prinsipləri ilk dəfə olaraq beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalarla öz parlaq ifadəsini tapdı:
"Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır... Azərbaycan
xalqı vahiddir... Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətini təməlini təşkil edir" (1-ci və 5-ci
maddələr). Bununla da öz müstəqilliyini bərpa edən Azərbaycan xalqının yaratdığı demokratik, hüquqi,
dünyəvi dövlətin möhkəm təməli qoyuldu. Bu prinsiplər yaşadığımız günlərdə də dövlət başçımızın əzmlə
həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas qayəsini təşkil etməkdədir.
160
§ 5. Gənclər siyasəti
Azərbaycan gənclərinin təşkilatlanması və ümummilli problemlərin həlli uğrunda mübarizəyə
başlaması XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. Hələ 1902-ci ildə "Müsəlman gənclik
təşkilatı" ətrafında birləşən Azərbaycan gəncliyi sonralar böyük inkişaf yolu keçərək 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmiş milli azadlıq hərəkatının aparıcı
qüvvələrindən olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yetmiş ilə yaxın bir müddətdə ümumittifaq
komsomol təşkilatının tərkib hissəsi olan Azərbaycan gənclər təşkilatı cəmiyyətin həyatında fəal rol
oynamaqla yanaşı, həm də böyük təşkilatlanma yolu keçərək gənclərin mütəşəkkil ictimai- siyasi qüvvəyə
çevrilməsində fəal iştirak etmişdir.
Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsində gənclərimizin müstəsna xidməti
xüsusi qeyd olunmağa layiqdir. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü
dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və düşmənə fəal müqavimət
göstərilməsində də gənclərimizin xidmətləri böyükdür. 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının
Bakıda və respublikanın digər rayon və şəhərlərində törətdikləri qanlı cinayətlərin də ilk şəhidləri gənclər
olmuşdur.
Təəssüf ki, SSRİ-nin süqutu ərəfəsində və Azərbaycanın yenidən müstəqillik qazandığı ilk dövrdə -
1991-1993-cü illərdə yaranan gənclər təşkilatları respublikada baş alıb gedən hərc-mərclik şəraitində
dövlətin vahid gənclər siyasətinin işlənib hazırlanması istiqamətində heç bir əməli təşəbbüs göstərə
bilmədilər.
1993-cü ilin iyununda gənclərin də fəal surətdə cəlb olunduğu qardaş qarşıdurması şəraitində
müdrik dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı
respublikamızın başının üstünü almış dəhşətli fəlakəti aradan qaldırmağa, gənclərin qarşısında duran
problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Gənc nəslə diqqət
və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin yenidən
təşkilatlanması zərurəti tam ciddiliyi ilə irəli sürüldü.
1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə
Gənclər və İdman Nazirliyi yaradıldı. Bu dövrdən başlayaraq dövlət gənclər siyasətinin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində bir sıra əməli işlər görüldü.
1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I forumu keçirildi. Forumda ölkə başçısı
cənab Heydər Əliyevin dərin məzmunlu və proqram xarakterli nitqində deyilirdi: "Hər bir Azərbaycan
gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz
həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən
özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq
müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu fikirlər müstəqil respublikamızda
gənclər siyasətinin həyata keçirilməsi istiqamətində əlaqədar dövlət orqanlarının vəzifələrinin
müəyyənləşdirilməsində başlıca rol oynadı. Forumdan sonra gənclərin problemlərinin həlli, hüquqlarının
müdafiəsi, mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin
qurulması, çoxsaylı gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində işlər xeyli genişləndi.
1999-cu il martın 2-3-də keçirilən II forum görülmüş işləri müsbət qiymətləndirdi və dövlət gənclər
siyasətinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoydu. Forumdakı nitqində dövlət başçımızın
respublika gənclərinə müraciətlə söylədiyi aşağıdakı fikir forum iştirakçıları və bütün gənclərimiz
tərəfindən böyük razılıqla qarşılandı və hər bir azərbaycanlı gənci üçün həyat amalına çevrildi: "Siz
Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə
daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf
etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona
görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!". Məhz II
forumun nəticəsi olaraq ölkə prezidentinin imzaladığı 29 iyul 1999-cu il tarixli "Dövlət gənclər siyasəti
haqqında" fərmanı gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər. Bu fərman
respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət
orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi baxımından olduqca qiymətli
sənəddir və bu gün də Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi ardıcıllıqla həyata
keçirilir. Görülən işlərin nəticəsidir ki, müxtəlif yönümlü gənclər təşkilatlarını özündə birləşdirən
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sınaq müddəti keçmədən Avropa Gənclər
Forumunun
üzvlüyünə əvvəlcə namizəd, sonra isə üzv qəbul edilmişdir.