Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   86   87   88   89   90   91   92   93   ...   101

159 
 
cü ilin oktyabr və 1995-ci  ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Silahlı yolla hakimiyyətə 
gəlmək cəhdlərinə həmişəlik son qoyuldu. Ölkədə möhkəm, davamlı sabitlik təmin edildi. 
Xalqın  iradəsi,  istəyi  və  məhəbbəti  ilə  siyasi  hakimiyyətə  qayıtmış  Heydər  Əliyev  Azərbaycan 
dövlətçiliyinin  hüquqi  prinsiplərini  özündə  əks  etdirən  yeni  ideologiyanı  -  Əliyevçilik  ideologiyasını 
işləyib  hazırladı.  Bu  ideologiyanın  əsas  qayəsini  -  müstəqillik,  azərbaycançılıq,  dövlətçilik, 
respublikaçılıq,  ədalətlilik,  demokratiya,  dünyəvilik,  milli  tərəqqi,  soykökə  qayıdış,  bəşərilik  və  s. 
prinsiplər təşkil edir. 
1995-ci  il  noyabrın  12-də  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  rəhbərliyi  və 
tövsiyələri  əsasında  işlənib  hazırlanmış  müstəqil  respublikamızın  demokratik  Konstitusiyası  qəbul 
olunduqdan  və  Milli  Məclisə  seçkilər  keçirildikdən  sonra  dövlət  quruculuğunun  ən  məhsuldar  dövrü 
başlandı.  Bu  andan  başlayaraq  Azərbaycanda  müstəqil  dövlətin  təsisatlarının  yaranması  prosesi  böyük 
vüsət aldı. 
Konstitusiyamızın  "Xalq  hakimiyyəti"  adlanan  ilk  fəslində  azərbaycançılıq  və  soykökə  qayıdış 
prinsipləri  ilk  dəfə  olaraq  beynəlxalq  hüquqla  müəyyənləşdirilmiş  normalarla  öz  parlaq  ifadəsini  tapdı: 
"Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır... Azərbaycan 
xalqı  vahiddir...  Azərbaycan  xalqının  vahidliyi  Azərbaycan  dövlətini  təməlini  təşkil  edir"  (1-ci  və  5-ci 
maddələr).  Bununla  da öz  müstəqilliyini  bərpa  edən Azərbaycan  xalqının  yaratdığı  demokratik,  hüquqi, 
dünyəvi dövlətin möhkəm təməli qoyuldu. Bu prinsiplər yaşadığımız günlərdə də dövlət başçımızın əzmlə 
həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas qayəsini təşkil etməkdədir. 
 
 


160 
 
§ 5. Gənclər siyasəti 
Azərbaycan  gənclərinin  təşkilatlanması  və  ümummilli  problemlərin  həlli  uğrunda  mübarizəyə 
başlaması  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Hələ  1902-ci  ildə  "Müsəlman  gənclik 
təşkilatı"  ətrafında  birləşən  Azərbaycan  gəncliyi  sonralar  böyük  inkişaf  yolu  keçərək  1918-ci  ildə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  ilə  nəticələnmiş  milli  azadlıq  hərəkatının  aparıcı 
qüvvələrindən olmuşdur. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  yetmiş  ilə  yaxın  bir  müddətdə  ümumittifaq 
komsomol  təşkilatının  tərkib  hissəsi  olan  Azərbaycan  gənclər  təşkilatı  cəmiyyətin  həyatında  fəal  rol 
oynamaqla yanaşı, həm də böyük təşkilatlanma yolu keçərək gənclərin mütəşəkkil ictimai- siyasi qüvvəyə 
çevrilməsində fəal iştirak etmişdir. 
Azərbaycanın  öz  dövlət  müstəqilliyini  yenidən  bərpa  etməsində  gənclərimizin  müstəsna  xidməti 
xüsusi qeyd olunmağa layiqdir. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü 
dəf  etmək  üçün  ilk  özünümüdafiə  dəstələrinin  yaradılmasında  və  düşmənə  fəal  müqavimət 
göstərilməsində  də  gənclərimizin  xidmətləri  böyükdür.  1990-cı  il  yanvarın 19-20-də  sovet  qoşunlarının 
Bakıda və respublikanın digər rayon və şəhərlərində törətdikləri qanlı cinayətlərin də ilk şəhidləri gənclər 
olmuşdur. 
Təəssüf ki, SSRİ-nin süqutu ərəfəsində və Azərbaycanın yenidən müstəqillik qazandığı ilk dövrdə - 
1991-1993-cü  illərdə  yaranan  gənclər  təşkilatları  respublikada  baş  alıb  gedən  hərc-mərclik  şəraitində 
dövlətin  vahid  gənclər  siyasətinin  işlənib  hazırlanması  istiqamətində  heç  bir  əməli  təşəbbüs  göstərə 
bilmədilər. 
1993-cü  ilin  iyununda  gənclərin  də  fəal  surətdə  cəlb  olunduğu  qardaş  qarşıdurması  şəraitində 
müdrik  dövlət  xadimi  və  uzaqgörən  siyasətçi  Heydər  Əliyevin  Azərbaycanda  hakimiyyətə  qayıdışı 
respublikamızın  başının  üstünü  almış  dəhşətli  fəlakəti  aradan  qaldırmağa,  gənclərin  qarşısında  duran 
problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Gənc nəslə diqqət 
və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin yenidən 
təşkilatlanması zərurəti tam ciddiliyi ilə irəli sürüldü. 
1994-cü  il  iyulun  26-da  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  fərmanı  ilə 
Gənclər  və  İdman  Nazirliyi  yaradıldı.  Bu  dövrdən  başlayaraq  dövlət  gənclər  siyasətinin  işlənib 
hazırlanması və həyata keçirilməsi sahəsində bir sıra əməli işlər görüldü. 
1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I forumu keçirildi. Forumda ölkə başçısı 
cənab  Heydər  Əliyevin  dərin  məzmunlu  və  proqram  xarakterli  nitqində  deyilirdi:  "Hər  bir  Azərbaycan 
gənci  öz  həyat  yolunu  müstəqil  Azərbaycan  Respublikasının  gələcək  yolu  kimi  qəbul  etməlidir  və  öz 
həyatını  qurarkən,  özünü  həyatda  fəaliyyətə  hazırlayarkən  və  fəaliyyətə  başlayıb  onu  davam  etdirərkən 
özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq 
müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu fikirlər müstəqil respublikamızda 
gənclər  siyasətinin  həyata  keçirilməsi  istiqamətində  əlaqədar  dövlət  orqanlarının  vəzifələrinin 
müəyyənləşdirilməsində başlıca rol oynadı. Forumdan sonra gənclərin problemlərinin həlli, hüquqlarının 
müdafiəsi,  mənəvi-əxlaqi  və  vətənpərvərlik  tərbiyəsi,  beynəlxalq  gənclər  təşkilatları  ilə  əlaqələrin 
qurulması, çoxsaylı gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində işlər xeyli genişləndi. 
1999-cu il martın 2-3-də keçirilən II forum görülmüş işləri müsbət qiymətləndirdi və dövlət gənclər 
siyasətinin  keyfiyyətcə  yeni  mərhələsinin  başlanğıcını  qoydu.  Forumdakı  nitqində  dövlət  başçımızın 
respublika  gənclərinə  müraciətlə  söylədiyi  aşağıdakı  fikir  forum  iştirakçıları  və  bütün  gənclərimiz 
tərəfindən  böyük  razılıqla  qarşılandı  və  hər  bir  azərbaycanlı  gənci  üçün  həyat  amalına  çevrildi:  "Siz 
Azərbaycanın  bu  günü  və  gələcəyisiniz.  Sizin  üzərinizə  böyük  vəzifələr  düşür.  Bu  vəzifələr  gələcəkdə 
daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf 
etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona 
görə  də  Azərbaycanı,  Azərbaycan  dövlətini  yaşatmaq,  inkişaf  etdirmək  üçün  hazır  olun!".  Məhz  II 
forumun nəticəsi olaraq ölkə prezidentinin imzaladığı 29 iyul 1999-cu il tarixli "Dövlət gənclər siyasəti 
haqqında" fərmanı gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər. Bu fərman 
respublikanın  ictimai-siyasi  həyatında  gənclərin  daha  fəal  iştirakı  üçün  şəraitin  yaradılması,  dövlət 
orqanlarının  diqqətinin  gənclik  problemlərinin  həllinə  yönəldilməsi  baxımından  olduqca  qiymətli 
sənəddir  və  bu  gün  də  Azərbaycan  gənclər  təşkilatlarının  fəaliyyət  proqramı  kimi  ardıcıllıqla  həyata 
keçirilir.  Görülən  işlərin  nəticəsidir  ki,  müxtəlif  yönümlü  gənclər  təşkilatlarını  özündə  birləşdirən 
Azərbaycan  Respublikası  Gənclər  Təşkilatları  Milli  Şurası  sınaq  müddəti  keçmədən  Avropa  Gənclər 
Forumunun üzvlüyünə əvvəlcə namizəd, sonra isə üzv qəbul edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə