Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

129
Nədənsə
 şübhələnən qoca ehtiyatlanaraq*, gözucu  qaçaqları* 
süzdü
.
– Onda yaxşı tanı, bil ki, onun ilxısına toxunan hələ anasından* olmayıb!
– Əmi, biz müftə* istəmirik… Haqqı nədi, verərik.
– Bura “Mal meydanı” deyil. Qurban ağa dərimə saman təpər!..
– Təpməz, ağana deyərsən ki, atı Kərəm apardı…
– Ayə, yoxsa sən qaçaq* Kərəmsən?! – deyə ilxıçı sevincək 

 heyrətlə 
soruşdu.
İsmayıl, kişinin sualını təsdiqlədi. İlxıçı yaman həyəcanlanmışdı*. “Necə 
də cavan, yaraşıqlı* imiş bu Kərəm”, – deyə düşündü.
– Mənim özümün bir atım var, sənə qurbandı!
Kərəm müştəri* gözü ilə ilxını nəzərdən keçirdi, üzünü yoldaşlarına* tu-
tub əli ilə bir at göstərdi:
– Bax o ürkəni tutun!
Kərəmin nişan verdiyi ürkə çox yaraşıqlı idi. Qoca ilxıçı yanındakı cavan 
oğlanla baxışıb:
– Görürəm, at tanıyansan, 
amma
 o ürkə xamdır, – dedi. Atının cilovunu 
açan İsmayıl dilləndi:
– Mən öyrədərəm! Onu elə yumşaldaram ki, muma dönər.
Qaçaqlar* ilxını dövrəyə aldılar. İlxıçı da onlara* qoşuldu.
Birdən hürkmüş ürkə cavan oğlanın yanından* qanadlandı*. Oğlan cəld 
tərpəndi, həmin anda atın yalmanından* yapışıb belinə sıçradı. Ürkə fınxırdı, 
şahə  qalxdı,  kişnədi,  atılıb-düşdü. Yerində  dövrə  vurdu 

  ox  kimi 
süzüb
 
irəli sıçradı. Qoca kişi 

, qaçaqlar* 
da
 narahat oldular. İlxıçı pıçıltı ilə dedi:  
– Allah özün saxla, oğlanı indicə yerə çırpacaq*!
Ürkə  təkə  kimi  dağa 
,  özünü  dağa-daşa  çaldı. 
Lakin  nə
  oğlan 
inadındandönür
nə də
 at ipə-sapa yatırdı. Bir azdan ürkə qaçışını dəyişdi, 
get-gedə yavaşıdı. Oğlan atın boynunu şapalaqlayıb* başını geri döndərdi 
və 
dağdan aşağı endirdi. Bir qədər də düzənlikdə* səyirtdi. Ürkənin uzun yalı 
havada yellənir, qartal kimi qanad açıb uçurdu. Oğlan onu haldan saldı, qan-
tərə batırınca beləcə sürdü.
Qaçaqlar* maraqla*, fəxrlə cavan oğlana tamaşa edirdilərYavaş-yavaş 
onun iradəsinə təslim olan at indi buğlana-buğlana yorğalayır və rəvan yerişlə 
geri, ilxının yanına qayıdırdı…
Kərəm dedi:
– Allah saxlasın, igid baladır!
İlxıçı dilləndi:
Mən bunu birinci dəfədir ki, belə at minən görürəm…
Oğlan köpüklənə-köpüklənə yortan ürkəni sürüb düz Kərəmin qarşısında 
əylədi
.
– A bala, kimin oğlusan? – Kərəm xəbər aldı.
– Qurban ağanın, – dedi oğlan.
Çap üçün deyil


130
Kərəm 
nəsə
 bir an fikrə getdi və cibindən* pul çıxarıb atın haqqını ona 
uzatdı:
– Bunu dədənə ver. Özünə də deynən ki, bu kişiyə toxunmasın.
Bəyzadə pulu almadı:
– Kərəm dayı, ilxıda ən cins at bu ürkədir… Adı Turacdır*. Daylaq vax tın-
dan* özüm bəsləyirəm. Sənə peşkəşdi.
Kərəm oğlanı bağrına basdı:
–  Qoçaqlar*  həmişə  ürəkli  olur!..  –  dedi  və  cibindən*  bir  gümüş  saat 
çıxarıb ona bağışladı.                 
   
 
           Fərman Eyvazlının “Qaçaq Kərəm” romanından 
SÞZLÖK
  xam – непрерученный
səyirtmək – гнать лошадь
növcavan – юный, молодой                                   
yorğalamaq – идти иноходью
yortmaq – бежать неровной рысью
finxırmaq – фыркнуть
SЮZ EHTИYATI
ürkə – двухгодовалый жеребёнок
şahə qalxmaq – встать на дыбы
şümşadboylu – стройный
ipə-sapa yatmamaq – не поддаться
dərisinə saman təpmək – снять     
                                  шкуру с кого

 Səs tonu, temp və fasiləni gözləməklə mətni rollar üzrə oxuyun, sonra  
səhnələşdirin. Ən yaxşı “aktyoru” qiymətləndirin və fikrinizi əsaslandırın.
|
 Necə bilirsiniz, mətndəki ağ boşluqda hansı söz yazılmalıdır?
A) qaçdı         B) çıxdı         C) dırmaşdı        D) sıçradı         E) yollandı

 Mətndəki fakt və hadisələrə əsaslanmaqla suallara cavab verin. Hansı 
sualın cavabı mətndə öz əksini tapmayıb? 
1) Kərəm oğlana nə üçün gümüş saat  bağışladı?
2) Qoca kişi və qaçaqlar nə üçün narahat oldular? 
3) Kərəmin bəyəndiyi at necə idi?
4) Cavan oğlan nə üçün əsəbiləşmişdi?
5) Kərəmin dəstəsi nə üçün səmtini dəyişib ilxıya yaxınlaşdı?
6) İlxıçı niyə həyəcanlanmışdı?
7) Qaçaqlar nə üçün maraqla, fəxrlə cavan oğlana tamaşa edirdilər?
|
  Necə  bilirsiniz,  sualların  sırası  mətndəki  ardıcıllığa  uyğundurmu? 
Fikrinizi əsaslandırın və ardıcıllığı bərpa edin.

 Kərəm nə üçün oğlanı bağrına basaraq: “Qoçaqlar həmişə ürəkli olur!..” 
–  dedi?  Mətndən  çıxardığınız  nəticə  əsasında  düzgün  hesab  etmədiyiniz 
variantı səsləndirin.
Çap üçün deyil


131
A) Oğlan özünün bəslədiyi atı mərdanəliklə Kərəmə bağışladı.
B) Bu gənc oğlan atı təslim edənədək inadından dönmədi.
C) Bu gənc Qurban ağanın oğlu idi.
D) Oğlan həm qoçaq, həm də ürəyiaçıq idi.
E) Oğlan Kərəmin ona uzatdığı pulu götürmədi.
|
 Qruplarla işləyin. Hərəniz yuxarıdakı variantlardan biri ətrafında mətn-
dəki məzmunu genişləndirərək öz sözlərinizlə danışın. Cümlələrin əlaqə lən-
məsinə diqqət yetirin.

 Mətn üzrə plan tərtib edin və həmin plan əsasında məzmunu danışın.

 Mətndə narıncı rəngdə verilmiş sözü aşağıdakı variantlardan hansı ilə 
əvəz etmək olmaz? 
A) dayandı         B) saxladı        C) durdu        D) səyirtdi          E) cilovu çəkdi
|
  Bu  sözün  kontekstə  uyğun  mənasını  yuxarıdakı  variantlardan  hansı 
daha dəqiq ifadə edir? Cümləni bir də oxuyun və fikrinizi əsaslandırın.

  Ahəng  qanununa  uyğun  şəkilçi  variantları  seçməklə  Qaçaq  Kərəm 
haqqında müəllimin təqdim etdiyi mətni Azərbaycan dilinə tərcümə edin və 
məlumatınızı artırmağa çalışın. 
|
 Necə bilirsiniz, tərcümə etdiyiniz mətndə yerinə düşməyən,  artıq  cümlə 
işlənmişdirmi? Həmin cümləni  tapıb səsləndirin, mətnin məzmunu ilə əlaqəsi 
olmadığını əsaslandırın.

 Mətnin birinci iki abzasında işlənmiş sifətləri seçib aid olduğu sözlərlə 
birlikdə  dəftərinizə  yazın.  Quruluşca  növlərini  müəyyənləşdirib,  qrammatik 
mənasını izah edin. 

 Mətndə qara şriftlə verilmiş sözləri dəftərinizə köçürün. Hər birinin 
kontekstə uyğun qarşılığını tapıb qarşısında yazın. Sonra həmin sözləri nitq 
hissələri üzrə qruplaşdırıb qrammatik mənalarını izah edin.

 Mətndə qırmızı rəngdə verilmiş nitq hissəsini məna növləri üzrə   qrup-
laşdırıb qrammatik mənasını izah edin. Hər qrupa aid əlavə misallar söyləyin.
|
 Necə bilirsiniz, mətndə qoşma işlənmişdirmi? Fikrinizi konkret misal-
larla izah edin.
 

 Mətndə göy rəngdə verilmiş sözlər əvəzliyin hansı məna növünə aid-
dir? Fikrinizi əlavə misallar söyləməklə əsaslandırın.
A) sual          B) işarə         C) qeyri-müəyyən       D) şəxs          E) təyini
|
 Mətndə əvəzliyin başqa hansı məna növləri işlənmişdir? Fikrinizi fakt-
larla əsaslandırın.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə