Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


 Detallarda korroziya və köhnəlmə prosesi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

                          2.4. Detallarda korroziya və köhnəlmə prosesi 

    Avtomobilin  qovşaq  və  detallarının  ömür  uzunluğunun  aşağı  düşmə  səbəblərindən 

biri  də  onların  korroziyaya  uğramaları  və  təbii  olaraq,  köhnəlmə  prosesinə  məruz 

qalmalarıdır.  

     Detalların onların hazırlandıqları materialların  ətraf mühitlə fiziki kimyəvi qarşılıqlı 

təsiri nəticəsində dağılması prosesinə 



korroziya

 deyilir.  

     Korroziya təsirindən detallarının dağılması müxtəlif xarakter daşıyır. Bu xoşagəlməz 

proses  hissələrin  səthlərindən  başlanır.  Korroziyanın  başlamasının  xarici  əlaməti 

səthlərin  üzərində  boz,  qara  və  yaşıl  ləkələrin  materialdan  asılı  olaraq,çürümələrin 

əmələ  gəlməsidir.  Bir  çox  hallarda  korroziya  səthlərin  gizli  yerlərində  yaranır  və 

getdikcə də artır.  

     Materiallarda gedən korroziya prosesini öz xarakterinə görə 2 qrupa bölürlər. 

- elektrokimyəvi ;  

-kimyəvi korroziya . 

      Elektrokimyəvi  korroziya  mikroqalvanik  elementlərin  təsirindən  elektrolitlərdə 

özüdə  materialın  səthində  və  detalların  qovuşma  yerlərində  əmələ  gəlir.Materialların 

səthi  eynicinsli  olmadığı  üçün  bu  korroziya  elektronların  detalın  bir  yerindən  digərinə 

keçməsi ilə müşayiət edilir. Elektrolit kimi su ilə sulfat turşusunun məhlulu qəbul edilir.  

      Elektrokimyəvi  korroziya  atmosfer  şəraitində  və  maye  fazalarında  gedən 

korroziyalara bölünür.Birincisi metalın səthində oturmuş yağış suyunun qarın rütubətin 

iştirakı  ilə  ikincisi  isə  elektrolin  alt  qatlarında  havanın  oksigeni  olmadan  gedir. 

Atmosfer  şəraitində  gedən  korroziyaya  kuzanın  alt  hissələrində  qanadların  daxili 

səthlərində  və  rənglənməyən  detallar  da  gədən  korroziyanı  misal  göstərmək  olar. 

Soyutma  sisteminin  daxili  divarlarında  əmələ  gələn  korroziya  maye  fazada  gedən 

korroziya misaldır.  

     Elektrik  cərəyan  yaranmadan  kimyəvi  reaksiyaların  iştirakı  ilə  gedən  korroziya 

kimyəvi korroziya deyilir. Bu korroziya da iki növdə özünü göstərir.  

1.Quru  qazların  metalın  səthin  təsirindən    əmələ  gələn  kimyəvi  korroziya.Buna  misal 

silindir  divarlarında  klapanların  işçi  səthlərində,  yanma  kamerasında  yaranan 

korroziyanı misal göstərmək . 




 

16 


2.Qeyri elektrolit  mühitin içərisində əmələ gələn kimyəvi korroziya.Neft məhsullarının 

iştirakı ilə metalların səhhətində gedən korroziya bu növ korroziyaya misalola bilər.Bu 

korroziyanın  əmələ  gəlməsinin  əsas  səbəbi  yanacaqların  tərkibində  kükürdlü 

birləşmələrin və üzvi turşuların olmasıdır. 

     Korroziyadan fərqli olaraq köhnəlmə prosesi qeyri –metaldan hazırlanmış detallarda 

(şüşə,  taxta,  rezin  və  s.)daha  sürətlə  gedir.Taxta  materialdan  hazırlanmış  detallar 

çürüyür,  rezin  hissələr  elastikliyini  itirir,  aşağı  temperaturlarda  isə  kövrəkləşir.  

Köhnəlmə  prosesinin  əsas  səbəbi  ətraf  mühitin  (temperaturun,  günəş  şüalarının, 

nəmliyin) detalların materiallarına göstərdiyi aktiv təsirdir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə