171
Milli Fəaliyyət Proqramına daxil edilmiş 44 layihədən dördünün Dünya Bankı tərəfindən
maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır:
1.
Abşeronun neftlə çirklənmiş torpaqlarının təmizlənməsi;
2.
Təhlükəli civəli tullantıların daşınıb basdırılması (Sumqayıt Səthi Aktiv Maddələr Zavodu);
3.
Nərə cinsli balıqların artırılması məqsədilə zavodun tikilməsi (Neftçala balıqartırma zavodu);
4.
Ətraf mühiti idarəetmə sisteminin təkmilləşməsi.
Bunlardan əlavə beynəlxalq maliyyə təşkilatlarının vəsaiti hesabına bir sıra layihələr də işlənib
hazırlanmışdır. Məsələn, "Bakı buxtasının təmizlənməsi" layihəsi Hollandiyanın "İvanko" firması
tərəfindən həyata keçiriləcəkdir.
Son illərdə Xəzər dənizinin doğurduğu problemlər bütün Xəzəryanı dövlətləri narahat etməyə
başlamışdır. Bununla əlaqədar 1999-cu ilin əvvəllərindən Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı
həyata keçirmək üçün Bakı şəhərində "Xəzər Ekoloji Mərkəzi" yaradılmış və fəaliyyətə başlamışdır.
Beynəlxalq təşkilatların yardımı ilə həyata keçirilən digər layihələr də vardır. Məsələn,
Ümumdünya Vəhşi Təbiət Fondunun Gürcüstan Ofisi tərəfindən "Qafqazın biomüxtəlifliyinin müasir
vəziyyətinin təhlili və təxirəsalınmaz tədbirlərin hazırlanması" proqramı çərçivəsində müəyyən işlər
görülür. Respublikanın biomüxtəlifliyinin qorunması ilə əlaqədar "Şahdağ" və "Talış" milli parklarının,
Naxçıvanda "Ordubad" və "Şahbuz" Dövlət qoruqlarının yaradılması, Zaqatala Dövlət Qoruğunun qonşu
respublikaların (Gürcüstan, Dağıstan) xüsusi mühafizə olunan əraziləri ilə əlaqələndirilməsi təklifləri
Şimali Avrasiya Ümumdünya Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Komissiyasının fəaliyyət planına
daxil edilmişdir.
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi respublikamızda "Təmiz istehsalat"
proqramının tətbiqinə xüsusi əhəmiyyət verilməsini daim diqqət mərkəzində saxlayır. Bakı və Sumqayıtın
ətraf mühiti çirkləndirən müəssisələrində - Dövlət Neft Şirkətində, "Azərkimya" İstehsalat Birliyində,
"Azərenerji" Səhmdar Cəmiyyətində Rusiya-Norveç Mərkəzi bu proqramdan irəli gələn tədbirləri həyata
keçirir.
Son illərdə respublikada ekoloji tarazlığın bərpa edilməsi sahəsində görülən işlər arasında
çirklənmiş və yararsız hala düşərək dövriyyədən çıxmış və texnogen landşafta çevrilmiş torpaqların
rekultivasiyası da mühüm yer tutur. Belə çirklənmələr Bakı-Sumqayıt sənaye qovşağında, Gəncə,
Mingəçevir və Əli-Bayramlı şəhərlərində, Daşkəsəndə dəmir filizi və alunit filizinin hasilatı ilə əlaqədar,
Naxçıvanda duz mədənlərində, Paraqaçayda isə mis-molibden filizlərinin hasilatı ilə bağlı pozulmuş
texnogen landşaftlar yaratmışdır.
Yuxarıda qeyd edildiyi kimi, Dünya Bankının maliyyə yardımı ilə Abşeron yarımadasında neftlə
çirklənmiş torpaqların rekultivasiyasına başlanmışdır. Lakin iqtisadi problemlərin mövcudluğu, maliyyə
çatışmazlığı bu işləri hələlik lazımi səviyyədə aparmağa imkan vermir. Daşkəsən dəmir filizi yataqlarında
pozulmuş landşaft sahəsində də bu istiqamətdə ilk mərhələ sayılan tədqiqat işlərinə başlanmışdır. Lakin
bütövlükdə bu işin vəziyyəti qənaətləndirici sayıla bilməz və onu sürətləndirmək üçün əlavə maliyyə
mənbələri tapmaq axtarışları xeyli güclənməlidir.
Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin sürətlə inkişaf etdiyi 1969-1982-ci illərdə Bakının
görməli, bakılıların isə əsas istirahət və gəzinti yerlərindən biri olan Dənizkənarı bulvarda da güclü
yaşıllaşdırma və abadlıq işləri aparılmış, onun uzunluğu 3,7 kilometrə çatdırılmışdı. Şəhərin ümumi
ansamblına xüsusi gözəllik verən bu füsunkar mənzərəli mədəniyyət və istirahət yeri son illərdə
baxımsızlıq üzündən öz əvvəlki görkəmini xeyli dəyişmiş və az qala bərbad vəziyyətə salınaraq müxtəlif
ticarət təşkilatlarının sərəncamına verilmişdi. Bu isə ilk növbədə şəhərin ekologiyasına, on minlərlə
adamın sağlamlığına ağır zərbə idi. Əlbəttə, Bakını yaşıllıqlar diyarına, dənizkənarı bulvarı isə şəhərin ən
görməli yerinə çevirmiş, hələ 1969-cu ilin avqustunda burada Milli Park yaradılması ideyasını irəli
sürmüş dövlət başçımız bu acınacaqlı vəziyyətin uzun müddət davam etməsinə yol verə bilməzdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 29 il əvvəl irəli sürdüyü ideyanı 1998-ci il
dekabrın 29-da həyata keçirdi və imzaladığı fərmanla Dənizkənarı bulvara Milli Park statusu verdi.
Təəssüf ki, o zamankı şəhər rəhbərliyi bu fərmanın da icrasını bir ildən artıq müddətdə yubatdı. Yalnız
2001-ci ilin əvvəlində Prezidentin qərarı ilə şəhər rəhbərliyində edilmiş dəyişiklikdən sonra hər şey öz
axarına düşdü. Parkda yerləşən bütün qanunsuz obyektlərin hamısı oradan götürüldü.
Parkda qayda-qanun
bərpa olundu. Hazırda 80 hektara yaxın sahəsi olan Milli Parkda əsl mənada səliqə-sahman işləri həyata
keçirilir, deyilərsə, yəqin ki, burada heç bir mübaliğəyə yol verilməz. Xalqın dəyişilməz və toxunulmaz
əmlakı kimi yenidən özünə qaytarılan Milli Park dünya standartlarına cavab verən, sivil ölkələr
səviyyəsində istirahət zonasına çevrilməkdədir və Prezidentin qayğısı sayəsində bu işin də tez bir
zamanda başa çatdırılacağına şübhə yoxdur. Bu, həm də Prezidentimizin şəhər sakinlərinin sağlamlığına,
Bakının ekologiyasının mühafizəsinə növbəti töhfəsidir.
172
2000-ci ildə, yəni XX əsrin son ilində sağlamlıq və ətraf mühitin mühafizəsi baxımından hüquqi-
normativ aktların hazırlanması və qəbul edilməsi sahəsində daha çox iş görüldü və dalbadal iki
Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu qanunlar belə adlanır: "Ətraf mühitin
mühafizəsi
haqqında" Azərbaycan Respublikası Qanunu və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında Azərbaycan Respublikası Qanunu. Hər iki qanun Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən imzalanmışdır və onların hər ikisinin bütün fəsilləri, maddələri, hətta ayrılıqda
götürülən cümlə və sözləri Azərbaycan təbiətinə vurğunluqla yoğrulmuşdur. Qanunlarda əhalinin
sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində elə bır sual yoxdur ki, ona müfəssəl, hüquqi-normativ
dildə cavab tapmaq mümkün olmasın. Bu isə hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradır ki,
onların, sağlamlığı və füsunkar Azərbaycan təbiətinin mühafizəsi etibarlı əllərdədır.
Bunun ilk nümayişini
biz artıq Milli Parkın timsalında görməyə başlamışıq.