Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

 

 

 

 

 

 

 

 


 



Bölmə 2.Istismar prosesində avtomobilin  texniki vəziyyətinin(ATV) dəyişməsi  



Avtomobilin texniki vəziyyətinin dəyişməsəbəbləri. 

     Istismar prosesində avtomobilin işləmə qabiliyyəti sabit qalmır, onun texniki iqtisadi 

parametrlər  aşağı  düşür.  Avtomobilin  texniki  vəziyyətinin  dəyişməsinin  xarici 

təzahürləri  bunlardır:onun  dinamiki    keyfiyyətləri  pisləşir,  mühərrikin  işə  salınması 

çətinləşir,yanacaq sərfi artır, mexanizmlərin işində döyüntülər, səslər əmələ gəlir. Bütün 

bunlar  avtomobilin  aqreqat  və  sistemlərində  gedən  zərərli  proseslərin  nəticəsidir.  Belə 

proseslər  isə  fırlanan  kütlələrin  qeyri  -  müntəzəm  paylanması,  mexanizmlərin 

elementləri arasında texniki şərtlərin, yük, sürət, temperatur rejimlərinin pozulması və s. 

səbəblər  üzündən  əmələ  gəlir.  Zərərli  proseslərin  qarşısını  tamamilə  almaq  mümkün 

deyil. Lakin istismar zamanı bu proseslərin sürətini bir sıra texniki tədbirlər vasitəsilə 

ləngitmək mümkündür. Bunun nəticəsində avtomobilin aqreqat və mexanizmlərində işçi 

proseslər  yaxşılaşır,təhlükəli  proseslər  isə    minimuma  endirilir.Məsələn,  zərərli 

proseslərə  misal  olaraq  mühərrikdə  işçi  qarışığının  hazırlanma  və  yanmanın 

termodinamik  proseslərinin  pozulmasını,  transmissiyanın  aqreqatlarında    zərbəli 

yüklərin yaranmasını göstərmək olar.  

Göründüyü  kimi,  istismar  zamanı  avtomobilin  texniki  vəziyyəti,  müxtəlif  səbəblər 

təsirindən dəyişir. Ümumi halda bu səbəblər aşağıdakılardır : 

-etallardan yeyilmə prosesinin getməsi ; 

-hissələrdə korroziyanın əmələ gəlməsi ; 

-detalların təbii olaraq, köhnəlmə prosesinə məruz qalması. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə