“Xalq Cəbhəsi”.-2011.-19 yanvar.-N 10.-S.11.
20 Yanvar gecəsinin qəhrəmanları
Dənizçilərimiz sovet ordusuna güclü müqavimət göstəriblər
Tariximizin səhifələrinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsindən 21 il ötməsinə baxmayaraq, lent kimi
gözümüzün qabağından çəkilməyən o gecəyə "Şahid gecə" demək olardı, "Şəhid gecə" də... Yüksək kürsülərdən,
qəzetlərin səhifələrindən, radio və televiziyadan "gəlin birləşək" kəlməsi nə qədər ucuz səslənirdisə, bunun əksinə
olaraq həmin Qara Yanvar gecəsi Bakıda axıdılan günahsız qanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan,
Şirvan, Cənubi Azərbaycan, Türkiyə, bütün dünya azərbaycanlıları, habelə insanlıq ölçüsüylə yaşayanlar şəxsi dərdi
kimi yanaşdı. Azərbaycan radiosu və televiziyası terrorun qurbanı olub partladılan vaxt Şuşa televiziyası bütün
Azərbaycana bu dərdin böyüklüyünü çatdırdı, xalqı səbirli, təmkinli, eyni zamanda mübariz olmağa çağırdı. Şuşa
televiziyası susdurulanda isə estafeti Lənkəran televiziysı davam etdirdi. Kim necə bacardısa, eləcə də xalqın
ümumi dərdini aradan qaldırmaq üçün vətəndaşlıq borcunu həyata keçildi. O ağbirçək analarımızın, ötkəm sözlü
ağsaqqallarımızın, kürəkləri lay di- var olan oğlanlarımızın, ismətli qız-gəlinlərimizin, məsum körpələrimizin
kütləvi surətdə şəhid olduqları gecə də şəhidliyimizin şahid olduğu gecə idi. O gecədən 21 il keçdi. O gecə heç
zaman unudulmayacaq. O gecənin qurbanlarının hələ də rahatlıq tapa bilməyən ruhları qarşısında 21 ilin
uzaqlığından üzü bəri nə qədər narahatıqsa, elə beləcə də narahat olacağıq. Ta o vaxta qədər ki, şəhidlərimizin ruhu
rahatlıq tapa bilməyib, torpaqlarımız yağı ayaqlarının tapdağından xilas olmayıb.
O gecə azadlığımız uğrunda şəhidlik zirvəsinə gedən yolun başlanğıcıdır.
Sovet imperiyasına qarşı sonsuz qəzəblə, dost kimi tanıdığımız düşmənlə Bakı buxtasında ölüm-dirim savaşına
çıxan, faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə çatdıran, heç kəsin xəyalına belə gətirmədiyi qəhrəmanlıq
göstərən, şəhərdəki qırğınların qarşısını öz etiraz aksiyaları ilə alan Xəzər Dəniz Neft Donanma İdarəsinin
dənizçilərinin şücaəti haqqında çox danışılsa da az yazılıb. Bu qan dolu gecənin səhəri hüzn və matəm içərisində
olan bakılı- ların ürəyində ümid işığı yandıran, gecə ikən Bakı buxtasını mühasirəyə almış hərbi gəmilərin
hərəkətinə yol verməyən, sovet ordusunun törətdiyi amansız qırğını və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər
dənizçiləri oldular. "Xəzər- neftdonanma" idarəsinin 100- ə yaxın gəmisi yanvarın 20-də, günün ikinci yarısında
Bakı buxtasında idi. Onların aramsız həyəcan siqnalları şəhidlərimizi son mənzilə yola salana qədər və ondan sonra
davam edildi. Sahildən dənizçilərə zənglər olunurdu: "Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir". Bütün dünya
Azərbaycandan danışırdı. Və bütün danışıqlar da yalanla, iftira ilə dolu idi. Dənizçilərin verdikləri "SOS" isə
həqiqəti dünyaya çatdırdı. Dənizçilərin dilində "Ölüm həqiqətləri" deyilən bir termin var: hər saatdan bir üç dəqiqə
bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar. Yanvarın 20- dən 21-nə keçən gecə də 4 dəfə təkrar olunan
"SOS" un ilk mətninin bəhrəsini dənizçilər bir saatdan sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik
dənizindən verilən radioqramlarda deyilirdi: "Bratı, derjites. Naviqasiya net, ne smojem plavat v Kaspi".
Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin
səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək
edəcəklərini bildirdilər. Tarixdə dünya dənizçilərinin görünməmiş həmrəyliyi günü idi bu. Həyat tərzləri, sosal
qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü bir daha sübut etdilər. Bakı buxtasına
yığışan gəmilər dor ağaclarından qara bayraqlar asmışdılar. O günlər İran İslam Respublikasının Bakıya yük
gətirmiş və kapitanı azərbaycanlı (türk) olan "İran Bəşir" gəmisinin də dor ağacından qara bayrağın asıldığının,
həyəcan siqnalı verərək şəhidlərimizə yas saxladığının şahidi olduq.
Yanvarın 19-u saat 22.30 olardı. Gəmini lövbərdə saxlayıb kapitanla, onun baş köməkçisi Saleh Nurəliyevlə
sabah görəcəyimiz işi planlaşdırırdıq. Radio vasitəsi ilə Bakıda qırğın olduğunu eşidib kapitan körpüsünə qalxdım.
Eşitdiyimi hava telefonu vasitəsi ilə "Neft daşları"nın ətrafında olan gəmilərə xəbər verdim. Vaxt itirmədən
hadisəni bütün təfsilatı ilə öyrəndik və telefonla yaxındakı gəmilərin kapitanları ilə kiçik məşvərət keçirildi. Son
vaxtlar paytaxtımızdakı siyasi gərginlik barədə radiodan verilən məlumatın dəqiqliyi bizi vadar etdi ki, sahilə
qayıdaq. Xatırladım ki, səsimizə ilk səs verən "Aleksey Kortunov", "Sovet Naxçıvanı","Neftqaz-19" gəmiləri oldu.
Biz Bakı buxtasına yanvarın 20-si saat 11.00- da çatdıq. Buxtanı "Xəzər-neftdonanma" idarəsinin gəmiləri
mühasirəyə almışdı. Qərargahdan - "Sabit Orucov" gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən
olunan nöqtədə durduq. Hərbi gəmilərin hərəkətinin qarşısını demək olar ki, tamamilə almışdıq. Qırğın günündən
əvvəl - 13 yanvardan başlayaraq biz gəmilərlə erməni ailələrini Türkmənistana çatdırırdıq. Bu o vaxt idi ki, Moskva
erməni ailələrinə təxritibatlar təşkil etməklə xalqımızın müstəqillik uğrunda apardığı hərəkatı boğmağa bəhanə
axtarırdı. Hadisə günü gəmimiz Neft Daşlarının yaxınlığında dayanmışdı. Kayutda kitab oxuyurdum. Matroslardan
biri həyəcanla içəri daxil oldu ki, bəs radiodalğalarında Bakıda qırğın olduğu barədə xəbərlər verildi. Rejim
qaydasını pozaraq kapitanı gözləmədən rabitə vasitəsi ilə bütün gəmilərimizə "Məni eşidən gəmilər, Bakıda
qırğındır, Bakıya qayıdın" deyə SOS siqnalı verdim. Çox keçmədən "Sovet Naxçıvanı", "Neft Qazon" gəmilərindən
bizimlə əlaqəyə girib məlumatı dəqiqləşdirdilər. 20 Yanvarın səhərisi isə bizim Xəzər Dəniz Neft Donanma
İdarəsinin 100-ə qədər gəmisi Bakı Buxtasını mühasirəyə aldı. Dənizçilər Kapitanlar Şurası yaratmışdı ki, dinc
vətəndaşlarımızın güllələnməsinə cavab olaraq sistemli etiraz dalğası təşkil edə bilsinlər. Bu, Moskvaya
nümayişkaranə tətil etirazı olmaqla yanaşı, həm də sovet ordusunun hərbi gəmilərinin şəhərə hücumunun qarşısını
alırdı. Buxtadan şəhərdə törədilən vəhşiliklər aydınca görünürdü. Şəhərə basqın etmək istəyən hərbi ğəmilərdən isə
aramsız olaraq bizə hədə-qorxu gəlirdi. Dənizçilər 5 müddəa ilə çıxış edirdi. Biz Moskvanın Azərbaycandan üzr
istəməsini, ordunun Bakıdan çıxmasını tələb edirdik. Qeyd edim ki, hər yarım saatdan bir "SOS" siqnalı ilə bütün
ölkələrin gəmilərinə 20 Yanvar faciəsi ilə bağlı məlumat göndərirdik. Onlar da bizə cavab göndərib dənizçi
həmrəyliyi göstərirdilər. Hadisə haqqında beynəlxalq rabitə vasitəsi ilə məlumatlar ötürülürdü. Çünki artıq Bakının
dünya ilə əlaqəsi kəsilmişdi. Həmin vaxt Bakı tam işğal olunmuşdu, yalnız Bakı Buxtası unudulmuşdu. Səhv
etdiklərini sonradan SSRİ müdafiə naziri Yazov etiraf etdi: "Mənim yeganə və ən kobud səhvim Bakı Buxtasını
nəzarətsiz buraxmağım və dənizçilərin belə döyüşkən olduqlarını bilməməyimdəydi".
Bakı Buxtası təslim edilməmiş tənha ada idi. Məsələ burasındadır ki, fövqəladə vəziyyət elan edilərkən dəniz
amili nəzərə alınmamışdı və bu da bizə əlavə şans verirdi. Qurudan bizə soydaşlarımız ümidlə dözüm arzulayırdılar.
Kapitanlar Şurası dəniz hərəkatının dinc tətilə keçməsini istəyirdi ki, hərbçilərə yeni qırğın törətmələrinə bəhanə
verməsinlər. Çünki artıq dənizdə də fövqəladə vəziyyət elan edilirdi.
Tələblərimizi şura üzvlərindən ibarət nümayəndə heyəti yanvarın 21-də Moskvadan gəmiş SSRİ müdafiə
nazirinin hərbi donanma üzrə birinci müavini, admiral Sidirova çatdırdı. O isə qışqırıb bağırmış "40 let VLKSM"ın
kapitanına güllələnmə, "Sabit Orucov" gəmisinin kapitanına isə 15 il həbs cəzası verməklə hədələmişdi. Bayıla tərəf
hərbi maşın karvanını müşahidə etmişdik. Dəqiqləşdirdiyimiz məlumata görə, meyitləri dənizə tökmək üçün hərbi
gəmilərə yığırdılar. Sovet ordusu öz cinayətini ört- basdır etmək istəyirdi. Buna isə yol vermək olmazdı. "Vosxod"
hərbi gəmisinə rabitə vasitəsi ilə xəbərdarlıq etdik ki, əgər belə bir cinayətə əl atılsa, həmin hərbi gəmiləri
batıracağıq. Tələb etdik ki, hərbi gəmilər yerindən tərpənməsinlər. Hərbçilər bizi əmin etməyə çalışdılar ki, iki
hərbi gəmi buxtadan çıxacaq və onlar hərbçi ailələrini Mahaçqalaya aparacaqlar. Yoxlama tələb etdik. Əvvəlcə
razılaşsalar da, sonra yenə bəhanəyə əl atıb sözlərini dəyişdilər. Bu halda "40 let VLKSM" başda olmaqla 5
gəmimiz döyüşə atıldı. Döyüş hərbçilərin güclü avtomat atəşləri altında gedirdi. Buna baxmayaraq, hərbi gəmiləri
öz yerlərində oturtmaq mümkün oldu. Admiral Sidirov mənən məğlub oldu. Yanvarın 24-də Yazovun xüsusi əmri
ilə Xəzər dənizində və Bakı Buxtasında fövqəladə vəziyyət elan edildi. Artıq belə vəziyyətdə biz dinc tətilə keçmək
məcburiyyətində qalırdıq. Ancaq bu dəfə də sovet ordusu hiyləgər və qaniçən addımını atdı. Bizə verilmiş vaxtın
bitməsinə 30 dəqiqə qalmış gəmilərimizə qəfil hücum başlandı. BMP-lərdən, vertolyotlardan atəş açılır, desantlar
tökülürdü. "Vodoley-4" gəmisinə sahildən tanklar atəş açırdı, gəmi 3 yerdən top zədəsi aldı və yanğın başladı. Gəmi
güllələrdən deşik-deşik oldu. Eləcə də "Sabit Orucov" gəmisi yandırıldı. Digər gəmilər də eyni aqibəti yaşayırdı.
Gəmilər həbs edilir, qarət edilir, dənizçiləri avtomatların qundağı ilə döyürdülər. Yanvarın 25-də isə hələ də
müqavimət göstərən "Vixr-12", "Atlet-24" gəmilərini də ələ keçirib qarət etdilər. "Atlet-24"ü ələ keçirən hərbçilərin
saqqalları uzun, yaşları da 30-dan yuxarı idi. Ümumilikdə 47 nəfər dənizçi həbs olunub Rusiya və Azərbaycan
zindanlarına salındı.
Faİq Balabəylİ.