Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

91
Təmtərağı  sevən  deyildi,  şan-şöhrətdən  məst  olmazdı.  Artıq  xərcdən, 
israfçılıqdan boyun qaçırardı.  Çünki əlavə pul xərcləməyi heç sevməz, həddən 
artıq qənaətlə dolanardı.
A) Sərvətini daha da artırmaq, daha da çox varlanmaq istəyirdi.
B) Əvvəllər hambal işləmişdi, kasıbçılığın nə olduğunu bilirdi.
C) Çox xəsis idi, pulunu xərcləməyə əli gəlmirdi. 
D) O, çox kasıb ailədə anadan olmuşdu, belə çox pul görməmişdi.

  Sözlərin  əlaqələnməsinə  diqqət  yetirməklə  müəllimin  təklif  etdiyi 
mətni Azərbaycan dilinə tərcümə edib dəftərinizə yazın.  

  Mətndə  altından  xətt  çəkilmiş  sözlərin  əvəzinə  onların  sinonim 
qarşılıqlarını qoyub cümlələri yenidən oxuyun. Həmin cümlələrin məzmununda 
hər hansı bir dəyişiklik olub-olmadığı barədə fikrinizi söyləyin.

 Mətndən götürülmüş aşağıdakı sözlərin əksmənalı qarşılıqlarını tapıb 
qarşılarında  yazın və  bir neçəsini cümlələrdə işlədin. 
xəsis, israfçılıq, varlanmaq, əzəmətli, zay etmək, geri qalmaq, yandırmaq

  Mətndə  üzərində  ulduz  işarəsi  qoyulmuş  eynicinsli  qoşasaitli  və 
qoşasamitli sözləri dəftərinizə köçürün.  Onların düzgün tələffüzü ilə əlaqədar 
qaydaları izah edin və hər birinin qarşısında tələffüz şəklini göstərin.

 Mətndə mavi rəngdə verilmiş sözün omonim qarşılığını cümlədə iş-
lədin və həmin feili keçmiş zamanın hər iki növündə şəxslər üzrə dəyişib yazın.
HИKMЯT XЯZИNЯSИNDЯN
Kömək yoxsullar üçündür, israfçılar üçün deyil. Sədi şirazi

 Tapmacanı cavablandırın. Cavabın mətnlə hər hansı bir əlaqəsi olub-
olmadığını  əsaslandırın.  Cümlələrdəki  sözləri  yenidən  sıralasanız,  necə 
edərdiniz?
Qırx kişi var bir boyda, bir biçimdə,
Yatıb hamısı bir sandıq içində,
Sandıq da babamın şalvar cibində. 

 Lətifəni oxuyun və əsas fikri müəyyənləşdirin. Bu lətifənin və oxu-
duğunuz mətnin məzmunu arasında hər hansı bir əlaqə görürsünüzmü? Fikri-
nizi əsaslandırın.
Teymurləngsən ki, varsan
Günlərin birində Teymurləng Mollaya deyir: – Molla, bu gün kefim çox 
sazdı. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayım ki, 
sənin ürəyindən olsun.
Molla deyir: – Qibleyi-aləm sağ olsun, elə sən hər nə bağışlasan, mənim 
Çap üçün deyil


92
ürəyimdən olar.
Teymur deyir: – Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya 
bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?
Molla  deyir:  –  Əgər  mənim  ürəyimi  soruşursansa,  mən  istəyirəm,  sən 
sübut eləyəsən ki, doğrudan daədalətli bir şahsan.
Teymur deyir: – Necə?
Molla deyir: – Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları 
qabağıma salıb bağa getsəm, sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.
Teymur deyir: – İştahan pis deyil. Əgər heç birini verməsəm?
Molla deyir: – Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymurləngsən ki, 
varsan.
|
 Lətifədə işlənmiş feillərin şəxsini və kəmiyyətini  müəyyənləşdirin.

 Lətifədə qara şriftlə verilmiş sözləri və ifadələri yaxınmənalı qarşılıqları 
ilə  əvəz  edib  cümlələri  yenidən  oxuyun.  Hansı  variant  daha  çox  xoşunuza 
gəlir? Fikrinizi bildirin.  

  Aşağıdakı  məlumatı  oxuyun  və  orada  işlənmiş  qoşmaları  tapıb 
qoşulduğu sözlərdə hansı məna çaları yaratdığını izah edin.
“İsmailiyyə” binasının üzərində İmam Əlinin aşağıdakı müdrik sözləri 
həkk  edilmişdi:  “İnsan  əməyi  ilə  ucalır  və  arzularına  yalnız  zəhməti  ilə 
çatır”; “İnsan doğulandan ölənə qədər öyrənməlidir”; “Müsəlmanlar! Sizin 
dövrünüz sizinlə birlikdə ölür, öz övladlarınızı yeni dövrə hazırlayın!” 

 Aşağıdakı məlumatı oxuyun. Deyilənlər Nağıyevin xarakterini səciy-
yələndirən  və  onun  varlı  olmasını  təmin  edən  cəhətlərdən  sayıla  bilərmi? 
Müzakirə edin və fikrinizi yoldaşlarınızla bölüşün.
Qoçulər  iki  dəfə  Ağa  Musanı  oğurlayib  öldürməklə  hədələmişdilərsə 
də, ondən heç nə qopara bilməmişdilər. Bir dəfə onu gizli mənzila gətirib on 
min manat tələb edirlər. Ağa Musa özünu itirməyib deyir: “Min manat verə 
biləram, artıq yox”. Qaçıranlar onu ölümlə hədələyanda halını pozmadan de-
yir: “Atam, atam, öldürun. Öldürsəniz, o min manat da əlinızdan çıxacaq, onu 
da ala bilməyəcəksınız”.  
|
 Altından xətt çəkilmiş sözlərdə ahəng qanunu pozulmuşdur. Bu sözlər 
necə yazılmalı idi? Fikrinizi əsaslandırın.

  Aşağıdakı  atalar  sözlərini  oxuyun  və  yadınızda  saxlayın.  Onların 
içərisində mətnin məzmunu ilə səsləşəni varmı? Fikrinizi əsaslandırın.
1)  Xəsisdən  alınan yumurtanın sarısı olmaz. 2)  İçim özümü yandırır, 
çölüm özgəni. 3) İgidlik biləklə deyil, ürəklədir. 4) İlan öz əyrisin bilməz, 
deyər: dəvənin boynu əyridi.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
Çap üçün deyil


93
§ 24. xEYRİYYƏçİ  HACI zEYNALABDİN TAğIYEV
Hacı Zeynalabdin Tağıyevin bir xeyriyyəçi kimi tarixdə qalmasının sə bə-
bini anlamağa təkcə bir misal kifayət edər: 
Tağıyev  öz  ana  dillərində  oxumaları  üçün  Bakıda  ilk  qız  məktəbinin 
açılması  xahişi  imperator    III Aleksandra  müraciət  edir.  III Aleksandr  bu 
xahişi  rədd  edir.  Lakin  Tağıyev  bu  fikirdən  əl  çəkmir  və  istəyinə  nail*  ol-
maq üçün əlindən gələni əsirgəmir. Əvvəlcədən* məktəbin xərcini ödəmək 
üçün banka 150.000 manat qoyur. Bu, beş faizdən* ildə 7.500 manat gəlir 
gətirəcəkdi ki, məktəbin bütün xərcləri artıqlaması ilə ödəniləcəkdi.
1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev 1898-ci ildə mək-
təbin  binasını  tikdirməyə  başlayır.  Məktəbin  binası  1900-cü  ildə  hazır  olur. 
Bina 184.000 manat qızıl pula başa gəlir. Bundan əlavə, tədris avadanlığına 
29.000 manat xərclənir. Bankda 125.000 manat toxunulmaz kapital saxlanılırdı. 
Məktəb seminariyaya çevriləndən sonra vəsait* 225.000 manat olmuşdu.
Məktəbə  58  qız  qəbul  edilmişdi;  onlardan  35  nəfəri  kasıb  ailələrdən* 
idi. Onlar təhsil haqqından azad edilmişdilər. Geyim və yemək-içməklərinin 
xərcini Tağıyev ödəyəcəkdi.
Musa Nağıyev birinci Realnı* məktəbin hamiliyini  öhdəsinə götürmüşdü. 
Hər  il  hazırlıq*  sinfinə  25  müsəlman  uşağını  əlavə  qəbul  etdirməyə  nail 
olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin 
sayı 50 faizə*çatmışdı.
...  O  zamanlar*  dustaqları  Nargin  adasında  saxlayırdılar.  Camaat*  ora 
gedib-gələndə çox əziyyət* çəkirdi. Tağıyev camaatın xahişi ilə təzəcə tikilib 
qurtarmış  beşmərtəbəli  dəyirman  binasını 
dustaqxana
  üçün  bağışlayır. 
Tağıyevin bu cür xeyriyyə* işlərinin sayı-hesabı yoxdu. Ona görə də o, tarixdə 
milyonçu kimi deyil, böyük xeyriyyəçi kimi yaşadı.
Hacı  pula  güvənib  yolundan*  azmamaq  üçün  bənnalıq*  etdiyi  baltanı 
imarətindəki  seyflərdən  birinin  divarından*  qapı  ilə  üzbəüz  asıbmış  ki,  hər 
açanda görsün və o günlərini* yadından çıxarmasın... 
SЮZ EHTИYATI
başa gəlmək – обойтись 
       əlindən gələni əsirgəməmək – не жалеть 
əl çəkmək – burada: отречься       yolunu azmaq – сбиться с пути

 Oxuduğunuz faktlar sizi hansı qənaətə gətirib çıxarır? Mətndən çıxar-
dığınız nəticə barəsində fikirlərinizi yoldaşlarınızla bölüşün. Danışarkən digər 
danışanların fikrinə də münasibət bildirin.

 Mətndəki faktlardan istifadə edərək aşağıdakı sualların mətnin məz-
mununu əks etdirmədiyini əsaslandırın. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə