Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
75
Ey zülf, ölübdü yoxsa bir istəkli aşiqün,
Matəm tutub ona başuva qarə salmısan.
Vaxt olur üzünün zülfə bürünməsindən də bezir “badi-sə-
baya” yalvarır. Axır badi-səba rəhmə gəlir, açılan gül üzünə ta-
maşa etməyə imkan tapır və buna şükr edir.
Etdi səba o zülfüvi yüzdən kənarə, şükr,
Etdim doyunca gül yüzünə mən nəzarə şükr.
Heç nəyə əli yetməyəndə Füzulinin “bir ah ilə min Bisütu-
nu badə verdiyi” kimi, Raci də ona hər gecə ilan olan
O zülf ki, mənə hər tari mardir, Raci,
Onun evin nə bir ah ilə tarü-mar elədim.
183
– deyərək təsəlli tapır. Rəhmsiz yarı “sinəsini yaralayıb
zülfünü dağıdır, sanki müşki-xütən görsənir.” Göstərdiyi zülf
içində xalın nə olduğunu anlaya bilmir, bəlkə də “könül mülkünə
dam qurub dən göstərir.” Onu elə bir tora salıb ki, “Eyləyib atəşi-
rüxsarını hin-duyə behişt, Xaliqin hansı Xəlili belə icaz bilür”
kimi misallarla yanağı içində xala möcüzə kimi baxır, bunları
qaçılmaz bir tilsi-mə bənzədir.
Qaçammaz həlqeyi-zülfündən, ey dilbər, mənim könlüm,
Qöyubsan üstünə xali siyahdan qərəvil sən
184
Burada Aşıq Abbasın orijinal bənzətməəri yada düşür: “Dəs-
tələ zülflərin yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə.”
185
Şair həm də çox ustalıqla “qərəvil” sözünü şeirə gətirməklə siyasi
manevr edir. Racinin şeirlərindəki gözəlin saçları da topuğa dəyir,
yerlə sürünür. Hətta o qədər uzundur ki, bütün bədənini örtə bi-
ləcək paltar kimi nəzərə gəlir.
Gözəlin saçlarını Zöhhakın çiynindəki ilanlara bənzədərək
bir az da uzağa gedir. Möminlərin əmmamələri kəfəni əvəz ede-
183
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 72, 82, 81
184
Yenə orada, səh. 78
185
Aşıqlar. Bakı: Gənclik, 1970, səh. 10
Sədrəddin Hüseyn
76
cək ölçüdə olduğu kimi, Raci gözəlıinin zülfləri də belə bir funk-
siya daşıyır. Təkcə özünü deyil, hətta, hər ikisini bürüyə bilir. Çünki
birinci şəxsin dili ilə danışır:
Ölsəm əgər bu zülf ilə bir tari-muyi-zülf,
Olsa kəfən, bu cism bir şəkikbardan keçər.
186
Örtünmək, hicab, yad nəzərlərdən qorunmaq (oxu: bu gün
sadəcə soyuqdan qorunmaq) insana xas bir illətdir. Hicab-təsət-
tür son anda Allahın əmridir. Buna görə ayə nazil olunmuşdur.
Pərdədə olan, görünməyən, görməyə can atılan var olanların,
yaradılanların ən qiymətlisidir. İ. Nəsimi
Bürqeyi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil.
187
deyirsə, Raci biganənin xəyalının belə könül mülkünə girməsinə
dözə bilmir:
Yol vermə könül mülkünə biqanə xəyalin,
Naməhrəmi qoyma hərəmi-eşqə, hicab et.
Naz ilə dilbərim əgər üzdən niqab atar,
Can nəqdini bu aşiqi-bisəbrü tab atar.
Aç müshəfi-rüxsarun, ey yari-Məsihaləb,
Rəhm eylə müsəlmansan, insaf eylə, tərsasan.
188
deyərək bu məsələyə müxtəlif cəhətdən öz münasibətini
bildirir. Göründüyü kimi, zahiri əlamətlər Racinin yaradıcılığında
özünəxas şəkildə canlandırılır, şəxsləndirilir, nitqləndirilir və rən-
garəng obrazlar silsiləsi yaradılır. Mina gərdəni, al yanağı, səri-
kuyi, xalı, ləbləri, boyu, hətta libası belə qeyri-adi mənzərələr üçün
sanki rəng çalarına dönür. Bu qədər dərin bədiiliklə bərabər həm
də çox aydın və anlaşıqlı deyir.
186
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56
187
Klassik Aərbaycan ədəbiyyatı kitabxanası.5 c., Bakı: Elm, 1985, səh. 146
188
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 18, 76, 78
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
77
Şairin sevgilisi Günəşdən nur alan Ay kimi sübh qəsrdən çıxar.
Qırmızı atlasdan paltar geyir. Bu əlamətlər şairin axıtdığı qanlı göz
yaşlarına bənzəyir.
Tifli-yətimi-əşkimi gör dövlətində ha,
Ey şahi-hüsn, qırmızı ətlas libasıdır.
Sübhdəm çün qəsrdən naz ilən ol ziba çıxar,
Kəsfi-nur etməkliyə mehri cahanara çıxar.
O həm də yaşıl paltardadır: Yaşıl qəba içində o muyi-miyan
keçər,
Guya miyani-səbzdə sərvi-rəvan keçər.
Qəbayi-səbz ilə yaşıl əmmamə başində,
Deyərsən tutidir bir sərvi xoşrəftar başində.
189
“O sərvqamətin nərgisi-məstindən fitneyi-axirzaman, suri-
qiya mət görsənir”, “O bu qədd-qamətlə bağə getsə başinə qum-
rilər dolanar, bülbüllər əfğanə gələr”, “Arizin görən aşiqin quru-
muş əşki-çeşmi car olur” -tam “bahar əyyamı”kimi.
Şair onu tovuza bənzədərək “ruyindəki zülf ilən xalə təəccüb
edir ki, tovus necə saziş edər mar yanında, rüxsarini görən heç
kəs günə baxmaz, ayinə heyran qalar, tuti lal olar.” “Cananın arizi-
ərəqi-xəyali ümmanda tapılan düri-şəhvardu”, zahid diqqətlə bax-
sa, bu pəriçöhrədən rövzeyi-rizvanda tapılmayacağını” dərk edər.
Lirik qəhrəmanın cigəri kipriklərinə kabab kimi düzülür, arizi
aləmi yaxıb yandırır, yalvarır ki, xəncəri-xunrizi-qəmzəsi yerində
dursun, onsuz da tiri-şəhabi-naz şairi həlak eləyib.
Mənim bu əşhəbi-təbim gümüşdən sinəbənd istər,
Qolun, ey siminbər, gəl boynuma eylə həmayil sən.
– deyərək Fərhaddan, Manidən fərqli olaraq Şirininin rəsmini Bi-
sütunda, bütxandə deyil, tişə ilə qazıb sinəsinə –canə nəqş edər.
Hicran atəşi aşiqi o qədər ağladıb ki, göz yaşı onu görünməz edib.
189
Yenə orada, səh. 31, 31, 30, 33
Dostları ilə paylaş: |