Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

Sədrəddin Hüseyn 
78
 
Racinin sevgilisinin gözəllikdə misli yoxdur. Ona “Bu gözəl-
lərin tacı deyillər”, “ondan əl götür desələr də, bu şəhrdə ondan 
özgə dilbər yoxdur”, “ancaq onun gül üzünün əndəlibidir”,”əgər 
Sənana namə yazsalar, gəlib bu gözələ baxsa, zünnarı yandırıb 
imana gələr.”, ”Günəş onunla rubəru gəlsə, asimandan ayağına 
düşər”, “bu hüsn ilə ona nə aftab, nə də məhvi-nuri-mah demək 
olar. Raci o qədər aludə olur ki, xubsən, məhbubsən, məğrubsən, 
mətlubsən, zülf ilən, rüxsar ilən, qaşü gözü müjgan ilən, deyərək 
Züleyxanı şahid gətirir.  
Ey Züleyxa, bu pəriçöhrə gözəldir, Yusif,  
Gəl şəhadət elə bu barədə imanundan.
190
  
Raci gözəlin zahiri aləmi qədər də bu aləmdən nəşət edən 
onun daxili dünyasına baş vurur və eyni zövq və istedadla hər 
ikisinin vəhdətini yaradır. “Racinin lirik qəhrəmanı aşiq olub yu-
xusuz gecələr keçirməyə başlayandan sonra kamilləşir, dünyanı 
dərk, gizli sirləri kəşf etməyə… başlayır.”
191
 Məhəbbət gözdə olur, 
yəni göz qəlbin aynası, tərcümanıdır, şairin qəlbində eşq atəşini 
yandıran sevgilisinin baxışları, sonra “kəman-əbrusunun” atdığı 
müjganlar,  sonra  işvəsi  və  nazıdır.  Sinəsini  paralayan  müjgan 
onun üçün əzizdir, mehr salır ona. (Təbib, qurbanın ollam, çıxar-
ma oxu cannan! – Kərkük bayatısı) 
Sinəmi qıl xəncəri-müjganuv ilə çak-çak,  
Ta sənin mehrindən özgə şey məvalənməsün. 
Qəribədir ki, Raci sevgilisinin yerinə qısqanır, baxmağı özü-
nə rəva bilmir və bundan çıxış yolu arayır. Özgə kimsəni görmə-
mək üçün “əşki-xunfəşan ilə gözünün rövzələrini tutur ki, ondan 
özgə mahruxsarə təmaşələnməsin”. Könlü “xəyali-arizi-canan ilə, 
biruhu-qalibi genə bir can ilə dolan” aşiq “xədəngi-çeşmini şərhə-
                                                           
190
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.40 
191
  Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV c., Bakı: “Elm”, 2011, səh. 649, 645 
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
79 
şərhə sinəsinə basaraq bir nihali-tazə dikür baği-canə can ilən”,“… 
gözün aç ey kəmanəbru, Tiğin bağrımi yarsun, xədəngün canə 
əgləş- sün“deyir. Başqa yerdə: 
Göz-göz olmuş nəvəki müjganların zəxmilə, dil,  
Arizin görməkliyə, sana həzəran didədir.  
Nərgizi-məstin alur əzbəs ki, can yüz naz ilə,  
Can alınca aşiqi-biçarəni candan qoyar.  
Qaşı, kipriyi Rüstəmin oxları, özü qana bələnmiş İsfəndiyar 
kimidir.  Ürəyə  batan  oxu  çıxaranda  can  çıxan  kimi  sevgilisinin 
kiprikləri də onun ürəyinə elə saplanıb. Oxlar o qədər çoxdur ki, 
ətrafında istehkam yaradıb: 
Könüldən tiri-müjganın əgər çıxsa, çıxar canim,  
Vücudum qəsri müstəhkəm olub bir tiri-möhkəmlə.
192
  
Onun sinəsi o qədər paralanmış, hər yerə səpilmiş ki, “səd-
parə könlünü bir yerə cəm etmək üçün min il cüstçu gərəkdir”. 
“Könlü fəsli-xəzan olduğundan ahu-nalə yeridür, dönüb əndəlib 
evinə.” 
Racinin ilham mənbəyi tək bir gözəl deyil, gözəllərdir. Sa-
bit deyil. Bu Təbrizli də ola bilər, Həmədanlı da, hətta kafər də, 
hər hansı bir cavan da.  
Ancaq bu gözəllərin hamısının nazü-qəmzəsi, cövri-cəfası 
eynidir. Yollarında o qədər göz yaşı axıdıb ki, özü onda qərq ola 
bilər: 
Qaldı cismim zövrəqi-girdabi-əşki hicrdə,  
Qərq edər badi-muradi-vəsl bu dərya məni. 
Şair bəzən Füzulinin Məcnunu kimi hicr qəmini vüsaldan 
üstün tutur, amma buna çox dözə bilmir, “vüsali-yardə nə xoş 
                                                           
192
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                      
Bakı: Sabah,1992, səh. 65, 70, 21,75  


Sədrəddin Hüseyn 
80
 
olur ölmək”, Allahdan istəyir ki, “onu bu hicrandan qurtarsın”. Ver-
diyi vədə əməl etməyəcəyindən qorxur, Allahı şahid çağırır: 
İlahi, sən özün axir, bu əhdü peymanə 
Mən ilə yar arasında gərək güvah olasan. 
“Dərdi-qəmi-eşqə dərmanı Ərəstüdə, Loğmanda” tapa bil-
məyən şairin nəbzinə baxıb “buna çarə yox” deyəndə Raci buna 
bir çox çarə tapır: 
Min dərd ilə bu eşq mərizi şəfa tapar,  
Bir dəfə əmsə ləli-ləbi əbdaruvi. 
Dediyimiz kimi, Füzulidən sonra ədəbiyyatda tədricən eşqin 
xəyali  deyil,  real  yaşantıları  başlayır.  Dekameronçuluq  virusları 
şeir sətirlərinə yol tapır. Bu hallar Raci yaradıcılığında da görün- 
məkdədir. Oxucusunu busələrin – “kami-aləmi şirin edən ləblə-
rin” dadından hali etməkdən özünü saxlaya bilmir. İnsafsız yarı 
bir busədən ötrü şairi başına dolandırır. “Bildir imanını bir busə-
yə alıb, küsüb, bu il də canını verməyə hazırdı ki, bildirkinin ziyanı 
çıxsın,“ Bəzən heç imana, dinə də bir busə vermir, ancaq şair ye-
nə canını verməyə hazırdı. Hərdən də zənəxdanı öpməklə kifa-
yətlənir,  bunu  qənimət  bilir.  Sevgilisinin  xalını  Həcərə  təşbeh 
edərək xalını öpməklə həddi-kəmalə yetişəcəyini, hacı olacağını 
düşünür. Bəzən də dialoqa girirlər: 
Dedi: – bir busəyə allam, – bəlakeş, o canın,  
Dedim: – ey məhliqa, çün belədür, bəs dəgsün.
193
  
Ləbindən ötrü könlü qanə dönən şair onu dönə-dönə əm-
mək istəyir. Ancaq bu da asan deyil, ucuz “satmaq” istəmir. Ara-
larında hesab başlayır.  
Hesab olmaz mənim bir gündə yüz ölməyim, əmma 
Özü bir busə versə, tez hesab ol bihesab eylər. 
                                                           
193
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 45, 40, 74 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə