AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari



Yüklə 250,4 Kb.
səhifə8/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9


5. İcma Töhfəsi



İcma Töhfəsi AzKİL İcma Layihəsində minimum 10% təşkil edəcək və bu 10%-in ən azı 5%-i nəğd pulla ödənəcək. İcmaya bildirilməlidir ki, 5% nəğd pul töhfəsi AzKİL –in fonduna ödənilmir. Bu məbləğ bir-başa İcma Layihəsi üçün materialların alınmasına sərf olunacaq.
AzKİL qrantları üçün ikinci dəfə müraciət edən icmalar arasında müsabiqəli seçim aparılacaqdır. İcma Töhfəsinin minimum həcmi layihənin ümumi dəyərinin 18% olacaqdır, hansı ki, bunun ən azı 8%-i nağd pul icma töhfəsi təşkil edəcəkdir.

Məqsəd




  • İcmanın layihə üzərində sahibkarlıq münasibətinin formalaşması – Nəğd pul töhfəsi ilə bütün icma nümayəndələri özlərini layihənin bərabərhüquqlu sahibkarları kimi hiss edirlər. İcma nümayəndələrinin birinin digəri üzərində heç bir üstünlüyü yoxdur çünki hamı eyni məbləğlə yardım etmişdir.

  • İcma Layihəsinin Dayanıqlığı – Hər bir ailə öz büdcəsindən əmək və nəğd pul töhfəsini daxil edir. Beləliklə onlar layihədən mümkün qədər bəhrələnmək hüququna malik olaraq onun işlək vəziyyətdə saxlanmasında və istifadə olunmasında maraqlı olurlar.

  • Etibar etmə Hissinin Artması – 10% icma və 90% AzKİL vəsaitlərini cəlb etməklə İcma Töhfəsi bu layihəni “icma layihəsi” edir və icmalar İcma Layihəsi Dövriyyəsində göstərilən mərhələlərlə iştirak edərək səlahiyyət qazanırlar.











Metodologiya

Nəğd pul və əmək töhfəsi aşağıdakı qaydalarla toplanacaq:




    1. Nəğd pul töhfəsinin ümumi məbləği ailələrin sayına bölünməli və hər bir ailə eyni məbləği ödəməlidir.

    2. Əgər bəzi ailələr nəğd pul payını ödəyə bilməzsə onlar əmək töhfəsi ilə iştirak edəcəklər lakin elə ailələr də var ki, nə nəğd pul, nə də əmək töhfəsinə imkan edə bilmədiyindən başqa ailələr bu ailələrin əvəzinə könüllü şəkildə töhfə verəcəklər.

İcma İnvestisiya Payının əmtəə hissəsi iş, xidmət, material və avadanlıqdan ibarət ola bilər. İcma Layihəsi üzvlərinə, QA-a və Bələdiyyələrə əmək haqqı ödənilmir. Onların təqdim etdiyi işlər İcma Layihəsinin büdcəsi müəyyən edilərkən İcmanın Əmtəə Töhfəsi kimi nəzərə alına bilər.
Əməkdaşlıq Sazişinə görə QA münasib bankda hesab açmalıdır. Aylıq hesabatları vaxtlı-vaxtında hazırlayan və müvafiq əməliyyatları yerinə yetirə bilən, habelə icma töhfələrinin hesaba köçürülməsini təmin etmək iqtidarında olan kommersiya bankı münasib bank hesab edilir (Azərbaycan Beynəlxalq Bankı və Busbank). İcma Layihəsi üçün ayrıca bank hesabı və ya sub-hesab açılmalıdır.
Əməkdaşlıq Sazişi imzalandıqdan sonra 30 gün ərzində İLK İcma Töhfəsinin nəğd pul depozitini təsdiqləməklə bank hesabatını Regional Əməliyyatlar Ofisinə göndərir. Əgər Regional Əməliyyatlar Ofisi Əməkdaşlıq Sazişi imzalandıqdan sonra 30 gün ərzində bank hesabatını almazsa Əməkdaşlıq Sazişi qüvvəyə minməyəcək.

Mərhələ 5

Satınalma və İcra

Buraya aşağıdakı fəaliyyətlər daxildir:




1

Birinci Ödəniş

2

İcma Layihəsi üçün Xidmətlərin Tədarükü

3

İşlərin Maliyyə və Fiziki İnkişafının Monitorinqi

4

Vəsaitlərin Doldurulması üçün Müraciət


Birinci Ödəniş

İcma Layihəsi Komitəsi (İLK) 5%-lik İcma Töhfəsini təsdiqləyən rəsmi bank hesabatını RƏO-ya, RƏO isə öz növbəsində LİQ-na göndərməyincə birinci ödəniş QA-a təqdim oluna bilməz (İcma Töhfəsi üzrə əlavə məlumat üçün Əməkdaşlıq Sazişi, Mərhələ 4, Bölmə 4, Səhifə 31-ə nəzər yetirin).

AzKİL qrantlarını ikinci dəfə alan icmaların nağd töhfəsi 8% olacaqdır.

Aşağıdakı ödəmə prosesi A-D, İcma Layihəsinin maliyyə idarəetməsinə aiddir. Bu proses Əməliyyatlar Təlimatının, 3-cü Cildi, Bölmə 3, Maliyyə və Audit Qaydalarında göstərilmişdir:


A. LİQ-ya xəbər vermək və birinci ödənişin çıxarılması üçün müraciət etmək (Regional Əməliyyatlar Ofisi)
B. Birinci ödənişin çıxarılması üçün sənədləri hazırlamaq (Layihənin İdarəetmə Qrupu, Maliyyə Mütəxəssisi)
C. QA-ın ilk ödənişi alması üçün İmza (LİQ Direktoru)
D. Ödənişin həyata keçirilməsi (LİQ MM)
İcma-Layihəsi üçün Xidmətlərin Tədarükü
Bu proses aşağıdakılardan ibarətdir:


  1. İşlərə Gündəlik Nəzarət

  2. İcma Layihəsi üçün Podratçıların Tədarükü

  3. Xərclər həyata keçirilməmişdən əvvəl İcma Layihəsi Komitəsinə səlahiyyət almaq üçün müraciət etmək


A. İcma Layihəsi (QA) üçün Podratçıların Tədarük edilməsi

Qrant QA-ları İcma Layihələrinin həyata keçirilməsi üçün xidmətləri tədarük edə bilərlər. Bütün İcma Layihələrinin Tədarük mərhələlərində Xidmət Təchizatçısı Satınalmalar üzrə Mütəxəssisi Satınalmaların bütün mərhələlərində İLK və İLK tərəfindən yaradılan Qiymətləndirmə Komitəsini dəstəkləyəcəkdir. İcma Layihəsi üçün satınalma əməliyyatları – Təlimatın 3.15 Müddəasında göstərildiyi kimi “İcmaların İştirakı ilə Tədarük” və 22 Sentyabr, 2003 tarixli “Dünya Bankı / BİA Kiçik Qrantları, Borcları və Kreditləri əsasında Çox Kiçik Məbləğdə olan Satınalmaların Həyata Keçirilməsi üçün Təlimat” əsasında həyata keçirilir. Satınalma qaydaları Əməliyyatlar Təlimatının Hissə III, Bölmə V-də təsvir edilmişdir. Satınalmalar prosesində olan icma layihələrini qəbul edən və yoxlayan RƏO Mühəndisi Satınalmaların Dünya Bankı və Azərbaycan Hökuməti qaydalarına əsasən həyata keçirildiyi təmin etməlidir.


QA və təchizatçı arasında bağlanmış müqavilənin surəti Regional Əməliyyatlar Ofisinin Maliyyəçi Mütəxəssisinə və İLK Sədrinə (əgər İLK ilə QA ayrı-ayrı qurumlardırsa) təqdim ediləcək.
B. Xərclər həyata keçirilməmişdən əvvəl İLK-a səlahiyyət almaq üçün müraciət etmək
Bu bənd, İcma Layihəsinin maliyyə idarəetmə komponentidir. Bu komponent Əməliyyatlar Təlimatının III-cü Cildi, 3-cü Bölməsində təfərrüatı ilə göstərilmişdir.
Əgər QA ilə İLK bir-birindən fərqli qurumlardırsa qrant alanın nümayəndəsi İcma Layihəsi üçün bank hesabından pul çıxarmamışdan əvvəl İLK Sədrinin təsdiqini almalıdır. İLK Sədri vəsaitlərin çıxarılması üçün QA-nı rəsmi şəkildə səlahiyyətləndirəcək.

Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə